III
bölmə: Tərbiyə işlərinin təşkili, ideya siyasi, əxlaq, əmək,
fiziki, estetik, ekoloji, hüquqi, iqtisadi və s. tərbiyəyə dair tədbirlərin
həyata keçirilməsi ilə bağlı görüləcək işlər;
IV
bölmə: Müavinlərin, sinif rəhbərlərinin məktəb
çuralarmm və digər ictimai təşkilatlarının müvafiq təyinatlar üzrə
işlərini stimullaşdırmaq və onlara metodik köməkliklər göstərmək
sahəsində görüləcək işlər;
V
bölmə: Məktəbdə metodik işlərin təşkili ilə bağlı həyata
keçiriləcək işlər;
VI
bölmə: Cari məsələlərin həlli üçün nəzərdə tutulan işlər.
Göründüyü kimi, hər bir bölmə görüləcək müvafiq işlərin
əsas istiqamətlərini özündə əks etdirir. Bu istiqamətlərin əsasında
“Aylıq plan” tutulur, bu plan əsasında isə “Həftəlik plan” tərtib
olunur.
VII
bölmə: Xarici əlaqələr sahəsində görüləcək işlər, maliyyə-
təsərrüfat işləri.
Məktəb direktorunun illik iş planı məktəbin pedaqoji şurasında
müzakirə edilib bəyənildikdən sonra yuxarı təşkilatların təsdiqinə
təqdim olunur. Plan yuxarı təşkilatlar tərəfindən təsdiq olunduqdan
sonra hüquqi sənəd statusu qazanır.
Direktorun müavinlərinin hər biri konkret istiqamətləri özündə
əks etdirən müvafiq bölmələrdən ibarət olan illik plan tərtib
etməlidirlər. Həmin planları pedaqoji şura müzakirə edib bəyəndikdən
sonra məktəb direktoru təsdiq edir. Müavinlər təsdiq olunmuş illik
plan əsasında özləri üçün aylıq və həftəlik iş planı hazırlayırlar.
Sinif rəhbərlərinin, məktəb ictimai təşkilatlarının, habelə məktəb
şuralarının rəhbərlərinin də iş planları tərtib etmələri zəruri hesab
olunur. Onların da iş planları pedaqoji şurada müzakirə edilib
bəyənildikdən sonra məktəb direktoru tərəfindən təsdiq olunur.
Məktəbin idarə olunması işində göstərilən planlarla yanaşı
dövlət və ictimai təşkilatların müvafiq göstəriş, sərəncam,
tövsiyyələrinin də nəzərə alınması məqsədəmüvafiq hesab olunur.
584
14.7.
Məktəb şuraları
Müasir məktəblərdə bir sıra şuralar fəaliyyət göstərir. Onlardan
ən başlıcalan pedaqoji şura, təhsil şurası, metod- birləşmə şurası,
valideyn şurası və s. göstərmək olar. Bu şuralar içərisində pedaqoji
şura elmi, pedaqoji, metodik və hüquqi aktları müzakirə etmək;
göstəriş, tövsiyyə, məsləhət vermək; tələblərlə çıxış etmək və müvafiq
qərarlar çıxarmaq səlahiyyətinə malikdir.
Pedaqoji şura ayda bir dəfə olmaq şərtilə təsdiq olunmuş plan
əsasında fəaliyyət göstərir. Pedaqoji şuranın müavinlərdən, sinif
rəhbərlərindən, məktəbin digər qurumlarına rəhbərlik edən şəxslərdən,
valideynlərdən (bir və ya iki nümayəndə olmaqla), ictimaiyyətin
nümayəndələrindən ibarət tərkibi müəyyənləşdirir. Nizamnaməyə və
ya əsasnaməyə uyğun olaraq şuranın sədri məktəbin direktoru
olmalıdır. Şuranın sədri tərkibi müəyyənləşdirdikdən sonra həmin
tərkib şurada təsdiq olunur. Şuranın üzvləri demokratik prinsiplərə
uyğun olaraq sərbəst çıxış etmək, fikir söyləmək, tövsiyyələr vermək
açıq və gizli formada səsvermə hüquqlarına malikdir. Pedaqoji şura
məktəb rəhbərlərinin illik iş planlarında nəzərdə tutulan təlim, tərbiyə
və tədrislə əlaqədardır. Vəzifələrin məqsədyönlü, planlı və mütəşəkkil
surətdə həllinə rəvac verən məsələlərin həlli ilə bağlı müzakirələr
aparır və müvafiq qərarlar qəbul edir. Şura həmçinin məktəb
rəhbərlərinin hesabatlarını mütəmadi olaraq dinləyir, innovasiyalarm,
yeni pedaqoji texnologiyaların tətbiqilə bağlı mütəmadi olaraq
tövsiyyələr verir, pedaqoji kollektivin üzvlərinin rəğbətlən- dirilməsi
və ya cəzalandırılması ilə bağlı qərarlar qəbul edir. Şuranın sədri isə
yuxarı distansiyalarda hesabat verir.
Metodiki Şura nəzəri-praktik cəhətdən hazırlıqlı olan, öz
sahəsini yaxşı bilməklə yanaşı özünütəhsil istiqaməti üzrə çalışqanlığı
ilə seçilən, pedaqoji kollektivdə nüfuz qazanmış şəxslərdən seçilir.
Məktəbin tədris işləri üzrə direktor müavini bu tələblərə cavab verdiyi
üçün bir sıra hallarda onu metodik şuranın sədri seçirlər. Metodik Şura
əsasən aşağıdakı vəzifələrin həllini nəzərdə tutur.
585
-Təhsil sahəsində Dövlət siyasətinin dinamik inkişafını
mütəmadi izləyərək, yeni nailiyyətlər, təhsilin dövlət direktivlərinin
tələblərinə uyğun olan dəyişikliklər, yeniliklər, yeni qanunvericilik
aktları, yeni təhsil sənədləri, elmi pedaqogikadakı yeniliklər və bütün
bunlarla davranmağın, işləməyin üsulları, qaydaları Şura üzvlərini
tanış edir və bu sahədə onlara metodiki köməkliklər göstərir;
-Məktəbdə metodiki işin səviyyəsini gücləndirmək üçün
müəllimlərin peşə hazırlığını yüksəltməyə kömək edən tədbirlər
həyata keçirir;
-Müəllim-şagird münasibətlərinin tənzimlənməsinə metodiki
köməklik göstərir;
-Fənn metodbirləşmələrini yaradır, onların işinə rəhbərlik və
nəzarət edir;
-Açıq dərsləri təşkil edir, nəticələri barədə pedaqoji Şuraya
hesabat verir;
-Binar dərsləri təşkil edir və bu dərslərin səmərəsini yüksəltmək
üçün dəvət olunan mütəxəssislərin təmayülünü müəyyənləşdirir;
-Metodist müəllimlərin hazırlanmasını məqsədyönlü, planlı və
mütəşəkkil surətdə həyata keçirir;
-Elmi-pedaqoji-metodik işlərə, problemlərə dair konfranslar,
seminarlar, konsiliumlar, praktikumlar, sinif saatları, pedaqoji
mühazirələr təşkil edir;
-Novator müəllimlər üçün yaradıcılıq gecələri təşkil edir;
-“Qabaqcıl təcrübə tribunası”, “metodistin tribunası”, “ən fəal
metodist müəllimi”, “novator müəllim axtarışı uğrunda” və s. bu kimi
devizlər altında müsabiqələr təşkil edir;
-Elmi-tədqiqat institutları, metodiki mərkəzlər, universitetlər,
müəllimlər institutu və bu kimi müəssisələrlə mütəmadi əlaqələr
yaradır, qabaqcıl metodistlərin söhbətlərini təşkil edir;
-Respublikanın və Respublikadankənar tədris müəssisələri və
məktəblərdə təcrübə mübadilələrinin aparılmasını təşkil edir və s.
Fənn metodbirləsmələri evni fəndən dərs deyən müəllimlərin
həmin fənnin tədrisi metodikasını təkmilləşdirmək
586
Dostları ilə paylaş: |