-Təlim, tərbiyə, təhsil sahəsindəki yeniliklərin reallaşdırılmasını
təmin edir;
-Dərsdənkənar və məktəbdənkənar tədbirlərin təşkili və həyata
keçirilməsi üçün lazımi şəraitin yaradılmasını təmin edir;
-Direktor müavinlərinin vəzifələrini müəyyənləşdirir və bu
vəzifələrin yerinə yetirilməsinə nəzarət etməklə yanaşı, onlara
metodiki köməklik göstərir;
-Sinif rəhbərlərini müəyyənləşdirir, onların hesabatını dinləyir;
-Pedaqoji kollektivin gördüyü məqsədyönlü və planlı işləri
pedaqoji şurada müzakirə edir;
-Pedaqoji kollektivin bütün üzvlərini işə götürür və işdən azad
edir. İşdən azad etmə zamanı həmkarlar təşkilatının rəyini nəzərə alır;
-Məktəb üçün nəzərdə tutulmuş büdcə xərclərinin istifadə
olunmasına nəzarət edir;
-Pedaqoji
monitorinq
keçirir.
Bu
zaman
diaqnostika,
proqnozlaşdırma və korreksiya mərhələlərinin nəticələrinin hər birini
ayrı-ayrılıqda müzakirə edir;
-Yeni pedaqoji texnologiyaların tətbiqinə qayğı göstərir;
-Məktəbdə pedaqoji eksperimentin aparılmasına şərait yaradır;
-Kollektivin rəyilə, vahid rəhbərliyin rəyinin əlaqələndirilməsini
təmin edir;
-Təhsil
müəssisəsində
təhsilin
demokratikləşdirilməsi,
humanistləşdirilməsi və təhsil sahəsində dövlət siyasətinin digər
prinsiplərinə istinad edilməsini təmin edir.
-Təhsil sisteminin idarə olunması işinə rəhbərlik edən dövlət
orqanlarının, yuxarı təşkilatların qarşısında məsuliyyət daşıyır.
-Müəllimlərin attestasiyasını təşkil edir.
-Müəllimlərin
təkmilləşməsi, ixtisasının artırılması və
özünütəhsil işlərinə rəhbərlik edir və bu işlərin normal səviyyədə
həyata keçirilməsinə mütəmadi nəzarət edir.
581
14.5.
Məktəb direktorlarının müavinlərinin vəzifələri və
məsuliyyəti
Mövcud əsasnamələrə, nizamnamələrə və digər təhsil
direktivlərinə görə orta ümumtəhsil məktəbinin direktorunun tədris
işləri (təlim-tərbiyə işləri üzrə direktor müavini), tərbiyə işləri
(sinifdənxaric və məktəbdənkənar işləri üzrə direktor müavini),
təsərrüfat işləri (təsərrüfat işləri üzrə direktor müavini), elmi işlər üzrə
(elmi işlər üzrə direktor müavini) müavinləri olur. Bu vəzifə
sahiblərinin də hər birinin özünəməxsus vəzifələri və məsuliyyəti
vardır. Onları aşağıdakı şəkildə ümumiləşdirə bilərik:
-Dövlət standartlarının tələblərinə, tərbiyə işlərilə bağlı
proqramlara, elmi-tədqiqat işlərilə bağlı sərəncamlara, təsərrüfat və
kommersiya işlərilə bağlı normativlərə əməl olunması;
-Tədris
işləri üzrə direktor müavini tədris işlərinin
planlaşdırılması, ona rəhbərlik etməsi, dərs yüklərinin bölgüsü, dərs
cədvəlinin tərtibi, şagirdlərin bilik səviyyəsinin yüksəldilməsilə bağlı
metodik işləri, müəllimlərə təhsillə bağlı yeniliklərin çatdırılması,
yeni pedaqoji texnologiyaların düzgün tətbiqi, açıq dərslərin təşkili,
eksperimental işlərə şəraitin yaradılması və s. vəzifələri həyata keçirir.
-Dərsdənkənar və məktəbdənkənar işlərə rəhbərlik edən direktor
müavini, məktəb tədbirlərini, şagirdlərin dərsdənkənar tədbirlərə cəlb
olunmasını, məktəbdə mənəvi, əxlaqi, ideya- siyasi, fiziki, estetik,
ekoloji, hüquqi, iqtisadi və əmək tərbiyəsilə bağlı dərsdənkənar,
məktəbdənkənar işləri planlaşdırır, təşkil edir; sinif rəhbərlərinə bu
sahədə metodik köməklik göstərir; məktəbin ailə və ictimaiyyətlə
əlaqəsini təmin edir; sosial-pedaqoji, profilaktik tədbirlərin həyata
keçirilməsində iştirak edir; uşaq təşkilatlarını, orqanlarını,
qurumlarını, birliklərini yaradır; tərbiyə işlərinə mütəxəssisləri,
görkəmli adamları, örnək şəxsiyyətləri dəvət edir və s.
-Məktəbin elmi işlərinə rəhbərlik edən direktor müavini alimləri,
ali məktəb müəllimlərini, tədqiqatçıları məktəbə dəvət edir, onlarla
görüşlər keçirir; elmi konfranslar təşkil edir, elmi tədqiqat
laboratoriyaları, kafedralar yaradır, elmi-tədqiqatların
582
aparılmasını təşkil edir; məktəbin müəllimlərinin və digər
tədqiqatçıların eksperimental iş aparmasına şərait yaradır, bu işdə həm
bilvasitə, həm də bilavasitə iştirak edir; elmi işlər üzrə director
müavini hənçinin kiçik elmi şura, kiçik akademiyaya və ya bu kimi
elmi qurumlar da yarada bilər.
-Məktəbin təsərrüfat işlərinə rəhbərlik edən direktor müavini
məktəbin əmlakını inventarlaşdırma əməliyyatı ilə qeydiyyata alır;
yeni inventarların, texniki vasitələrin alınmasını, təmir-tikinti işlərini
təşkil edir və onlara nəzarəti təmin edir. Məktəb direktorunun sahəyə
baxan müavini sponsorlar, hami təşkilatları məktəbə cəlb edib
büdcədənkənar maliyyə gəlirlərinin əldə olunmasını da təşkil edə
bilər.
14.6.
Məktəbi idarəetmənin planlaşdırılması
Məktəbin normal idarə olunması, onun düzgün planlaşdı-
rılmasmdan asılıdır. Məktəbi idarəetmənin planlaşdırılması məktəb
haqqında direktiv sənədlərin tələblərindən irəli gəlsə də, məktəbin
planlaşdırılması işini məktəb direktoru özü tərtib edir və yuxarı
təşkilatlar tərəfindən təsdiq olunur. Məktəbi idarəetmənin
planlaşdırılması bir tədris ili üçün nəzərdə tutulur. Bəzən bu plana
“illik plan”da deyilir. Bu illik plan bölmələrdən ibarət olur. Hər
bölmədə görüləcək işin məzmunu, icra tarixi, icranın nəticələri
haqqında qeydlər və əlavə qeydlər üçün qrafalar ayırır. İllik iş planının
bölmələrinin adlandırılması adətən aşağıdakı kimi olur:
Giriş
I
bölmə: Dövlət direktiv sənədlərinin və icra strukturlarının
tələb və göstərişlərinə uyğun olaraq müəyyənləşdirilmiş vəzifələrin
həllinə yönəldilən işlər;
II
bölmə: Didaktik işlərin təşkili, təlimin məzmununun
yaxşılaşdırılması ilə bağlı həyata keçiriləcək işlər;
583