MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə189/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   185   186   187   188   189   190   191   192   ...   196

salınsalar ki, belə hərəkətlərin hər biri tutaq ki, söyüş söymək Cinayət 

Məcəlləsinin  müvafiq  maddəsinə  görə  insanı  məhkumluq  həyatına 

sövq edir, məhbəsə sürükləyir. Onda bunu görən məktəblilərin hüquq 

normalarına,  qanunçuluğa  olan  inam  hissi  artır.  Addım  başı 

qanunçuluğun  göstərilməsi,  qorunması  məktəblilərdəki  hüquq 

normalarına olan hörmət hissini daha da yüksəldir. 

Professor  Nurəddin  Kazımovun  təbirincə  desək,  hüquq 

normalarına  əməl  etməyin  zəruriliyini  dərk  edən  hər  bir  şəxs  nəticə 

olaraq Azərbaycan Respublikasının dövlətçiliyini, ictimai quruluşunu, 

onun siyasi və iqtisadi sistemini, mülkiyyəti, vətəndaşların hüquq və 

azadlıqlarını hər cür cinayətkar qəsdlərdən qorumuş olar. 

Məktəblilərdə  hüquq  normalarına,  qanunçuluğa  inam  hissinin 

artırılması  təbii  ki,  onların  hüquq  normalarını  gözləməyə  bir  növ 

alışdırmaqdır. 



Hfiquq  tərbiyəsinin  növbəti  vəzifələrindən  biri  də  məhz 

bunula  bağlıdır;  Adamlara  xüsusilə  məktəbliləri  hüquq 

normalarına  əməl  etməvə  alışdırmaq.  Tərbiyənin  davranış  bə 

fəaliyyətə  xidmət  edən  üsullarından  biri  də  ahşdırmadır.  Əgər 

tərbiyəçi,  tərbiyə  edən  hər  hansı  bir  müsbət  addım  atmağa, 

fəaliyyətində  nümunə  göstərməyə  sövq  etməyə  cəhd  göstərirsə,  bu 

zaman  o,  hökmən  tərbiyə  olunanı  müsbət  əməlin  nəticəsinin  onun 

xeyrinə  olması  barədə  onda  inam  yaratmalıdır.  Əgər  tərbiyəçi  buna 

nail  olursa,  o,  tərbiyə  olunanı  müsbət  əməl  sahibi  olmağa,  onun 

davranış  və  fəaliyyətində  daim  nümunə  göstərməyə  alışdıracaqdır. 

Məktəbliləri,  xüsusilə  yeniyetmə-  gəncləri  hüquq  normalarını 

gözləməyə alışdırmaq vacibdir. Bunun üçün yeniyetmə-gəncləri daim 

müşahidə  etmək,  nəzarət  altında  saxlamaq  lazımdır  ki,  o,  hüquq 

normalarını  pozmağa  heç  bir  zaman  cəhd  göstərməsin.  Əgər  belə 

olarsa, onlar hüquq qaydalarını daim gözləməyi öz həyat normalarına 

çevirəcəklər. 



Hüquq 

tərbiyəsinin vəzifələrindən 

biri 

də hüquq 

normalarının  pozulmasına qarşı  barışmaz  olmaq  və asayişin 

keşiyində  duranlara  kömək  etməkdən  ibarətdir.  Hüquq tərbiyəsi 

sahəsində o zaman uğur qazanmaq olar ki, qarşıya qoyulan vəzifələrin

 

həllinə hərtərəfliyanaşılmış olsun. Yəni 



məktəbliləri 

hüquq normaları 

ilə bağlı  bilik, 

bacarıq və 



569 


vərdişlərlə  silahlandırmaq,  onlarda  qanunçuluğa  inam  yaratmaq, 

hüquq normalarının yerinə yetirilməsinə alışdırmaq sahəsində görülən 

məqsədyönlü,  mütəşəkkil  işlər  onları  hüquq  normalarının 

pozulmasına  qarşı  barışmaz  olmağa  hazırlayır.  Hətta  məktəblilər 

asayişin  keşiyində  duranların,  “gənc  dostlar’hna  çevrilirlər. 

Yeniyetmə-gənclərin  hüquq-mühafizə  işçilərinin  köməkçilərinə 

çevrilmələri  isə  məktəb,  ailə  və  ictimaiyyətin  əlbir  fəaliyyəti 

nəticəsində  baş  verə  bilər.  Belə  bir  əlbir  fəaliyyətin  məqsədyönlü, 

planlı  və  mütəşəkkil  olaraq  yaradılması  isə  məktəblilərin  hüquq 

tərbiyəsinin  hərtərəfli  inkişafını  təmin  etmiş  olar.  Bu  inkişaf 

mərhələsini keçmiş məktəbli isə ictimai-siyasi cəhətdən yetgin, hüquq 

normalarının pozulmasına qarşı həmişə barışmaz mövqe tutur. 



13.4.

 

Hüquq tərbiyəsinin həyata keçirilməsi yolları 

Hüquq  tərbiyəsi  ümumtəhsil  məktəblərində  əsasən  iki  yolla 

həyata  keçirilir.  Birincisi,  təlim  prosesində  şagirdlərin  hüquq 

tərbiyəsinin  formalaşdırılması  yolu  ilə,  ikincisi  isə  dərsdənkənar 

tədbirlər 

yolu 


ilə 

şagirdlərin 

hüquq 

mədəniyyətinin 



formalaşdırılmasma nail olmaq mümkün hesab edilir. 

Müstəqillik  qazandığımız  illərə  qədərki  dövrdə  ümumtəhsil 

məktəblərimizdə SSRİ məkanının təhsil qanunvericiliyinin tələblərinə 

müvafiq olaraq “Sovet dövləti və hüququnun əsasları” adlı fənn tədris 

olunmuşdu. Müstəqillik qazandığımız hazırki şəraitdə isə ümumtəhsil 

məktəblərimizdə  “Azərbaycan  Konstitusiyasının  əsasları”  adlı  fənn 

tədris  olunur.  Bu  fənnin  tədrisi  prosesində  şagirdlərə  əmək  hüququ, 

təhsil hüququ, iqtisadi hüquq, biznes hüququ, istirahət hüququ, mənzil 

toxunulmazlığı  hüququ.  Ali  Məclisə  seçmək-seçilmək  hüququ, 

ekologiya  hüququ,  şərəf  və  ləyaqətin  qorunması  hüququ  və  digər 

hüquq  sahələri  barədə  ətraflı  məlumat  verməklə  yanaşı,  vətəndaşlıq 

hüququ  barədə  daha  müfəssəl  məlumat  vermək  tövsiyyə  olunur. 

Vətəndaşlıq  hüququ  barədə  informasiyalar  verilən  zaman  həm 

ayrı-ayrı zümrələrdən olan insanların hüquqlarının qorunması, həm də 

vətənimizdə istər bilvasitə, 

570 



istərsə də bilavasitə bağlı olan insanalrm hüquqlarının hərtərəfli təmin 

olunması ilə bağlı Azərbaycan Respublikasının Ali Qanununda təsbit 

edilən maddələrin yüksək demokratik əsaslara söykənməsi şagirdlərdə 

yüksək  qürur  hissi  formalaşdırmağa  xidmət  etməlidir.  Sözün  əsil 

mənasinda  ölkəmizdəki  demokratikləşmə  və  humanistləşmə 

proseslərinin  ən  real  görüntülərini  özündə  əks  etdirən  vətəndaşlıq 

haqqındakı maddələr hər bir şagirddə fəxarət hissi doğurmaqdan ötrü 

əsil nümunə ola bilər. Bunun üçün həmin maddələrin hər biri üzərində 

müqayisəli şərhlərin aparılmasına ciddi ehtiyac duyulur. 

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan 

Respublikasının Qanunun (30 sentyabr 1998-ci il, № 527-10) birinci 

maddəsində 

göstərilir 

ki, 


“Azərbaycan 

Respublikasının 

Konstitusiyasının  52-ci  maddəsinə  görə,  Azərbaycan  dövlətinə 

mənsub  olan,  onunla  siyasi  və  hüquqi  bağlılığı,  qarşılıqlı  hüquqi 

vəzifələri  olan  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır.” 

Konstitusiyaya  görə  həmin  vətəndaş  heç  bir  vəchlə  vətəndaşlıqdan 

məhrum  edilə  bilməz.  Ona  görə  ki,  dövlət  onların  hüququnu  daim 

müdafiə edir. 

Vətəndaşlıq  haqqında  II  maddədə  deyildiyi  kimi  “Azərbaycan 

Respublikası  Konstitusiya”smm  53-cü  maddəsinin  I  hissəsinə  görə, 

Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir  halda  Azərbaycan 

Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. 

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin II 

hissəsinə  görə  Azərbaycan  Respublikasının  vətəndaşı  heç  bir  halda 

Azərbaycan Respublikasından qovula və xarici dövlətə verilə bilməz. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  53-cü  maddəsinin 

III hissəsinə görə Azərbaycan Respublikası onun ərazisindən kənarda 

müvəqqəti  və  ya  daimi  yaşayan  Azərbaycan  Respublikası 

vətəndaşlarının  hüquqi  müdafiəsinə  təminat  verir  və  onlara  hamilik 

edir. 


Vətəndaşlıq  hüququnun  təminatı  üçün  Azərbaycan  dövləti 

orqanlarının  və  vəzifəli  şəxslərinin  simasında  Azərbaycan 

Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır. (Bax. 

571 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə