idarəetmənin obvekti pedaqoji, psixoloji, fizioloji, bioloji,
texniki və sosial əsaslara söykənən iş sistemidir. İdarəetmənin sosial
əsaslara söykənməsi günün ən aktual tələblərindən olduğu üçün ona
xüsusi diqqət yetirmək lazım gəlir. Buna isə məktəbin ailə və
ictimaiyyətlə formal əlaqəsi kimi yanaşmaq idarəetmədə
uğursuzluqların yaranmasına səbəb ola bilər. Ona görə də məktəb
rəhbəri ailənin, sosial mühitin diqqət mərkəzində saxlanılmalıdır.
Təcrübə göstərir ki, pedaqoji prosesin ziddiyyətləri içərisində özünü
ən qabarıq göstərən uyğunsuzluqların social mənşəi mövcuddur.
Məhz bu səbəbdən məktəb rəhbərliyi “adaptasiya”, “dezadaptasiya”,
“readapt- tasiya”, “reablitasiya” kimi problemlərin həlli ilə üzləşməli
olur. Ölkəmizdə “sosial pedaqogika”, “sosial pedaqogikanın
texnologiyası”, “sosial pedaqogikanın metodikası” və sair bu kimi
problemlərlə bağlı tədqiqatların demək olar ki, aparılmaması
səbəbindən məktəb rəhbərləri sosial problemlərlə bağlı heç bir nəzəri
materiala istinad edə bilmirlər.
İdarəetmənin predmeti təlim tərbiyə müəssisələrinin
məqsədyönlü, planlı idarə olunmasının nəzəri və praktik əsaslarıdır.
İdarəetmənin vəzifələri aşağıdakılardır:
-tədris-tərbiyə işlərinin düzgün planlaşdırılması, normal təşkili,
onların gedişinə düzgün nəzarət edilməsi və nəticələrin yoxlanıb
qiymətləndirilməsi;
-bu işlərin düzgün qurulması üçün pedaqoji sahədə nəzəri və
praktik
cəhətdən
hazırlığı
olan
kadr
potensialının
müəyyənləşdirilməsi;
-fənlərin tədrisi imkanlarının yüksəldiloməsi;
-fənn kabinetlərinin, idman zalının, studiyaların, kütləvi
tədbirlər üçün otaqların və sair bu kimi otaqların təşkili və tərtibi;
-sinifdənxaric
tədbirlərin
məktəbin
məktəbdənkənar
müəssisələrlə əlaqəsinin düzgün planlaşdırılması və təşkili;
-müvafiq dövlət müəssisələrilə və ictimai qurumlarla işin
düzgün təşkili;
-sosial-pedaqoji işin metodikası və texnologiyası üzrə işi
planlaşdırmaq və həyata keçirmək;
578
-məktəbin təsərrüfat və iaşə işlərinin düzgün qurulmasına
nəzarət;
-metodbirləşmələrin işinin tədris-tərbiyə işinin səviyyəsinin
yüksəldilməsinə xidmət etməsini təmin etmək;
-tədqiqat işinin fənlərin tədrisinə, tərbiyə işinin düzgün təşkilinə
xidmət etməsini təmin etmək. Bunun üçün tədqiqat qurumlannın
zəzurət yarananda kafedraları düzgün formalaşdırmaq;
-informatika texnologiyaları və kommunikasiya işlərinin sistemə
salınması;
-yeni pedaqoji texnologiyalarla işin təlim-tərbiyə prosesi üçün
yararlı olmasını təmin etmək və görülən işin beynəlxalq standartlara
uyğun olmasına çalışmaq və s.
14.3.
Məktəbin idarə olunmasının üsulları
Məktəbin idarə olunmasının üsullarını şərti olaraq beş qrupa
ayırmaq olar. Onlar aşağıdakılardan ibarətdir:
1.
Normativ sənədlərlə iş üsulları: Buraya məktəbin
nizamnaməsi, baza tədris planları, təhsilin dövlət standartları, tədris
planları, tədris proqramları və dərsliklərlə işlərin həyata keçirilməsi
üsulları nəzərdə tutulur.
2.
Təşkilati-inzibati idarəetmə üsulları: Buraya əmrlərin,
sərəncamların, göstərişlərin, məsləhətlərin, tövsiyyələrin verilməsi
üsulu; təşkilati-tənzimləyici üsulları; göstərişverici və stimullaşdırıcı
üsullar daxildir.
3.
Pedaqoji təşkilatçılıq üsulu: Bu üsulun köməyi ilə gecələrin,
görüşlərin, disputların, konfransların, sinif saatlarının, maraq
kurslarının, fakültativ məşğələlərin, fənn dərnəklərinin, bədii
yaradıcılıq dərnəklərinin, konsertlərin, müsabiqələrin, pedaqoji
şuraların, şagird təşkilatı qurumlarının və s. təşkili təmin olunur.
4.
Məktəbin məktəbdənkənar tərbiyə müəssisələrilə əlaqəli iş
aparmaq üsulları: Bu üsulların köməyilə şagirdlərin elmi, texniki,
bədii, estetik, əxlaqi, fiziki, fizioloji, psixoloji, ekoloji.
579
hüquqi, iqtisadi tərbiyəsinin düzgün təşkilinə köməklik göstərən
məktəbdənkənar müəssisələrlə həyata keçirilir.
5.
Sosial pedaqogika ilə bağlı həyata keçirilən iş üsulları:
Buraya məktəbin ailələrlə, çətin uşaqlarla, neqativ işlərə meylli
şagirdlərlə, cinayətkar şagirdlərlə, əmək-islah işlərinə cəlb
olunanlarla həyata keçirilən iş üsulları daxildir. Bu üsulları tətbiq
etməklə;
-
intizamı mütəmadi pozanlar, tərbiyə işinə xələl gətirənlər
müşahidə edilir;
-
çətin uşaq kimi özlərini göstərənlərlə fərdi söhbətlər,
müsahibələr təşkil edilir;
-
polisin azyaşlılarla iş üzrə əməkdaşları ilə əlaqələr qurulur,
müvafiq sənədləşmə, anketləşdirmə işləri görülür, eksperimental
xarakterli işlər həyata keçirilir.
14.4.
Məktəb direktorunun vəzifələri və məsuliyyəti
Məktəb direktorunun bir sıra zəruri vəzifələri vardır. O, eyni
zamanda bir sıra vəzifələrin həllində ciddi məsuliyyət daşıyır. Onları
aşağıdakı şəkildə qruplaşdırmaq olar. Məktəb direktoru:
-təlim, tərbiyə, təhsil və idarəetmə sahəsində mövcud olan
dövlət direktivlərinin tələblərinə müvafiq olaraq icra hakimiyyəti
orqanları qarşısında məsuliyyət daşıyır. O, daşıdığı məsuliyyətin
fövqündə təlim-tərbiyə işlərini planlaşdırır. Planlaşdırılan işlərin
yüksək səviyyədə həyata keçirilməsinə nəzarət edir, tədris
müəssisəsində mövcud olan fəaliyyət növlərinin keyfiyyətinə
cavabdehlik daşıyır;
-Pedaqoji şuranı yaradır, tərkibini təsdiq edir, ona rəhbərlik edir;
-Məktəbin ictimai təşkilatlarla həmrəyliyini təmin edir,
sosial-pedaqoji uyğunsuzluqlarm aradan qaldırılması sahəsində
profilaktik tədbirlər görür;
-Təhsil
müəssisəsinin şərəfini və maraqlarını Dövlət
orqanlarının maraqları səviyyəsində qoruyur və təmsil edir;
580
Dostları ilə paylaş: |