MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji


İrsiyyət amilinin nəzərə alınması



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə21/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   17   18   19   20   21   22   23   24   ...   196

2.3. İrsiyyət amilinin nəzərə alınması 

Təlim-tərbiyə  prosesində  şagirdin  bir  şəxsiyyət  kimi 

formalaşması üçün irsiyyət amilinin nəzərə alınmasının çox mühüm 

əhəmiyyəti  vardır.  Bunun  üçün  təlim  prosesində  bir  sıra  cəhətlərin 

nəzərə alınması vacib hesab olunur. Hansıdır bu cəhətlər? Birincisi, 

aşağıdan-yuxarı,  sadədən  mürəkkəbə  prinsipi  əsasında  işləyən  hər 

müəllim  uşaqların  elmin  hansı  sahəsinə,  hansı  qabiliyyət  növünə 

maraq göstərmələrini, hansı sahəyə daha çox meyl etmələrini düzgün 

müəyyənləşdirilməlidir. Bu zaman özünü göstərən maraq və meyllərin 

böyük  əksəriyyəti  irsi  əlamətlər  kimi  özünü  göstərir.  İkincisi,  əqli, 

fiziki  və  bədii  istedadı  olan  uşaqların  müəyyənləşdirilib  üzə 

çıxarılması  zamanı  onların  hansı  irsi  əlamət  və  keyfiyyətlərinə 

üstünlük verilməsi vacibdir. 

Avropa  ölkələrində,  Amerikada  ümumtəhsil  məktəblərində 

tətbiq  olunan  100  ballı  qiymətləndirmə  sistemində  kredit  balı  üzrə 

həyata keçirilən transferlərin hər birində irsi keyfiyyətlərin müşahidə 

olunması  işin səmərəsini artırır. Transfer zamanı şagirdin hansı  elm 

sahəsinə,  hansı  fənnə  daha  çox  maraq  göstərməsi,  hansı  qabiliyyət 

tələb  edən  sahələrə  meyl  göstərməsi  ilkin  olaraq  irsi  əlamətlərin 

köməyilə  aşkarlanır.  Şagirdlərin  bir  qismi  dəqiq  elmlərə,  bir  qismi 

təbiət elmlərinə, bir qismi humanitar elmlərə (fənlərə), bir qismi isə 

qabiliyyət  tələb  edən  sahələrə  (musiqi,  incəsənətin  digər  növləri, 

idmanın ayrı-ayrı sahələri nəzərdə tutulur) daha çox mene göstərirlər. 

Komissiya  onların  maraq-meyllərinə  və  digər  müşahidə  faktlarına 

görə  onları  ayrı-ayrı  siniflər  üzrə  qruplaşdırır  və  qrup-  laşdırılmış 

siniflərin  hər  birinə  öz  təmayülünə  uyğun  proqramlar  hazırlanır. 

Aparılan  eksperimentlərdən  aydın  olur  ki,  dəqiq  elmlərə  maraq 

göstərən ailələrdən gələnlər dəqiq elmlər üzrə, təbiət elmlərinə maraq 

göstərən ailələrdən gələnlər təbiət fənləri üzrə, humanitar sahəni sevən 

ailələrdən  gələn  uşaqlar  humanitar  fənlər  üzrə  təmayül  siniflərdə 

oxuyurlar.  İdman  təmayüllü  siniflərdə  oxuyanların  əksəriyyətinin 

idmançı  övladları,  incəsənət  təmayüllü  siniflərdə  oxuyanların  isə 

incəsənət  işçilərinin  övladları  olduğu  da  müəyyənləşdirilmişdir. 

Burada 


62 


irsiyyət amilinin böyük rol oynadığı özünü daha bariz şəkildə göstərir. 

Tərbiyə  prosesində  də  irsiyyət  amilinin  nəzərə  alınmasına 

ehtiyac duyurlar. İstər ideya-siyasi, istər əxlaq, istər əmək, istər fiziki

istər  estetik,  istərsə  də  tərbiyənin  digər  tərkib  hissələri  üzrə  həyata 

keçirilən tədbirlərdə bunun nəzərə alınması tərbiyə işinin səmərəsini 

artırır. Elə götürək estetik tərbiyə üzrə həyata keçirilən işləri. Bu işlər 

bir neçə istiqamət üzrə həyata keçirilir. Orta ümumtəhsil məktəbinin 

həm təlim prosesində,  yəni bir sıra fənlərin tədrisi zamanı (ana dili, 

oxu,  təsviri  sənət,  musiqi,  ədəbiyyat  və  s.)  həm  də  dərsdənkənar, 

tədbirlərdə  (bədii-yaradıcılıq  dərslərində,  incəsənət  studiyalarında, 

maraq kurslarında, bədii özfəaliyyət müsabiqələrində və s.) şagirdlərin 

seçilməsi, dərnəklərə, kurslara, müsabiqələrə, tədbirlərə cəlb edilməsi 

zamanı  onların  irsi  əlamət  və  keyfiyyətlərinin  nəzərə  alınması  çox 

zəruridir.  Əks  halda  belə  dərsdənkənar  tədbirlərdə  zövsüzlük 

problemilə  üzləşmək  təhlükəsi  yaranır.  Çünki  belə  dərsdənkənar 

tədbirlərə  cəlb  olunanların  istisnasız  olaraq  hamısında  incəsənətin 

ayrı-ayrı  sahələrinə  uyğun  olan  qabiliyyət  və  istedad  elementləri 

olmasa  onların  belə  tədbirlərə  cəlb  olunması  heç  bir  fayda  verə 

bilməz. Həmin uşaqların bu sahədəki talantı özünü göstərməsə onların 

həmin tədbirlərə cəlb olunmasının heç bir mənası ola bilməz. 

Uşaqlarda  irsi  keyfiyyət  kimi  özünü  göstərən  qabiliyyətlər 

sonradan  inkişaf  edərək  istedad  və  talant  kimi  özünü  göstərir. 

Qabiliyyəti  olan  uşaqların  müvafiq  qabiliyyətləri  anadangəlmə  olsa 

da, onun cilalanması mühitdən asılı olur. Uşaq elə mühitə düşə bilər 

ki,  həmin  qabiliyyət  amilinin  üzə  çıxması  üçün  heç  bir  şərait 

yaranmaz. 

Bu  sahədə  tədqiqat  aparanların  fikirlərində  müəyyən 

ziddiyyətlərin  olduğunu  nəzərdə  saxlamaq  şərtilə,  demək  olar  ki, 

qabiliyyət və istedadlı adamların sonrakı nəsillərində həmin qabiliyyət 

və istedad elementləri onun bütün övladlarında özünü göstərməyə də 

bilər. Yaxud heç birisində göstərməyə və ya bir ikisində göstərə bilər. 

63 



2.4. Mühit amilinin nəzərə alınması 

Şəxsiyyətin  formalaşdırılması  işində  mühit  amilinin  nəzərə 

alınması  ən  mühüm  şərtlərdən  hesab  olunur.  Müşahidələr, 

araşdırmalar göstərir ki, irsi keyfiyyətlərin hər biri müvafiq  mühitin 

təsirilə  dəyişir.  Yəni  mühit  hər  hansı  irsi  əlamətin,  keyfiyyətin  və 

xarakterin  dəyişdirilməsinə  təsir  edən  ən  mühüm  amillərdən  biri 

hesab olunur. Əgər bir ailədə 5 uşaq varsa, onların hər biri ayrı-ayrı 

məktəblərə,  ayrı-ayrı  maraq  kurslarına,  dəyirmi  masalara, 

diskotekalara,  klublara,  dini  mərkəzlərə  gedirlərsə,  deməli,  onlar 

biri-birindən  fərqli  olan  mühitdə  və  həmin  mühitin  təsiri  altına 

düşmüş olurlar. 

Azərbaycanın  görkəmli  mütəfəkkirlərindən  biri  olan  Cəlil 

Məmmədquluzadənin  “Ananın  kitabı”  əsərində  üç  oğul  böyüdən 

valideynlər  onları  təhsil  almaq  üçün  ayrı-ayrı  ölkələrə  göndərirlər. 

Övladlardan biri İranda, biri Türkiyədə, biri isə Rusiyada təhsil alır. 

Təhsillərini başa vurub öz Vətənlərinə, öz ailələrinə dönən övladlar 

təhsil  aldıqları  mühitin  təsirinə  düşərək  bu  mühitin  ideologiyası, 

ədəbiyyatı və mədəniyyətini təbliğ edərək tamam əks qütblərdə duran 

insanlara  çevrilirlər.  Kəskin  mübahisələr  zəminində  biri-birilərinə 

qarşı çevrilən qardaşlar əqidə və mənəvi normalarına görə tam fərqli 

adamlar  kimi  yersiz  mübahisələrdə  biri-birilərini  təhqir  edirlər.  Bir- 

birlərinə qaşı düşmənçilik belə etməkdən çəkinməyən qardaşların bu 

mövqeyi  bir  amilin  səbəbindən  özünü  büruzə  vermişdir.  Mühitin 

onlara  göstərdiyi  təsirin  nəticəsində  qardaşlara  məxsus  olan  irsi 

keyfiyyətlərdən,  o  cümlədən  millilikdən,  milli  koloritdən, 

Azərbaycançıhq  məfkurəsindən,  ata-anaya  hörmətdən  ə-  sər-əlamət 

qalmamışdır. Deməli, mühit amili şəxsiyyətin formalaşmasında özünü 

daha bariz şəkildə göstərən amillərdəndir. 

Mühit  insanlara  məxsus  olan  bütün  ictimai  münasibətləri  və 

ictimai  inkişafı  özündə  ehtiva  edir.  Ona  görə  də  mühit  həm  ictimai 

münasibətlərin,  həm  də  ictimai  inkişafın  məcmusu  hesab  olunur. 

Mühit  rəngarəngliyi  bəzən  müxtəlif  marağa,  meylə,  motivlərə, 

əqidələrə,  təxəyyülə  və  məfkurəyə  məxsus  insanları  ayırır  əks 

təqdirdə birləşdirir. İctimai mühitin təhsil, elm, mədəniyyət, idman və 

sairlə bağlı olanlar insanları daha çox özünə cəlb edir. 

64 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə