«AZƏrbaycan tariXİ» FƏNNİNDƏN (kredit sistemi) proqram



Yüklə 136,48 Kb.
tarix01.11.2017
ölçüsü136,48 Kb.
#7967



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ
Orta ixtisas təhsilli mütəxəssis hazırlığı üçün
ELLARA ƏHMƏDOVA


«AZƏRBAYCAN TARİXİ» FƏNNİNDƏN

(kredit sistemi)


P R O Q R A M

Bakı İdarəetmə və Texnologiya Kolleci

«Humanitar və sosial elmlər» fənnbirləşməsinin iclasında müzakirə olunub. Protokol № 2

13” oktyabr 2015-ci il.



BAKI- 2016


Tərtib edən: Bİ və TK müəllimi, tarix üzrə fəlsəfə doktoru

E.İ.Əhmədova


Redaktor: Bİ və TK müəllimi, fənn birləşmə sədri

Ş.S.Əfəndiyeva


Rəyçılər: ADPU-nun dos.,

tarix üzrə fəlsəfə doktoru



N.Ə.Əhmədova
Bİ və TK müəllimi

İ.S.Hüseynova


Çapa imzalamış. 22.05.2016

Kağız formatı 60 x 84 1/16, çap vərəqi 2

Sifarif 160 sayı 200

============================================

ADPU-nun mətbəəsi

Bakı, Ü.Hacıbəyov küçəsi,34

Tel6 (+912) 493-74-10

E.mail. ADPU@Box.az


Müstəqil Azərbaycanın hər bir gənci öz xalqının, millətinin tarixini bilməsə, o, həqiqi vətəndaş ola bilməz, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz.

Heydər Əliyev

İZAHAT VƏRƏQİ

Fənnin tədrisi zəngin və dərin köklərə malik Azərbaycan tarixinin ictimai - siyasi, sosial - iqtisadi və mədəni həyatını gənclərimizə - tələbələrimizə obyektiv və olduğu kimi öyrədilməsini nəzərdə tutur. Azərbaycan təhsilində Bolonya prosesinin tətbiqi ilə əlaqədar fənnin tədrisində başlıca məqsəd dərsləri müasir tələblər səviy-yəsində qurmaq üçün interaktiv metodlardan, innovasiyalardan istifadə edərək mövzunun tələbələr tərəfindən mənimsənilməsinə nail olmaqdan, tələbələrdə Azər-baycanın ərazisi, əhalisi və indiki vəziyyəti haqqında geniş və hərtərəfli təsəvvür yaratmaqdan, onlarda vətənpərvərlik hissini inkişaf etdirməkdən, eyni zamanda geniş dünyagörüşünü, tarixi hadisələri analitik təhlil etmək, siyasi proseslərədən düzgün nəticə çıxarmaq qabiliyyətinidə formalaşdırmaqdan ibarətdir.

Orta ixtisas təhsilli mütəxəssis hazırlamaq üşün tələbələrə doğma Vətən tarixinin (Azərbaycan tarixi) öyrənilməsi bütün tarixi məqamlarda, xüsusilə ölkəmizin indiki müstəqillik dövründə olduqca vacibdir. Bunun üçün də tələbələrə Azərbaycan ərazisində qədim dövrlərdən bu günə qədər mövcud olmuş tayfalar, tayfa birlikləri və dövlətlər haqqında məlumat vermək zəruridir. Arxeoloji qazıntılar və elmi təd-qiqatlar nəticəsində Azərbaycan ərazisinin dünyanın qədim insan məskənlərindən biri olması artıq dəfələrlə sübut edilmişdir. Ən qədim daş dövründən burada insanların yaşadığını göstərən Azıx mağarasından tapılmış maddi mədəniyyət nümunələri buna sübutdur. Fənnin tədrisi gedişində tarixin sonrakı dövrlərində Aratta, Turikki, Kuti (Kutium), Lullubi (Lullubum) kimi dövlət qurumları Manna, Midiya, Kimmer-iskit-sak padşahlığı, Atropatena. Albaniya, Qaraqoyunlu, Ağ-qoyunlu, Səfəvilər və s. kimi dövlətlər və imperatorluqlar haqqında tələbələrə geniş məlumat verilir, tariximizin qaranlıq səhifələri işıqlandırılır.

Bu gün Azərbaycan tarixinin ən şərəfli dövrünü yaşadığımız bir vaxtda xalqı-mızın, xüsusilə gənc nəslin tarixi yaddaşının möhkəmlənməsində, onun vətən-pərvərlik və azərbaycançılıq ruhunda tərbiyə edilməsində «Azərbaycan tarixi»nin öyrənilməsi misilsiz əhəmiyyətə malikdir. Xalqımızın Ümümmilli lideri Heydər Əliyev müxtəlif rəsmi və qeyri-rəsmi dövlət tədbirlərində, alimlərlə, xüsusilə tarixçi alimlərlə görüşlərində «Azərbaycan tarixi» nin yeni milli təfəkkür baxımından obyektiv və hərtərəfli öyrənilməsini, tarixi həqiqətlərin aşılanmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Belə ki, uzun müddət mənəvi təhqirlərə, fiziki təzyiqlərə məruz qalmış Azərbaycan xalqı 70 illik totalitar sovet rejimi şəraitində öz soy-kökündən, ənənəvi tarixi əlaqələrindən ayrı salınmağa yönəldilmiş bədnam, zərərli konsepsiyalardan uzaqlaşmalı, keçmişimiz və bu günümüz elmi şəkildə öyrə-nilməlidir.

Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar:

Kompetensiya - fənnin mənimsənilməsi nəticəsində əldə olunan bilik, bacarıq və vərdişlərin praktiki tətbiqidir. Ümumi kompetensiyalar bilik üzərində əsaslan-mış müasir cəmiyyətdə peşəkar və şəxsi sahədə özünü uğurla reallaşdırmaq üçün lazım olan şəxsi, metodiki və sosial kompetensiyalardır. Fənn kompetensiyaları fənn bacarıqlarının mənimsənilməsini təmin edən nəzəri, praktiki və ya eksperi-mental biliklər və bacarıqlar deməkdir.

«Azərbaycan tarixi» fənninin tədrisi prosesində tələbələr aşağıdakı bilik, bacarıq və vərdişləri əldə edir:

• Azərbaycan tarixinin xronoloji ardıcıllıqla sistemləşdirilərək ölkəmizin ərazi-sində tarixən mövcud olmuş müstəqil dövlətlərin torpaqlarının müxtəlif böyük im-peratorluq və işğalçı dövlətlər tərəfindən zəbt edilməsi, əsarət, yaxud asılılıq döv-rünün əzab, əziyyət və məşəqqətlərini, ermənilərin xalqımıza qarşı mütəmadi olaraq törətdikləri qanlı - qadalı soyqırımları haqqında məlumatların tələbələrə çatdırılması yolu ilə onlarda biliklər əldə edilməsinə nail olmaq.

• Tələbələrdə Azərbaycan ərazisində əsrlər boyu baş verən etnik və demoqrafik proseslər, ictimai və siyasi dəyişikliklər haqqında təsəvvür yaratmaq.

* Tariximizin tədrisi gedişində tələbələrin mənəvi-əxlaqi tərbiyəsi ilə əlaqədar iş-lərlə də məşğul olmaq və onların müstəqil Azərbaycan respublikasının hüquqi demokratik, və dünyəvi dövlət kimi formalaşmasında fəal iştirak etməsinə çalış-maq.

Mənbələrlə işləmək bacarığı aşılamaq; *Öyrəniləcək mövzuya marağı artırmaq; * Müasir informasiya vasitələrindən istifadə etməklə;

* Mövzu ilə bağlı qoyulmuş problemlərin həllinə dair tələbələrdə öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı aşılamaq. tələbələrdə bacarığın test, kompüter, referat, müstəqil iş formasını inkişaf etdirmək.

Tədris prosesi zamanı aşağıdakı tədris metodlarından istifadə edilir:

- dialoq forması (nəzəri izahatlar və praktik nümunələrlə);

- müzakirə forması (fərdi çıxışlarla bağlı disputların aparılması, məruzələrin, esselərin və referatların müzakirəsi);

- tələbələrin müstəqil işi (tövsiyə olunan ədəbiyyatın tədqiqi, referat yazmaq, seminar məşğələlərinə məruzələr hazırlamaq).

Bunlardan əlavə kursun tam və hərtərəfli öyrənilib mənimsənilməsi üçün fənnin tədrisi zamanı kredit sistemi əsasında müasir təlim metodları olan interaktiv, kommunikativ, kooperativ, ənənəvi və müəllim tərəfindən əlavə olaraq şərh; tən-qid; müqayisə; analiz; ümümiləşdirmə; emprik yanaşma; prezentasiyaların təşkili metodlardan da istifadə edilir. Kursun müasir tələblər səviyyəsində mənimsənil-məsinə nail olmaq üçün tələbələrə verilən mövzular üzrə nəzəri biliklər aşılanır. Tələbə dərs prosesində nizam-intizamlı olmalı; Göstərilən mövzularla bağlı verilən və tövsiyə olunan ədəbiyyatla müstəqil işləməyi bacarmalı; Əlavə ədəbiyyatdan istifadə etməli; Müzakirələrdə fəal iştirak etməli, mövzular üzrə analitik təhlil aparmağı bacarmalı: Tədrisə 90; 60 saat ayrılır. Bu saatlar da 1 semesterdə həftə ərzində 90 saat 6 qoşa saat, 60 saatda 2 qoşa saat olmaqla yerinə yetirilir .

NÜMUNƏVİ MÖVZU PLANI
AZƏRBAYCAN TARİXİ – 90 SAAT





ƏYANI ŞÖBƏ

MÖVZULARIN ADLARI


Saatların miqdarı


Qeyd


1.

Giriş. Azərbaycan ibtidai icma quruluşu dövründə.

2

2


qarışıq


2.

Azərbaycan ərazisində quldarlıq quruluşu. Ən qədim və qədim dövlətlər.

2

2





3.

Azərbaycan ərazisində erkən feodalizim dövrü. Azərbaycan xalqının və di-linin təşəkkül tapması (III-VII əsrlər).

2

2





4.

Azərbaycan Ərəb Xilafətinin hökümranlığı dövründə (VII-IX əsr).

2

2





5.

IX- XII əsrlərdə Azərbaycan feodal dövlətləri.

2

2





6.

Monqolların Azərbaycana yürüşü. Azəbaycan Hülakülər (Elxanilər) döv-ründə (XIII-XIV əsrlər).

2

2





7.

XV əsr Azərbaycan feodal dövlətləri.

2

2





8.

Azərbaycan Səfəvilər dövlətinin yaranması və fəaliyyəti (XVI-XVII əsr).

2

2




9.

Azərbaycan Səfəvi dövlətləri süqutu. XVIII əsrin birinci yarısında Azərbay-canın sosial-iqtisadi, siyasi vəziyyəti.

2

2





10.

Azərbaycan xanlıqları (XVIII əsrin II yarısı - XIX əsrin əvvəlləri. )

2

2





11.

Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi (1801-1828-ci illər).

2

2




12.

Azərbaycan XIX əsrin 30-50-cı illərində. İnzibati idarə sistemi və təsərrüfat həyatı.

2

2





13

Azərbaycanda kapitalist münasibətlərinin yaranması və inkişafı. Millətinin formalaşması (XIX əsrin II yarısı).

2

2





14

Şimali Azərbaycan XX əsrin əvvəllərində. İnqilabi və milli demokratik hərəkat (1901-1918).

2

2





15

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının I mərhələsi (1905-1911).

2

2




16

Şimali Azərbaycan istiqlal ərəfəsində. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu.

2

2





17

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının II mərhələsi (1917-1920).

2

2




18

Şimali Azərbaycan Sovet rejimi şəraitində ( XX əsrin 20-30- cu illərində).

2

2




19

Azərbaycan İkinci Dünya müharibəsi dövründə.

2

2




20

Azərbaycan SSR İkinci Dünya müharibədən sonrakı dövrdə (1945-1991).

2

2




21

Cənubi Azərbaycan İran İslam inqilabı və ondan sonrakı dövründə.

2

2




22

Müstəqil Azərbaycan dövlətciliyinin bərpası, qurulması, möhkəmləndiril-məsi və inkişafı.

2



2




23

Müstəqil Azərbaycan Respublikası III minillikdə.

1

1







CƏMİ



45

45







YEKUN







90


AZƏRBAYCAN TARİXİ – 60 SAAT





MÖVZULARIN ADLARI

Saatların miqdarı

Qeyd

1.

Giriş. Azərbaycan ibtidai icma və quldarlıq quruluşu dövründə.

2

2

qarışıq

2.

Azərbaycan erkən feodalizim dövründə ( III-IX əsrlər).

2

2




3.

IX-XII əsrlərdə Azərbaycan feodal dövlətləri Azərbaycan Monqol əsarəti dövründə .

2

2




5.

XV əsr Azərbaycan feodal dövlətləri.

2

2




6.

Azərbaycan XVIII əsrdə.

2

2




7.

Şimali Azərbaycan XX əsrin əvvəllərində. İnqilabi və milli demokratik hərəkat (1901-1918).

2

2




8.

Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti. Süqutu.

2

2




9.

Şimali Azərbaycan istiqlal ərəfəsində. Azərbaycan Xalq Cümhuriyyəti.

2

2




10.

Şimali Azərbaycan Sovet rejimi şəraitində ( XX əsrin 20-30- cu illərində).

2

2




11.

Azərbaycan İkinci Dünya müharibəsi dövrdə. .

2

2




12.

Azərbaycan SSR müharibədən sonrakı dövürdə (1946-1991).

2

2




13.

Cənubi Azərbaycan İran İslam inqilabı və ondan sonrakı dövründə.

2

2




14.

Müstəqil Azərbaycan dövlətçiliyin qurulması, qorunub saxlanması və möhkəmləndirilməsi .

2

2




15

Müstəqil Azərbaycan Respublikası III minillikdə..

2

2







CƏMİ

30

30







YEKUN

60





FƏNN ÜZRƏ SƏRBƏST İŞLƏRİN MÖVZULARI




Mövzular


Son tarix

1

Azərbaycanın qədim dövrü (ibtidai icma quruluşu, erkən dövlət qurumları və qədim dövlətlər )


4-cü həftə

2

Azərbaycan III-IX əsrlərdə.

5-ci həftə

3

Azərbaycan IX-XIV əsrlərdə.

6-cı həftə

4

XV-XVIII əsrlərdə Azərbaycan feodal dövlətləri.

7-cı həftə

5

Azərbaycan xanlıqları

8-ci həftə

6

Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində.

9-cu həftə

7

Cənubi Azərbaycan XIX-XX əsrlərdə.

10-cu həftə

8

Azərbaycan Xalq Cümhuriyyəti.

11-ci həftə

9

Azərbaycan Sovetlər Birliyinin tərkibində (1920-1991)

12-ci həftə

10

Azərbaycan Respublikasının yaranması və fəaliyyəti

13-cü həftə



FƏNNİN MƏZMUNU
MÖVZULAR

1-Cİ MÖVZU: TARİX FƏNNİNƏ GİRİŞ. AZƏRBAYCAN İBTİDAİ İCMA QURULUŞU DÖVRÜNDƏ.

Azərbaycan tarixi ümumdünya tarixinin tərkib hissəsi kimi. “Azərbaycan tarix”i kursunun mövzusu, məqsədi, vəzifələri. “Azərbaycan tarixi” ni öyrənmək üçün mənbələr – arxeoloji abi-dələr və maddi-mədəniyyət nümunələri, III- I minilliklərin qədim – Şumer- Akkad, Assur və Urartu, orta əsr Ərəb, fars və türkdilli yazılı qaynaqları. “Azərbaycan” anlayışı, “azərbaycanlıların” etnik təhlili.

Azərbaycan ərazisində insanın məskən salmasına təsir edən aminllər, insan düşərgələri. İbtidai- icma quruluşu və onun dövrləri. Daş dövrün mərhələləri. “Bacarıqlı”, “Neandertal”, “Ağıl-lı” insanın yaranması. Mənimsəmədən istehsal təsərrüfatına keçıd. Tunc dövrü və onun mər-hələləri. I və II ictimai əmək bölgüsü, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılığın yaranması. Dəmir dövrü. III ictimai əmək bölgüsü. Əmək və ictimai bərabərsizliyin dərinləşməsi.

İbtidai icma quruluşunun dağılması, siniflərin və sinifi cəmiyyətin meydana gəlməsi.



2-Cİ MÖVZU : AZƏRBAYCAN ƏRAZİSİNDƏQULDARLIQ QURULUŞU. ƏN QƏDİM VƏ QƏDİM DÖVLƏTLƏR.

Azərbaycanda ilk tayfa və tayfa ittifaqları: III minillikdə Ur-miya gölü (Lullubi, Kuti, Su (Sub), Turukki), Mil Qarabağ (Naxçı, Gərgər) ərazilərində tayfa birlikləri. Azərbaycanın şimal və cənub bölgələrində inkişafın fərqli cəhətləri. İlk dövlət qurumları: Aratta, Lullubi və Kutı. Erkən Azərbaycan dövlət qurumlarının parçalanması. Quldarlıq quruluşunun xüsusiyyətləri. Qədim Azərbaycan dövlətləri (Manna, Atropatena və Qafqaz Albaniyası). Manna dövlətinin yaranması, yüksəlişi və süqutu. Azərbaycanda Skif (İskit) padşahlığının yaranması.

Azərbaycan Midiya və Əhəməni imperiyasının tərkibində. Atropatena dövlətinin yaranması, qonşu dövlətlərlə münasibətləri, Qafqaz Albaniyasının yaranması və qonşu dövlətlərlə münasibətləri. Yadellilərə qarşı mübarizə.

3-CÜ MÖVZU: AZƏRBAYCAN ƏRAZİSİNDƏ ERKƏN FEODALİZİM DÖVRÜ.AZƏR-BAYCAN XALQININ VƏ DİLİNİN TƏŞƏKKÜL TAPMASI (III-VII ƏSR)

III-IV əsrlərdə Azərbaycanda feodal münasibətlərinin yaranması və onun xüsusiyyətləri. Atropatena və Albaniyada feodal münasibətlərin inkişafı. Əhalinin sinifi və sosial tərkibi. Feodal mülkiyyət formaları. Vergilər və mükəlləfiyyətlər.

Azərbaycan Sasani imperiyası tərkibində. Atropatenanın süqutu. Maniçilik, Məzdəkilər hə-rəkatı. Zərdüştlük. Azərbaycanda Sasani əsarətinə qarşı üsyanlar. Albaniyanın siyasi müstəqil-liyinin güclənməsi.

VI-VII əsrin əvvəllərində Sasani – Bizans müharibələri və Azərbaycan. Xəzər – Azərbaycan münasibətləri.Mehranilər sülaləsinin yüksəlişi. Girdiman (Aqvan) knyazlığı. Cavanşirin daxili və xarici siyasəti.

Azərbaycan əhalisinin etnik tərkibi. Türk etnosunun təşəkkülü, dilin yaranması. Azərbaycan xalqının formalaşmasının başa çatması (VII-VIII əsrlər).

4-CÜ MÖVZU: AZƏRBAYCAN ƏRƏB XİLAFƏTİNİN HÖKÜMRANLIĞI DÖVRÜNDƏ (VII-IX ƏSR).

Ərəb yürüşləri ərəfəsində Azərbaycanda siyasi və sosial- iqtisadi vəziyyət. Ərəb işğalinin başlanmasi və onun nəticəsi. Azərbaycanın Ərəblər tərəfindən işğal edilməsinin başa catması. Azərbaycan Xilafətin tərkibində. Sosial- iqtisadi və siyasi vəziyyət. Ərəb əsarətinə qarşı xalq azad-lıq hərəkatının başlanması.

Babəkin başçılığı altında Azərbaycanda azadlıq müharibəsi. Xilafət dövründə Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti.
5-Cİ MÖVZU: IX - XII ƏSRLƏRDƏ AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ.

Ərəb Xilafətinin zəifləməsi və Azərbaycanda müstəqil dövlətlərin yaranması. Şirvanşahlar, Sallarilər, Rəvvadilər, Şəddadilər dövlətləri. Slavyanların Azərbaycana basqınları. IX əsrin ikinci ya-rısı – XI əsrin ortalarında Azərbaycanda iqtisadi tərəqqi. Səlcuqların Azərbaycana yürüşü. Azərbaycanın işğalının başa catması. Azərbaycan türklərinin Cənubi Qafqazda əsas etnik qüvvəyə çevrilməsi. Səlcuq yürüşlərinin yekunu. Böyük Səlcuq imperiya-sının parçalanmasının nəticələri.

XII - XIII yüzilliyin başlanğıcında Azərbaycan feodal dövlətlərinin yenidən bərpası. Atabəylər (Eldənizlər) dövlətinin yaranması. Sosial-iqtisadi və siyasi vəziyyət. Mədəniyyət.
6-CI MÖVZU: MONQOLLARIN AZƏRBAYCANA YÜRÜŞÜ. AZƏRBAYCAN HÜLA-KÜLƏR (ELXANİLƏR) DÖVRÜNDƏ (XIII-XIV ƏSRLƏR).

Azərbaycan monqol yürüşləri ərəfəsində. Monqolların ilk yürüşü. İstilacılara qarşı xalq müqaviməti. Xarəzimşah Cəlaləddinin Azərbaycanda möhkəmlənməsi. Monqolların ikinci yürüşü və nəticələri. Monqolların Azərbaycana üçüncü yürüşü. Azərbaycanın istila edilməsi. Azərbaycan Hülakülar dövlətinin mərkəzi kimi. İdarəetmə sistemi. Torpaq və vergi siyasəti. Monqol ışğallarının viranedici nəticələri. Hülakülar dövlətinin süqutu. Azərbaycan Cəlarilərin hakimiyyəti altında. Teymur və Toxtamışın hücumları. Azərbaycan xalqının istilaçılara qarşı mübarizəsi. Azərbaycanda dövlət quruluşu və idarə sistemi.


7-Cİ MÖVZU: XV ƏSR AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ.

XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti. Qaraqoyunlu dövlətinin yaranması və genişlənməsi. Şirvanşah I İbrahimin birləşdirici siyasəti. Ağqoyunlu dövlətinin yaranması. Xarici siyasət. Teymurilər və Osmanlı dövləti ilə mübarizə. Səfəvi - Qizilbaş hərəkatı. Səfəvilərin Ərdəbil hakimiyyəti. Azərbaycan Rusiya münasibətləri. Avropa ilə əlaqələr. Sosial-iqtisadi həyat. Torpaq mülkiyyət formaları. Mədəniyyət.


8-Cİ MÖVZU: AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN YARANMASI VƏ FƏALİY-YƏTİ (XVI –XVII ƏSRDƏ).

XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti. Azərbaycan Səfəvilər dövlətinin yaranması. I Şah İsmayılın daxili və xarici siyasəti. I Şah Təhmasibin dövründə mər-kəzləşmiş vahid Azərbaycan dövlətinin yaranması prosesinin başa çatması. Səfəvilər dövlətinin Avropa ölkələri ilə əlaqələri. Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi. Osmanlı impe-riyasının Azərbaycanı zəbt etməsi. Siyasi quruluş, idarə sistemi. XVI əsrdə Azərbaycanın ictima-iqtisadi həyatı. Azərbaycanın Səfəvi dövlətinin əyalətlərindən birinə çevrilməsinin başlanğıcı. Qızılbaş əyanlarının hüquqlarının məhdudlaşdırılması. XVII əsrin birinci yarısında Osmanlı – Səfəvi müharibəsinin I mərhələsi. XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi vəziyyəti. XVII əsrin ikinci yarısında Osmanlı - Səfəvi müharibələrinin II mərhələsi. İctimai - iqtisadi münasibətlər. XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin zəifləməsi və zəifləmənin səbəbləri. Xalq azadlıq hərəkatının qüvvətlənməsi. Mədəniyyət.



9-CU MÖVZU: AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTLƏRİ SÜQUTU. XVIII ƏSRİN Bİ-RİNCİ YARISINDA AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ, SİYA-Sİ VƏZİYYƏTİ.

XVIII əsrin birinci yarısında Azərbaycanın sosial-iqtisadi şəraiti. Xəzəryanı əyalətlərin Rusiya tərəfindən (1722-1735) işğal olunması. Azərbaycanın qərb və cənub-qərb ərazisinin Osmanlı Türkiyəsi təfindən işğal edilməsi. Azərbaycan torpaqları Osmanlı hakimiyyəti (1723-1735) dövründə. Azərbaycan ərazisində İran –Osmanlı müharibələrinin yeni mərhələsi. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda siyasi vəziyyət. Səfəvi dövlətinin tənəzzülü. Feodalların Muğan qurultayı. Nadirin şah elan edilməsi. Səfəvillər sülaləsinin sonu. Azərbaycan Nadir Şahın imperiyası tərkibində. Sosial-iqtisadi quruluş. İran hakimiyyətin süqutu.




10-Cİ MÖVZU: AZƏRBAYCAN XANLIQLARI (XVIII ƏSRİN II YARISI - XIX ƏSRİN ƏVVƏLLƏRİ).

XVIII əsrin ikinci yarısında Azərbaycanın ictimai- iqtisadi vəziyyəti. Azərbaycan ərazisində xanlıqların yaranması. Xanlıqlar XVIII əsrin son rübündə. Cənub xanlıqları, Şimal xanlıqları. Azərbaycanın şimal - qərb camaatı, sultannları, məliklikləri. Xanlıqların qarşılıqlı münasibətləri və Azərbaycan torpaqların birləşdirilməsi təşşəbüsü. Sosial-iqtisadi həyat. Azərbaycan torpaqlarının işğalı. Azərbaycanın cənub torpaqları İran tabeliyində. Ağa Məhəmməd xan Qacarın Azərbaycanın şimal torpaqlarına yürüşü. XVIII əsrin sonu- XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti. Rusiya tərəfindən Azərbaycanın şimal torpaqlarının işğalının başlanması.


11-Cİ MÖVZU: AZƏRBAYCANIN RUSIYA VƏ İRAN ARASINDABÖLÜŞDÜRÜLMƏSİ (1801-1828).

Birinci Rusiya – İran müharibəsinin başlanması. Qarabağ, Şəki, Şirvan, Bakı və Quba xanlıqların işğal edilməsi. Rusiya - İran və Rusiya - Osmanlı müharibələrin son mərhələsi. Gülüstan sülh müqaviləsi. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsinin başa çatması. Rusiyanın işğalçı rejimi.

Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin ikinci mərhələsi. İkinci Rusiya - İran müharibəsi. Şəmkir və Gəncə döyüşləri. Naxçıvan və İrəvan xanlıqlarının Rusiya tərəfindən iş-ğalı. Türkmənçay sülh müqaviləsi. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin başa çatması.
12-CÜ MÖVZU: AZƏRBAYCAN XIX ƏSRİN 30-50-CI İLLƏRİNDƏ İNZİBATİ İDARƏ SİSTEMİ VƏ TƏSƏRRÜFAT HƏYATI.

Rusiya imeriyasının Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti. Milli dövlətçilik ənənələrinin məhvi, hərbi müstəmləkə sisteminin tətbiqi. Xanlıqların ləğvi. Komendant idarə üsulunun yaranması və onun mahiyyəti. İnzibati idarə və ərazi bölğüsü. Əhalinin köçürülməsi və sosial tərkibdə dəyişiklik. Ermənilərin Şimali Azərbaycanda kütləvi şəkildə yerləşdirilməsi, rus və alman məskənlərinin salınması. Köçürülmə prosesinin nəticələri. Çarizmin Şimali Azərbaycanda iqtisadi siyasəti. İqtisadiyyatın müstəmləkə siyasətinin tələblərinə üyğunlaşdırılması. Çarizmin müstəmləkə zülmünün güclənməsi. Müstəmləkə və feodal zülmünə qarşı çıxışlar. Müstəmləkə əleyhinə Car-Balakən (1830), Lənkəran (1831), Quba (1837), Şəki (1838) üsyanları. 30- cu illər üsyanla-rının nəticələri.

XIX əsrin 40- cı illər inzibati-məhkəmə, aqrar islahatların müstəmləkə xarakteri. Müs-təmləkəçilik siyasətinin tərkib hissəsi kimi islahatların hazırlanması və həyata keçiriməsi. İslahatların uğursuzluğu. Cənubi Azərbaycanın XIX əsrin 30-50- ci illərində sosial-iqtisadi vəziy-yəti.Sosial-siyasi quruluşu.Cənubi Azərbaycan İran dövlətinin daxili və xarici siyasətində. Şah rejiminin güclənməsi və müstəmləkəçi zülmü. Azərbaycan Babilər hərəkatının mərkəzi kimi.
13-CÜ MÖVZU: AZƏRBAYCANDA KAPİTALİST MÜNASİBƏTLƏRİNİN YARAN-MASI VƏ İNKİŞAFI. MİLLƏTİNİN FORMALAŞMASI (XIX ƏSRİN II YARISI).

Sosial- iqtisadi vəziyyət. Sənayedə kapitalist münasibətlərinin yaranması. Kənddə feodal – asılı münasibətlərinin sarsıtmaq cəhdi. Kəndli cəmiyyətinin yaranması. Burjua islahatları. İs-lahatın yarımçıq və müstəmləkə xarakteri. XIX əsrin 70-90-cı illərində kənd təssərüfatı və sənaye. Sənayenin başqa sahələri. Nəqliyyat və rabitə. Şəhərlər. Sənətkarlıq. Ticarət. Kəndli və fəhlə hərəkatı. Cənubi Azərbaycanın sosial-iqtisadi həyat. Şəhərlər. Sənətkarlıq. Ticarət. Kəsbkarlıq. Əhalinin çıxışları.

Azərbaycanda kapitalizm münasibətlərinin meydana gəlməsi və inkişafı. İqtisadi irəlləyiş. Millətin formalaşması. Formalaşmaya təsir edən amillər: ümumi bazarların yaranması, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, cəmiyyətin strukturunun dəyişməsi, burjuaziya və fəh-lələrin əsas sinfə çevrilməsi. Azərbaycan millətin təşəkkülünün şərtləri: kapitalizmin inkişafı, ərazi bırliyi, dil birliyi, mənəvi birlik. Millətin təşəkkülündə milli burjaziyanın qabaqcıl nümayən-dələrinin və milli-demokratik mətbuatın rolu.
14-CI MÖVZU: ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ. İNQİLABİ VƏ MİLLİ DEMOKRATİK HƏRƏKAT (1901-1918).

Şimali Azərbaycanda sosial-iqtisadi inkişaf. Şəhərlər. Ticarət. Rusiya imperiyasının köçürmə siyasəti. Yeni aqrar qanunlar və onların mahiyyəti (1900-1913). Sosial vəziyyət. Ça-rizmin müstəmləkəçilik siyasətinin xüsusiyyətləri. Mövcud quruluşa qarşı çıxışlar. Bakı tətilləri.

Azərbaycanda 1905-1907-ci illər rus inqilabının səciyyəvi xüsusiyyətləri, çarizmin milli qırğın siyasəti. Milli-demokratik hərəkat. Milli şüurun oyanması. Milli partiyaların yaranması. Rusiyanın Dövlət Dumaları və Azərbaycanlı deputatlar.

Birinci Dünya müharibəsi və Azərbaycan. Fevral inqilabı və ondan sonrakı dövrdə Şimali Azərbaycan.


15-Cİ MÖVZU: CƏNUBİ AZƏRBAYCANDA MİLLİ-AZADLIQ HƏRƏKATININ I MƏRHƏLƏSİ (1905-1911).

Cənubi Azərbaycan İran inqilabı (1905-1911) ərəfəsində. İnqilabın başlanması. Məşrutə (konstitusiya) hərəkatı. Təbrizdə silahlı üsyan.

Səttarxan və Bağırxanın başçılığı altında milli- azadlıq hərəkatının geniş vüsat alması. İrticanın Cənubi Azərbaycana yeni hücumları. Tehranda əksinqilabi çevriliş.

Cənubi Azərbaycan İran inqilabının mərkəzi kimi. İranın digər yerlərində inqilabi hərəkatın canlanması. Xarici müdaxilə. İnqilabın yatırılması. Demokratik və milli-azadlıq hərəkatının tarixi əhəmiyyəti.


16-Cİ MÖVZU: ŞİMALİ AZƏRBAYCAN İSTİQLAL ƏRƏFƏSİNDƏ. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASI, FƏALİYYƏTİ, SÜQUTU.

Rusiyada Oktyabr çevrilişi. İctimai-siyasi vəziyyət: Zaqafqaziya (Cənubi Qafqaz) Komis-sarlığı. Zaqafqaziya Seymin. Bolşeviklərin Bakıda möhkəmlənməsi. İkihakimiyyətlik. Azərbaycanlıların 1918-cı il mart soyqırımı. Bakıda bolşevik - daşnak rejiminin yaradılması və onun anti-azərbaycan siyasəti. Zaqafqaziya Federativ Respublikasının süqutu. Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması. Gəncə dövrü. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə. BXKS-nin zəifləməsi, “Sentrokaspi diktaturası”. Bakının azad olunması. Xalq Cumhuriyyəti hakimiyyətinin bütün Azərbaycan ərazisində bərqərar edilməsi.

Dövlət quruculuğu. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət idarəçiliyində parlamentin fəaliyyəti. Sosial-iqtisadi və mədəni tədbirlər. Erməni təcavüzünə qarşı mübarizə. Erməni nüma-yəndələrinin İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi üçün Azərbaycan hökumətinə müraciəti. Zəngəzurun, Şərur - Dərələyəzin, Naxçıvanın, Qarabağın Dağlıq hissəsinin iddialı ərazilərə cevrilməsi. Araz- Türk Respublikası. Beynəlxalq şərait və xarici siyasət. Qonşu döv-lətlərlə münasibətlər. Beynəlxalq aləmdə tanınmaq uğrunda mübarizə. İstila ərəfəsində ölkənin sosial-siyasi vəziyyəti. Aprel istilası. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu.
17-Cİ MÖVZU: CƏNUBİ AZƏRBAYCANDA MİLLİ AZADLIQ HƏRƏKATININ II MƏRHƏLƏSİ (1917-1920).

Cənubi Azərbaycanda ictimai-siyasi və sosial iqtisadi vəziyyət. Azadliq hərəkatının baş-lanması və yüksəlişi. İrticaçı qüvvələrə qarşı mübarizə. Təbrizdə silahlı üsyan. Üsyanın gedişi. Ş.M.Xiyabani. Hərəkatın genişlənməsi. “İctimai İdarə Heyəti”nin yaradılması. Milli hökumətin təşkili və fəaliyyəti. Milli hökumətin süqutu. Milli - demokratik inqilabın məğlubiyyətin səbəbləri, tarixi əhəmiyyəti.


18-Cİ MÖVZU: ŞİMALİ AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ (XX ƏSRIN 20-30- CU İLLƏRİNDƏ).

Azərbaycan SSR-in yaradılması və onun ilk tədbirləri. Siyasi böhran. Bolşevik terroruna baş-lanması. Sovet rejiminə qarşı müqavimət hərəkatı. Gəncə, Qarabağ və Zaqatala üsyanları. Azərbaycan ərazi bütövlüyünə yeni qəstlər. Azərbaycan torpağlarına yiyələnmək uğrunda Rusiya – erməni sövdələşməsi. Moskva və Qars müqavilələri. Azərbaycanda sovet milli siyasəti. Formal müstəqilliyin ləğv olunması. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR), Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) təşkili. Azərbaycan SSR Yeni İqtisadi siyasət şəra-itində. DQMV-nin təşkili və Naxçıvan MSSR-ın yaradılması. Sosialistcəsinə yenidənqurma və onun nəticələri: birtərəfli sənayeləşdirmə, zorla kollektivləşdirmə, mədəni quruculuq. Totalitar sosializim cəmiyyətinin qurulmasi. Kütləvi repressiyalar.



19-Cİ MÖVZU: AZƏRBAYCAN SSR İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ.

Sovet Azərbaycanı müharibə edən dövlətlərin planında. İkinci Dünya müharibəsinin baş-lanması. Azərbaycan döyüşcüləri ön cəbhədə. Antifaşist müqavimət və partizan hərəkətı. Milli diviziyaların (402-ci, 223-cü, 416-cı, 271-ci, 77-ci) yaradılması. Azərbaycan SSR-in iqtisadiyyatı müharibənin xidmətində. Azərbaycan mühacirətinin fəaliyyəti. Milli legionlar. Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin faşist işğalından azad edilməsində Azərbaycanlı döyüşçülərin fəal iş-tirakı. Faşizm üzərində qələbədə Azərbaycanın rolu və yeri. Müharibənin Azərbycan xalqı üçün maddi və mənəvi nəticələri. Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində. Azər-baycan ziyalı, mədəniyyət və elm xadimləri müharibə dövründə.

Demokratiya və milli- azadlıq uğrunda mübarizənin səbəbləri. Güney Azərbaycanı İkinci Dünya müharibəsi illərində. Demokratik hərəkatın birinci mərhələsi (1941-1945), hərəkatın ikinci mərhələsi (1945-1946). Azərbaycan Demokratik Firqəsinin yaranması. “21 Azər hərəkatı”. Azərbaycan Milli hökumətinin yaradılması, fəaliyyəti. S.C.Pişəvəri. Xarici müdaxilə. “21 Azər hərəkatın” na son qoyulması. Cənubi Azərbaycan mədəniyyəti.

20-CÜ MÖVZU: AZƏRBAYCAN SSR İKİNCİ DÜNYA MÜHARİBƏDƏN SONRAKI DÖVRDƏ (1945-1991).

Siyasi həyat və respublikada totalitar rejimin daha da gücləndirilməsi. Ermənilərin Azər-baycana qarşı yeni ərazi iddiaları. Azərbaycanlıların öz tarixi ərazilərindən departasiyası. 50-ci illərin ortalarında totalitar rejimin yumuşaldılması. Azərbaycanda milli dirçəliş meyllərinə qarşı mübarizə. 60-cı illərdə siyasi sistemin təkminləşdirilməsi cəhdləri. İqtisadi və sosial həyat. 50-60–cı illərin islahatları və onun uğursuzluğunun səbəbləri, cəmiyyətdəki dəyişikliklər. Respublikanın idarəciliyində yeni mərhələ. H.Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi.

İqtisadi və sosial yüksəliş, inkişaf. İqtisadiyyatın planlaşdırılmasında yeni üsullar və tə-sərrüfat rəhbərliyində yeni forma və metodların müəyyənləşdirilməsi. Mövcud olan uğursuzluq-ların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər. Respublikanın milli gəlirinin və sənaye istehsalının artması. Kənd təssərüfatının inkişafına dair tədbirlərin həyata keçirilməsi. 80-ci illərin ortalarında sovet cəmiyyətində ümumi böhran vəziyyəti. İmperiyanın qorunub saxlanması cəhdləri. “Yenidənqurma”. Erməni sepapatçılığının və terrorizmin başlanması. Azərbay-canlıların Ermənistandan qovulması prosesinin başa çatması. Milli- azadlıq hərəkatının başlanması. 20 yan-var façiyəsi.
21-CI MÖVZU: CƏNUBİ AZƏRBAYCAN İRAN İSLAM İNQİLABİ VƏ ONDAN SON-RAKI DÖVRÜNDƏ.

Cənubi Azərbayanda ictimai-siyasi və sosial-iqtisadi vəziyyət. Təbriz üsyanı 1978-1979-cu illər İran inqilabının müjdəcisi kimi. Şah rejiminin devrilməsi. İran İslam Respublikasının elan olunması. İnqilabın qələbəsində Cənubi Azərbaycanın rolu. İran inqilabından sonrakı dövrdə Cənubi Azərbaycanın sosial - siyasi vəziyyəti. Azərbaycan türklərinə qarşı fars şovinizminin təzahürləri. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi – siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi ilə mədəni – mənəvi yaxınlaşma meylinin artması.


22-Cİ MÖVZU: MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTCİLİYİNİN BƏRPASI, QURUL-MASI, MÖHKƏMLƏNDİRİLMƏSİ VƏ İNKİŞAFI.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasına mane olmaq cəhdləri. Dövlət müstəqilliyin bərpa edilməsi. Azərbaycan Kommunist partiyasının buraxılması (14 sentyabr 1991-ci ıl). “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” nın qəbul edilməsi (18 oktyabr 1991). Parlamentinin Milli Şurasının yaradılması. Azərbaycan Respublikasının Dövlət himi və Dövlət gerbinin qəbul edilməsi. Qarabağ müharibəsinin başlanması. Siyasi böhranın dərinləşməsi. Azərbaycan torpaqlarının rus hərbi qüvvələrinin köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi. Xocalı soyqırımı, Şuşanın və Laçının işğalı. Respublikada hərc-mərcliyin, özbaşnalığın artmasış Dövlət çevrilişinə cəhd. AXC – Musavat cütlüyünün hakimiyyəti ələ keçirməsi. Hakimiyyət böhranı. Gəncə qiyamı. Müstəqilliyin möhkəmləndirilməsinə maneələr. Milli qurtuluş. Dövlətçiliyə yönələn qəsdin iflası.

Müstəqil Azərbaycanın ilk konstitusiyasinin qəbul edilməsi. Demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilnəsi. Hüquqi dövlət quruculuğu. 1995-ci il noyabrın 12–də demokratik seçkilərin keçirilməsi. Demokratik parlamentin yaradılması. Siyasi, iqtisadi, hüquqi sahələrdə islahatların keçirilməsi. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulması. Respublikada ölüm cəzasının ləğv edilməsi. Cəmiyyətdə sabitlik əmin-amanlığın yaradılması. Dünya Azərbaycanlilar arasında əlaqələrin geniş-lənməsi. Yeni Azərbaycan Partiyasının ümummilli partiyaya çevrilməsi.

Bazar münasibətlərinin formalaşdırılması. İqtisadi dircəlişin başlanması. Respublika iqtisadiyyatının inkişafında sahibkarlığın fəaliyyətinə diqqət yetirilməsi. Dövlət müəssisələrinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyəti haqqında hüquqi bazanın yaradılması. Aqrar islahatlar. Beynəlxalq iqtisadi əlaqələr. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqların dinc yolla azad edilməsi sahəsində Azərbaycan dövlətinin fəaliyyəti. ATƏT-in Minsk qrupu cər-civəsində Qarabağ məsələsinin həlli. H.Əliyevin rəhbərliyi altında respublikanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi uğrunda mübarizəsi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi sahəsində aparılan danışıqlar. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakı. Mədəni dircəliş. Milli ideologiyanın formalaşması.



30-CU MÖVZU: MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI III MİNİLLİKDƏ.
Hüquq islahatları. İnsan hüquq və azadlıqların müdafiəsi tədbirləri. Yeni liderlə - İ.Əliyevlə üçünçü minilliyə doğru. Müstəqilliyimizdən keçən iyirmi il. Prezident İ.Əliyevin sahibkarlığın inkişaf etdirilməsi yolunda, eləcədə regonal iqtisadi tarazlığın təmin olunması sahəsində verdiyi fərmanlar. Dünya Azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçiril-məsinə açılan imkanlar. Konstitusiyaya edilmiş dəyişikliklər. Neft strategiyasının uğurları. De-mokratik dünyaya doğru daha bir addım. Azərbaycanın iqtisadi cəhətdəın güclü dövlətə çev-rilməsi. Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş ərazilərimizin azad edilməsi uğ-runda mübarizə. Geostrateji mövqelərin möhkəmləndirilməsi.

Ə D Ə B İ Y Y A T


  1. Azərbaycan tarixi / Ən qədim zamanlardan XX əsrədək, I cild. Baki,1994

  2. Azərbaycan tarixi, 7 cildə. Bakı,1998-2003

  3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989

  4. Azərbaycan etnoqrafiyası, I cild. Bakı,1988

  5. Azərbaycam tarixi sənədlər və nəşrlər üzrə. Bakı,1990

  6. Azərbaycan tarixi üzrə qaynaqların öyrənilməsi problemləri. Bakı,1987

  7. Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanun). Bakı,2009

  8. Azərbaycanda siyasi mübarizə. Bakı,1995

  9. Bakıxanov A . Gülüstani-İrəm. Bakı,1951

  10. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti. Bakı,1985

  11. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı,1989

  12. Cənubi Azərbaycan tarixi məsələləri. Bakı,1991

  13. Dəlili H. Azərbaycanın Cənub xanlıqları. Bakı,1979

  14. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı,1993

  15. Əhmədova E. Qarabağin siyasi tarixi və tarixi coğrafiyası (XVI-XVIII əsrlər). Bakı,2009

  16. Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü və bey-nəlxalq təşkilatlar. Bakı,1998

  17. Əliyev R. XIX əsrin 30-50-ci illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı. Bakı,1989

  18. Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı,1988

  19. Həsənov Ə. Azərbaycanın xarici siyasəti. Avropa dövlətləri və ABŞ 1991-1996. Baki,1998

  20. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı,2006

  21. Həsənov H. Ə. Türkiyənin Azərbaycanın müstəqilliyinin ta-nınması tarixindən. Bakı,2005

  22. Gülmalıyev M. XVIII əsrin son rübü – XIX əsrin birinci yarısında Azərbaycan kəndində sosial-iqtisadi struktur. Bakı,1989

  23. İbrahimov C. Azərbaycanin XV əsr tarixinə dair oçerklər. Bakı,1958

  24. Историческая география Азербайджана. Баку,1987

  25. Исмаилов М. Соцално-экономическая структура Азербайджана в эпохи империализма. Баку,1982

  26. Mahmudov Y.Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, 2002

  27. Mahmudov Y. Azərbaycan tarixində H.Əliyev şəxsiyyəti. Bakı,2002

  28. Мамедова Ф. Политическая история и историческая география Кавказкой Албании. Баку,1986

  29. Mustafazadə T. XVIII yüzillik– XIX yüziliyin əvvəllərində Osmanlı- Azərbaycan münasibətləri. Baskı,2001

  30. Orucov H. Heydər Əliyev və Azərbaycanda milli siyasət. Bakı,2001

  31. Sayadov S. XX əsr: Azərbaycan və dünya. Baki,2006

  32. Səmədzadə Z.Dağliq Qarabağ naməlum həqiqətlər. Bakı, 1995

  33. Süleymanova M. Milli qəhrəmanlar. Bakı,1994

  34. Süleymanova S. Azərbaycanda ictimai-siyasi hərəkat / XIX yüzilliyin sonu - XX yüzilliyin əvvəlləri. Bakı,1999

  35. Süleymanov M. Milli qəhrəmanlar. Bakı,1994

  36. Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı,1999

  37. Siyasi tarix / I-II hissələr. Bakı,1999

  38. Şükurov K. Azərbaycan tarixi / Ən qədim zamanlardan bizim dövrədək. Üç hissədə // Dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər. Bakı,1998

  39. Vəkilov R. Azərbaycan Respublikasının tarixi. Bakı,1998

  40. Vəkilov C. Azərbaycan Respublikası və İran 40- cı illərdə. Bakı,1991

  41. Vəkilov Azərbaycan Respublikasının tarixi. Bakı,1998

  42. Yaqublu N. Xocalı qırğını. Bakı,1992

  43. Zeynalov Ə.Sınaq illəri. Bakı,2005

Yüklə 136,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə