Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə3/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   38
DOC-20230526-WA0029.

Fəal təlim texnologiyaları pedaqogika elminin son dərəcə aktual problemlərindəndir. Fəal təlim tələbələrin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. Təhsilalanların təlim-idrak fəallığına necə nail olmalı? Bu problem XX əsrin 70-ci illərində V.O.Kon, A.M. Matyuşkin, T.V.Kudryavtsev, M.İ.Maxmutov, İ.Y. Lerner və başqalarının tədqiqatlarında öz əksini tapdı. Təlim motivlərini, idrak maraqlarını inkişaf etdirən, təhsilalanların yaradıcılıq qabiliyyətlərini formalaşdıran aktiv metodlar axtarışı bu gün də davam edir. Təlimi fəallaşdırmaq məqsədilə aşağıdakı priyomlar irəli sürülür: • informasiyaların həcmini çoxaltmaq və onları presləşdirmək (sıxlaşdırmaq);
• öyrənmə prosesini sürətləndirmək;
• çətinlik səviyyəsini yüksəltmək;
• təlim üçün xüsusi psixoloji və didaktik ,'jəraii yaratmaq;
• ləlim-idrak fəaliyyətinin idarə olunmasında nəzarət ibnnalannı gücləndirmək;
• təlimin müasir texniki vasitələrindən daha geniş surətdə istifadə etmək və s.
Bu priyomlara istinad edərək aktiv təlimin üstünlüklərini təyin etmək mümkündür:
• öyrənənlərin arzusundan asılı olmayaraq, fəal olmaq məcburiyyəti;
• öyrənənlərin fəallığının qısa müddətli və epizodik deyil, uzun müddətli (bütün məşğələ müddətində) və davamlı olması;
• məsələnin müstəqil və yaradıcı şəkildə həlli;
• motivasiyaların yüksək inkişaf səviyyəsi;
• təlim prosesinin və öyrənənlərin emosionallığı;
• öyrədən və öyrənənlərin müntəzəm düz və əksəlaqə şəraitində işləməsi.
Fəal təlim texnologiyasının strukturunu sxematik şəkildə nəzərdən keçirək:
Motivasiya – problemin qoyuluşu  Tədqiqat sualı  Tədqiqatın icrası (fərziyyələr )  Kollektiv müzakirə  Nəticə çıxarılması
Fəal təlim texnologiyasında çox müxtəlif interaktiv metodlardan (“beyin həmləsi”, diskussiya, müzakirə, mətn üzrə iş, situativ təhlil, sxem və cədvəllərlə iş, işgüzar rollu oyunlar və s.) istifadə edilir.



  1. İnkişafetdirici təlimtexnologiyaları

Ali təhsilin müasir inkişaf səviyyəsində təlim texnologiyaları məzmunu, xüsusisyyətləri və metodikalarının özünəməxsusluğu ilə diqqəti cəlb edir. L.V.Zankov. D.B.Elkonin. V. V.Davıdov, Q.S.Altşuller, Q.K.Selevko, İ.P.İvanov və başqaları inkişafetdirici təlim texnologiyalarının hazırlanmasında uğurlu nəticələr əldə etmişlər. İnkişafetdirici təlim nə deməkdir? Onun fərqləndirici xüsusiyyətləri hansılardır? Üstünlükləri nədədir? İnkişafetdirici təlim deyərkən, təlim prosesinin yeni fəal növü başa düşülür. İnkişafetdirici təlim ənənəvi izahlı- illüstrativ təlim tipindən fərqli olaraq, şəxsiyyətin qısa zaman kəsiyində inkişafını, başqa sözlə, fiziki və psixi parametrlərinin sadədən-mürəkkəbə doğru irəliləməsini nəzərdə tutur. Yaxşı təşkil olunmuş ənənəvi təlim, söz yox ki, təhsilalanın inkişafı üçün müvafiq şərait yaradır. Lakin tədqiqatlar göstərir ki, ənənəvi təlim təhsilalanların, intellektual inkişafını və digər psixi proses və keyfiyyətlərinin yüksək inkişaf səviyyəsini təmin edə bilmir. Deməli, şəxsiyyətin tam inkişafını təmin etmək məqsədilə inkişafetdirici ləlimdən istifadə etmək lazımdır. Müasir dövrdə inkişafetdirici təlim texnologiyası yaratmaq üçün didaktika elmi kifayət qədər imkanlara malikdirmi? Müasir dövrdə psixologiya, pedaqogika və didaktika inkişafetdirici təlim konsepsiyasını yaratmaq üçün kifayət qədər fundamental imkanlara malikdir. Və bu istiqamətdə dəyərli nəzəri və eksperimental tədqiqatlar aparılmışdır. Mükəmməl inkişafetdirici təlim konsepsiyasını yaratmaq üçün təfəkkür proseslərinin mexanizmini dərindən dərk elmək lazımdır. İnkişafetdirici təlim didaktikasının müasir inkişaf səviyyəsində onun aşağıdakı xarakteristikasını vermək olar:
• Təlim-inkişafetdirici xarakterə malik olmalıdır.
• İnkişafetdirici talim öz məqsəd və vəzifələrinə, iştirakçıların (öyrədən və öyrənənlərin) fəaliyyətinin xarakterinə görə ənənəvi təlim texnologiyalardan prinsipial surətdə fərqlənir.
• Təlim yalnız o halda produktiv təfəkkürün inkişafını təmin edir ki. öyrənənin bütün idrak prosesləri aktiv fəaliyyətə cəlb edilmiş olsun.
• İnkişafetdirici təlim təkcə güclü və orta səviyyəli tələbələrin deyil, zəiflərin də yaradıcılıq potensialını nəzərə çarpacaq dərəcədə artırır.
Təlim prosesi necə təşkil olunmalıdır ki, inkişafı təmin edə bilsin? Cavab birmənalıdır: şəxsi səy və müstəqil axtarıcılıq qabiliyyəti olmadan insanın inkişafı mümkün deyil. İnkişaf müxtəlif fəaliyyət növlərində aktiv surətdə iştirak etməklə, bacarıq və qabiliyyətlərə yiyələnmək prosesində baş verir. Təhsilalananın təfəkkürünü və digər psixi proseslərini inkişaf etdirmək məqsədilə təlimi necə təşkil etməli? Cavab yenə birmənalıdır: təlim prosesində öyrənənin müstəqil və yaradıcı fəaliyyəti üçün əlverişli şərait yaradılmalıdır. Bu məqsədlə təhsilalanlar qarşısında problemlər qoyulmalı, onlar (təhsilalanlar) müstəqil axtarıcılığa, tədqiqatçılığa cəlb edilməlidir. Lakin bu işdə müvəffəqiyyət qazanmaq üçün öyrənənin idrak bacarıqlarını, təfəkkür proseslərini inkişaf etdirmək lazımdır. Çünki bunlarsız yeni problemlərin müstəqil həlli mümkün deyil. Öyrənənin fəaliyyətinin belə təşkili öyrədənin də fəaliyyət xarakterinin dəyişməsini tələb edir. İnkişafetdirici təlimi təşkil etmək üçün öyrədənin-müəllimin fəaliyyətinə yeni elementlər daxil edilməlidir.
İnkişafcldirici lolimin strukturu necə olmalıdır? İnkişafetdirici təlimin səmərəli təşkilinin şərtləri hansılardır? İnkişafetdirici təlimin birinci əsas şərti təhsilalanların müvafiq bilik ehtiyatına malik olmasıdır. Bunsuz qarşıya çıxan problemləri həll etmək mümkün deyil. Belə bir həqiqətlə razılaşmaq lazımdır ki. insan ona məlum olmayan sferada problem həll edə bilməz. İkinci əsas şərt, öyrənənin idrak imkanları və bacarıqlarıdır. İnkişafetdirici təlimin elmi-tədqiqat metodikasına əsaslandığını nəzərə alsaq, onda məlum olar ki. təhsilalanı müstəqil axtarıcılıq fəaliyyətilə bağlı idrak bacarıqları ilə silahlandırmaq lazımdır. Bu bacarıqları belə qruplaşdırmaq olar:
• yeni problemi dərk etmək bacarığı;
• problemin həlli üçün zəruri olan materialı (.sənədlər, faktlar, məlumatlar) təhlil elmək, müxtəlif mövqelərlə tanış olmaq, müqayisə elmək bacarığı;
• problemin həllinin strategiya və taktikasının hazırlanması bacarığı (axtarıcılıq fəaliyyətinin planının tərtibi, hipotezin irəli sürülməsi, müxtəlif mənbələr üzərində iş, faktlar arasında əlaqələri tapmaq, mövcud bilikləri yeni situasiyaya tətbiq etmək və s.; • ümumelmi və konkret elm sahəsi ilə bağlı biliklərə malik olmaq və onlardan problemin həllinin optimal yolunu tapmaq məqsədilə istifadə etmək bacarığı.

  1. Distant təlim texnologiyaları

Distant təlim deyərkən, əhalinin geniş təbəqələri üçün ölkə daxilində və xaricdə xüsusi informasiya - təhsil şəraitinin yaradılması başa düşülür. Kompleks təhsil xidmətlərinə əsaslanan distant təlim məsafədən (telekommunikasiya, kompüter, elektron poçtlar, sputnik televiziya, radio, kompüter və internet əlaqələr və s.) təlim informasiyası mübadiləsi vasitəsilə həyata keçirilir. inkişafetdirici təlim texnologiyalarıfasiləsiz təhsil formalarından biridir və insanın təhsil və informasiya almaq hüquqlarını reallaşdırır, ölkə daxilində vətəndaşların təhsil imkanlarım genişləndirir. Distant təlim məktəbliyə, tələbəyə, işsizlərə, hərbi və hüquqi şəxslərə, aparıcı universitetlərin, institutların, ixtisasartırma və ixtisasdəyişmə mərkəzlərinin elmi və təhsil potensialından faydalanmağa imkan verir. Distant təlim əsas fəaliyyət və təhsillə yanaşı, əlavə təhsil üçün şərait yaradır. Distant təlim sistemi müxtəlif səviyyələrdə təşkil olunur;
• Qlobal (xalqlararası və federal) distant təlim sistemləri və onların təminatı.
• Regional distant təlim sistemləri və onların təminatı.
• Lokal distant təlim sistemləri və onların təminatı.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə