Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı


Fəaliyyəti və davranışı stimullaşdıran metodlar



Yüklə 87,56 Kb.
səhifə14/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
DOC-20230526-WA0029.

Fəaliyyəti və davranışı stimullaşdıran metodlar. Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir. Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, qabaqcıllar sırasına çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə və gənc sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu meyli təmin etməyə xidmət göstərir. Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, valideynlərə razılıq məktubu göndərmək və s. Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür. Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək və s. Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi şərtləri gözləmək vacibdir:
a) rəğbətləndirmə və cəza ədalətli (gəncin hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı ölçülüb-biçilməmiş, tələsik verilən cəza tərbiyə işinə böyük ziyan vura bilər;
b) cəza zamanı müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər);
c) gənclərin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz);
ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc bilməlidir ki, bu gün yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər). Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları. Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir. Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: gənclərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular, fəaliyyət və davranışın, habelə gənclərə verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, tələbələri də özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Gənclərə özlərinə düzgün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının – özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir. Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman gəncə birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar:
- Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, gəncin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən keyfiyyəti aşılamaq üçün tələbənin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
- Fəaliyyətin və davranış təcrübəsinin təşkili priyomları: tələbəni maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, zəif tələbələr üzərində hamilik işinə cəlb etmək, onun gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək (“partlayış” və ya “heyrətləndirmə” priyomu).
- Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, “gü98 nahkar” şəxs öz payını götürür).
- Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: gəncə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti qrupda müzakirə edib qiymətləndirmək və s. Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir



  1. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi

Tərbiyə – sosial təcrübənin mənimsədilməsi məqsədi ilə gənc nəslə mütəşəkkil və planlı təsir göstərmək prosesidir. Pedaqoji təsirlər tərbiyənin ümumi məqsədlərinə yönəlsə də, bir qayda olaraq, insanın fərdi psixi xüsusiyyətləri ilə şərtlənir. Tərbiyə işinin səmərəsi üçün hər bir tələbənin fərdi xüsusiyyətlərini nəzərə almaqla ona fəal təsir göstərmək, onda müəyyən maraqlar və tələbatlar formalaşdırmaq lazım gəlir. Bunun üçün, ilk növbədə, tərbiyə olunanları yaxşı öyrənmək, tanımaq mühüm şərtdir. Öyrənərək – tərbiyə etmək, tərbiyə edərək – öyrənmək lazımdır. Tələbənin bu və ya digər keyfiyyətini, əməllərinin təzahürlərini bilmək azdır; bu təzahürlərin, hərəkət və davranışın səbəblərini də müəyyənləşdirmək mühüm şərtdir. Tərbiyə prosesində tələbənin davranış və fəaliyyətinin əsl səbəblərini, motivlərini dəqiq aşkara çıxarmaqla onlara müvafiq tərbiyə təsirləri müəyyənləşdirib tətbiq etmək asan olur. Çox vaxt müəllim-tərbiyəçi tələbənin bu və ya digər hərəkətinin hansı motivlə baş verdiyini düzgün müəyyənləşdirə bilmir. O, tələbənin hərəkətlərini həqiqətdə olduğundan fərqli motivlərlə əlaqələndirir və buna müvafiq olaraq yanlış təsir vasitələri tətbiq edir. Tələbə bununla razılaşmır, onda daxili etiraz baş qaldırır. Onlar arasında məna səddi, psixoloji maneə yaranır. Belə olduqda müəllimin tətbiq etdiyi bütün tərbiyə vasitələri tələbəyə təsirsiz qalır, ondan yan keçir. Müəllimlə tələbə arasında yaranan psixoloji maneənin bir səbəbi eyni tələbəyə eyni təsir vasitələrinin dəfələrlə tətbiq edilməsidir (xüsusən onların tətbiqi müsbət nəticə vermədiyi hallarda). Müəllimlə tələbə arasında psixoloji maneənin digər bir səbəbi də müəllimin ədalətsizliyi, haqsız cəzası, çoxlu çətin tələblər verməsidir. Müəllimlə tələbə arasındakı psixoloji maneəni aradan qaldırmağın əsas yolu onun yaranması səbəblərini aydınlaşdırmaqdan və bu əsasda tələbə ilə münasibətləri dəyişdirməkdən, qarşılıqlı anlaşma mühiti yaratmaqdan ibarətdir. Bu zaman əsas məsələ tələbənin yanlış qəbul etdiyi tərbiyəvi təsir priyomlarını aradan qaldırmaq və onun fərdi xüsusiyyətlərinə uyğun gələn yeni vasitə və priyomları fərdi təsir mexanizmini tətbiq etməkdir. Fərdi təsir mexanizmi bir neçə mərhələni özündə birləşdirir:
tələbəni (onun fərdi xüsusiyyətlərini) öyrənmək  onun davranış və əməllərinin motivlərini, səbəblərini müəyyənləşdirmək  tələbə qarşısında konkret tərbiyə məqsədi qoymaq  məqsədə çatmağın vasitə və yollarını müəyyənləşdirmək  müsbət emosional vəziyyət yaratmaq  məqsədin həyata keçirilməsində tələbəyə kömək və nəzarət etmək  ilk uğurları qiymətləndirmək, həvəsləndirmək  tələbəni özünənəzarət və özünütərbiyəyə cəlb etmək.
Tələbənin məqsədə doğru hərəkətində uğursuzluq halları baş verdikdə onun səbəblərini araşdımaq, bu səbəblərə müvafiq olaraq yeni pedaqoji vasitə və yollar tapıb tətbiq etmək lazım gəlir. Müəllimin tələbəyə fərdi təsiri kollektivin təsiri ilə uzlaşdıqda lazımi səmərə əldə etmək mümkündür

  1. Tələbə gənclərin elmi dünyagörüşünün formalaşması, əqli, ideya-mənəvi və əmək tərbiyəsi

Şəxsiyyətin formalaşması çox erkən yaşlardan başlasa da, bu proses ali məktəbdə daha intensiv şəkildə davam etdirilir. Ali məktəbdə tərbiyə prosesi mütəxəssis üçün zəruri olan keyfiyyətlərin, ilk növbədə elmi dünyagörüşünün formalaşmasına, şəxsiyyətin sosiallaşmasına yönəldilir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə