Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə15/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
DOC-20230526-WA0029.

Elmi dünyagörüşünün formalaşması. Dünyagörüşü insanın həyata baxışları sistemidir. O, şəxsiyyətin təməlini, sütununu təşkil edir, onun formalaşmasının mühüm göstəricisidir. Bitkin və sistemli dünyagörüşünə malik insan möhkəm həyat mövqeyi, məqsədyönlülüyü ilə seçilir. Dünyagörüşünün formalaşması üçün onun bütün struktur komponentlərinə – zehni, emosional və iradi komponentlərə təsir göstərmək lazımdır. Müəyyən ideyalar və baxışlar o zaman dünyagörüşünə çevrilir ki, tələbə bilik və ideyaları şüurlu dərk etsin, onların həqiqiliyinə inansın (zehni komponent); ideyaları daxilən hiss etsin, onlarla yaşasın, həyəcanlansın (emosional komponent); həmin ideyaları öz davranışına, gündəlik əməli fəaliyyətə tətbiq etsin (iradi komponent). Qəlbin iştirakı olmadan şəxsi əqidə, dünyagörüşü formalaşdırmaq mümkün deyildir: soyuq ürəkdə, yatmış ağılda yüksək hisslər, dünyagörüşü ideyaları ola bilməz. İdeya və baxışların dünyagörüşünə çevrilməsi mürəkkəb prosesdir. Bunun üçün gənclərdə dünyaduyumu, həyat hadisələrinə münasibəti, onları təhlil edib qiymətləndirmək bacarıqları formalaşdırmaq lazımdır. Dünyagörüşünün formalaşması bir çox amillərlə şərtlənir: cəmiyyət həyatı, insanın çoxcəhətli ictimai münasibətləri, müəllim və valideynlərin təsiri, təlim-tərbiyə prosesi, informasiya vasitələri, mütaliə və s. belə amillərdəndir. Elmi dünyagörüşünün əsasını elmi biliklər, ideya və baxışlar təşkil edir. Əqli (zehni) tərbiyə. Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliyyətlərə yiyələnməsinə, yaradıcı düşünmə bacarıqlarının inkişafına yönələn təlimtərbiyə prosesi başa düşülür. Əqli tərbiyə gənclərin dünyagörüşünün formalaşmasında həlledici rol oynayır. Gənclik dövrü dünyanı dərk etmək, elmlərə daha intensiv yiyələnmək, intellektual həyatda özünü təsdiq etmək dövrüdür. Tələbə gənclər əqli əməyin gözəlliyini dərk etməli, təhsil onlar üçün sevinc mənbəyi, intellektual zənginlik mənbəyi olmalıdır. Bu isə müəllimdən, onun elmi hazırlığından, erudisiyasından, elmi maraqarının zənginliyindən, habelə tələbə qrupunun intellektual həyatının zənginliyindən, oradakı intellektual fondan (qrupdakı tələbələrin böyük qisminin təlimə fəal münasibətindən, elmi hazırlığından) çox asılıdır. Təcrübə göstərir ki, tələbə qrupunda intellektual fon nə qədər yüksək, intellektual həyat nə qədər zəngindirsə, tələbələr bir o qədər zehni cəhətdən fəal olurlar; hər kəs zehni əməkdə özünü təsdiq etməyə çalışır, elmi bilikləri əldə etməyə hərislik göstərir. Tək-tək zəif oxuyan tələbələr də belə zəngin intellektual həyatın təsiri ilə təlimə səy göstərirlər. Tələbələrin fəal zehni işə cəlb edilməsi təlimin səmərəli təşkilindən, təlimdə axtarıcılıq, tədqiqatçılıq situasiyasının yaradılmasından çox asılıdır. Müəllim tələbələri zehni və əməli problemlərin həllinə, yaradıcı tapşırıqlara, elmi diskussiyalara geniş cəlb etməklə tədqiqatçı vəziyyətinə sala bilər. Axtarıcılıq, tədqiqatçılıq işi tələbəyə öz qüvvəsi ilə yeni elmi biliklər əldə etmək, elmi problemləri həll etmək sevinci – kəşf sevinci bəxş edir. Bu isə onda özünə hörmət, özünütəsdiq və iftixar hissləri yaradır. Təlimdə tədqiqatçılıq ünsürü – gənclərin zehni və mənəvi yüksəlişinin vacib şərtidir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə