Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı


Şüurla davranışın vəhdəti prinsipi



Yüklə 87,56 Kb.
səhifə12/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
DOC-20230526-WA0029.

Şüurla davranışın vəhdəti prinsipi. Bu prinsip tərbiyə işində insanın həm şüuruna təsir etməyi, həm də onda düzgün davranış təcrübəsi yaratmağı nəzərdə tutur. İnsan şüurlu məxluqdur; onun davranış və münasibətləri şüurla tənzim olunur. Ona görə də tərbiyə işində şüura təsir göstərmək, insanda düzgün əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Lakin tərbiyə işini yalnız söz, nəsihət üzərində qurmaq olmaz. Sözçülük, nəsihətçilik insanı bezdirir, onda sözə qarşı laqeydlik yaradır. Şəxsiyyətin formalaşması o zaman səmərəli olur ki, şüurla davranış arasında vəhdət yaranmış olsun: insan bildiklərini davranış və rəftarına tətbiq etsin; düzgün davranış təcrübəsi və müsbət adətlərə yiyələnsin. Məsələn, Vətən haqqında şerlər əzbərlətməklə, söhbətlər aparmaqla insanda vətənpərvərlik hissi yaratmaq olmaz; onda habelə Vətən naminə çalışmaq, onu qorumağa hazır olmaq əzmi və bacarıqları formalaşdırmaq vacibdir.
Tərbiyəyə kompleks yanaşma prinsipi. Bu prinsip tərbiyə işinin bütün sahələrini, müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks yanaşma prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir: pedaqoji proses ideya-siyasi, əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəhdətdə həyata keçirməklə şəxsiyyətin ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid pedaqoji prosesin hər hansı bir sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail olmaq mümkün deyildir.
Tərbiyədə pedaqoji rəhbərliklə insanın təşəbbüs və özfəaliyyətinin əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi. Bu prinsip pedaqoji nəzarətlə insanın sərbəstliyini əlaqələndirməyi, pedaqoji əməkdaşlığı nəzərdə tutur. Bu sahədə tərbiyə təcrübəsində iki cür səhvə yol verilir: ya insan tam sərbəst, özbaşına buraxılır, ya da onun hər addımına nəzarət edilir, ona daim qəyyumluq göstərilir. Hər iki hal zərərlidir. Birinci halda insan tam sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. İkinci halda o, başqalarından (böyüklərdən) asılı olur, heç bir sərbəst addım ata bilmir, aciz və passiv olur. Bu sahədə orta xətt götürmək lazımdır; insana müəyyən sərbəstlik verməklə yanaşı, ona ağıllı pedaqoji rəhbərlik etmək, düzgün yol göstərmək vacibdir.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə