Mühazirə və ona verilən tələblər Praktik məşğələ və ona verilən tələblər Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 87,56 Kb.
səhifə17/38
tarix08.06.2023
ölçüsü87,56 Kb.
#116048
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
DOC-20230526-WA0029.

İntizam qoyulmuş qaydalara əməl etməkdir. O, qorxuya və şüura əsaslana bilər. Qorxu intizamı müvəqqəti və aldadıcıdır, çünki qorxu təhlükəsi götürüləndə insan qoyulmuş qaydanı yenə poza bilər. Şüura əsaslanan intizam isə davamlı olur. Buna görə də müəllim qoyulmuş qaydaların vacibliyinə gəncləri inandırmağa çalışmalıdır.
Əmək tərbiyəsi. Əmək tərbiyənin qüvvətli amilidir; o, insan şəxsiyyətinə güclü təsir göstərir. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün deyildir. K.D.Uşinskinin sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu əməyə hazırlamalıdır. Əmək hər bir gəncin mənəvi tələbatına çevrilməlidir. Əmək tərbiyəsi qarşısında bir sıra vəzifələr durur:
- əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti və əməyə tələbat formalaşdırmaq;
- gənclərin mənəvi tərbiyəsinə, peşə-ixtisas hazırlığına kömək göstərmək.
Əmək tərbiyəsi məzmunca çoxcəhətli və rəngarəngdir. Tələbənin əsas əməyi təlim əməyidir. Buna görə də ali məktəbin başlıca vəzifəsi – I kursdan başlayaraq tələbələrə təlim əməyi vərdişləri, zehni əmək mədəniyyəti, əməyin elmi təşkili bacarıqları aşılamaqdan ibarətdir. Tələbələri öz təlim fəaliyyətlərini düzgün planlaşdırmağa, hər fənn üzrə səmərəli iş priyomlarının tətbiqinə, özününəzarət və özünüqiymətləndirməyə geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı yiyələnməklə tələbələrdə özünütəhsil bacarıqları formalaşdırmaq asan olur. Tələbənin əməyi təkcə təhsil əməyi ilə məhdudlaşmır. Buraya habelə özünəxidmət əməyi, ictimai-faydalı əmək, məhsuldar əmək kimi sahələr daxildir. Ali məktəbdə özünəxidmət əməyi auditoriyaların təmiz saxlanması, kitabxana kitablarının təmiri, növbətçilik, iməciliklər formalarında həyata keçirilir. İctimai-faydalı əmək növü ictimai faydası olan könüllü əməkdir. Məhsuldar əmək bilavasitə müəyyən məhsul istehsalı ilə bağlıdır. İstehsalat təcrübəsi keçən tələbələr müxtəlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı qazanırlar



  1. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi

Tələbələrin şəxsiyyət – Vətəndaş kimi formalaşmasında elmi dünyagörüşü, ideya-mənəvi və əmək tərbiyəsi ilə yanaşı tərbiyənin digər sahələrinin də böyük rolu vardır. Yüksək hazırlıqlı mütəxəssisi, dolğun şəxsiyyəti estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyə olmadan formalaşdırmaq çətindir. Buna görə də ali təhsil müəssisələrində bu sahələr də diqqət mərkəzində durmalıdır.

Yüklə 87,56 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə