Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə14/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   63
-Ma n istehsal texnologiyas [1]

Val sistemi soyuq halda istehsal olunmuş çubuq materiallarından hazırlanan hissələrin (dartı, ox, valcıq və s.) emalı üçün də əlverişli sayılır. Diyircəkli yatanların xarici qarşılıqlı əvəzolunma ölçüləri üzrə tam qarşılıqlı əvəzolunma prinsipi əsasında hazırlanması üçün daxili həlqə deşik, xarici həlqə isə val sistmeində hazırlanmalıdır.
Əsas meyllər. 500 mm-ə qədər ölçülərdə müxtəlif oturmalar yaratmaq üçün 27 variant əsas meyllər qəbul olunmuşdur.
Əsas meyl – sıfır xəttinə nəzərən müsaidə sahəsinin vəziyyətini müəyyən etmək üçün iki meyldən (üst və ya alt) biri adlanır.
Beləliklə, sıfır xəttinə daha yaxın yerləşmiş meyl – əsas meyl olur. Deşiklər üçün əsas meyl latın əlifbasının böyük hərfləri, vallar üçün isə kiçik hərfləri ilə işarə olunur (şəkil 2.7).

Şəkil 2.7. Deşik və valın əsas meylləri

A-dan H-a (a-h) qədər meyllər araboşluqlu oturmalar; Js-dən N-ə qədər (js-n) – keçid oturmaları, P-dən ZC-ə qədər (p – zc) meyllər isə gərginlikli oturmalar yaratmaq üçün istifadə olunur.


Valın əsas meylləri müxtəlif kvalitetlər üçün cədvəl 2.3-də verilmişdir.
Əsas meylin qiyməti kvalitetdən asılı deyil.
Deşiklərin əsas meylləri elə tərtib olunmuşdur ki, həm val həm də deşik sistemində oturmaların xarakteri dəyişsin. Onlar eyni hərflərlə işarə olunur. Mütləq qiymətləri bir-birinə bərabər və əks işarəli qəbul olunmuşdur.
Cədvəl 2.4-də deşiyin əsas meyllərinin ölçüləri 3-dən 500 mm-ə qədər müxtəlif kvalitetlər üçün verilmişdir.
Əsas meyllər deşiklər və vallar üçün qiymətcə bərabər, işarəcə müxtəlifdir, yəni ümumi qayda belə nəzərə alır:
El = –es (A-dan H-a qədər əsas meyllər üçün)
ES = –ei (IŞ-dən ZC-ə qədər əsas meyllər üçün) (2.7)
Bu qayda belə həll olunur: deşiyin əsas meyli valın əsas meylinə sıfır xəttinə nəzərən simmetrik yerləşməlidir
Bu qaydadan fərqli olaraq 3 mm-dən yuxarı deşiklər üçün I, K, M və N meyllərə malik 8-ci kvalitetə qədər və P-dən ZC-ə qədər meyllərə malik 7-ci kvalitetə daxil olan deşiklər üçün xüsus qayda qəbul olunmuşdur:
ES = –ei +  (2.8)
nəzərdən keçirilən kvalitetlə ən yaxın dəqiq kvalitetin müsaidələri fərqlidir (şəkil 2.7).
Misal. DST 25346–82-yə görə 18–30 mm ölçüsündə olan «p» valının aşağı meyli ei= +22 mkm-dir. (2.8) düsturuna əsasən P deşiyinin yuxarı meyli ES = –ei + .
Belə ki, P7 üçün
ES = –22 + 8 = -14 mkm
DST25347–82 standartında göstərilən  düzəlişi artıq nəzərə alınmışdır (cədvəl 2.3 və cədvəl 2.4).

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə