İnformasiya mikroiqtisadiyyatının əsas xüsusiyyətləri



Yüklə 78,39 Kb.
tarix03.10.2017
ölçüsü78,39 Kb.
#3099

İnformasiya mikroiqtisadiyyatının əsas xüsusiyyətləri
1.Yaradıcı fərdin istehsal-istehlak nəzəriyyəsi. İstehsal-istehlak funksiyası anlayışı

2. Yaradıcı işçinin tarazlığı

3. Yaradıcı sahibkarın tarazlığı

4.Yaradıcı əmək bazarı tələb və təklif

5. Yaradıcı işçilərin diskriminasiyası

6. İnformasiya iqtisadiyyatında qeyri-bazar nemətləri. Klub nemətləri və

Şəbəkə nemətləri

7. Asimmetrik informasiyalı bazarlar. “Limonlar” bazarı modeli


1. Yaradıcı fərdin istehsal-istehlak nəzəriyyəsi. İstehsal-istehlak funksiyası anlayışı

Ənənəvi mikroiqtisadiyyatda istehsal və istehlak prosesləri nəzəriyyənin müvafiq bölmələri çərçivəsində ayrı-ayrılıqda tədqiq olunur. İstehsal nəzəriyyəsində fərd müəyyən məhsulun buraxılış həcmini maksimum həddə çatdırmağa çalışan istehsalçı kimi nəzərdən keçirilir. İstehlak nəzəriyyəsində o, faydalılığını maksimum həddə çatdırmaq istədiyi müəyyən miqdarda nemətlərin istehlakçısı kimi nəzərdən keçirilir. İnsan davranışının bu cür təfsiri onun həyati fəaliyyətinin yeganə məqsədini müəyyənləşdirməyə imkan vermir. Real həyatda istehsal və istehlak sahələri sıx qarşılıqlı əlaqədədir və insan onlardan birinin nəticəsini maksimum həddə çatdırmağa nə qədər çox səy göstərirsə, onun digər alternativ sahədə yüksək nəticələr əldə etmək imkanları bir o qədər azalır. İnsanın kreativ konsepsiyası bu problemi nəzəri baxımdan həll etməyə imkan verir.

Fərdin sutka ərzində ali fəaliyyət saatlarının miqdarı ilə ifadə olunan kreativ rifahı həm onun yaradıcı fəaliyyətinin (istehsalın) nəticəsi, həm də onun yaradıcı istehlakının nəticəsi kimi çıxış edir. Buna görə də ali fəaliyyət vaxtını həm istehsal, həm də istehlak məhsulu kimi, ali fəaliyyət prosesinin özünü isə vahid istehsal-istehlak prosesi kimi nəzərdən keçirmək olar. Biz fərdin müəyyən dövr ərzində ali fəaliyyət müddətini (davamiyyət vaxtını) istehsal-istehlakın məhsulu adlandırırıq.

Fərdin istehsal-istehlak funksiyası – istehsal-istehlak məhsulunun onun pul gəlirlərindən asılılığıdır. Ənənəvi istehsal nəzəriyyəsində bu funksiyanın analoqu istehsal funksiyası - buraxılan məhsulun həcminin əmək məsrəflərinin miqdarından asılılığıdır. İstehlak nəzəriyyəsində onun analoqu kimi faydalılıq funksiyası - faydalılıq həcminin istehlak olunmuş nemətlərin həcmindən asılılığıdır. Beləliklə, istehsal nəzəriyyəsində əməyin rolu və istehlak nəzəriyyəsində nemətin roluna analoji olaraq istehsal-istehlak nəzəriyyəsində fərdin gəliri faydalı fəaliyyət resursu rolunda çıxış edir. Cədvəl 1-də informasiya mikroiqtisadiyyatında və ənənəvi mikroiqtisa­diyyatda məqsəd funksiyalarının xüsusiyyətləri göstərilmişdir.


Cədvəl 1


İstehsal-istehlakın informasiya nəzəriyyəsində və istehsal-istehlakın

ənənəvi nəzəriyyələrində məqsəd funksiyaları




Xarakteristika

İnformasiya mikroiqtisadiyyatı

Ənənəvi mikroiqtisadiyyat

istehsal-istehlak nəzəriyyəsi

istehsal nəzəriyyəsi

istehlak nəzəriyyəsi



Nəticə

Rifah

Məhsul

Faydalılıq



Nəticənin ölçü vahidi

Zaman

Ədəd

Faydalılıq



Məqsəd funksiyası

İstehsal-istehlak funksiyası

İstehsal funksiyası

Faydalılıq funksiyası



Məqsəd funksiyasının məhdudluğu

Məhduddur

Məhdud deyil

Məhdud deyil



Resurs

Gəlir

Əmək

Rifah

İstehsal-istehlak funksiyasının əsas xüsusiyyətlərini nəzərdən keçirək.



Artım. Gəlirlər artdıqca, fərd işdə və ev təsərrüfatında aşağı səviyyəli fəaliyyətə, sadə əməyə sərf etdiyi, növbələrdə və nəqliyyatda, xəstəlik zamanı itirdiyi vaxtın azaldılması üçün əlavə imkanlar əldə edir. Bundan başqa, fərdin ali fəaliyyətlə məş­ğul olmaq, teatr və konsertlərə getmək, kitablar və videofilmlər almaq, səyahət etmək imkanları artır. İstehsal-istehlak funksiyasının artımı yeknəsəq xarakter daşıyır.

Məhdudluq. Hər bir insanın həyat fəaliyyəti müddətinin resursu sutkanın astronomik davamiyyəti ilə məhdudlaşdığına görə istehsal-istehlak funksiyası 24 saat kəmiyyətindən çox ola bilməz. Bununla belə, bu funksiya müxtəlif fərdlər üçün faydalıdır. Fərdin yaradıcılıq həddi onun sutka ərzində ali fəaliyyətinin maksimum mümkün davamiyyətidir və bunu qeyri-məhdud gəlir nəticəsində əldə etmək olar. Bu göstərici fərdin yaradıcılıq qabiliyyətinin inkişaf səviyyəsini və ya onun kreativ kapitalının kəmiyyətini səciyyələndirir. Beləliklə, fərdin istehsal-istehlak funksiyası yuxarıdan onun yaradıcılıq həddi ilə məhdudlaşır və gəlirlər qeyri-məhdud artdıqca, istehsal-istehlakın məhsulu göstərilən son həddə istiqamətlənir.

Son hədd məhsulunun azalması. Gəlirlər artdıqca, fərdin gəlirin əlavə rublunu öz ali fəaliyyətinin davamiyyətinin artırılması üçün xərcləməsi çətinləşir və bu, onun yaradıcılıq potensialının məhdudluğu ilə izah edilir. Başqa sözlə, gəlirlər artdıqca, gəlirin son hədd məhsulu azalır. Gəlirin son hədd məhsulu istehsal-istehlak funksiyasının törəməsidir və aşağıdakı düsturla hesablanır:

MW=

W

I

burada ∆W – fərdin gəlirlərinin ∆I kəmiyyəti qədər artması nəticəsində fərdin kreativ rifahının artımıdır.



Sıfır gəlirin sıfır nəticəsi. Gəlirlər sıfra bərabər olduqda, insanın bütün səyləri həyat fəaliyyəti üçün elementar şərait yaradılmasına yönəldilir və əslində, onun yaradıcılıq fəaliyyəti üçün vaxtı qalmır. Ona görə ehtimal olunur ki, istehsal-istehlak funksiyası sıfır arqumentində sıfır qiymətini alır.
2. Yaradıcı işçinin tarazlığı

İstehsal-istehlak funksiyası müəyyənləşdirilərkən ehtimal olunurdu ki, gəlirin əldə olunması fərddən heç vaxt məsrəf tələb etmir. Lakin buna təcrübədə nadir hallarda rast gəlmək olar. Biz burada ehtimal edəcəyik ki, gəlir əldə etmək üçün fərd öz vaxtını yaradıcılıq deyil, sadə (ibtidai) əmək formasında sərf edir.



Gəlirin qiyməti fərdə 1 rubl gəlir təmin edən sadə əməyin müddətidir. Gəlirin qiyməti sadə əməyin ödənilməsi dərəcəsinə əks olan kəmiyyətdir. Buna görə də o, pul vahidinə bölünmüş vaxt vahidləri ilə ölçülür. Gəlirin dəyəri C gəlirin qiyməti q ilə onun kəmiyyətinin I hasilinə bərabərdir:

C = q  I


Bu göstərici zaman vahidləri ilə ölçülür.

Nəzərdən keçirdiyimiz halda, yəni gəlir mənbəyi sadə əmək olduqda, fərdin kreativ rifahı Wn istehsal-istehlak funksiyasının qiyməti W ilə gəlirin dəyəri arasındakı fərqə bərabərdir:



Wn = W – C (1)

Yaradıcı fərdin tarazlığı onun kreativ rifahının maksimum olduğu vəziyyətdir. Bu halda tarazlıq şərtini almaq üçün (1) funksiyasının törəməsini sıfra bərabər edirik və alırıq

MW = q (2)

burada MW – gəlirin son hədd məhsuludur. Beləliklə, fərd sadə əməyin elə müddətini seçməlidir ki, gəlirin son hədd məhsulu gəlirin qiymətinə bərabər olsun.


3. Yaradıcı sahibkarın tarazlığı

Firmanın ənənəvi nəzəriyyəsində ehtimal olunur ki, sahibkarın yeganə məqsədi mənfəəti maksimum həddə çatdırmaqdır. Sahibkarın niyyətlərinin bu cür təfsiri həddən artıq sadələşdirilmişdir və daxili əkslikləri vardır. İş burasındadır ki, adətən, mənfəəti bir hissəsi investisiyalar şəklində istehsala yönəldilir, digər hissəsi isə istehlak mallarının alınmasına sərf olunur. Buna görə də sahibkarın rəftarını modelləşdirərkən yalnız mənfəətin maksimal həddə çatdırılması problemini nəzərdən keçirməklə kifayətlənməməli, həmçinin bu mənfəətin istehlak və əmanətlərə yönəldilməsi arasında optimal bölüşdürülməsi probleminə baxmaq lazımdır. Sonuncu problem həm firmanın fəaliyyətinin həvəsləndirici cəhətlərini, həm də xalis maliyyə-iqtisadi cəhətlərini əhatə edir. Həqiqətən də mənfəətin istehsalın genişləndirilməsinə yönəldilən hissəsi öz iqtisadi mahiyyətinə görə mənfəətə deyil, istehsal xərclərinə aiddir. Beləliklə, ənənəvi olaraq sahibkarın mənfəətin maksimum həddə çatdırmağa səy göstərən şəxs kimi təfsiri daxilən təzadlıdır.

Burada sahibkar yaradıcı fərdin xüsusi halı kimi nəzərdən keçirilir, onun məqsədi kreativ rifahını yaxud istehsal-istehlakın məhsulunu maksimum həddə çatdırmaqdır. Sahibkarın mənfəəti, istehlak və əmanət arasında optimal bölüşdürülməli olan spesifik gəlir növüdür.

İstehlak C - sahibkarın asudə vaxt sahəsində yaradıcı fəaliyyətinin təmin olunmasına yönəldilən mənfəət hissəsidir.

Əmanətlər S - sahibkarın biznes sahəsində yaradıcı fəaliyyətinin təmin olunmasına yönəldilən mənfəət hissəsidir.

Ehtimal olunur ki, sahibkarın mənfəətinin həcmi I verilmişdir, onda aşağıdakı əlaqə yerinə yetirilir:


C+S=I (3)

Yaradıcı sahibkarın istehsal-istehlak funksiyası-sərbəst dəyişənlərin funksiyasıdır:

W(C; S) (4)

İstehlakın son hədd məhsulu sahibkarın istehlakı 1 rubl artdıqda, onun kreativ rifahının artımıdır:

MWC=

W

C


Əmanətlərin son hədd məhsulu MWS sahibkarın əmanətləri 1 rubl artdıqda, onun kreativ rifahının artımıdır:

MWS=

W

S

Ehtimal edilir ki, istehlakın və əmanətlərin həcmi artdıqca, istehlakın son hədd məhsulu və əmanətlərin son hədd məhsulu müvafiq olaraq azalır.


4. Yaradıcı əmək bazarında tələb və təklif

Yaradıcı əmək bazarında tələb

Əgər əmək sərfiyyatının miqdarını böyük həcmdə vaxt və vəsait ayırmadan müəyyənləşdirmək mümkündürsə, onda bu əmək adlanır. Sadə fiziki əmək normallaşdırılmış hesab olunur, çünki bu növ əməyin sərfiyyatı öz maddi nəticələrinə görə asanlıqla qiymətləndirilə bilər: hazırlanmış detalların miqdarı, daşınmış yükün çəkisi və s. Yaradıcı əmək o səbəbdən normallaşdırılmamış hesab olunur ki, onun faydalı nəticəsi burada yaradılmış material obyektlərin müəyyən miqdarı ilə ifadə oluna bilməz. Faktiki və ödənilmiş xərclər anlayışı normallaşdırılmış əməyə uyğun gəlir, lakin yaradıcı əmək üçün isə fərqlənir. Yaradıcı əmək prosesinin xüsusiyyəti işçiyə iş saatının müəyyən ödənilmiş hissəsini firmanın isrehsal vəzifələri ilə əlaqəli olmayan fəaliyyətə sərf etməyə, yəni əsas işdən yayınmağa imkan verir. Əgər yaradıcı işçi işdən boyun qaçırırsa, onda əməyin faktiki sərfiyyatı ödənmiş sərfiyyatdan kiçik olur.

Əmək qüvvəsinin əmsalı (e) əməyin faktiki sərfiyyatının ödənmiş sərfiyyata nisbəti kimi hesablanır. Bu əmsal yaradıcı işçi üçün, demək olar ki, vahiddən kiçikdir. Əmək qüvvəsinin əmsalı işçinin öz işində nə qədər marağlı olub-olmadığını xarakterizə edir. Güman edilir ki, əmək haqqı dərəcəsi yaradıcı işçinin maraqlılığının yeganə amili kimi çıxış edir:


  • nə qədər ki, keyfiyyətsiz işin aşkara çıxarılması zamanı işçinin mümkün itkiləri artır, əmək haqqı dərəcəsinin artması ilə maddi, xarici maraqlılıq da artır;

  • əmək haqqı firma tərəfindən işçinin yaradıcı fəaliyyətinə, eləcə də onun özünün şəxsiyyətinə verdiyi inteqral qiymət kimi çıxış edir. Ona görə də əmək haqqı dərəcəsinin artması ilə işçinin özünü qiymətləndirməsi böyüyür, nəticə etibarilə səmərəli fəaliyyətdə işçinin daxili maraqlılığı artır.


Yaradıcı əməyin təklifi

Burada faydalılığın fərdi funksiyası ilə xarakterizə olunan yaradıcı əməyin işçisi tədqiq edilir. Bu funksiyanın birinci arqumenti kimi gündəlik pul gəlirlərinin həcmi, ikinci arqument kimi isə işçinin sutka və ya asudə vaxtı ərzində yaradıcı fəaliyyətinin davamlılığı çıxış edir. İşçinin davranışının ənənəvi modeli ilə verilmiş model arasındakı əlaqəni göstərmək üçün asudə vaxt anlayışından istifadə olunur. Lakin burada asudə vaxt anlayışı geniş mənada-aşağı səviyyəli fəaliyyətin əksi kimi izah olunur. Ona görə də onun tərkibinə iş vaxtının yaradıcı komponentləri daxildir.

İşçinin faydalılıq funksiyasını U(H; İ) ilə işarə edək. Burada H - sutka ərzində asudə vaxtının davamlılığını, İ - gündəlik əmək haqqını (dollarla) göstərir. Əməyin yeknəsəqlik əmsalı ()-nı işsiz dayanma vaxtının xüsusi çəkisi və muzdlu işçinin iş vaxtında yeknəsəqlik funksiyası kimi müəyyən edək. Əməyin dolğunluq əmsalını () muzdlu işçinin iş vaxtında yaradıcı funksiyasının xüsusi çəkisi kimi müəyyən edək. Əməyin yoruculuq və dolğunluq əmsallarının cəmi vahidə bərabərdir.

Fərz edək ki, işçinin yeknəsəq fəaliyyətinin yeganə növü kimi iş yerində işçinin sadə əməyi çıxış edir. Yəni işçinin bütün iş vaxtından kənar saatları yaradıcı fəaliyyətlə doldurulmuşdur. Başqa sözlə desək, biz işçinin ev təsərrüfatında, nəqliyyatda və s. sadə işlərlə bağlı vaxt sərfiyyatına laqeyd yanaşırıq (yəni nəzər yetirmirik). Onda sadə əməyin davamlılığı -ə bərabər olacaqdır. Onun asudə vaxtı isə aşağıdakından ibarət olacaqdır:



, (5)

L - muzdlu işçinin iş gününün davamlılığıdır. (5) bərabərliyini əmək haqqının saat-hesabı dərəcəsinə () vuraq və nəzərə alaq ki, işçinin gündəlik əmək haqqısı -ə bərabərdir, onda bu zaman işçinin büdcə məhdudiyyətini alarıq:

(6)
5. Yaradıcı işçilərin diskriminasiyası

Müxtəlif işçilər eyni keyfiyyətli əməyə görə müxtəlif ödəmə (haqq) aldıqda, işçilərin diskriminasiyası vəziyyəti alınır. Dünyanın bir çox ölkələrində işçilərin diskriminasiyası qanunla qadağan olunur. Lakin, bununla belə təcrübədə belə hallara tez-tez rast gəlinir. Biz burada diskriminasiyanı hər hansı bir xarici əlamətlər: yaş, cins, irq və s. üzrə nəzərdən keçirmirik. Bizi burada işçilərin yaradıcı fəaliyyətinin qiyməti haqqında göstərilmiş fərqliliyi əks etdirən diskriminasiya maraqlandırır. Bu daxili fərqlilik özünü faydalılığın fərdi funksiyasının fərqliliyi kimi və eləcə də, əmək təklifinin müvafiq əyrilərinin fərqliliyi kimi əks etdirir. Əgər əmək bazarında işçilərin müxtəlif qiymətlərlə bir neçə növü varsa onda belə bazar seqmentləşmiş hesab olunur. Burada işçilərin qiymət diskriminasiyası üçün əlverişli şərait mövcuddur. Beləliklə, yaradıcı işçilərin diskriminasiyasını gəlir və fəaliyyət münasibətlərində işçilərin dəyərcə üstünlüyünün şərtlənmiş fərqliliyi kimi çıxış edən qiymət diskriminasiyasının xüsusi növü kimi hesab etmək olar.

İndi isə əməyin dolğunluq əmsalının verilmiş olduğu əmək bazarını nəzərdən keçirək. Burada işçilərin iki qrupu: aludə olan və aludə olmayan işçilər mövcuddur.

Aludə olan işçi fərdi əmək təklifinin həcminin əmək haqqı dərəcəsinin dəyişməsinə zəif həssaslığı ilə xarakterizə olunur. O, pul gəlirindən daha çox yaradıcı proses­dən həzz alır. Belə işçinin faydalılıq funksiyasının laqeydlilik əyrisi “asudə vaxt”ın oxuna dik vəziyyətdə yerləşmişdir. Əmək təklifinin elastikliyi isə böyük deyildir. Güman edilir ki, aludə olan işçilər eyni əmək təklifi əyrisinə malikdirlər. Onda belə çıxır ki, həmin işçilərin məcmu əmək təklifinin əyrisi aşağı elastikliyə malikdir.

Aludə olmayan işçilər fərdi əmək təklifinin həcminin və əmək haqqı dərəcəsinin dəyişməsinə yüksək həssaslığı ilə xarakterizə olunur. O, yaradıcı prosesdən daha çox pul gəlirindən həzz alır. Belə işçinin faydalılığı laqeydlik funksiyasının laqeydlik əyrisi “asudə vaxt”-ın oxuna az meyilli vəziyyətdə yerləşmişdir. Əmək təklifinin elastikliyi isə yüksəkdir. Güman edilir ki, bütün aludə olmayan işçilər eyni əmək təklifi əyrisinə malikdirlər. Onda belə çıxır ki, həmin işçilərin məcmu əmək təklifinin əyrisi yüksək elastikliyə malikdir.


  1. İnformasiya iqtisadiyyatında qeyri-bazar nemətləri. Klub nemətləri və şəbəkə nemətləri

Ənənəvi mikroiqtisadiyyatda iki xassəyə malik olan ictimai nemətlər öyrənilir. İstisnasızlıq heç bir kəsi nemətdən istifadə etmək imkanından məhrum etmək üsulunun olmaması deməkdir. Rəqabətsizlik nemətin istehlakçıların sayının artımı zamanı onların hər biri üçün istehlakın faydalılığının dəyişməz olaraq qalması deməkdir. Belə xüsusiyyətlərə malik olduğundan ictimai nemət iqtisadiyyatın xüsusi deyil, ictimai sektorunda istehsal olunur. Bu bölmədə istisnasızlıq xüsusiyyətinə malik olduqları üçün ictimai nemətlərə aid edilməyən iki növ fayda nəzərdən keçiriləcək. Bununla yanaşı, onların özünəməxsus xüsusiyyətləri onları bazar nemətləri sırasına aid etməyə imkan vermir.
Klub nemətləri

Müəyyən neməti məhdudiyyətsiz istehlak etmək imkanına malik olmaqla vahid təsərrüfat subyektini əmələ gətirən istehlakçıların məhdud çoxluğu klub adlanır. Klub neməti qismindəş, adətən, şəxsi istehlak üçün nəzərdə tutulan maddi predmetlər deyil, istehlakçılar qrupuna göstərilən xidmətlər - qolf üçün meydança, çimərlik, park çıxış edir. Klub nemətinə əyani misal kimi üzgüçülük hovuzunu göstərmək olar. Belə ne­mətin həcmi hovuzun su səthinin sahəsinə bərabərdir. Klub neməti klub üzvlərinə münasibətdə istisnasızlıq xüsusiyyətinə malikdir ki, bu planda da o, ictimai nemət ilə oxşardır. Bununla yanaşı, klub neməti rəqabətsizlik xüsusiyyətinə malik deyil, belə ki, klub üzvlərinin miqdarının artması ilə onların hər biri üçün istehlakın keyfiyyəti pisləşir.

Fərz edək ki, klubun bütün üzvləri iki sərbəst dəyişəndən-nemətin həcmi və klub üzvlərinin sayından asılı olan eyni faydalılıq funksiyasına malikdir. Bu funksiyanın qiyməti klub üzvünün klub üzvlərinin verilmiş sayında və nemətin verilmiş həcmində ödəməyə hazır olduğu maksimum pul məbləğinə bərabərdir. Faydalılıq funksiyası nemətin həcminin çoxalması ilə artır və klub üzvlərinin sayının çoxalması ilə azalır. Həzz vahidə düşən klub nemətinin artması ilə yaranan faydalılıq artımı klubun say tərkibinin dəyişmədiyi halda nemətin həcminin artması ilə azalır.

Fərz edək ki, klub nemətinin istehsal xərcləri klub üzvləri arasında bərabər bölünür. Fərdi xərclər funksiyası və ya sadəcə xərclər funksiyası ümumi xərclər və klubun say tərkibi funksiyalarının nisbətidir. Klubun say tərkibinin və ya nemətin verilmiş həcmində bu funksiyanın qiyməti klub nemətinin qiymətinə və ya klub kartının qiymətinə bərabərdir.

Klub üzvünün istehlak qalığı faydalılığın miqdarı ilə klub nemətinin qiyməti arasındakı fərqə bərabərdir. Ehtimal olunur ki, təsərrüfat subyekti kimi klubun məqsədi klubun “tipik” üzvünün istehlak qalığının maksimallaşdırılmasıdır. Bu məqsədə nail olduğu zaman klub tarazlığı yaranır. Ənənəvi mikroiqtisadiyyatda istənilən subyektin tarazlığı bir göstərici ilə-istehlak nəzəriyyəsində nemətin həcmi ilə, istehsalçı nəzəriyyəsində buraxılış həcmi ilə və s. ifadə olunduğu halda, tarazlığın verilmiş tipi ənənəvi tarazlıqdan iki sərbəst göstərici ilə xarakterizə olunması ilə fərqlənir (nemətin həcmi və klubun say tərkibi ilə). Klub tarazlığına nail olunmasına imkan verən nemətin həcmi və klubun say tərkibi tarazlı adlanır.
Şəbəkə nemətləri

Şəbəkə neməti cəmiyyət üzvlərinin şəxsiyyətlərarası qarşılıqlı əlaqələrinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Şəbəkə nemətinin həcmi ondan istifadə imkanına malik olan fərdlərin miqdarı ilə müəyyənləşdirilir. Bu səbəbdən də, belə nemət istisnasızlıq xüsusiyyətinə malik deyil. Şəbəkə nemətinə olan tələbin fərdi qiyməti fərdin bu nemətdən onun verilmiş həcmindən istifadə üçün ödəməyə hazır olduğu pul məbləğidir. Şəbəkə nemətinə olan tələbin qiyməti bütün istehlakçıların fərdi qiymətlərinə bərabərdir. O, istehlakçıların sayının bir nəfər artması ilə şəbəkə nemətinin bütün istehlakçılarının məcmu faydalılığının artımına bərabərdir. Şəbəkə nemətinə olan tələbin əyrisi tələbin qiymətinin nemətin müvafiq həcmindən asılılığını əks etdirir. Verilmiş həcmdə şəbəkə nemətinin təklifinin qiyməti onun istehsalına çəkilən marjinal xərclərinin həcminə bərabərdir.

Şəbəkə neməti aşağıdakı iki xassəyə malikdir:

1. Marjinal xərclərinin azalması. İstehsal olunan nemət həcminin artımı nəticəsində vahidə düşən nemətin artması ilə şərtlənən əlavə xərclər azalır. Belə ki, marjinal xərclər əyrisi təklif əyrisi ilə üst-üstə düşür. Belə nəticəyə gəlirik ki, şəbəkə nemətinin təklifinin qiyməti onun həcminin artması ilə azalır, bazar neməti halında olduğu kimi artmır.

2. Marjinal gəlirlərinin artımı. Şəbəkə nemətinin istehsal olunan həcminin artımı ilə ondan istifadə üçün hər bir istehlakçının ödəməyə hazır olduğu maksimal məbləğ də artır ki, bu da nemətin istehlak xüsusiyyətlərinin yaxşılaşması ilə əlaqədardır. Bu məbləğ özündə eyni zamanda marjinal gəlirlərin maksimal həcmini və marjinal faydalılığının pulla ifadə olunmuş qiymətini əks etdirir. Marjinal faydalılığ əyrisi tələbin əyrisi ilə üst-üstə düşdüyündən, belə nəticəyə gəlmək olar ki, şəbəkə nemətinə tələbin qiyməti onun həcminin artması ilə artır, bazar neməti halında olduğu kimi azalmır.




  1. Asimmetrik informasiyalı bazarlar

Ənənəvi mikroiqtisadiyyatda informasiyanın alıcı və satıcılar arasında simmetrik paylandığı fərz edilir. Asimmetrik informasiya sövdələşmə iştirakçılarının yalnız bir qisminin digərlərindən fərqli olaraq kifayət qədər lazımi informasiyaya malik olduğu vəziyyətdir. Təsərrüfat təcrübəsində informasiya assimmetriyası geniş yayılmışdır, belə ki, satıcılar bəzi hallarda isə, alıcılar da müəyyən üstünlüklər əldə etmək üçün sövdələşmə obyekti haqqındakı öz həqiqi biliklərini gizlətməyə çalışırlar. Çox vaxt istehlakçı sövdələşmə anında aldığı məhsulun keyfiyyətini müəyyən edə bilmir, belə ki, məhsulun keyfiyyəti haqqında yalnız bir tərəf-satıcı məlumatlıdır. Başqa sözlərlə, istehlakçı nə aldığını bilmir, məhsulun keyfiyyəti isə yalnız onun istehlakı zamanı aşkara çıxır. Belə vəziyyətdə satıcı uğursuz seçim-keyfiyyətsiz məhsulun alınması üçün ilkin şəraiti yaradan informasiya üstünlüyünə malik olur. Uğursuz seçim alıcıların müxtəlif keyfiyyətli məhsulları təklif edən satıcıları fərqləndirmək imkanına malik olmaması zamanı meydana çıxır.

Limonlar” bazarı modeli

Asimmetrik informasiyalı bazarlarda tarazlığın necə formalaşdığını anlamaq üçün C.Akerlof tərəfindən təklif olunmuş “limonlar” bazarı modelini nəzərdən keçirək. Amerikan slenqində (jarqonunda) yararsız əşyaları “limon” adlandırırlar.

Bu model işlənmiş avtomobillər bazarının fəaliyyətini təsvir edir. Satıcıların alıcılar üzərində informasiya üstünlüyünə malik olması bu bazarın əsas xüsusiyyətidir. Nəticədə uğursuz seçim baş verir-alıcılar yaxşı maşının satıcısını qane edəcək qiymətlə “limon”un (aşağı keyfiyyətli maşının) satıcısını qane edəcək qiyməti arasındakı intervalda yerləşən qiyməti ödəyirlər. Bunun nəticəsi kimi çox vaxt yaxşı maşın satıcıları bazardan çıxır, “natamam” bazar formalaşır.

Fərz edək ki, bir bazarda iki növ avtomobil satılır: keyfiyyətli və keyfiyyətsiz. Satış bazarında tələbin əyrisini tədqiq edək. Keyfiyyətli avtomobillərə olan tələbi D1-lə işarə edək. Əgər keyfiyyətli avtomobillər bazarı ayrı olsa idi, bazar tələbinin əyrisi məhz belə olardı. Aşağı keyfiyyətli avtomobillərə olan tələbi isə D0-la işarə edək (0 indeksi belə bazarda keyfiyyətli avtomobillərin payının sıfra bərabər olduğunu göstərir). Aydındır ki, istənilən qiymətdə yaxşı avtomobillərə olan tələb pis avtomobillərə olan tələbdən yuxarıdır, yəni D1 əyrisi D0 əyrisindən sağda yerləşmişdir. Təcrübədə yaxşı və pis saxlanmış maşınların ayrı bazarı olmur, bazarda bütün kateqoriyalı maşınlar: həm yaxşı keyfiyyətli maşınlar, həm də “limon”lar üçün vahid tələb əyrisi və vahid qiymət təyin olunur.

Assimmetrik informasiyalı bazarda alıcılar sövdələşmə anında avtomobilin keyfiyyətini qiymətləndirə bilmədiklərindən öz seçimlərini bazarda yaxşı avtomobillərin payı haqqındakı statistik informasiya əsasında edirlər. Bu pay nə qədər yüksəkdirsə, bazar tələbi də bir o qədər çoxdur, tələbin əyrisi də bir o qədər sağ tərəfdə -keyfiyyətli maşınlara olan tələb əyrisinə yaxın yerləşmişdir.






Yüklə 78,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə