Mühazirə Kursa giriş Quyuların geofiziki tədqiqatı



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix05.02.2018
ölçüsü0,82 Mb.
#25721
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   30

az  fərqləndikdə  və  h/d

q

  >  16÷25  olduqda    fərz  olunan    xüsusi  müqavimətin  orta 



qiyməti (ρ

ort

) götürülür. 

 

 



 

Şəkil 3.2 , 3.3 

  3. h <16d

(3÷5 m) olan  halda  isə müqavimətin  ekstremal  qiymətlərindən: əgər 



ρ

lay


  >ρ

ətr


  olarsa  ρ

fxm

max


,  ρ

lay


<ρ

ətr

  olduqda    isə    qiymətlərindən    istifadə  etmək 

tövsiyə olunur. 



 

3.2 Nəzəri YKZ paletkaları 

 

Müəyyən  nişanələrə  görə  qruplaşdırılmış  və  sonsuz  qalınlıqlı  laylar  üçün 



qurulmuş ρ

fxm



məh

-un AO/d



q

-dən asılılığını ifadə edən nəzəri əyrilər YKZ paletkası 

adlanır. YKZ əyriləri iki və üçtəbəqəli olur. 

3.2.1. İkitəbəqəli YKZ əyriləri 

 

Bu  əyrilər  qazıma  məhlulunun  laya  hopmayan  halı  üçün  hesablanıb.  Bu 



halda iki variant mümkün ola bilər: 

a)  qazıma  məhlulunun  xüsusi  müqaviməti  layın  xüsusi  müqavimətindən  kiçikdir 

(ρ

məh

< ρ

lay

b) qazıma məhlulunun xüsusi müqaviməti layın xüsusi müqavimətindən böyükdür 



(ρ

məh

> ρ

lay

YKZ-nin  ikitəbəqəli  nəzəri  əyriləri  ρ



məh



lay

  halı  üçün  YKZ–1A 

paletkasında (şək.3.3) ρ



məh

> ρ

lay  

halı üçün isə YKZ-1B paletkasında qruplaşdırılır. 

 

Paletkada  təsvir  olunan  «A»  əyrisi  YKZ  əyriləri  ilə  onların  sağ 



asimptotlarının kəsişmə nöqtəsinin həndəsi yerini səciyyələndirir. 

 

İkitəbəqəli YKZ əyrisi bir nisbi parametrlə: ρ



lay

 /ρ



məh

 işarə olunur ki, bu YKZ 




əyrisinin modulu adlanır və əyrinin şifrini göstərir. 

3.2.2 Üçtəbəqəli YKZ əyriləri 

 

Bu əyrilər qazıma məhlulunun laya hopan halı üçün hesablanıb. Üçtəbəqəli 



YKZ  əyriləri  beş  parametrlə:  ρ

lay

  ,  ρ

kz

  ,  ρ

məh

  ,  D  və  d

q

  təyin  edilir.  Lakin    YKZ 

əyriləri  ikiqat  loqarifmik  miqyasda  qurulduğundan  paletkalarda  onların  forma  və 

vəziyyəti üç nisbi parametrlərdən: ρ

kz

 / ρ

məh

 , D/d

q

 və ρ

lay

 / ρ

məh

 asılı olur. 

 

 

 



Şəkil 3.4 Üç təbəqəli zondlama əyrisinin                                                                

interpretasiyasına dair nümunə 

Qazıma  məhlulu  laya  hopduqda  iki  hal  qeydə  alına  bilər:  layın  xüsusi 

müqaviməti  azalır  (azaldıcı  keçirmə)  və  əksinə,  layın  xüsusi  müqaviməti  artır 

(yüksəldici keçirmə).  

Əgər ρ



lay

 / ρ

kz

<1 olarsa yüksəldici keçirmə,  ρ

lay

 / ρ

kz

>1 olduqda isə azaldıcı 

keçirmə müşahidə olunur. 

Layda yüksəldici keçirmə (ρ

məh

 <ρ

kz

 >ρ

lay

 və ρ



lay

 >ρ

su

daha çox dənələrarası 

məsaməliyə malik sulu kollektorlarda qeydə alınır. 

Layda  azaldıcı  keçirmə  (ρ

məh



kz



lay

)  olduqda  üç  təbəqəli  YKZ  əyrisi 

məhsuldar neftli-qazlı laylarda müşahidə olunur. 

YKZ əyriləri üçün sol və sağ qanad anlayışlarından istifadə olunur. Əyrinin 

sol qanadı kiçik ölçülü zondla alınan qiymətləri xarakterizə edir ki, bu qiymətlərə 



quyunun  parametrləri  təsir  göstərir.  Əyrinin  sağ  qanadı  isə  böyük  ölçülü  zondla 

alınan qiymətlərə müvafiq olduğundan quyunun təsirindən az təhrif olunur. 

Azaldıcı  keçirmə  halında  EK-2,  yüksəldici  keçirmədə  isə  YKZ-U 

paletkalarından da istifadə edilə bilər. 

YKZ  əyrilərində  bəzən  ekvivalentlik  müşahidə  olunur  ki,  bu  da  müxtəlif 

kəsilişlər  üçün  bir-biri  ilə  tam,  yaxud  qismən  üst-üstə  düşən  əyrilərin  alınması 

deməkdir. 

Əgər  keçirmə  zonasının  parametrləri  cədvəl  3.1-də  göstərilən  qiymətləri 

üstələmirsə, onda zondlama əyrilərinin ekvivalentliyi müşahidə olunur. 

 

Cədvəl 3.1   



 

ρ

KZ

/ ρ

məh

  5  10  20  40  100  200 



D/d

2  2 




 

3.3   Faktiki  zondlama əyrisinin tipinin müəyyənləşdirilməsi 

Müqavimətin  xarakter  qiymətlərini  təyin  etdikdən  sonra  loqarifmik 

miqyasda  zondlama  əyriləri  qurulur.  Sonra  faktiki  zondlama  əyrisi  interpetasiya 

üçün uyğun gələn paletka əyriləri ilə bir araya gətirilir.  Müvafiq  paletkanı seçmək 

üçün  faktiki  zondlama    əyrisinin    tipini    müəyyənləşdirmək    lazım    gəlir.    Bəzi  

hallarda  əyrinin    tipi    və  lazım  olan    paletka    bir  sıra    aşkar    nişanələrə  görə 

müəyyənləşdirilir.  Əgər  bu  nişanələr  kifayət  etmirsə  onda  əyrinin tipi yalnız 

faktiki  zondlama  əyrisi  ilə  paletka  əyrilərini  tutuşdurduqdan  sonra  təyin  edilir. 

Təcrübədə daha çox rast gəlinən zondlama əyrilərinin tipini nəzrdən keçirək: 

      a) əsas  hal – layda  heç  bir  dəyişiklik  olmadıqda. 

       Zondlama  əyrisi  paletka  əyrilərinin  birisi  üzərinə  düşür və  yaxud onlara  

paralel    gedir.  Bu  halda  layın    xüsusi    müqaviməti    nəzəri  əyrinin    moduluna  

əsasən  təyin  olunur:   

                                             ρ



lay

 = μρ



m

 

burada  μ- nəzəri  əyrinin  modulu;  ρ



m

 -məhlulun xüsusi   müqavimətidir.   



ρ

lay

  –ın  qiyməti  zondlama  əyrisinin,  asimptotlar  əyrisi  (A  əyrisi)  ilə 

kəsişməsinin ordinatına kimi də götürülə bilər. 

            b) quyu  diametrinin artma  halı. Yuyulma. 

     Bu  hal  kavernometriya  işləri  aparılmadıqda  və  quyunun  diametri    nominal  

diametrə (baltanın diametrinə) bərabər  götürüldükdə  alına  bilər. 

      Zondlama  əyrisi  öz  formasına  görə  nəzəri  əyrilərə  uyğun  gəlir, ancaq  bu  

əyrilərə  nisbətən sağ  tərəfə sürüşmüş olur.  Quyunun  həqiqi  diametrini  təyin 

etmək  üçün    zondlama  blankını  sol  tərəfə  o  qədər    sürüşdürürlər  ki  ,  zondlama 

əyrisi nəzəri  əyrilərin  birisi  ilə  tutuşmuş  olsun  və yaxud  onlara  paralel  getsin.  

Əyrilər    tutuşduqda    “xaç”    nöqtənin    absis    oxu    üzərində    vəziyyəti    quyunun 

həqiqi diametrini  göstərəcəkdir. 

     ρ



lay

 - əsas  halda  qeyd  edildiyi  kimi  təyin  olunur.  



c)

 

azaldıcı  keçirmə  halı

Məhlulun  laya  hopması  nəticəsində  azaldıcı  keçirmə  yaranıbsa,  interpretasiya 

etdiyimiz  əyri  öz  formasına  görə  YKZ-1-A  paletkasının    nəzəri    əyrilərinə  oxşar 

olur.  Qurulmuş  əyrinin  sağ  hissəsi,  zondun  uzunluğu  artdıqda,  paletka  əyrilərini 

kiçik  modullu  əyrilərdən  yüksək  modullu  əyrilər    istiqamətində  kəsir.  Bu  halda, 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə