Mühazirə Kursa giriş Quyuların geofiziki tədqiqatı



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix05.02.2018
ölçüsü0,82 Mb.
#25721
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   30

 

 

Şək.4.9. Kəmərin ilişmə yerinin təyini 



 

Istifadə edilən torpedlər 2 cür olur: 

1) istiqamətləndirilmiş (kumulyativ); 

2) istiqamətləndirilməmiş (fuqaslı). 

Qeyd  etdiyim  halda  istiqamətlənməmiş  torpeddən  istifadə  olunur.  Belə 

torped  quruluşca  ya  preslənmiş  şaşkadan    ibarət  olur,  ya  da  ki,  detonator 

qaytanında hazırlanır.  Torped  tutulma  intervalından  5-10  m  yuxarıda dayandırılır 

(mufta  birləşmələrinə  düşməməlidir)  və  partladılır.  Alınmış  zərbə  dalğası 

nəticəsində  kəmər  silkələnir.  Qeyd  etmişdik  ki,  kəmər  dartılmış  vəziyyətdədi. 

Silkələnmə zamanı çox zaman kəmər azad edilir. Əgər kəmər azad edilməzsə,  bu 

iş yenidən təkrarlanır. Bir neçə dəfə təkrardan sonra azad etmək mümkün olmazsa, 

istiqamətləndrilmiş  kumulyativ  torped  və  ya  kumulyativ  boru  kəsən  vasitəsilə 

ilişmə yeridən 1-2 m hündürlükdə kəmər kəsilir (cədvəl 4.7). Sonra kəmərin yuxarı 

hissəsi qaldırılır, kəsilmə yerindən 5-6 m hündürlük sementlə doldurulur və quyu 

digər istiqamətdə qazılır. İstiqamətləndrilmiş (kumulyativ) torpedlərdən, həmçinin 

quyu  içərisində  kənar  cisimlərin  dağıdılmasında  istifadə  edilir.  Quruluşca  belə 

torpeda formaca perforatorların mərmilərinə oxşayır. Torpedlərə forma verilməklə 

yanaşı, müxtəlif diametrdə hazırlanırlar.  

 

Quyudan süxur nümunənisinin götürülməsi 

 

Qazıma  zamanı  tətbiq  edilən  geofiziki  üsulların  dəqiqliyini  artırmaq  üçün 

quyudan götürülən  süxur nümunələrinin petrofiziki xüsusiyyətlərinin laboratoriya 

şəraitində öyrənilməsi vacibdir. Bu xüsusiyyətlərə süxurların müqaviməti, elektrik 

keçiriciliyi,  baş  verən  kimyəvi  çevrilmələr,  mexaniki  xüsusiyyətləri,  elastiki, 

radioaktiv  xüsusiyyətləri  və  s.  daxildir.  Süxur  nümunələrini  quyudan  götürmək 

üçün iki üsuldan istifadə olunur: 

1) qazıma zamanı qazıma borusu vasitəsilə

2) kabel vasitəsilə quyuya buraxılan cihazla süxur nümunəsinin götürülməsi.  

 

Quyu qazıldıqdan sonra açılmış laylardan süxur nümunəsi götürmək üçün 



xüsusi  atıcı  süxur  götürən  cihazlardan  istifadə  olunur.  Atıcı  süxurgötürən  cihaz 

polad gövdədən və süxurgötürən barıtla doldurulmuş lüləli kameralardan ibarətdir. 

Süxurgötürən  karotaj  kabelinə  birləşdirilərək  quyuya  buraxılır.  SG  lazımı 



dərinlikdə  lay  qarşısında  saxlandıqdan  sonra  kabelin  damarı  vasitəsi  ilə  cihaza 

cərəyan verilir. Qızdırıcı naqildən cərəyan keçdikdə yanğına həssas maddə alışır və 

barıt  yanmaya  başlayır.  Atılıb  divara  sancılan  metal  stəkan  cihaza  bağlı  olur  və 

dartanda  nümunə  içində  qalır.  Süxur  götürəndə  quyu  şəraitindən  və  cihazın 

markasından  asılı  olaraq  müxtəlif  tip  barıtlardan  istifadə  olunur.  Cihazın 

markasından asılı olaraq barıtın kütləsi 3.5±2 q olur.  

 

Birinci  halda  götürülmüş  süxur  nümunəsində  çoxsaylı  dəyişikliklər  baş 



verir.  Buna  səbəb  gil  məhlulunun  bilavasitə  götürülmüş  süxur  nümunəsi  ilə 

təmasda  olmasıdır.  Bu  çatışmamazlığı  aradan  qaldırmaq  üçün  ikinci  üsuldan 

istifadə  edilir.  İstifadə  edilən  quyu  cihazının  gövdəsində    bir  neçə  metaldan 

hazırlanmış stəkan yerləşdirilir.  

 

İlk  dövrlərdə  belə  cihazlarda  stəkan    quyu  cihazının  gövdəsinə  troslarla 



birləşdirilirdi,  yəni  quyu  cihazı  hərəkətə  gətrildikdən  sonra    süxur  nümunəsi  ilə 

dolu  stəkan  quyu  cihazının  ətrafında  asılı  vəziyyətdə  qalırdı.  Quyu  diametrinin 

kiçilib böyüməsi bizə məlumdur.  

 

Quyu cihazı yuxarı qaldırıldıqda quyu diametrinin  kiçildiyi intervalda çox 



zaman stəkanlar ilişib qırılırdılar və ya quyu cihazı tutulurdu və quyuda qəza baş 

verirdi.  Bunun  qarşısını  almaq  üçün  son  tipli  cihazlarda  stəkan  quyu  cihazların 

gövdəsinə çox böyük gərginliyə malik yaylarla birləşdirilir.  

 

Nəticədə,  stəkan  partlayış  nəticəsində  böyük  sürətlə  süxura  daxil  olur. 



Yayın  gərilməsi  sayəsində  isə  geriyə  qayıdaraq  yuvasında  oturur.  Beləliklə,  qəza 

aradan götürülmüş olur. Nümunə götürmənin sxematik quruluşu aşağıdakı kimidir 

(şəkil 4.19).  

 

 



Şəkil  4.19.  Süxur  nümunəsi  götürən  cihazın  sxemi.  1-parlayıcı  maddə 

yerləşən  hissə;  2-partlayıcı  maddə;  3-  stəkan    yerləşən  yuva;  4-stəkan;  5-tros;  6-

yay.  

 

 



Quyularda pakerlərin qoyulması 

 

 

Partlayıcı pakerlər quyularda layları bir-birindən ayırmaq və süni quyu dibi 



yaratmaq  üçündür.  Kəmərin  arxasında  yerləşdirilən  partlayıcı  paker  (PV-5) 

sementləmə zamanı qoruyucu kəmərlə quyu divarları arasında maye və qaz axınını 

dayandırır. Quyuda süni quyu dibi yaratmaq üçün VP, VPŞ, PVÇ, PVR-48, PVR2-



48  tipli  pakerlərdən  istifadə  olunur.  Qoruyucu  kəmər  ilə  NKB  arasında  maye  və 

qaz axınını dayandırmaq üçün PV-2 tipli pakerlər işlədilir.  

 

İstismar  quyularında  bir  istismar  obyektdən  digərinə  keçid  zamanı  onları 



bir-birindən  təcrid  etmək  lazımdır.  Adətən,  quyularda  sənaye  əhəmiyyətli  hesab 

edilən layların istismarı aşağıdan yuxarıya doğru yerinə yetirilir.   

Horizont  çoxsaylı  böyük  qalınlıqlı  laylardan  ibarət  olduqda  bütün  layları 

deyil, aşağıdan müəyyən saya malik laylar qarşısında süzgəc açılır. Məlumdur ki, 

müəyyən dövr istismardan sonra bu laylardan hasil edilən mayenin 90%-dən çox 

bəzən  100%-ni  su  təşkil  edir.  Digər  laylar  neft  verməsinə  baxmayaraq  ayrılan 

məhsulun əsas həcmi su olur. Buna səbəb neftin özlülüyünün sudan çox olmasıdır 

ki, suyun sürəti böyük olduğuna görə nefti qabaqlayır. Bu zaman qeyd edilən layı 

təcrid  etmək  üçün  laydan  yuxarı  hissədə  paker  qoyulmalıdır.  Paker  aşağıdakı 

quruluşda olur (şəkil 4.21).  

Pakerin  iş  prinsipi  belədir:  quyu  diametrindən  asılı  olaraq  pakerlər  seçilir. 

Dərinlikdən asılı olaraq isə dərinlik, təzyiq və onlara uyğun barıtın miqdarı qrafik 

əsasında  seçilir.  Pakerin  həcmi  böyüyərək  genişlənir  və  kəmərə  sıxılır.  Kabel 

başlıqla  birlikdə  pakerdən  ayrılır  və  o  yuxarı  qaldırılır.  Sonra    pakerin  yuxarı 

hissəsinə  bir  neçə  metr  hündürlükdə  sement    vurulur.  Beləliklə,  aşağıda  yatan 

laylar təcrid edilir. 

 

Şək. 4.21. 1 - düralüminiumdan hazırlanmış paker ( silindrik 



qab); 2 - kabel başlığı; 3 - naqil; 4 - közərmə teli; 5 - barıt. 

 

 



Layların və süzgəcin təmizlənməsi 

 

 

İstismar  quyularında  açılmış  süzgəclər  uzun  müddət  istismar  olunduqdan 



sonra  süzgəcin  deşikləri  parafinlə  və  ya  süxuru  təşkil  edən  skelet  materialların 

gəlməsi nəticəsində tutulur. Nəticədə layın məhsuldarlıq əmsalı aşağı düşür. Eləcə 

də,  layda  maye  axını  zamanı  (quyuya  doğru)  məsamələr  bağlanır.  Bu  xüsusiyyət 

nəticəsində quyunun məhsuldarlıq əmsalı ya azalır, ya da sıfıra bərabər olur. Çox 

zaman süzgəc qarşısında parafini əritmək üçün quyuya xüsusi qızdırıcılar buraxılır. 

Bu qızdırıcılar yalnız müəyyən dərinliyə qədər təsir edirlər. Ancaq bu skeleti təşkil 

edən  maddənin  hissəciklərinə  heç  bir  təsir  etmir.  Bu  zaman  silindrik  formalı 

preslənmiş  PM-lərin  müəyyən  kütləsi  quyuya  buraxılır.  Süzgəcdən  50-100  m 

yuxarıda  dayandırılır.  Quyu  ağzına  qədər  maye  (su)  ilə  doldurulur.  Quyu  ağzı 



bağlanılır və PM partladılır. Partlayışdan çox böyük həcmdə qaz yaranır. Qaz quyu 

içərisində mayeni böyük təzyiq altında sıxışdırmağa başlayır. Nəticədə maye süz-

gəcdən keçərək layda yayılır. Yayılma radiusu layın keçiriciliyinden və götürülən 

PM-lərin kütləsindən  asılıdır. Müəyyən  müddətdən  sonra quyu  içərisində təzyiqlə 

laydakı təzyiq arasında fərq yaranır. Nəticədə, laya daxil olmuş maye geri qayıdır, 

yəni süzgəc və lay hər iki istiqamətdə yuyulub təmizlənir. Təmizlənmiş layın debiti 

bərpa olunur 

 

 



Mühazirə 15 

 

KOMPLEKS KAROTAJ DİAQRAMLARININ KEYFİYYƏT 



İNTERPRETASİYASI  

   

Karotaj diaqramlarının kompleks  interpretasiyası quyu kəsilişini təşkil edən 

layların  fiziki  xüsusiyyətləri  və  laylardakı  süxurların  mənşəyi  haqqında  fikir 

söyləməyə imkan verir. 

Karotaj əyrilərinini interpretasiyası zamanı ilk növbədə kəsiliş üzrə layların 

sərhədlərini  müəyyənləşdirmək  lazımdır.  Lay  sərhədlərinin  təyinində  əsas  iki 

prinsipdən istifadə edilir. 

1.

 



amplitudanın yarım maksimum (1/2) prinsipi; 

2.

 



amplitudanın 2/3 prinsipi. 

Böyük  və  orta  qalınlıqlı  layların  sərhədlərini  təyin  edərkən  amplitudanın 

yarım  maksimum  (1/2)  prinsipindən  istifadə  edilir.  Belə  ki,  seçilmiş  lay 

qarşısındakı 



FXM

 əyrisinin amplitudu quyu oxuna paralel düz xəttlə təqribi olaraq 



2  bərabər  hissəyə  bölunur.  Həmin  düz  xəttin  əyrini  yuxarıdan  kəsdiyi  nöqtədən 

quyu oxuna perpendikulyar olaraq layın tavanı, aşağıda kəsdiyi nöqtədən isə quyu 

oxuna perpendikulyar olaraq layın dabanı keçirilir (şəkil 1.1). 



 

 

Şəkil 1.1. Amplitudanın yarım maksimum prinsipi ilə layların sərhədlərinin 



vurulması 

 

 Nazik  qalınlıqlı  layların  sərhədlərinin  vurulmasında  amplitudanın  2/3 



prinsipindən  istifadə  edilir.  Belə  ki,  seçilmiş  lay  qarşısındakı 

FXM


əyrisinin 

amplitudu təqribi olaraq 3 bərabər hissəyə bölunur və 2/3 hissəsindən quyu oxuna 

paralel düz xətt çəkilir. Həmin düz xəttin əyrini yuxarıdan kəsdiyi nöqtədən quyu 

oxuna perpendikulyar olaraq layın tavanı, aşağıda kəsdiyi nöqtədən isə quyu oxuna 

perpendikulyar olaraq layın dabanı keçirilir (şəkil 1.2). 

Karotaj 

diaqramlarının 

interpretasiyası 

kəmiyyət 

və 

keyfiyyət 



interpretasiyasına  bölünür.  Karotaj  diaqramlarının  kəmiyyət  interpretasiyası 

diaqramların 

yazılı 

rəqəm 


emalı 

 

Şəkil 1.2. Amplitudanın 2/3 prinsipi ilə layların sərhədlərinin vurulması 



 

nəticəsində  layların  keçiriciliyi,  gilliliyi,  məsaməliliyi,  genetik  mənşəyi, 

doyum  xüsusiyyətləri,  ümumiyyətlə,  kollektorluğu  və  qeyri-kollektorluğu 

haqqında məlumat almağı imkan verir. 

Karotaj  diaqramlarının  keyfiyyət  interpretasiyası  diaqramların  zahiri 

görünüşünə  əsasən  layların  kollektorluğu,  qeyri-kollektorluğu  və  litoloji  tərkibi 

haqqında  fikir  söyləməyə  imkan  verir.  Belə  ki,  hər  növ  karotaj  əyrisi  kollektor 

qeyri-kollektor laylar və bərk süxurlar qarşısında özünə məxsus formaya malikdir. 




Məsələn: 

 

1.



 

Standart elektrik karotajı diaqramları,  



yəni, Fərz olunan xüsusi müqavimət (FXM) əyriləri

a) kollektor laylar qarşısında əyrinin forması – orta və yüksək amplituda ilə; 

b)  qeyri-kollektor  laylar  (yəni-gillər,  ifrat  gilli-alevrolitlər)  qarşısında  – 

minimum amplituda ilə; 

c)  bərk  süxurlar  qarşısında  əyrinin  forması  -maksimal  amplituda  ilə 

xarakterizə olunur; 

2. Quyu potensialı (QP) əyrisi - 

a) kollektor laylar qarşısında əyrinin forması – minimum amplituda ilə; 

b)  qeyri-kollektor  laylar  (yəni-gillər,  ifrat  gilli-alevrolitlər)    qarşısında  – 

maksimal  amplituda ilə. 

c) bərk süxurlar qarşısında  əyrinin forması  - maksimaldan minimala  doğru 

meyletmə ilə və ya maksimum, orta amplituda ilə xarakterizə olunur. 

3. Qamma karotajı (QK) əyrisi - 

a) kollektor laylar qarşısında əyrinin forması – orta və minimum amplituda 

ilə; 

b)  qeyri-kollektor  laylar  qarşısında  əyrinin  forması  –  maksimal  amplituda 



ilə;. 

c)  bərk  süxurlar  qarşısında  əyrinin  forması  -  minimum  amplituda  ilə 

səciyyələnir. 

4. Neytron-qamma karotajı (NQK) əyrisi - 

a) kollektor laylar qarşısında əyrinin forması – orta və yüksək amplituda ilə; 

b) qeyri-kollektor laylar qarşısında əyrinin forması – minimal amplituda ilə. 

c)  bərk  süxurlar  qarşısında  əyrinin  forması  -  maksimal  amplituda  ilə 

xarakterizə olunur  

5.  Kavernoqram  əyrisində-  quyununu  həqiqi  diametrinin  (d

h

)  quyu  qazılan 



baltanın  diametri  (nominal  diametr)  (d

n

)    ilə  müqayisəsinə  əsasən  süxurların 



litoloji xarakteristikası aşağıdakı şəkildə ifadə olunur. 

a) kollektor laylar qarşısında əyrilərin forması – d

h

 < d


n

; şərtini ödəyir. 




b) qeyri-kollektor laylar qarşısında əyrilərin forması –  

d

h



> d

n

 şərtini ödəyir. 



c) bərk süxurlar qarşısında əyrilərin forması d

h

 = d



n

 şərtini ödəyir. 



6. İnduksiya karotajı (İK) əyrisi - 

a) kollektor laylar qarşısında əyrinin forması – orta və yüksək amplituda ilə; 

b) qeyri-kollektor laylar qarşısında əyrinin forması –minimum amplituda ilə, 

c)  bərk  süxurlar  qarşısında  əyrinin  forması  -maksimal  amplituda  ilə 

səciyyələnir. 

7. Yan karotajı əyrisi (YK)- 

a) kollektor laylar qarşısında əyrinin forması – orta və yüksək amplituda ilə; 

b) qeyri-kollektor laylar qarşısında əyrinin forması –minimum amplituda ilə;  

c)  bərk  süxurlar  qarşısında  əyrinin  forması  -maksimal  amplituda  ilə 

xarakterizə olunur. 

8. Mikrokarotaj üsulu ilə ölcü işləri zamanı eyni vaxda iki əyri qeyd edilir. 

Mikroqradient  zond  (MQZ)  A0,025M0,025N  və  Mikropotensial    zond  (MPZ) 

A0,025M



N. 



a)  kollektor  laylar  qarşısında  hər  iki  əyrinin  forması  zondların  tədqiqat 

radiuslarına müvafiq olaraq biri-birindən müsbət fərqlənmə ilə  – orta və yüksək 



amplituda ilə; 

b) qeyri-kollektor laylar qarşısında hər iki əyrinin forması eyni göstərici ilə – 



minimum amplituda ilə; 

c) bərk süxurlar qarşısında hər iki əyrinin forması - maksimal amplituda ilə  

səciyyələnirlər. 

 

Beləliklə, kompleks karotaj əyrilərinin zahiri görünüşünə əsasən keyfiyyət 



interpretasiyası aparmaqla quyu kəsilişi üzrə layların litoloji xarakteristikasını 

vermək, layları kollektor və qeyri-kollektor laylara ayırmaq olar ( şəkil 15.1).  



 


 

Şəkil 15.1. Kompleks karotaj diaqramlarının keyfiyyət interpretasiyasına dair 

nümunə. 

 1

 –kollektor, 



2-

 qeyri-kollektor laydır 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə