3. İmpuls qida qurğuları



Yüklə 252 Kb.
səhifə1/4
tarix26.10.2023
ölçüsü252 Kb.
#132336
  1   2   3   4
3.1 İmpuls qida qurğuları


3. İmpuls qida qurğuları
3.1. Ümumi məlumatlar
Yuxarıda qeyd edildiyi kimi, xətti stabilləşdirilmiş qida mənbələri aşağı FİƏ-ə, böyük ölçülərə və çəkiyə malikdir. Xətti stabilləşdirilmiş qida mənbələrinin faydalılığı çıxış gərginliyi qiymətinin geniş hədlərdə dəyişməsi halında xüsusilə aşağı olur, belə ki, fasiləsiz rejimdə işləyən və aktiv özünəməxsus söndürücü rezistor olan tənzimləyici (keçid) tranzistorunda böyük güc səpələnir.
Əgər tənzimləyici element açar (impuls) rejimində işləyirsə, stabilizatorların faydalı iş əmsalı artır. Bu zaman çevirmə tezliyinin artması (50 Hs əvəzinə 20-50 kHs-ə qədər) hesabına impuls qida mənbəyinin süzgəcinin tranzistorlarının və kondensatorlarının ölçüləri və çəkiləri əhəmiyyətli dərəcədə azalır.
Məsələn, “Power-one” firmasının iki qida mənbəyini müqayisə edək: xətti F5-25 (5 V, 25 A) və impuls SP1 130-1005 (5 V, 26 A). Birinci modelin çəkisi 7 kq-dan çox olduğu halda, impuls qida mənbəyinin çəkisi təqribən 1 kq-dır. Bununla yanaşı, SP1 130-1005 modelinin həcmi xətti QM-nin həcmindən 4 dəfə kiçikdir. Model SP1 130-1005 praktiki olaraq qızmır, xətti mənbə isə maksimal çıxış cərəyanında 75 Vt tərtibində güc səpələyir.
İmpuls QM-lərində tənzimləyici elementin idarəsi. İmpuls qida mənbələrinin mövcud sxemlərinin böyük müxtəlifliyinə baxmayaraq, onların hamısı tənzimləyici elementin idarə edilməsi üsuluna görə iki qrupa bölünür: eninə-impuls (şirotno-impulsnoy) modulyasiyalı (və ya tezlik modulyasiyalı) QM və tənzimləyici elementi rele ilə idarə olunan QM.
Eninə-impuls modulyasiyalı (EİM) qida mənbələrinin iş prinsipi (şəkil 3.1) aşağıdakından ibarətdir:
D

Şəkil 3.1. Eninə-impuls modulyasiyalı
impuls qida mənbəyi
əyişən cərəyanlı qidalandırıcı şəbəkənin gərginliyinin düzləndirilməsi aşağı tezlik süzgəci ilə hamarlanır və elektron açar (tənzimləyici elementdir, əksər hallarda bu məqsədlə tranzistordan istifadə edilir) vasitəsi ilə çıxış gərginliyi formalaşdırıcısına (ÇGF) ötürülür. Çıxış gərginliyi zaman vahidində çıxış gərginliyi formalaşdırıcısına ötürülən enerjidən və qida mənbəyinin yükündən asılıdır.

T

Şəkil 3.2. EİM-prosesin illüstrasiyası
a) ti = 0,25 T; b) ti = 0,50 T; c) ti = 0,75 T



Yüklə 252 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə