Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

 
 
 
 
Şəkil 11. Proqram təminatının işlənilməsinin spiral (dövri) modeli 
 
Komponent  modeli  proqram  məhsulunun  əvvəlcədən  yazılmış  komponentlərdən 
yaradılmasından  ibarətdir.  Bu  zaman  proqram  sisteminin  əsas  komponentləri 
əvvəlcədən  işlənilmiş  olur.  PT-ni  yaradarkən  diqqət  bu  komponentlərin 
yaradılmasına deyil, bir yerə yığılmasına və birgə sınaqdan keçirilməsinə verilir.  
Komponent  –  sərbəst  yerinə  yetirilə  bilən  proqram  obyektidir.  Komponentin 
ilkin  kodu  əlyetərli  olmaya  bilər,  ona  görə  də  proqramın  digər  hissələri  ilə 
kompilyasiya olunmur.  
 
 
Şəkil 12. Proqram təminatının işlənilməsinin komponent modeli 
 
Azərbaycanda  irimiqyaslı  proqram  layihələrinin  olmaması  proqram 
mühəndisliyinin bir sənaye kimi formalaşmasına imkan vermir. Proqramçı əməyinin 
ucuz  qiymətlə  dəyərləndirilməsi,  təhsilin  keyfiyyətinin  aşağı  olması,  müvafiq  İT-
KitabYurdu.az 
80
 


 
 
mütəxəssislərin  hazırlanması  üçün  tədris  ixtisaslarının  olmaması  nəticəsində  kadr 
axını ilə üzləşməli oluruq.  
Bu  gün  ən  vacib  məsələlərdən  biri  proqram  mühəndisliyinin  inkişafı  üçün 
məhsuldar  mühitin  yaradılması,  İT-mütəxəssislərinin  bu  sahəyə  olan  marağının 
artırılması,  İnternet-forumlar,  elektron  göndərişlər,  dövri  nəşrlər,  sərgi  və 
seminarlar  vasitəsilə  proqram  mühəndisliyi  üzrə  təcrübə,  informasiya  və  bilik, 
mübadilələrinin  aparılmasıdır.  Proqram  mühəndisliyi  üzrə  Azərbaycan  dilində 
kitabların və digər nəşrlərin hazırlanması da vacibdir.  
 
 
Ədəbiyyat 
 
1.
 
Kərimov S.Q.,  Həbibullayev S.B. İbrahimzadə T. İ. İnformatika – Bakı, 
2003. 
2.
 
Həsənov G. S. Turbo Pascal və Delphidə proqramlaşdırma - Bakı, 
ADNA, 2005. 
3.
 
Могилев А.В., Пак Н.И., Хеннер Е.К. Информатика М: Академия, 
2004. 
4.
 
Аверьянов Г.  Основы современной информатики М: МИФИ, 2007. 
5.
 
Комлева Н.В.  Смирнов А.А.  Хрипков Д.В. Информатика и 
программирование М.: ЕАОИ,  2008.  
6.
 
David M. Design and Analysis of Computer Algorithms. Dept. of 
Computer Science, University of Maryland, College Park, MD, 20742, 
USA, 2003. 
7.
 
Dasgupta S., Papadimitriou C.H., Vazirani U.V. Algorithms. New York: 
McGraw-Hill, 2006. 
8.
 
Kazımov T.H., Bayramova T.A. Proqram mühəndisliyi, Bakı: 
“İnformasiya Texnologiyaları” nəşriyyatı 2013, 181 s.  
 
 
 
 
 
R.Q. ƏLƏKBƏROV 
AMEA İnformasiya Texnologiyaları  
İnstitutunun  baş mühəndisi 
Ş.A.MEHDİYEV 
Şöbə müdiri 
 
 
2. KOMPÜTERLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT 
 
 
2.1. Kompüterlərin təsnifatı  
2.2. Kompüterin struktur sxemi və tərkibi  
2.3. Kompüterin giriş-çıxış qurğuları 
KitabYurdu.az 
81
 


 
 
2.4. Kompüterin sistem və tətbiqi proqram təminatı  
 
2.1. Kompüterlərin təsnifatı 
 
 
Hesablama  texnikasının  inkişaf  tarixinə  uyğun  olaraq  kompüterləri  dörd  nəslə 
bölürlər.  Bu  nəsillər  element  bazasına,  proqram  təminatlarına,  texniki  və  istismar 
göstəricilərinə  görə  bir-birindən  köklü  surətdə  fərqlənirlər.  Birinci  nəsil  kompüterlər 
elektron  lampalar  üzərində  yaradılmışdır  və  böyük  ölçüyə,  kiçik  əməli  yaddaşa,  aşağı 
hesablama məhsuldarlığına (saniyədə min əməliyyat yerinə yetirirdi) malik olub, eitibarlı 
işləmirdi,  tez  sıradan  çıxırdı.  Bu  nəsil  kompüterlərə  misal  olaraq:  “ENİAC”(1946-cı  il), 
“MESM”,  “Ural”,  “Strela”,  “Minsk-1”  maşınlarını  göstərə  bilərik.  İkinci  nəsil 
kompüterlərdə  elektron  lampalar  yarımkeçirici  elementlərlə  -  tranzistorlarla  və  diodlarla 
əvəz  olundu.  Bu  nəsil  kompüterləri  daha  yüksək  hesablama  məhsuldarlığına  (saniyədə 
milyon  əməliyyat  yerinə  yetirirdi),  əməli  yaddaşa  malik  oldular  və  onların  ölçüləri  hiss 
ediləcək dərəcədə kiçildi. Bu cür kompüterdə alqoritmik dillərin təıtbiqi geniş vüsət aldı 
və məsələlərin həlli qaydaları sadələşdi. Bu nəsil kompüterlərə misal olaraq “IBM7090”, 
“BESM-6”, “Minsk -22” və s. misal göstərə bilərik.  
Ötən  əsrin  70-ci  illərinin  əvvəllərində  inteqral  sxemlərin  tətbiqi  ilə  (ilk  rəqəmsal 
inteqral sxem 1962-ci ildə yaradılmışdır)  üçüncü nəsil kompüterlərin (IBM 360/370, PDP 
11,  ЕS  EHМ,  SМ  EHМ  və  s.)  yaradılması  mərhələsi  başlandı.  İnteqral  sxemlərin  tətbiqi 
ilə  kompüterlərin  texniki  və  istismar  xarakteristikalarında  böyük  sıçrayış  oldu.  Bu  nəsil 
kompüterlərin  hesablama  məhsuldarlığı  saniyədə  on  milyonlarla  əməliyyata  çatdırıldı. 
Əməli  yaddaşın  həcmi  xeyli  artırıldı,  maşınların  əməliyyat  sistemində  müxtəlif  emal 
rejimlərindən  (sual-cavab,  vaxtın  bölünməsi,  paket  emalı  və  s.)  istifadə  edilməsi 
kompüterin idarə olunmasını asanlaşdırdı. Üçüncü nəsil kompüterlərin əsasında tele-emal 
sistemlərinin  yaradılmasını  həyata  keçirdilər.  Bu  isə  uzaqda  yerləşən  istifadəçilərin 
terminallar  vasitəsi  ilə  kompüterlərə  daxil  olub,  onlardan  lazım  olan  məlumatların 
oxunmasına imkan yaratdı. 
70-ci  illərin  sonlarından  başlayaraq  dördüncü  nəsil  kompüterlərin  (Elbrus,  Apple 
Macintosh,  IBM  PC  və  s.)  yaradılmasına  başlandı.  Bu  cür  kompüterlərdə  böyük  inteqral 
sxemlərdən  (BİS)  istifadə  olunmağa  başlandı.  Bu  da  eyni  zamanda  maşınların 
məhsuldarlığının  və  etibarlılığının  artmasına  böyük  təkan  verdi.  Maşınların  ölçüsü  və 
çəkisi  hiss  olunacaq  dərəcədə  azaldı.  BİS-lərdən  istifadə  maşınların  proqram 
təminatlarının yaxşılaşmasına böyük təkan verdi.  
                                  
 
1971-ci  ildən  mikroprosessorların  yaradılması  dördüncü  nəsil  maşınların  yeni 
növünün – fərdi kompüterlərin yaranmasına imkan yaratdı. Fərdi kompüterlərin yaranması 
hesablama  texnikası  sahəsində  böyük  hadisəyə  səbəb  oldu  və  kompüter  şəbəkələrinin 
yaranmasına təkan verdi.  
Müasir hesablama maşınlarını əsasən dörd böyük sinifə bölmək olar: 
 

Superkompüterlər 

Meynfreymlər  

Minikompüterlər 
KitabYurdu.az 
82
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə