Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

 
 
2) Paketlərin kommutasiyası 
 Paketlərin  kommutasiyası  zamanı  şəbəkə  istifadəçilərinin  göndərdiyi  bütün 
məlumatlar  ilkin  qovşaqda  nisbətən  kiçik  hissələrə 

  paketlərə  bölünür.  Adətən  paketlər 
dəyişən  uzunluğa  (46  –  1500  bayt)  malik  ola  bilər.  Şəbəkədə  paketlər  müstəqil 
informasiya  blokları  kimi  ötürülür.  Şəbəkə  kommutatorları  sonuncu  qovşaqlardan 
paketləri  qəbul  edir  və  ünvan  məlumatlarının  əsasında  onları  bir-birinə  göndərir,  son 
nəticədə lazımi ünvana göndərir (şək. 12). 
 
 
 
 
 
 
 
 
Şək. 12. Paketlərin kommutasiyası 
 
3) Məlumatların kommutasiyası 
Məlumatların kommutasiyası dedikdə  vahid verilənlər blokunun  hər  bir kompüterin 
diskində  müvəqqəti  buferləşdirilməsi  ilə  kompüter  şəbəkələrinin  tranzit  qovşaqları 
arasında ötürülməsi başa düşülur.  Paketdən fərqli olaraq məlumat ixtiyari uzunluğa malik 
olur  və  onun  ölçüsü  texnoloji  nöqteyi-nəzərdən  deyil,  məhz  məlumatı  təşkil  edən 
informasiyanın  məzmunu  ilə  (mətn  sənədi,  fayl,  elektron  məktub)  müəyyən  olunur. 
Tranzit kompüterlər öz aralarında həm pakrt kommutasiyalı, həm də kanal kommutasiyalı 
şəbəklərin köməyi ilə birləşə bilərlər. 
4. Protokol və sdandartlar 
Şəbəkə  vasitəsi  ilə  ötürülən  informasiyanın  standartlaşdırılması  üçün  şəbəkə 
protolları işlənmişdir.  Protokol kompüter şəbəkəsində  verilənlərin  ötürülməsi üçün 
qaydalar  və  razılaşma  toplusudur.  Müəyyən  protokol  əsasında  yaradılmış  paket 
müəyyən formata malikdir. 
Kompüter şəbəkələrində istifadə edilən üç ən geniş yayılmış protokol: 

 
Microsoft 

 NetBEUI; 

 
TCP/IP; 

 
IPX/SPX. 
TCP/IP  protrokolu  xüsusi  ilə  İnternet  şəbəkəsində  geniş  istifadə  olunur.  Onun 
əsasında Windows əməliyyat sistemində çoxlu xidmətlər yaradılmışdır və aşağıdakı 
imkanları verir: 

 
Etibarlı, dayanıqlı informasiya mübadiləsi mühiti yaradır; 

 
Bütün əməliyyat sistemləri tərəfindən dəstəklənir; 

 
Kompüterlərə həm lokal, həm də qlobal şəbəkələrdə işləməyə imkan verir

 
İnternetə girişə imkan verir. 
Lokal şəbəkənin protokolları: 

 
IPX/SPX; 

 
NetBEUI; 

 
AppleTalk; 
KitabYurdu.az 
63
 


 
 

 
TCP/IP; 

 
SNA; 

 
DLC; 

 
DNA; 
İnternetin işində istifadə edilən əsas protokollar: 

 
TCP/IP 

 
POP3 

 
SMTP 

 
FTP 

 
HTTP 

 
IMAP4 

 
WAIS 

 
Gorpher 

 
WAP 
İnternet protokollarının qısa təsviri. 
TCP/IP  (Transmission  Control  Protocol/Internet  Protocol)  protokolu  1972-ci  ildə 
Vintona Serfanın rəhbərliyi altında işlənmişdir. O iki səviyyədən ibarətdir: yuxarı səviyyə 
protokolu 

 TCP, məlumatların informasiya paketlərinə çevrilməsinə cavabdehdir və aşağı 
səviyyə protokolu 

 IP, göstərilən ünvana məlumatın düzgün çatdırılmasına cavabdehdir. 
HTTP (Hypertext Transfer Protocol 

 Hipermətnlərin ötürülməsi protokolu) TCP/IP 
protokoluna  nisbətən  daha  yüsək  səviyyənin  protokoludur 

  tətbiqi  səviyyənin 
protokoludur.  HTTP  Web-səhifələrin  İnternet  vasitəsi  ilə  effektiv  ötürülməsi  üçün 
yaradılmışdır. 
FTP  (File  Transfer  Protocol 

  Faylların  ötürülməsi  protokolu)  faylların  İnternet 
vasitəsi ilə ötürülməsi üçün xüsusi yaradılmışdır. 
TELNET    terminalın  emulyasiyası  protokoludur  və  onunla  iş  komanda  sətrindən 
aparılır.  
WAIS  (Wide-Area  Information  Servers)  verilənlər  bazasında  informasiyanın 
axtarılması üçün işlənmişdir. WAIS  informasiya sistemi paylanmış verilənlər bazasından 
ibarətdir və ayrı-ayrı verilənlər bazaları müxtəlif serverlərdə yerləşirlər. Onların məzmunu 
və  yerləşməsi  haqqındakı  informasiya  xüsusi  verilənlər  bazasında 

  serverlərin 
kataloqlarında  yerləşir.  İnformasiya  resurslarına  baxəş  WAIS  kliyent  proqramının 
köməyilə həyata keçirilir. 
Gorpher  tətbiq səviyyəsinin protokoludur. 1991-ci ildə işlənmişdir və iyerarxik fayl 
strukturundan  informasiyanın  (əsasən  mətnin)  əldə  edilməsi  üçün  istifadə  edilirdi.  İndi 
Gopher resurslarına adi Web-brauzerlərin köməyi ilə baxmaq olar.  
WAP  (Wireless  Application  Protocol)  1997-ci  ildə  Ericsson,  Motorola,  Nokia  və 
Phone.com  şirkətləri  tərəfindən  yaradılmışdır  və  istifadəçilərə  müxtəlif  rabitə 
standartlarından  istifadə  edən  mobil  qurğuların  (mobil  telefon,  peyjer  və  s.)  vasitəsi  ilə 
İnternet xidmətlərinə girişi təmin edirdi. 
Şəbəkə texnologiyası sahəsində nüfuzlu təşkilatlar: 

 
ITU-T  (International  Telecommunications  Union  sector  Telecommunication) 
Beynəlxalq Telekommunikasiya İttifaqı, Telekommunikasiya sektoru. 
KitabYurdu.az 
64
 


 
 

 
ISO (International Organization for Standardization). Beynəlxalq  Standartlaşdırma 
Təşkilatı.  Bu  təşkilat  89  ölkənin  milli  standartlaşdırma  institutlarını  birləşdirir  (məsələn, 
ANSI 

 ABŞ, DIN – Almaniya, BSI – Böyük Britaniya və s.).  

 
IEEE  (Institute of  Electrical  and  Electronics  Engineers)  Eletronika  və  radiotexnika 
mühəndisləri institutu. 
1983-cü  ildə  Beynalxalq  Standartlaşma  İnstitutu  tərəfində  şəbəkələrin  qarşılıqlı 
əlaqələrin  əsası  olan  model  yaradıldı.  Bu  model  OSI  (Open  System  Interconnection) 
(Qarşılıqlı əlaqəli açıq sistem) adlandırılaraq müasir kompüter şəbəkələrinin əsasını təşkil 
edir. 
OSI  modeli  acıq  sistemlərin  qarşılıqlı  əlaqələrinə  xidmət  edərək,  sistemin  müxtəlif 
əlaqə  səviyyələrini  təyin  edir,  onlara  standart  adlar  verərək  hər  bir  səviyyədə  hansı 
funksiyanı yerinə yetirməsini göstərir. 
 OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. 

 
Fiziki səviyyə (Physical layer) 

 
Kanal səviyyəsi (Data Link) 

 
Şəbəkə səviyyəsi (Network layer) 

 
Nəqliyyat səviyyəsi (Transport layer) 

 
Seans səviyyəsi (Session layer) 

 
Təqdimetmə səviyyəsi (Prezentation layer) 

 
Tətbiqi səviyyə (Application Layer) 
Fiziki  səviyyə  –  1-ci  şəviyyədir  və  fiziki  əlaqə  kanalında  informasiyanın  (bitlərin) 
ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksal kabel, burulmuş qoşa 
kabel, optovalokon kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn 
gərginlik  və  ya  cərəyanın  ötürülmə  siqnallarının  səviyyəsi,  kodlaşdırma  tipi,  siqnalların 
ötürülmə sürəti və s. təyin edilir. 
Kanal  səviyyəsinin  –  2-cü  şəviyyədir  və  funksiyası  rabitə  kanalında  giriş-çıxış 
informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə  ötürülmə mühiti, səhvlər təyin edilir 
və  səhvlərin  düzəlişi  yoxlanılır.  Bunun  üçün  informasiya  bitləri  kadrlarda  (frame) 
qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyünü təyin edir. Kadrların yoxlayici 
cəmini  hesablayaraq  onu  hər  bir  kadrın  sonuna  əlavə  edir.  Qəbuledicidə    yoxlayıcı  cəm 
hesablanır. Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin edildikdə isə ötürmə 
təkrar icra olunur.  
 Şəbəkə səviyyəsi – 3-cü şəviyyədir və bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat 
sisteminin  yaradılmasına  xidmət  edir.  Şəbəkə  səviyyəsi  məlumatların  ötürülməsində 
düzgün  istiqamətin  secilməsini  təmin  edir.  Şəbəkələr  öz  aralarında  marşrutizator  (roter) 
adlanan  xüsusi  qurğu  vasitəsi  ilə  birləşdirilir.  Marşrutizator  şəbəkələr  arası  əlaqələrin 
topologiyası  haqqında  informasiyanı  yığaraq  onun  əsasında  paketləri  təyin  olunmuş 
şəbəkəyə  göndərir.  Xəbəri  bir  şəbəkədən  (ötürücudən)  digər  şəbəkəyə  (qəbulediciyə) 
göndərilməsi  üçün  şəbəkələr  arası  müəyyən  miqdar  tranzit  ötürmələrdən  (hop-siçrayış) 
istifadə  edilir.  Bu  zaman  hər  dəfə  müvafiq  marşrut  seçilir.  Beləliklə  ümumi  marşrut 
paketlərin  keçdiyi  marşrutizatorların  ardıcıllıgından  ibarət  olur.  Daha  optimal  yolun 
seçilməsi  marşrutlaşdırma  adlanır  və  onun  həlli  şəbəkə  səviyyəsinin  əsas  məsələlərindən 
biridir.  Çox  zaman  marşrutun  seçilmə  kriteriyası  kimi  verilənlərin  ötürmə  vaxtı  qəbul 
edilir.  Bu  isə  kanalın  buraxma  qabiliyyəti  və  trafikin  intensivliyindən  asılı  olur.  Şəbəkə 
səviyyəsi  müxtəlif  texnologiyaların  uyğunlaşması,  böyük  şəbəkələrin  ünvanlarının 
KitabYurdu.az 
65
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə