Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

 
 
sadələşdirilməsi kimi məsələləri də həll edir. Şəbəkə səviyyəsində məlumat paket adlanır.  
Nəqliyyat  səviyyəsi  – 4-cü şəviyyədir və  tətbiqi  və  seans səviyyələrinə verilənlərin 
tələb  olunan  etibarlı  dərəcədə  ötürülməsini  təmin  edir.  Bu  məqsədlə  şəbəkə  proqram 
təminatının  nəqliyyat  obyektləri  ötürülən  obyektdəki  məlumatları  paketləşdirir  və 
qəbuledici  obyektdə  həmin  paketlərdən  məlumatı  çıxarır.  Bundan  əlavə  nəqliyyat 
səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.  
 Seans səviyyəsi 

 5-cı şəviyyədir və dialoqun idarə edilməsini təmin edir, cari anda 
aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası 
tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq 
üçün aşağı obyektin səlahiyyəti yoxlanılır.Bu səviyyə bir neçə xidmət siniflərinə (A, B, C 
və D) malikdir. 
 Təqdimetmə  səviyyəsi 

  6-cı  şəviyyədir  və  informasiyanın  məzmununu 
dəyişdirmədən  onun  təsvir  olunma  formasını  təyin  edir.  Bu  səviyyənin  vasitəsi  ilə  bir 
sistemin  tətbiqi  səviyyəsindən  digər  sistemin  tətbiqi  səviyyəsinə  informasiyanın  təqdim 
edilməsi aydın formada olur. Beləliklə təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün 
eyni sintaksis seçir. Təqdimetmə səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçə və 
proqramlar)  ötürülən  informasiyanın  çevrilmə  (şirifləmək,  sıxmaq,  şifri  aydınlaşdırmaq) 
üsullarını göstərir. 
Tətbiqi səviyyə – 7-cı şəviyyədir və bu səviyyəyə istifadəcinin fayllara, printerlərə, 
hipermətnli  Web  səhifələrə  və  s.müraciətinı  təmin  edən  protokollar  aid  edilir.  OSI 
modelinin  bu  şəviyyəsi  istifadəçi  tətbiqlərinə  verilənlər  bazasına  olan  sorğuların  emalı, 
fayllara giriş, elektron poçtun göndərilməsi kimi şəbəkə xidmətlərinə girişə icazə verir. 
IEEE 802 komitəsinin işçi qrupları tərəfindən ötürmə kanallarının xarakteristikalarını 
təsvir edən silsilə standartlar işlənmişdir: 

 
IEEE 802.1Q 

 standartın məqsədi kadrın prioriteti və onun virtual lokal şəbəkəyə 
(LAN)  məxsusluğu  verilənlərinin  şəbəkə  vasitəsi  ilə  ötürülməsinin  vahid  üsulunun 
müəyyən edilməsidir. 

 
IEEE 802.1p 

 standart şəbəkə trafikinin prioriteti haqqında verilənlərin ötürülməsi 
üsulunun müəyyən edir. 

 
EEE  802.2 

  kanal  səviyyəsinin  standartıdır  və  IEEE  802.3,  802.4  və  802.5 
standartları ilə birlikdə istifadə üçün nəzərdə tutulmuş standartdır. Məntiqi kanalların idarə 
olunması üsullarını müəyyən edir.  

 
IEEE  802.3 

    şin  topologiyalı  lokal  şəbəkələrin  (10Base5)  kabel  sisteminin 
xarakteristikalarını, verilənlərin ötürülmə üsulunu və CSMA/CD ötürmə  mühitinə girişin 
idarə olunması metodunu təsvir edən standartdır. 

 
IEEE  802.4 

  fiziki  səviyyəni  və  şin  topologiyalı  LAN-da  makerin  ötürülməsi  ilə 
giriş metodunu təsvir edən standartdır. 

 
IEEE  802.5 

  fiziki  səviyyəni  və  ulduzvari  topologiyalı  LAN-da  makerin 
ötürülməsi  ilə  giriş  metodunu  təsvir  edən  standartdır.  Token  Ring  şəbəkəsində  istifadə 
olunur. 

 
IEEE 802.6 

 şəhər (MAN) şəbəkələri üçün protokolu təsvir edən standartdır.   

 
və s. 
5. Şəbəkə təhlükəsizliyi 
KitabYurdu.az 
66
 


 
 
Şəbəkə  təhlükəsizliyi  şəbəkələrin  hücumlardan  və  icazəsiz  girişlərdən  mühafizəsinə 
yönəlmiş  kompleks  tədbirdir.  Təhlükəsizliyin  təmin  edilməsi  məsələləri  həm  xüsusi 
proqram təminatının, həm də müvafiq aparat vasitələrinin tətbiqilə həll edilir. 
Şəbəkələrin  təhlükəsizliyinə  baxarkən  iki  qrup  problemləri  qeyd  etmək  olar: 
kompüterlərin  təhlükəsizliyi  və  kommunukasiyanın  təhlükəsizliyi.  Kompüterlərin 
təhlükəsizliyinə kompüterlərdə saxlanılan və emal olunan verilənlərin mühafizəsinin bütün 
məsələləri aid edilir və bu zaman kompüterlərə muxtar sistem kimi baxılır. Bu məsələlər 
əməliyyat  sistemlərinin  və  tətbiqlərin  (məsələn,  verilənlər  bazasının),  həmçinin 
kompüterlərin  aparat  vasitəsilə  həll  olunur.  Kommunikasiyanın  təhlükəsizliyi  dedikdə 
şəbəkədə qurğuların qarşılıqlı əlaqəsilə bağlı məsələlər,  hər şeydən əvvəl əlaqə kanalları 
vasitəsi  ilə  ötürülən  verilənlərin  mühafizəsi  və  şəbəkəyə  uzaqdan  icazəsiz  girişdən 
mühafizə məsələləri başa düşülür. 
Şəbəkə təhlükəsizliyi geniş texniki vasitələr kompleksinin köməyi ilə həyata keçirilir. 
Onların  vasitəsi  ilə  şəbəkə  resursları  icazısiz  girişdən  mühafizə  olunur.  Şəbəkə 
infrastrukturunun mühafizəsi autentifikasiyanın, avtorizasiyanın, şəbəkələrarası ekranların, 
IDS/IPS, VPN, SSL/TLS və s. köməyi ilə təmin olunur. 
Ədəbiyyat 
1.
 
Олифер  В.  Г.,  Олифер  Н.  А.  Компьютерные  сети.  Принципы,  технологии, 
протоколы: Учебник для вузов. 2-е изд. — СПб.: изд. «Питер», 2005 — 864 стр. 
2.
 
Бойдо  В.Л.  Вычислительные  системы,  сети  и  телекоммуникации  —  СПб.:  изд. 
«Питер», 2002. — 688 с. 
3.
 
Мелехин  В.Ф.,  Павловский  Е.Г.  Вычислительные  машины,  системы  и  сети  — 
М.: Академия, 2006 — 560 с. 
4.
 
Пятибратов А. П. Вычислительные системы, сети и телекоммуникации. Учебник 
для ВУЗов — М.: Финансы и статистика, 2003 — 560 с. 
5.
 
Назаров С. В. Администрирование локальных сетей Windows NT/2000/. NET — 
М.: Финансы и статистика, 2003 — 480 с. 
 
AMEA  İnformasiya  Texnologiyaları 
İnstitutunda layihənin baş mühəndisi,  
tex.f.d. Şəfəqət Mahmudova 
 
3. Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları 
 
3.1. Alqoritm və proqram anlayışı 
3.2. Alqoritmin əsas xassələri 
3.3. Alqoritmin təsvir üsulları 
3.4. Alqoritmin tipləri 
3.5. Proqramlaşdırma dilləri 
               3.6. Translyatorlar ( interpretator və kompilyatorlar) 
               3.7.  Proqram mühəndisliyi 
 
3.1. Alqoritm və proqram anlayışı  
 
KitabYurdu.az 
67
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə