Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

 
 
WRITE çıxış operatoru 
WRITE operatorundan informasiyanı ekrana çıxarmaq üçün istifadə edilir. 
Yazılışı belədir: 
       
      WRITE(а,b,...)  
      WRITELN(а,b,..),  
burada  а,b,... – çıxışda olan sabitlər, dəyişənlər və ifadələr siyahısıdır.  
İki tam ədədin hasilini hesablayan sadə bir proqram. 
Program hasil ; 
Var 
   a,b,c:integer; 
Begin 
   Writeln(‘a ve b-ni daxil edin:’); 
   Readln(a,b); 
   c:=a*b; 
   Writeln(‘hasil=’,c); 
   Readln; 
           End. 
 
3.6. Translyator, interpretator və kompilyator 
 
Translyator bir dildə yazılmış proqram mətnini digər dildə yazılmış mətnə çevirən  
proqramdır. Translyatorlar iki yerə bölünür – interpretatorlar və kompilyatorlar.   
 
İnterpretator  -  alqoritmik  dildə  yazılmış  proqram  mətnini  sətirbəsətir    tərcümə  edir  və 
yerinə yetirir. 
 Kompilyator  –  alqoritmik  dildə  yazılmış  proqram  mətnini  bütövlükdə  kompüter 
əmrlərindən ibarət olan mətnə çevirən proqramdır. 
Proqram  ancaq  onların  translyatorları  olan  halda  icra  oluna  bilərlər.  Translyatordan 
fərqli  olaraq  kompilyatorlar  exe-faylların  yaradılması  üçün  istifadə  olunur  ki,  onlar  da 
sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). 
 
KitabYurdu.az 
77
 


 
 
23/55
Kompyuterdə məsələnin həlli aşağıdakı mərhələlərdən ibarətdir:
Məsələnin qoyuluşu
Məsələnin, modelin analizi və tədqiqi
Alqoritmin işlənilməsi
Proqramlaşdırma
Testdən keçirmə və sazlama
Məsəslənin həllinin nəticələrinin analizi
Proqramın müşayiəti
 
 
Şəkil 9. Kompyuterdə məsələnin həlli mərhələləri 
3.7. Proqram mühəndisliyi 
 
Proqram  mühəndisliyi  –  komputer  elmi  və  texnologiyasının  çox  böyük  və 
mürəkkəb  proqram  sistemlərinin  yaradılması  ilə  məşğul  olan    bir  sahəsidir.  Başqa 
sözlə desək, proqram  mühəndisliyi sistemləşdirilmiş standartlar qrupundan istifadə 
etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət 
edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir.  
Bunun  üçün  də  müxtəlif  ixtisaslı işçi  kollektivinin iştirakı  tələb  olunur.  Adətən 
belə sistemlər uzun illər tətbiq edilir, versiyaları yenilənir, həyat dövründə çoxsaylı 
dəyişikliyə uğrayır, yeni mühitə uyğunlaşdırılır.  
İlk  dəfə  Software  Engineering  termini  1968-ci  ildə  NATO-nun,  üçüncü  nəsil 
hesablama  texnikasının  tətbiqi  nəticəsində  “proqram  təminatında  (PT)  yaranmış 
böhrana” həsr edilmiş konfransında irəli sürülüb. Elə həmin ildə Londonda PT-nin 
işlənilməsi  üzrə  22  layihə  rəhbərinin  görüşü  keçirilib.  Görüşdə  PT-nin  problem  və 
perspektivləri müzakirə edilib və ilk dəfə proqram təminatının həyat dövrü (SLC  – 
Software Lifetime Cycle) konsepsiyası irəli sürülüb. Bu konsepsiya ətrafında müxtəlif 
mübahisələr yaranmışdır. 1970 ildə U.U.Roys (W.W.Royce) belə bir fikir irəli sürür 
ki,  həyat  dövrünün  mərhələləri  üzərində  nəzarətin  olması  PT-nin  keyfiyyətini 
artırmağa və onun işlənilməsinə çəkilən xərcləri azaltmağa imkan verəcək. 
1972-ci  ildə  IEEE  proqram  mühəndisliyinə  həsr  olunmuş  Transactions  on 
Software Engineering adlı jurnalın 1-ci nömrəsini buraxdı.  
Proqram  təminatı  komputer  proqramları  və  onlarla  əlaqəli  olan  sənədlər 
dəstidir.  Proqram  mühəndisliyi  təkcə  PT-nin  texniki  məsələləri  ilə  deyil,  həm  də 
proqram  layihələrinin  idarə  edilməsi,  maliyyələşdirilməsi,  kollektivin  idarə  edilməsi 
KitabYurdu.az 
78
 


 
 
və  s.  kimi  məsələlərlə  də  məşğul  olur.  Bundan  əlavə  PM-in  əsas  məqsədi  PT-nin 
istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün 
vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. 
Proqram  təminatının əsas modelləri aşağıdakılardır:  
1.
 
Kaskad (şəlalə) modeli;  
2.
 
Spiral (dövri) modeli;  
3.
 
Komponent modeli.  
Kaskad (şəlalə) modeli. Proses ardıcıl yerinə yetirilən mərhələlərə bölünür. Hər 
mərhələ əvvəlki mərhələ yerinə yetirildikdən sonra başlayır, sonuncu mərhələnin 
bitməsi  ilə  məhsulun  yaradılması  sona  çatır  və  o  əvvəlcədən  qoyulmuş  tələblərə 
müvafiq olmalıdır Hər mərhələnin nəticəsi sənədləşdirilməlidir. İlk dəfə bu model 
haqqında U.U. Roys 1970-ci ildə öz məqaləsində məlumat verib.  
 
Şəkil 10. Proqram təminatının işlənilməsinin kaskad modeli. 
 
Spiral (dövri) modeli. Proses yenə də mərhələlərə bölünür, lakin bunlar ardıcıl 
olaraq bir neçə dəfə təkrarlana bilər (şəkil 2.2.). Birinci dövrdə ümumi tələblər 
əsasında proqram məhsulu yaradılır. Sonra həmin tələblər sifarişçinin istəyinə 
uyğun olaraq dəqiqləşdirilir. Proqram sistemi yenidən işlənilir və yeni tələblərə 
müvafiq olaraq attestasiyadan keçirilir. Növbəti dövrlərdə proqram tələblərə tam 
cavab verənədək.  
KitabYurdu.az 
79
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə