Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

 
 
kitablarında  elmin  fəlsəfi  mənası,  elm,  texnika  və  sosial  şərtlərin  qarşılıqlı  əlaqəsi, 
cəmiyyətin inkişafında elmin rolu haqqında məlumatlar verilmişdir. Bu kitab yazıldıqdan 
25 il sonra Con Bernal təsdiq edirdi ki, “Elm haqqında elm və ya elmin özünü dərk etməsi 
XX  əsrin  ikinci  yarısının  möhtəşəm  başlanğıcıdır”.  O,  həmçinin  elmi-texniki  inqilab 
konsepsiyasının yaradıcılarından biri hesab edilir.  
 
Elmmetriya ayrıca elm sahəsi kimi çox gənc elmdir. İngilis dilində “Scientometrics” 
adlanan bu termin ilk dəfə elmə Moskva Dövlət Universitetinin filosofu və riyaziyyatçısı 
Vasiliy  Nalimov  (Василий  Васильевич  Налимов)  tərəfindən  daxil  edilmişdir.  Onun 
Z.M.Mulçenko ilə birgə 1969-cu ildə çap etdirdiyi “Elmmetriya” (“Наукометрия”) adlı 
monoqrafiyası  dünyada  ilk  dəfə  elmin  inkişafının  kəmiyyət  göstəricilərinə  görə 
qiymətləndirmə  metodlarına  həsr  edilmişdir  və  dərhal  digər  dillərə  tərcümə  edilmişdir. 
Məhz  bu  əsərində  V.Nalimov  ilk  dəfə  “bibliometriya”-nın  sinonimi  kimi  “elmmetriya” 
(“наукометрия”)  terminini  işlətmişdir.  Monoqrafiyada  elmə  informasiya  prosesi  kimi 
baxılmış,  nəşrlərin,  jurnalların,  elmi  işçilərin  sayı  və  elmə  ayrılan  məbləğin  analizi 
verilmişdir.  
 
London  Universitetinin  fizika  elmləri  üzrə  doktoru,  Raffles  Kolecinin  elm  tarixi 
üzrə elmlər doktoru Con Prays (Derek John de Solla Price) ilk dəfə elmmetrik tədqiqatlar 
aparmış  və  “elmmetriyanın  atası”  (“the  father  of  scientometrics”)  adlandırılmışdır.  O, 
məqaləni  “elmin  canlı  toxuması”  adlandırmış  və  elmmetriya  üçün  mətnlərdə 
qiymətləndirilə bilən hər bir şeyı – nəşrlərin sayı və mövzusunu, bu və ya digər problemin 
həllinə verilən mükafatı, biblioqrafik istinadları, mətnin həcmini və s. əsas hesab etmişdir.  
 
Con  Prays,  həmçinin  elmi  ədəbiyyatın  paylanma  qanununu  (the  half-life  of 
scientific literature) və elmin eksponensial artım qanununu (Price’s law) vermişdir. Onun 
məşhur “Elmi  məqalələrin şəbəkəsi” (“Networks of scientific papers”) adlı məqaləsində 
elmi  tədqiqatçıların  bir-birlərinin  məqalələrinə  etdikləri  istinadlara  əsasən  onlar  arasında 
əlaqələrə diqqət yetirmişdir. 
 
Elmin eksponensial artım qanununa əsasən elmin bir çox sahələrində məhsuldarlıq 
qeyri-bərabər  paylanmışdır  və  elmin  hər  bir  parametri  (elmi  tədqiqatçıların  sayı, 
məqalələrin  sayı  və  s.)  müəyyən  zaman  intervalında  ikiqat  artır.  Məsələn,  Praysın 
hesablamalarına  görə  hər  10-15  ildən  bir  tədqiqatçıların  və  elmi  məqalələrin  sayı  ikiqat 
artır.  Bu  qanunauyğunluq  2-3  yüzillikdir  ki,  dəyişməz  olaraq  qalır.  Bu  cür 
qanunauyğunluq elmin yalnız fizika, kimya, biologiya kimi böyük sahələrində izlənilirdi. 
Dar  çərçivəli  elm  sahələri  üçün  eksponensial  artım  asılılığı  xətti  asılılıq  ilə  əvəz  olunur. 
Praysın  çox  əhəmiyyətli  əsərlərinin  içərisində  1963-cü  ildə  yazılmış  və  müasir 
elmmetriyanın  əsasını  qoymuş  “Kiçik  Elm,  Böyül  Elm”  (“Little  science,  Big  Science”
adlı  kitabı  xüsusi  yer  tutur.  O,  eyni  zamanda  “antikiter  mexanizmi”  haqqında  “Qədim 
yunan kompyuteri” (“An ancient Greek computer”) adlı məqalənin müəllifidir. 
2.1. Elmmetrik göstəricilər 
 
Elmmetriyada  tədqiqatçının  elmi  fəaliyyətinin,  elmi  jurnalın  qiymətləndirilməsi, 
universitet  və  ölkənin  reytinqinin  təyin  edilməsi  üçün  bir  çox  elmmetrik  və  vebometrik 
göstəricilərdən  istifadə  edilir.  Məsələn,  tədqiqatçı  üçün  onun  məqaləsinə  olunan 
istinadların  maksimal  sayı  (Hirş  indeksi),  jurnal  üçün  həmin  jurnalda  çap  edilmiş 
məqalələrə  olunan  istinadların  sayı  (impakt  faktor),  təşkilat  üçün  bir  çox  akademik 
göstəricilər (xarici tələbə və müəllimlərin sayı, Nobel və Filds mükafatçılarının sayı və s.), 
KitabYurdu.az 
30
 


 
 
ölkə  üçün  dünya  elminə  verdiyi  töhfələrin  sayı  (aktivlik  və  ya  attraktivlik  indeksləri) 
hesablanır. 
 
Beləliklə,  elmi  fəaliyyətin  qiymətləndirilməsi  göstəriciləri  (elmmetrik  göstəricilər) 
aşağıdakı kimi qruplaşdırılır: 
1.
 
Elmi  fəaliyyətin  qiymətləndirilməsi  indeksləri  (Fərdi  qiymətləndirmə).  Burada 
tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün məqalələrin və istinadların sayı, 
məqalələrin  yaşı  və  s.  nəzərə  alınmaqla  bir  neçə  göstəricidən  istifadə  edilir.  Buna 
h
-
indeksi, 
g
-indeksi, 
m
-indeksi, 
R
-indeksi, 
AR
-indeksi və s. misal göstərmək olar. 
2.
 
 Jurnalların  qiymətləndirilməsi.  Burada  jurnalın  nəşr  olunma  ili,  jurnalda  çap 
edilmiş  məqalələrin  və  onlara  olunan  istinadların  sayı  və  s.  kimi  göstəricilərdən  istifadə 
edilir.  İmpakt  faktor,  operativlik  indeksi,  cited  half-life,  citing  half-life  və  s.  elmi 
jurnalların qiymətləndirilməsində istifadə olunan indekslərdir. 
2.1.1.
 
Elmi fəaliyyətin qiymətləndirilməsi indeksləri 
 
Müasir  dövrdə  tədqiqatçının  elmi  əsərlərinin  qiymətləndirilməsi,  onların  müxtəlif 
mükafatlarla təltif edilməsi çox vacib məsələlərdən hesab edilir. Son 5 ildə bir çox elmi 
cəmiyyətlər  Kaliforniyada  San-Dieqo  Universitetində  Yorq  Hirş  (Jorge  E. Hirsch) 
tərəfindən 2005-ci ildə daxil edilən 
h
-indeksinə böyük maraq göstərirlər. Hirş indeksi elmi 
fəaliyyətin  qiymətləndirilməsi  üçün  müxtəlif  tip  indekslərin  işlənməsinin  əsasını 
qoymuşdur.  Bu  indeks  özündə  hesablanmasının  asan  olması  kimi  bir  neçə  müsbət 
xüsusiyyəti birləşdirir. 
h
 -indeks. 
h
-indeks aşağıdakı kimi təyin edilir:  
 
Tərif 1Tədqiqatçı, onun istinad olunmuş 
N
 məqaləsinin 
h
 qədərinin hər birinə ən 
azı 
h
 dəfə istinad olarsa, onda o 
h
-indeksinə malikdir. 
 
Tutaq ki, tədqiqatçının  
N
 sayda məqaləsi, hər bir  
i
 məqaləsinə uyğun olaraq 
)
(i
c
 
sayda istinad var (
N
i
,
1

): 
1 →
)
1
(
c
 
2 →
)
2
(
c
 
              ... 
h

)
(h
c
 
1

h

)
1
(

h
c
 
      ... 
N

)
(N
c
 
Məqalələr aldığı istinadlara nəzərən azalan sıra ilə düzülür. Yəni, ixtiyari 
i
 üçün 
)
1
(
)
(


i
c
i
c

Sonra  istinadlar 
)
(i
c
  məqalənin  sıra  nömrəsi 
i
  ilə  müqayisə  edilir. 
i
i
c

)
(
  şərtini 
ödəyən ən böyük 
i
 ədədi tədqiqatçının h-indeksi qəbul edilir: 
}
)
(
{
max
i
i
c
i
h



Tutaq ki, tədqiqatçının 9 məqaləsi var və onlara uyğun olaraq 20, 15, 8, 7, 6, 5, 4, 2 
və  2  istinad  olunmuşdur.  Bu  hal  üçün    h=5.  Doğrudan  da 
1
20
)
1
(


c

2
15
)
2
(


c

KitabYurdu.az 
31
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə