Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

 
 
Vikipediya  virtual  ensiklopediyası  15  yanvar  2001-ci  ildə  fəaliyyətə  başlamışdır. 
Onun yaradıcıları Oqayo universitetinin fəlsəfə doktoru Larri Sanqer (Larry Sanger) və 
amerikalı  sahibkar  Cimmi  Uelsdir  (Jimmy  Wales).  Onlar  əvvəlcə  “Nupedia”  İnternet 
ensiklopediyasını  yaratdılar.  Bu  virtual  ensiklopediya  öz  sahəsinin  mütəxəssisləri  olan 
könüllü müəlliflər tərəfindən doldurulurdu. Lakin iş uzanırdı, məqalələrin sayı isə yüzdən 
də  az  idi  və  Senqerlə  Uels  ikinci  layihəni  –  Vikipediyanı  buraxmaq  qərarına  gəldilər. 
Onlar  fəlsəfəsi  tamamilə  fərqli  olan,  biliklərini  paylaşan  insanlar  sayəsində  meydana 
gələcək, dünyanın ən dolğun on-line ensiklopediyasını yaratmaq istəyirdilər. Bu təşəbbüs 
özünü  doğrultmuş  və  Vikipediya  dünyanın  ən  populyar  10  saytı  sırasına  daxil 
olmuşdur. 
Vikipediya  sayta  daxil  olan  hər  bir  kəsə  istənilən  informasiyanı  dəyişmək,  yeni 
fayllar yükləmək, digər istifadəçilərlə müzakirələr aparmaq, səhifələrin kim tərəfindən və 
zaman dəyişdirildiyinə baxmaq, köhnə versiyaları bərpa etmək və s. imkanlar verir. 
Vikipediya  dünyanın  ən  böyük  ensiklopeditasıdır.  Onu  İnternet  istifadəçilərinin 
stolüstü kitabı adlandırırlar. Vikipediya üzrə ümumi statistik məlumat (2015)

 
Ensiklopediya 289 dildə fəaliyyət göstərir. 

 
Vikipediya məqalələrin ümumi sayı – 37 milyona yaxındır. 

 
Qeydiyyatdan keçmiş istifadəçilərin sayı – 57 milyondur. 

 
Ən çox məqalə ingilis dili bölməsindədir (4,5 milyon) 
Başqa İnternet ensiklopediyaları ilə müqayisə: 
o
 
“Britannica” eksiklopediyasında məqalələrin sayı – 120 000, 
o
 
Böyük Sovet Ensiklopediyasında məqalələrin sayı – 95 279, 
o
 
Brokhauz və Efron ensiklopedik lüğətdə məqalələrin sayı – 121 240. 
Vikipediya  könüllü  istifadəçilər  tərəfindən  daxil  edilən  məqalələr  hesabına 
zənginləşir. Vikipediyada yerinə yetirilməsinə icazə verilən əməliyyatların siyahısı: 
1.
 
İstənilən mövzuda yeni məqalələr yaratmaq 
2.
 
Mövcud olan məqalələrə əlavə mətn daxil etmək 
3.
 
İnformasiyanı tam dəyişdirmək 
4.
 
Orfoqrafik səhvləri düzəlmək 
5.
 
Mövcud olan məqalələrə şəkil, video-fayllar əlavələr etmək 
6.
 
Faktiki informasiyanı gizlətmək 
7.
 
Mövcud olan məqalələri başqa dillərə tərcümə etmək.  
Məqalələr istifadəçilərin özləri tərəfindən nəzarətdə saxlandıqlarına baxmayaraq, bir 
çox  hallarda  Vikipediyada  düzgün  olmayan,  qərəzli  informasiyaya  rast  gəlmək 
mümkündür.  Vikipediyada  məqalə  əsasən  iki  hissədən  ibarət  olur:  məqalə  özü  və  onun 
məzmunu haqqında müzakirə səhifəsi. Müzakirə səhifəsində istifadəçi mövzu ilə bağlı öz 
fikrini bildirir, lazım gəldikdə hətta məqaləni tənqid edir, əgər məqalədə düzəliş aparmaq 
istəmirsə iradlarını bildirir. Müzakirə səhifəsi həm də istifadəçilər arasında əlaqə yaradər. 
Müzakirələr əsasında mübahisəli məqalələrdə çox zaman düzgün qərar əldə edilir. 
Vikipediyada  periodik  olaraq  bu  və  ya  digər  məqalənin  silinməsi  və  ya 
məqalədəki  kontentin  dəyişdirilməsi  haqqında  tələblər  təqdim  olunur.  Bir  çox 
hallarda  müb
ahisəyə  səbəb  olan  məqalələrdə  müvəqqəti  olaraq  azad  redaktəyə 
qadağa  qoyur.  Vikipediyada  informasiya  qarşıdurmaları  bu  cür  həll  olunur:
 
mübahisəyə  səbəb  olan  konfliktli  məqalələrdə  düzəliş  edilməyə  icazə 
verilmir.  
KitabYurdu.az 
22
 


 
 
Ensiklopedik  məqaləni  Vikipediyanın  bazasından  tamamilə  silmək  mümkün  deyil. 
Silinmiş  istənilən  kontent  formatından  və  silinmə  vaxtından    asılı  olmayaraq 
administratorlar tərəfindən bərpa edilə bilər. 
Vikipediya ensiklopediyasındakı məqalələrə bu tip məlumatları daxil etmək 
olar: 

 
məlumatın mənbəyini 

 
hiperkeçidlər (bir veb-səhifədən digər səhifəyə keçid) 

 
ədəbiyyat siyahısı 

 
intervikilər (eyni mövzuya aid lakin digər dillərdə mövcud viki-səhifələrə 
keçidlər) 
Vikipediya  müxtəlif  dillərə  malik  olduğundan,  məqalələrə  xüsusi  hipermətnlər 
(intervikilər)  daxil  etməklə  müxtəlif  dildə  yazılmış  eyni  mövzulu  məqalələr  arasında 
keçidlər yaratmaq olar. Bu yolla hər bir məqalə digər dillərdə analoqa malik olmuş olur. 
İntervikilər avtomatik olaraq məqalələrin sol hissəsində yerləşmiş olurlar. 
Viki-səhifələrə  reklam,  spam,  dezinformasiya,  təhqir  xarakterli  informasiya 
yerləşdirmək,  mətnin  və  digər  kontentin  səbəb  göstərmədən  silinməsi    qadağandır  və 
vandalizm kimi qəbul edilir.  
 
Vikipediya istifad
ə
çil
ə
ri v
ə
 
onların fə
aliyy
əti haqqında
 
Vikipediyada sosial şəbəkələr maraq sahələrinə görə qruplaşırlar. Aydındır ki, tarixlə 
maraqlananlar ən çox tarix elmi ilə bağlı məqalələrdə fəaliyyət göstərəcəkdir. 
 Vikipediyada iştirak edənləri bir-neçə qrupa bölmək olar: anonim istifadəçilər, 
qeydiyyata alınmış istifadəçilər, administratorlar, bürokratlar, stüardlar. Eləcə də ayrıca 
psevdoistifadəçilər – botlar mövcuddurlar. Botlar avtomatik proqramlar olub məqalələrdə 
texniki səhvlərin düzəlişini aparırlar. 
Passiv  istifadəçilər  –  yalnız  informasiya  əldə  etmək  üçün  Vikipediyaya 
müraciət  edənlər.  Bu  istifadəçilər  qeydiyyatdan  keçmirlər  və  məqalələrdə  heç 
bir dəyişiklik etmirlər. 
Anonim  istifadəçi  (Ananimous)  –  Vikipediyada  qeydiyyatdan  keçmədən 
fəaliyyət  göstərən  (məqalə  yaradan,  mövcud  məqalələrdə  redaktələr  edən) 
istənilən  şəxs  anonim  istifadəçi  adlanır.  Anonom  istifadəçinin  istifadə  etdiyi 
kompüterin İP ünvanı sistemdə qeyd olunur və administratorlar bu ünvana görə 
anonimin hansı ölkədən, hansı serverdən olduğunu təyin edə bilirlər. Anonim 
istənilən məqaləni dəyişə bilər (o halda ki, bu məqalə administrator tərəfindən 
xüsusi  müdafiə  olunmur),  yeni  məqalə  əlavə  edə  bilər.  Lakin  digər 
istifadəçilərdən  fərqli  olaraq  Vikipediya  bazasına  şəkil,  video  və  digər 
informasiya daxil edə bilməz. 
Qeydiyyatdan  keçmiş  istifadəçi  –  anonim  istifadəçi  ilə  müqayisədə  daha  çox 
hüquqa  malikdir.  Məsələn,  o,  Vikipediyanın  interfeysini  şəxsən  özü  üçün 
quraraq,  müzakirələrdə  şəxsi  imzası  ilə  çıxış  edə  bilər.  Qeydiyyata  alınmış 
istifadəçi öz şəxsi səhifəsini əldə edərək, bu səhifədə özü haqqında və öz şəxsi 
KitabYurdu.az 
23
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə