Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1


nəşrlərin və digər çap məhsullarının qiymətləndirilməsi üçün istifadə edilmişdir



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

 
 
nəşrlərin və digər çap məhsullarının qiymətləndirilməsi üçün istifadə edilmişdir. Elmi 
sənədlər  çoxluğunun  öyrənilməsi  kəmiyyət  metodları  kompleksidir.  Elmin  tədqiq 
edilməsində bu yanaşmada bir qayda olaraq müxtəlif verilənlər bazasında yerləşən nəşrlər 
haqqında  informasiyadan  istifadə  olunur.  Bibliometriya  –  elmə  “quşların  uçuş 
hundürlüyü”ndən  baxışdır.  Ondan  elmin  “qaynar  nöqtələri”  və  ya  “cəbhələri”,  “sosial 
coğrafiyası”nı,  elmi  informasiyanın  dəyərliliyini,  alimlərin  elmi  məhsuldarlığını 
qiymətləndirmək  üçün  istifadə  olunur.  Bununla  yanaşı  bu  göstəricilərdən  elmin  idarə 
olunmasında sosial alət kimi istifadə etməyə çalışırlar. 
 
Bibliometriyada 3 əsas qanun vardır: 
1.
 
Bredfordun yayılma qanunu 
2.
 
Lotkanın kvadratik qanunu 
3.
 
Zipf qanunu 
 
1.1. Bredfordun yayılma qanunu 
 
Bredfordun  yayılma  qanunu  (Bradford's  law  of  scattering)  1934-cü  ildə  Samuel 
Bredford  (Samuel  Clement  Bradford)  tərəfindən  verilmişdir.  Bu  qanun  həmçinin 
informasiyanın  yığılması  və  yayılması  qanunu”  kimi  də  adlandırılır  və  verilmiş  elm 
sahəsinə aid elmi jurnalların əsas hissəsinin (nüvəsinin) təyin edilməsi üçün tətbiq edilir. 
 
Bredford  qanununa  görə  müəyyən  bir  elm  sahəsinə  aid  jurnallar  məqalələrin  sayı 
eyni olmaqla elə 3 qrupa bölünür ki, bu qrupdakı jurnalların sayı üçün aşağıdakı münasibət 
ödənilir:  
2
:
:
1
n
n

burada 
n
 – Bredford vuruğudur. 
 
Bredford geofizika elminə aid 326 jurnal üzərində tədqiqat işi aparmış və 9 jurnalda 
429 məqalə, 59 jurnalda 499 məqalə və 258 jurnalda 404 məqalə olduğunu hesablamışdır. 
 
Bredford 
2
:
:
1
n
n
 qanununa görə isə yuxarıdakı nəticələr 10 jurnalda 444 məqalə, 50 
jurnalda 444 məqalə və 250 jurnalda 444 məqalə kimi  olmalı idi. Aşağıdakı cədvəldə də 
bu elm sahəsinə aid jurnallarda çap edilmiş məqalələrin Bredford qanununa görə bərabər 
paylandığı görünür: 
                                                                                                 Cədvəl 1 
Qruplar 
Praktiki nəticə 
Bredford qanunu  
Məqalələrin sayı  Jurnalların sayı  Məqalələrin sayı  Jurnalların sayı 

429 

444 
10 
II 
499 
59 
444 
10 x 5=50 
III 
404 
258 
444 
10 x 25=250 
 
Bibliometriyada  bu  qanun  verilmş  elm  sahəsində  ən  məhsuldar  jurnalları  təyin 
etməyə və elmin inkişafında əsaslı qərar qəbul etməyə imkan verir. 
1.2. Lotka qanunu 
Lotk  qanunu  (Lotka’s  law)  1926-cı  ildə  ABŞ  riyaziyyatçısı,  fiziki  kimyaçısı  Alfred 
Lotka (Alfred James Lotka) tərəfindən təklif edilmişdir. 
Elmi  məhsuldarlığın  Lotka  qanunu  ixtiyari  elm  sahəsində  məqalələrin  çap  edilmə 
tezliyini  öyrənir. 
X
  sayda  məqaləsi  olan  alimlərin  sayı  (
Y
)  1  məqaləsi  olan  alimlərin 
sayının (
C

n
X
/
1
 hissəsinə təxminən bərabərdir (
2

n
): 
KitabYurdu.az 
28
 


 
 
n
X
C
Y


 
Misal  üçün,  əgər  elmin  bir  sahəsəində  əsərlərinin  sayı  1-ə  bərabər  olan  alimlərin 
sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin 
sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən 
yalnız 1 alim olacaqdır. Bu deyilənlər aşağıdakı cədvəldə öz əksini tapmışdır: 
                                                                                                            Cədvəl 2 
Məqalələrin sayı (
X

X
 sayda məqaləsi olan  
alimlərin sayı (
Y

10 
1
10
100
2

 

1
9
100
2

 

2
8
100
2

 

2
7
100
2

 

3
6
100
2

 

4
5
100
2

 

6
4
100
2

 

11
3
100
2

 

25
2
100
2

 

100
 
 1.3. Zipf qanunu 
 
1949-cu  ildə  Harvard  Universitetində  amerikan  linqvisti  Corc  Zipf  (George 
Kingsley Zipf) belə bir emprik qanunauyğunluq göstərmişdir (Zipfin birinci qanunu): 
Əgər ixtiyari bir mətndə sözlər işlənmə tezliyinə görə azalan sırada düzülərsə, onda 
hər  bir  sözün  ranqının  onun  işlənmə  tezliyinə  hasili  təxminən  eyni  bir  sabitə  bərabər 
olacaqdır.  
Əgər ranqı 
r
 ilə, 
r
 ranqlı sözün işlənmə tezliyini 
r
f
 ilə işarə etsək, onda Zipf qanunu 
aşağıdakı kimi göstərilir: 
const
f
r
r


.
 
 
Zipfin ikinci qanunu isə belə ifadə olunur:  
 
Mətndəki sözlərin sayı ilə onların işlənmə tezliyi arasındakı asılılığı əks etdirən əyri 
bütün mətnlər üçün eynidir.  
2.
 
ELMMETRİYA 
 
Elmmetriya (Scientometrics) – elmi informasiya axını və massivlərinin dinamika və 
strukturunun tədqiqatı ilə məşğul olan elm sahəsidir.  
 
Elm  fəlsəfəsinin,  elmmetriyanın  meydana  gəlməsi  Kembric  və  London 
universitetlərinin professoru, London Kral Cəmiyyətinin (Royal Society of London) üzvü 
Con Bernalın (John Desmond Bernal) 1939-cu ildə “Elmin sosial funksiyası” (“The Social 
Function  of  Science”)  adlı  kitabının  yazılması  ilə  bağlıdır.  Bu  kitabında  o,  elmi  həm 
sosializm,  həm  də  kapitalizm  mühitində  analiz  etmişdir.  O,  təsdiq  etmişdir  ki,  elm 
kapitalizmi  üstələyir  və  İngiltərə  elmi  yalnız  sosializm  mühitində  özünün  ən  yüksək 
səviyyəsinə  çatmışdır.  “Elmin  sosial  funksiyası”  kitabında,  eynilə  “Elm  və  cəmiyyət” 
(“Science  and  Society”),  “Cəmiyyətin  tarixində  elm”  (“Science  in  History”)  adlı 
KitabYurdu.az 
29
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə