Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

 
 
 
Elmi-tədqiqat  fəaliyyətinin  qiymətləndirilməsi  üçün  Şanxay  reytinqində  xüsusi 
işlənmiş 4 göstəricidən istifadə olunur.  
 
Hər  bir  göstəriciyə  görə  ən  yüksək  xal  almış  müəssisəyə  100  xal  mənimsədilir. 
Yerdə qalan müəssisələr ən yüksək xala nisbətən faizlə təyin edilirlər. Şanxay reytinqinin 
göstəriciləri aşağıdakılardır: 
 
 
 
 
                                                                                                                                                                      
Cədvəl 3 
Kriteriya 
Göstərici 
Göstəricinin 
çəkisi 
Məzmun 
Təhsilin 
keyfiyyəti 
Alumni 
10% 
Ali  məktəbin  Nobel  mükafatı  və  Filds 
medalı  almış  məzunlarının  ümumi  sayı. 
Məzun  dedikdə  bakalavr,  magistr  yaxud 
doktorluq  dərəcəsini  bu  ali  məktəbdə 
alanlar nəzərdə tutulur.  
Akademik 
heyətin 
keyfiyyəti 
Award 
20% 
Ali  məktəbdə  işləyən  Nobel  mükafatçıları 
və Filds medalçılarının sayı 
HiCi 
20% 
Elmin 21 sahəsi üzrə (riyaziyyat, kompüter 
elmləri, 
fizika, 
tibb, 
mühəndislik, 
sosiologiya  və  s.)  ən  çox  istinad  olunan 
tədqiqatçıların sayı 
Tədqiqatın 
keyfiyyəti 
N&S* 
20% 
Son  5  ildə  Nature  və  Science  jurnallarında 
çap olunan məqalələrin sayı 
PUB 
20% 
SCIE  və  SSCI  indeksli  jurnal  və 
konfranslarda nəşr olunan məqalələrin sayı.  
Bir akademik 
kadra düşən 
məhsuldarlıq 
PCP 
10% 
Əvvəlki  5  göstəricinin  çəkili  cəminin  ali 
məktəbin  tam  ştatlı  akademik  kadrlarının 
sayına  nisbəti.  Əgər  tam  ştatlı  akademik 
kadrların  sayını  əldə  oluna  bilmirsə,  onda 
əvvəlki  5  göstərcinin  çəkili  cəmi  istifadə 
olunur 
*  – humanitar və sosial elmlər sahəsində ixtisaslaşan ali məktəblər üçün (məsələn, London 
İqtisad Məktəbi – London School of Economics) bu göstərici nəzərə alınmır və onun çəkisi 
digər göstəricilər üzrə paylanır. 
 
Nobel  və  Türinq  mükafatçıları  və  Filds  medalçıları  olan  ali  məktəb  məzunları 
(Alumni) və işçilərinin (Award) sayının hesablanması üçün əmsalların mürəkkəb sistemi 
tətbiq edilir. Belə ki, bu sistemdə mükafatın verilməsinin uzunmüddətliyi, mükafatla təltif 
olunanların  sayı,  laureatın  işlədiyi  ali  məktəblərdə  mükafatçıların  sayı  nəzərə  alınır. 
Mükafatın təltif edilməsi vaxtından asılı olaraq laureata 10-dan 100%-ə qədər çəki əmsalı 
mənimsədilə bilər. Başqa sözlə, 1913-cü ildə Nobel mükafatı ilə təltif edilmiş laureat (çəki 
funksiyası  20%)  reytinqdə  2002-ci  ildə  Filds  medalı  (çəki  funksiyası  100%)  ilə  təltif 
edilmiş  laureatdan  5  dəfə  az  qiymətləndirilir.  Mükafat  təltifçilərinin  sayı  isə  belə  təyin 
KitabYurdu.az 
34
 


 
 
edilir:  Əgər  bir  Nobel  mükafatı  eyni  zamanda  üç  tədqiqatçıya  verilmişdirsə,  reytinqdə 
onlar əlavə 1/3 çəkisi ilə nəzərə alınırlar. Əgər laureat mükafatla təltif edildiyi zaman bir 
neçə  ali  məktəbdə  işləyibsə,  onda  laureatın  qiymətləndirilməsində  ayrıca  ali  məktəbin 
rolunu azaldan köməkçi çəki funksiyasından istifadə edilir. Beləliklə, Şanxay reytinqində 
yekun  nəticəni  əldə  etmək  üçün  bütün  göstəricilər  çəki  əmsalları  nəzərə  alınmaqla 
toplanılır və aşağıdakı kimi ifadə olunur: 
PCP
PUB
S
&
N
HiCi
Award
Alumni
Q












10
.
0
20
.
0
20
.
0
20
.
0
20
.
0
1
.
0

burada 
Q
 – universitetin reytinq göstəricisidir. 
 3.2. Böyük Britaniya qiymətləndirməsi  
 
Times  Higher  Education  –  QS  World  University  Rankings  (QS-THES)  reytinqi 
Böyük  Britaniyanın  “TSL Education  Ltd”  adlı  təşkilatı  ilə  “Quacquarelli  Symonds” 
şirkətinin birgə layihəsidir. 
 
2004-cü  ilin  noyabrından  ildə  bir  dəfə  dövri  olaraq  nəşr  olunan  “The  Times 
Higher Education  Supplement”  qəzetinin  “Top  200  World  Universities”  reytinqində 
aşağıdakı göstəricilər əsas götürülür: 

 
Akademik cəmiyyətin və tədqiqatçıların universitet haqqında rəyi 

 
Alimlərin elmi əsərlərinin istinad indeksi 

 
Xarici tələbə və müəllimlərin payı 
 
30  oktyabr  2009-cu  il  tarixdən  etibarən  isə  “Times  Higher  Education”  “QS”-lə 
ayrılır,  Thomson  Reuters  ilə  illik  “Dünya  Universitetlərinin  Ranqlaşdırılması”  verilənlər 
bazasının yaradılması üçün razılığa gəlir. Jurnal oxucuları və redaksiya heyətinin iclasında 
yeni qiymətləndirmə metodologiyası müəyyənləşdirir.  
 3.2.1. Times Higher Education World University Rankings 
 
Times  Higher  Education  World  University  Rankings  universitetlərin  əsas 
göstəricilərini – tədris, elmi tədqiqat, biliyin ötürülməsi, beynəlxalq  perspektivini nəzərə 
alan  yeganə  qlobal  qiymətləndirmə  sistemidir.  Bu  sistemdə  universitetlərin  hərtərəfli  və 
balanslaşdırılmış müqayisəsini təqdim edən 5 göstəricidən istifadə olunur: 

 
Tədris: öyrənmə mühiti (30%); 

 
Tədqiqat: həcm, gəlir və nüfuz (30%); 

 
İstinadlar: tədqiqatın təsiri (30%); 

 
Gəlir sənayesi: innovasiya (2.5%); 

 
Beynəlxalq perspektiv: müəllim və professor heyəti, tələbələr və tədqiqat (7.5%). 
 
Dar çərçivəli elmi sahə üzrə tədris edən və ya tədqiqat nəticələri 5 il ərzində 1000 
məqalədən  (bir  ildə  200  məqalə)  az  olan  universitetlər  Times  Higher  Education  World 
University  Rankings  reytinqindən  çıxarılır.  Bəzi  hallarda  incəsənət  və  humanitar  sahələr 
üzrə  ildə  200  məqalədən  az  elmi  nəticəsi  olan  universitetlər  qeydiyyatda  saxlanılır.  Bu 
sistem hər il dünyanın ən yaxşı 400 universitetinin siyahısını hazırlayır. 
 3.2.2. QS World University Rankings 
 
QS ranqlaşdırmasında aşağıdakı göstəricilər nəzərə alınır: 
Cədvəl 4 
Göstərici 
Çəki 
əmsalı 
Məzmun 
KitabYurdu.az 
35
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə