Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1


Vikipediyanın cəmiyyətdə rolu



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

 
 
 
Vikipediyanın cəmiyyətdə rolu 
Vikipediyanın  populyar  olmasının  əsas  səbəbi  onun  dinamik  olmasıdır.  Yəni  digər 
ensiklopediyalarda  son  hadisələr  haqqında,  məsələn,  hər  hansı  idman  növü  üzrə  son 
yarışda kimin qalib gəldiyini öyrənmək mümkün deyil. Vikipediyada isə yarışların nəticəsi 
artıq bir-neçə dəqiqədən sonra  məlum olur. ABŞ-da isə bəzi cinayət hadisələri haqqında 
məlumat Vikipediyaya polislərin xəbər tutmasından qabaq yazılır. 
Vikipediya  azad  ensiklopediya  olduğundan  dövlət  strukturları  üçün  işləmir.  Lakin, 
artıq bir çox ölkələrdə dövlət strukturları Vikipediyadan istifadə edirlər. Məsələn, Amerika 
məhkəmələrində ondan məlumat kitabçası kimi istifadə olunduğu heç kəsə sirr deyil.  
Vikipediyanın cəmiyyətdə rolundan danışarkən ilk növbədə nəzərə alınmalıdır ki: 
1.
 
Vikipediyada məqalələr azad istifadəyə və düzəlişə malikdirlər. 
2.
 
Vikipediyada  müəyyən  edilmiş  «neytral  mövqe»  qaydası  hadisələrin  və  fikirlərin 
plüralizmə uyğun və qərəzsiz işıqlandırılmasına nail olmaq imkanı verir. 
3.
 
Vikipediyaya  daxil  edilmiş  informasiya  tədricən  dəyişilmək  tendensiyasına 
malikdir. 
4.
 
Xüsusiləşdirilmiş informasiyanı Vikipediyada çəkinmədən saxlamaq olar. 
5.
 
Mübahisəli  məqalələr  və  konflikt  yaradacaq  məlumatlar  Vikipediyada  az  deyil  və 
hər  zaman  müzakirələrə  səbəb  olurlar,  tez-tez  dəyişdirilirlər.  Vikipediyada  neytral 
məqalələr daha davamlıdırlar. 
6.
 
Vikipediyada məqalələrin sayının digər ensiklopediyalarla müqayisədə həddən artıq 
çox olmasına baxmayaraq, bütün məqalələri düzgün və dolğun hesab etmək olmaz.  
 
Sitizendium və onun Vikipediyadan fərqi 
Sitizendium  (
Citizendium
 

  citizens  compendium  of  everything) 

  viki-
texnologiyaları  əsasında  idarə  olunmasına  baxmayaraq,  qapalı  virtual 
ensiklopediyadır.
 
Vikipediyanın yaradıcılarından biri olan Larri Sanqer 2007-ci il martın 26-da virtual 
ensiklopediyaya alternativ olan, lakin Vikipediyadan fərqli olaraq mütəxəssislər tərəfindən 
yoxlanılan  Sitizendium  on-line  ensiklopediyasını  yaratdığı  barədə  xəbər  verdi. 
Vikipediyada olduğu kimi Sitizendium da pulsuzdur və istifadəçilər tərəfindən doldurulur. 
Lakin  burada  müəllifin  göstərilməsi  vacibdir,  məqalələr  isə  ekspertlər  tərəfindən  təsdiq 
olunmalıdırlar. Məqsəd isə Vikipediya olan problemin  Sitizendiumda qarşısını almaqdır – 
çoxsaylı səhvlərdən və ziyankarlıqlardan ensiklopediyanın qorunması.  
 “Əgər  yeni  pulsuz  ensiklopediya  buraxılırsa,  o  zaman  o,  hiss  olunacaq  qədər  daha 
yaxşı  olmalıdır.  İstifadəçilərin  bütün  səlahiyyətlərə  malik  olduqları  halda  Vikiyə  ziyan 
vurmaqları məni məyus etdi. Odur ki, mən onun inkişaf etdirilməsində bir növ mümkünlük 
görmürəm”  –  Senqer  bildirmişdir.  Senqer  əmindir  ki,  avtorizasiyanın  mütləq  olması 
Sitizendium  ensiklopediyada  qalmaqalların  qarşısını  alacaqdır  və  Sitizendiumun 
professional və əlyetərli olması gələcəkdə daha çox auditoriya cəlb edəcəkdir. 
 
Vikipediya Azərbaycan dilində
 
Azərbaycan 
dilində 
yaranan 
Vikipediya 
2004
-
cü 
ildə
 
www.az.wikipedia.org ünvanı altında fəaliyyətə başlamışdır.
 
Məqalələrin sayı 
100  minə  yaxındır.  İngilis,  rus,  fransız  və  alman  dilli  ölkələrlə  müqayisədə 
Azərbaycanda Vikipediya çox tanınmır. Azərbaycan dilindəki Vikipediyada məqalə 
KitabYurdu.az 
26
 


 
 
yaradanlar  əsasən  gənclər  –
 
məktəblilər  və  tələbələrdir.  Ziyalılar,  alimlər  və 
mütəxəssislər  çox  azdır  və  bu  da  az
-
vikidə  məqalələrin  keyfiyyətinə  ciddi  təsir 
edir.  
 
Keçidlər
 
1.
 
http://www.az.wikipedia.org/wiki/ 
2.
 
http://www.en.wikipedia.org/wiki/ 
3.
 
http://www.wikiionary.org/wiki/ 
4.
 
http://www.wikibooks.org/wiki/  
5.
 
http://en.wikiversity.org/wiki/Wikiversity:Main_Page  
6.
 
http://www.wikinews.org/wiki/  
7.
 
http://www.wikispecies.wikimedia.org/wiki/  
8.
 
http://commons.wikimedia.org/wiki/  
9.
 
http://www.wikiquote.org/wiki/  
10.
 
http://wikisource.org/wiki/  
AMEA İnformasiya Texnologiyaları İnstitutu  
13 saylı şöbənin müdiri, tex.e.d. R.M. Alıquliyev,  
3 saylı şöbənin əməkdaşı, doktorant R.Ş. Həsənova 
Bibliometriya, Elmmetriya, Vebometriya 
Son  illər  elm  və  təhsil  yaradıcılığının  statistik  analizi  həm  dünya,  həm  də  ölkə 
praktikasında  daha  geniş  populyarlıq  qazanmağa  başlamışdır.  Belə  analizin  mühüm 
istiqamətlərdən  biri  də  informasiyanın  istehsalı,  istifadəsi  və  axtarışının  statistik 
qanunauyğunluqlarını  aşkarlayan  və  öyrənən  cavan  elmi  istiqamət  olan  İnformetriyadır 
(Informetrics).  1979-cu  ildə  informasiyanın  kəmiyyət  aspektlərini  öyrənən  bu  elm 
sahəsində ilk tədqiqatları O.Nacke aparmışdır. 
İnformetriya – informasiyanın kəmiyyət aspektlərini öyrənən elmi istiqamətdir.  
Formasından  və  meydana  gəlmə  mənbəyindən  asılı  olmayaraq  informetriya  bütün 
növ informasiyanın yayılması və istifadə olunmasını öyrənən elm sahəsidir. Beləliklə, 
informetriya aşağıdakı sahələri əhatə edir:  
Elmmetriya (Scientometrics) – elmin kəmiyyət aspektlərini öyrənir
Vebometriya (Webometrics) – Veb-in (World Wide Web) kəmiyyət aspektlərini öyrənir; 
Kibermetriya  (Cybermetrics)  –  Vebometriyaya  oxşayır,  lakin  Veb-dən  kənar  elektron 
resursları əlavə etməklə, onun tədqiqat obyektini genişləndirir; 
Bibliometriya – yazılı informasiyanın kəmiyyət aspektlərini öyrənir. 
1.
 
BİBLİOMETRİYA VƏ ONUN ƏSAS QANUNLARI 
 
Bibliometriya  (Bibliometrics)  –  mətn  və  informasiyanın    ölçülməsi  üçün  istifadə 
olunan  metodlar  çoxluğudur.  Adətən  istinad  analizində  (citation  analysis)  və  kontent-
analizdə  (content  analysis)  bu  metodlardan  istifadə  olunur.  Baxmayaraq  ki,  bibliometrik 
metodlar daha çox kitabxana və informasiya elmi sahəsində istifadə edilir, başqa sahələrdə 
də  geniş  tətbiq  oluna  bilər.  Bir  çox  tədqiqat  sahələri  bibliometrik  metodlardan 
tədqiqatçıları və ya məqaləni qiymətləndirmək üçün istifadə edirlər. 
 
Bibliometriya  termini  ilk  dəfə  1969-cu  ildə  ingilis  alimi  Alan  Priçard  (Alan 
Pritchard)  tərəfindən  riyazi  və  statistik  metodları  tətbiq  etməklə  kitabların,  dövri 
KitabYurdu.az 
27
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə