Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

 
 
fikirləri  haqqında  söhbət  aça  bilər.  Digər  istifadəçilər  isə  ona  müxtəlif 
məlumatlar  yaza  bilər.  Əgər,  qeydiyyat  zamanı  elektron  poçt  ünvanı 
göstərilmişdirsə, vacib xəbərlər birbaşa istifadəçinin e-poçtuna göndərilir.  
Administrator (idarəçi) – adi istifadəçilərə nisbətən daha çox hüquqa malikdir. 
Administrator  səhifəni  adi  istifadəçilər  tərəfindən  aparılan  dəyişikliklərdən 
qoruya  bilər.  Bu  halda  administrator  məqaləyə  blok  qoyur.  O,  istifadəçilərə 
xəbərdarlıq  edə  bilər,  istifadəçinin  fəaliyyətinə  məhdudiyyət  qoya  bilər. 
Məqalənin  adını  dəyişə  bilər  və  məqaləni  ləğv  edə  bilər.  Məqalə  ləğv 
olunarkən o bazadan silinmir və istənilən zaman yenidən bərpa edilə bilər. 
Bundan başqa, administrator Vikipediyanın ümumi interfeysini dəyişə bilər və 
sistem  məlumatlarını  idarə  edə  bilərlər.  Lakin  administratorun  başqa 
istifadəçini administrator təyin etmək hüququ yoxdur. 
Bürokrat  –  digər  istifadəçilərə  administrator  və  bürokrat  hüququnu  vermək 
kimi  texniki  imkana  malik  olan  istifadəçidir.  Lakin  bürokrat  bu  hüquqları 
yalnız istifadəçilərin ümumi razılığı ilə edə bilər. 
Stüard  –  qlobal  administratordur,  yəni  dilindən  asılı  olmayaraq  Vikipediyanın 
bütün  layihələrini  nəzarətdə  saxlayır.  O,  da  administrator  və  bürokrat  kimi 
istifadəçilərin  səsverməsində  səs  çoxluğu  ilə  təyin  olunur.  Stüart  Vikipediya 
qaydalarını  yaxşı  bilməli  və  bir  neçə  dildə  (ingilis  dilini  bilməsi  vacibdir) 
sərbəst  danışmağı  və  yazmağı  bacarmalıdır.  Stüard  da  bürokrat  kimi,  digər 
istifadəçilərə administrator və bürokrat hüququnu vermək kimi texniki imkana 
malik olan istifadəçidir.  
Baş layihəçi – Vikipediyanın baş layihəçisinin hüquqları stüardın hüquqları ilə 
eynidir.  Lakin  o,  sistemi  əsaslı  dəyişmə  hüququna  malikdir.  Bəzi  layihəçilər 
Vikipediyanın işlədiyi serverlərə  daxil olma hüququna da malikdirlər. 
Vikipediyanın  bütün  hüquqları  isə  “Vikipediya”  layihəsinin  əsasını  qoymuş 
Cimmi Uelsin əlində toplanmışdır. Cimmi Uelsin istifadəçilərə və təşkilatçılara 
müraciət  edərək  “Biz  İnterneti  tutduq,  sizin  köməyinizlə  dünyanı  tutacağıq” 
cümləsi ilk baxışda lovğalıq kimi görünsə də, Vikipediyanın müəllifi haqlıdır: 
bu  layihə  kimi,  milyonlarla  istifadəçilərin  müraciət  etdiyi  və  hər  kəsə  pulsuz 
olaraq  bilik  (bəzi  hallarda  yeni  baxış,  ideologiya)  bəxş  edən  digər  layihə 
təsəvvür etmək çətindir. 
Vikipediya 

 
“Wikimedia  Foundation  İnc”  qeyri
-
hökumət  təşkilatı 
tərəfindən yaradılan İnternet ensiklopediyasıdır.
 
 
Vikimedia fondu və onun idarə etdiyi layihələr
 
 “Wikimedia  Foundation”  qeyri-kommersiya,  qeyri-hökumət  təşkilatıdır  və  bir  sıra 
başqa  azad  məzmunlu  layihələri  idarə  edir.  Baş  ofisi  ABŞ-nın  Florida  ştatının  Tamp 
şəhərində yerləşir. 
Wikimedia Fondu tərəfindən idarə olunan 300-dən artıq server yalnız ABŞ-da deyil, 
eyni zamanda Avropada (Amsterdam), Cənubi Koreyada yerləşirlər. 
KitabYurdu.az 
24
 


 
 
Serverlər  MySQL  VBİS  tərəfindən  idarə  olunurlar  və  metaverilənlər  də  daxil 
olmaqla bütün informasiyanı özlərində saxlayırlar. Viki-səhifələrin yaradılmasında istifadə 
olunan proqramlaşdırma dili HTML dilinə yaxındır. Mətnlər Apache HTTP serverlərdə 
saxlanılır.  
Vikipediya  layihəsi  dünyanın  müxtəlif  ölkələrindən  könüllülır  tərəfindən 
göndərilən  ianələr  hesabına  maliyələşir.  Vəsait  əsasən  serverlərin  yerləşdirildiyi 
binaların  arendasına,  istifadə  olunan  elektrik  enerjisinə,  texniki  xidmət  işçiləri  üçün 
nəzərdə tutulmuşdur.  
Vikipediya  GNU  FDL  -  azad  sənədlərin  lisenziyası  (GNU  Free  Documentation 
License)  əsasında  işləyir.  GFDL  lisenziyasına  əsaslanaraq  Vikipediya  müxtəlif  mövzuda 
(elmi,  mədəni,  tarixi,  siyasi  və  s.)  ensiklopedik  məqalələrin  yaradılmasına  və  azad 
yayılmasına    imkan  yaradır.  GFDL  lisenziyası  Vikipediya  materiallarının  istənilən  şəxs 
tərəfindən və istənilən kimi istifadə etməyə icazə verir, bir şərtlə ki, ilkin müəllif göstərilir 
və  materiallar  bu  lisenziyanın  şərtləri  üzrə  yayılır.  GFDL    kopileft-lisenziya  olub,  azad 
proqram təminatı fondu tərəfindən işlənmişdir.  
Qeyd:  Hüquqların  “irsən  keçməsi”  prinsipi  “kopileft”  (copyleft)  adlanır  və  Riçard 
Stollmen tərəfindən düşünülmüşdür.  
 
Vikilayih
ə
l
ə
r 
İnformasiya yalnız ensiklopedik məqalə şəklində daxil edilmir. Odur ki, Vikipediyada 
digər layihələr də mövcuddur: 
VikiLüğət  (http://www.wikiionary.org/wiki/)  –  izahedici  məqalələr,  tezaurus  və 
tərcümələrin saxlandığı müxtəlif dillərdə hazırlanan qrammatik lüğətdir.  
VikiKitablar 
(http://www.wikibooks.org/wiki/) 
–  elektron  kitabların  birgə 
hazırlanması layihəsidir.  İdeyaya  görə  azad  tərtib  edilən  kitabların  xüsusi  yeri olmalıdır. 
Hal-hazırda  bunlar  çox  da  böyük  olmayan  məqalələrin  yığımıdırlar,  lakin  gələcəkdə 
informasiya çoxaldıqca onların bir yerə yığılaraq kitab halında təqdim olunması gözlənilir. 
VikiVersitet 
(http://en.wikiversity.org/wiki/Wikiversity:Main_Page) 
– 
Viki 
universitetdir. Pulsuz dərs vəsaitləri və kursları təqdim edən on-layn cəmiyyətdir.  
VikiXəbərlər  (http://www.wikinews.org/wiki/)  –  ensiklopediya  kontekstində  cari 
hadisələr daxil edilir.  
VikiNövlər (http://www.wikispecies.wikimedia.org/wiki/) – bioloqlara aiddir. Hər bir 
canlı təbii ki, öz səhifəsinə malik olmalıdır.  
VikiAnbar  (http://commons.wikimedia.org/wiki/)  –  şəkillərin, səslərin,  videonun  və 
s.  bu  kimi  informasiyaların  saxlandığı  qlobal  xəzinədir.  Commons  layihəsi  qlobal 
olduğundan  onun  dil  prinsipinə  əsasən  bölünməsi  vacib  deyildir.  Commons  layihəsinin 
əsas vəzifəsi şəkil, səs və video-faylların bir bazada yığılmasıdır.  
VikiSitatlar (http://www.wikiquote.org/wiki/) – aforizmlər, qanadlı ifadələr, məşhur 
adamların  söylədikləri.  Mənbəsi  göstərilmiş  sitatları  müəllifin  icazəsi  olmadan  istifadə 
etmək mümkündür. 
VikiMənbə (http://wikisource.org/wiki/)  –  müəllif hüquqlarının qorunması haqqında 
qanunların aid edilmədiyi mətnlərin, nəşr olunmuş kitab və məqalələrin saxlandığı şəbəkə 
kitabxanasıdır.  Müəllifin  icazəsi  olmadan  onun  əsərinin  Vikipediya  layihələrinə  daxil 
edilməsi qadağandır. 
Meta-Wiki  (http://meta.wikimedia.org)  –  viki-layihələri  idarə  edən  və  nəzarətdə 
saxlayan  əsas əlaqələndirmə komissiyasıdır. 
KitabYurdu.az 
25
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə