Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

 
 
İstifadəçi İnternetin bir sıra axtarış proqramlarından (axtarış serveri, axtarış sistemləri) 
istifadə edə bilər. Belə sistemlər müntəzəm olaraq işləyirlər. Xüsusi proqramların köməyi 
ilə Web serverlər şəbəkədə məzmunla bağlı məlumatlar toplayır. 
Aşağıda populyar axtarış serverlərin ünvanları verilir: 
           ●http://www.rambler.ru 
           ● http://www.yahoo.com 
           ● http://www.excite.com 
           ● http://www.google.az 
 
   İstifadəçi İnternetdə hər hansı bir informasiyanı axtarırsa axtarış sistemlərində açar 
sözləri daxil etməlidir. Axtarış bir söz, bir neçə söz və ya ifadə üzrə icra olunur.  
  Ana  səhifə  (Homepage)  -  Web  -də  işləmək  üçün  başlanğıc  interfeysdır.  Orada 
fayllara, sənədlərə və diqər resurslara müraciət yerləşir.   
           Çat xidmətləri  Dünyanın ayrı-ayrı guşələrindəki insanlar öz aralarında ən müxtəlif 
mövzularda  söhbətləşir.  Bunun  üçün  onlar  çat  otaqlarından  istifadə  edir.Yahoo  və 
Microsoftun çat xidmətləri, İnternet Relay Chat və www texnologiyası əsasında işləyən çat 
geniş  istifadə  olunur.  .  Windows  Messenger,  Yahoo  Messenger  ,  ICQ    kimi  proqramlar 
imkan verir ki, göndərilən məlumatlar ani olaraq istifadəçinin ekranına çıxsın. 
İnternet geniş resurslar təklif edir. Digər tərəfdən Telenet, Ftp, Copher, WAIS kimi 
sistemlər mövcuddur. 
            TELNET-  Internet  şəbəkəsinə  qoşulan  digər  kompyuterlərə  daxil  olmaq  üçün 
istifadə  olunur.  TELNET  kompyuterlərin  klaviaturası  arxasında  əyləşib  uzaq  məsafədə 
şəbəkə sistemlərinə (əgər uzaq məsafədəki kompyuterlərin parolu məlumdursa) və yaxud 
kitabxana  kataloqları  və  müxtəlif  növ  verilənlər  bazası  daxil  olmaqla  açıq  serverlərə 
müraciət etməyə imkan verir. 
             File transfer protocol (faylların ötürmə protokolu) 
 ftp-INTERNET-də faylların bir kompyuterdən digərinə ötürülməsini təmin edir. Bu 
fayllar  sənəd,  fotoşəkil,  proqram  təminatı  ola  bilər.  Fayl  -  serverin  ünvanı    ftp//-ilə 
başlayır.  Dialoq  pəncərəsi  qarşısında  DİR  yazılanlar  kataloqlar,  file  yazılanlar  isə 
fayllardır.  Kataloqlar  üzərində  mausun  sol  düyməsini  basdıqda  alt  kataloq,  mətn  tipli 
faylın üzərində basdıqda isə onun məzmunu çıxır. 
USENET  sistemi  (telekonferensiya)  informasiya  mübadiləsində  ümumi  maraqları 
olan  insanları  telekonferensiya  vasitəsilə  birləşdirir.  Lakin  burada  elektron  poçtunun 
əvəzinə  xəbərlərin  ötürülməsi  vasitəsi  kimi  yeniliklərin  oxunması  xüsusi  əlavəsindən  də 
istifadə olunur.  
  
 mail  to:  elektron  poçtu,  news:  -  yeniliklər  qrupu  (telekonferensiya)  ünvanlarını 
daxil etmək üçün istifadə olunur. 
 
  Gopher  -  serverləri  gopher:  //sözü  ilə  başlayır.  Gopher  sistemi  şəkilsiz  və 
hipermətinsiz www- yə oxşayır.  
  Telnet:// uzaq məsafədəki kompyuterlə terminal müraciəti təmin edir.  
  Internet  ticarət  xidməti  vasitəsi  ilə  on-line  rejimində  İnternet  vasitəsi  ilə 
müştərilərdən  mal  və  xidmətlər  üzrə  sifarişləri  qəbul  edilir.Bu  xüsusi  saytda  mal  və 
xidmətlər  üçün  ödənişlər  elektron  ödəmə  sistemi  vasitəısi  ilə  həyata  keçir.  Saytda 
komersiya təklifləri qiymətlər pereskurantı təklif olunur. Hər bir mal və ya xidmətin əsas 
xüsusiyyətləri bir çox hallarda isə malın və ya xidmətin fotoşəkili ilə müşayət olunur. Hər 
hansı  bir  mal  və  ya  xidmət  müştəri  tərəfindən  seçildikdə  həmin  an  saytda  sifariş  tərtib 
KitabYurdu.az 
17
 


 
 
edilib  göndərilə  bilər.  Bir  çox  hallarda  sifariş  telefon,  elektron  poçtu,  İCQ  və  s.  qəbul 
edilir. 
Müasir dövrü sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Hazırda 200-dən çox sosial 
şəbəkə  mövcuddur.  Bu  gün  əksər  insanlar  sosial  şəbəkələri  həyatlarının  və  bizneslərinin 
bir  parçası  halına  gətiriblər.  Bu  da  təbiidir,  çünki  insanlar  sosial  varlıqlardır  və  özlərini 
cəmiyyətdən ayrı təsəvvür edə bilmirlər. 
           
 Distant təhsil 
            Distant  tədris  sistemi    müasir  informasiya  və  telekommunikasiya  texnologiyasına 
əsaslanan qiyabi təhsil sisteminin yeni inkişaf formasıdır. 
            Distant tədris daha qeniş istifadəçi auditoriyasına malik olmağa, tədris material və 
xərclərin  yaradılması  və  istifadə  edilməsində  minimum  xərclər  sərf  etməyə,  müxtəlif 
məkanda  olan  istifadəçilərlə  istənilən  zaman  anlarında  telekommunikasiya  imkanları 
vəsitəsi ilə əlaqə yaratmağa və tədrisin yaradılmasına imkan verir. 
           Təyinatına görə distant tədris sistemi qenişmiqyaslı və seçim (fraqment) xarakterli 
olurlar. 
           Genişmiqyaslı  tədris  sistemi  müəyyən  ixtisas  üzrə  mütəxəssislərin,  bakalavrların, 
maqistrlərin hazırlanması üçün tədris planının tam yerinə yetirilməsini təmin edir. 
           Bu texnoloqiya tələbələri tədris-metodiki materiallarla, müəllim və tələbə arasında, 
həmcınin  tələbələr  arasında  interaktiv  mübadiləyə  əsaslanır.  Seçim  xarakterli  tədris 
sisteminə təkmilləşdirmə kursları, II tədrisin alınması, istifadəçilərə ayrı-ayrı kurslar üzrə 
fərdi tədrisin təşkili və s.aiddır. 
Distant tədris sistemi asinxron və sinxron tədris metodlarına ayrılır: 
-
 
asinxron  tədris  metodunda  tələbə  tədris  müəssəsində  uzaq  məsafədə  tədris-
metodik materiallardan istifadə edərək fərdi plan üzrə hazırlaşır.  
-
 
Sinxron  tədrisdə  tədris  müəssəsi  dərsləri  (mühasirələri,  seminarları, 
konsultasiyaları) müəllim və tələbə arasında real zaman anında təşkil edir. Bu 
zaman tələbələr eyni vaxtda məsğul olan qrupda və ya distant tədris qrupunda  ( 
müxtəlif auditoriyalarda, müxtəlif şəhər və ölkələrdə) ola bilərlər. 
           Yuxarıda  göstərilən  metodlardan  hər  biri  xüsusi  təhsil  texnoloqiyasına  –  distant 
tədris  texnoloqiyasına  malikdir.  Belə  ki,  hər  iki  metod  əlaqədar  olaraq  bir-birini 
tamamlayır.  Distant  tədris  sistemində  müəllim-konsultant  tyutor  adlanır.  Tyutor  tədris 
prosesinin  tədris-metodik  rəhbərliyini  həyata  kecirir,  üygun  fənn  üzrə  tələbələrə 
konsultasiyalar verir, testlərin nətiçələrini yoxlayır. 
Distant tədris sahəsində bir necə texnoloqiyaları nəzərdən keçirək: 
           Keys  (inqiliscə  case  sözundən)  texnologiyasında  tədris-metodik  materiallar 
komplektləşdirilərək fərdi tədris üçun tələbəyə verilir (və yaxudda) göndərilir. Bu zaman 
tyutor tərəfindən təyin edilmiş periodik konsultasiyalar kecirilir. 
           TV-  texnologiyası  tyutorların  konsultasiyaları  ilə  birlikdə  video  mühazirələrindən  
ibarətdir. 
           Səbəkə texnologiyası Internet səbəkəsi əsasənda yaradılır. 
 
 IP telefoniya 
             İP  telefoniya  əlaqə  sistemi  vasitəsi  ilə  analoq  səs  siqnalları  bir  abonentdən 
diskretləşdirilir (rəqəmli formada kodlaşdırılır) , sıxılır və rəqəm əlaqə kanalları vasitəsi ilə 
göndərilir.  Bu  zaman  dekompressiya,  dekodlaşdırma  və  analoq  siqnala  çevrilərək  digər 
KitabYurdu.az 
18
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə