Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

 
 
abonent ilə  əlaqə  yaradılır.  Səs siqnalının  paketlər kommutasiyası  vasitəsi ilə  ötürülməsi 
ilk  dəfə  olaraq  1993-cü  ildə  həyata  keçmişdir.  İP  telefoniya  İP  protokolları  vasitəsi  ilə 
abonentlərə  telefon  danışıqlarının  ötürülməsi  xidmətidir.  İP  telefoniya  vasitəsi  ilə  səs 
siqnallarını,  danışıqları  xüsusi  fayl  kimi  yadda  saxlamaq,  onların  həcmini  sığmaq  və  s. 
əməliyyatları içra etməyə imkan verir.  
          Sosial şəbəkələr 
 İnformasiya  texnologiyalarının  inkişafı  isə  insanlar  arasındakı  sosiallaşmanı  və 
yaxınlaşmanı  daha  da  artırdı.  Lakin  mütəxəssislər  sosial  şəbəkələrin  insan  həyatındakı 
rolunu  bir  mənalı  şəkildə  qiymətləndirmirlər.  Bəziləri  bu  fenomeni  müsbət 
qiymətləndirdikləri halda, bəziləri də onun mənfi tərəflərini qabardırlar. 
 Facebook 
 Facebook  istifadəçisi  olmaq  üçün www.facebook.com saytında  qeydiyyatdan 
keçmək lazımdır. Pulsuz olan bu sosial şəbəkədə qeydiyyat üçün minimum yaş həddi 13-
dür. Facebook istifadəçiləri aşağıdakı imkanlardan yararlanmaq hüququna malikdirlər: 
- Profil, qrup və səhifələrin təşkil edilməsi; 
- Status, şəkil, video və faylların paylaşılması; 
- Facebook və digər kənar tətbiqlərin istifadəsi; 
- Facebook səhifəsi, sayt və s. xidmətlərin (pullu) reklamı. 
Twitter 
 Twitter,  çox  sadə  xidmət  təklif  edən  və  sürətlə  böyüyən  sosial  şəbəkədir. 
Siz www.twitter.com saytında 
qeydiyyatdan  keçirsiniz  və  və Twitter  hesabına 
yiyələnirsiniz.  Bu  hesab  vasitəsilə  şəbəkənizə  daxil  olan  şəxslərə  topdan  ismarışlar 
göndərə və qəbul edə bilərsiniz. Burada şəbəkəni genişləndirmək olar. Bunun üçün sosial 
şəbəkədə olan şəxsləri Sizə qoşulmağa dəvət etməli və həmçinin onlara qoşulmaq üçün Siz 
dəvət  göndərməlisiniz.  Bundan  başqa  ayrı-ayrı  şəxslərin Tweet-lərini  izləmək 
istəmədiyiniz zaman bunu dayandıra da bilərsiniz. 
LinkedIn 
 LinkedIn,  biznes  platforması  üçün  nəzərdə  tutulmuş  sosial  şəbəkədir.  Bu  sosial 
şəbəkə  iş  axtaranlar,  satış  potensialını  artırmaq  istəyənlər  və  biznes  əlaqələrini 
genişləndirmək  istəyənlər  üçün  əvəzsiz  online  bir  vasitədir.  Digər  sosial  şəbəkələrdən 
fərqli  olaraq  LinkedIn  dostlar  qazanmaq  və  paylaşımlar  etmək  funksiyalarına 
köklənməyib. 
LinkedIn 
sosial 
biznes 
şəbəkəsindən 
istifadə 
etmək www.linkedin.com saytında  qeydiyyatdan  keçmək  və  profil  düzəltmək  lazımdır. 
Daha  sonra  isə  Siz  özünüz  haqda  informasiyaları  (təhsil  və  işlə  bağlı)  mütəmadi  olaraq 
yerləşdirməli  və  yeniləməlisiniz.  Bundan  başqa  həmçinin  həmkarlar  və  səlahiyyətli 
şəxslərdən əldə etdiyiniz tövsiyyələri də burada yerləşdirə bilərsiniz. 
 Hazırda LinkedIn şəbəkəsinin 75 milyon qeydiyyatlı istifadəçisi vardır. 
 
 
           Ədəbiyyat 
           1.Abbasov  Ə.M.,  Əliquliyev  R.M.,  Ağayev  F.T.    Web  səhifələrin  yaradılması 
“Elm” 2002 
           2. Александр Левин, Работы на компьютере Питер,2004 
           3.Abbasov  Ə.M.,  Əlizadə  M.,  Seyidzadə  E.,  Salmanova  M.    “İnformatika  və 
kompyuterləşmənin əsasları”, “MSV NƏŞR”, Bakı 2006 
KitabYurdu.az 
19
 


 
 
           4.  Sosial  şəbəkələr  Əliquliyev  R.M.,  Y.N.İmamverdiyev,  F.C.Abdullayeva  Bakı, 
“İnformasiya Texnologiyaları”, 2010 
 
 
AMEA-
nın İnformasiya Texnologiyaları İnstitutu,  
sektor müdiri İradə Ələkbərova 
 
VİKİPEDİYA VƏ ONUN İMKANLARI 
 
Wiki texnologiyaları haqqında ümumi məlumat
 
İnternetin  əsasını  qoyarkən  mütəxəssislər  “qlobal  biliklər  bazası”  və  ya 
“kollektiv  bilik”  əldə  etmək  arzusunda  idilər.  Lakin  bunun  əvəzinə  bu  gün 
İnternet  qlobal  xaosa  çevrilmişdir.  Odur  ki,  on-line  rejimində  istifadəçinin 
lazım  olan  informasiya  əldə  etməsi  və  operativ  dəyişdirməsi  bu  gün  virtual 
məkanda  ən  aktual  problemdir.  Bu  problemi  həll  etmək  üçün  mütəxəssislər 
şəbəkədə  yeni-yeni  layihələr,  texnologiyalar  yaratmaqdadırlar:  çat,  veb-form, 
bloq.  Bu  texnologiyalar  informasiya  mübadiləsi  aparmağa  imkan  versə  də, 
onlardan  heç  biri  ilə  mükəmməl  sayt  yaratmaq  mümkün  deyildir.  Yeni 
texnologialardan biri olan Viki texnologiyaları isə bu problemlərin öhdəsindən 
üğürla gəlməkdədir. 
“Viki texnologiyaları” dedikdə “sürətli düzəliş texnologiyaları” başa düşülür. Bəzən 
Viki texnologiyalarını “canlı sənədlər texnologiyaları” da adlandırırlar.  
Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə amerikalı proqramçı Vord Kenninqem 
tərəfindən  işlənmiş  və  veb-səhifələrin  idarəsi,  birbaşa  veb-brauzerdən  redaktə  olunması 
üçün nəzərdə tutulmuşdur. Viki layihələrinin yaradılması və idarə olunması üçün proqram 
mexanizmi  kimi  CMS  MediaWiki  (http://www.mediawiki.org)  sistemi  (hazır  proqramı) 
istifadə olunur.  
 
Viki texnologiyaları ilə idarə olunan ən populyar virtual ensiklopediyalar  
Viki texnologiyaları vasitəsi ilə veb-səhifələrin istifadəçilər tərəfindən yaradılması və 
dəyişdirilməsi  imkanları  müxtəlif  on-line  ensiklopediyaların  yaradılması  üçün  çox 
uyğundur.  İnternetdə  Viki  texnologiyaları  ilə  idarə  olunan  müxtəlif  ensiklopediyalar 
mövcuddur (Cəd. 1.). 
 
 
Layihələr 
Xüsusiyyətləri 
KitabYurdu.az 
20
 


 
 
1.   Wikipedia 
https://wikipedia.org/  
Azad on-lıne ensiklopediya 
2.   Absurdopediya 
http://www.absurdopedia.wiki
a.com 
«Ensiklopediya Absurd» – məqalələrdəki 
informasiyalar təhrif olunmuş, parodiyalar 
şəklindədirlər. 
3.   Everything2 
http://everything2.com/ 
İnsan biliyinin bütün sahələrindən informasiyanı 
toplayan veb-sayt və on-line cəmiyyətdir. 
4.   
Vikibilik 
http://www.wikiznanie.ru 
BSD (Berkeley Software Distribution) lisenziya ilə 
işləyən on-line ensiklopediyadır. Ensiklopediya rus 
dilindədir. 
5.
 
 Scholarpedia 
http://www.scholarpedia.org 
Ensiklopediyaya yalnız elmi məqalələrin daxil 
edilməsinə icazə verilir. 
6.
 
 Encarta 
http://encarta.msn.com
 
Kompüterin multimediya komponentlərindən istifadə 
edən ilk elektron ensiklopediyadır. 
7.   Citizendium 
http://www.en.citizendium.org 
İstifadəçilər tərəfindən daxil edilmiş məqalələr 
mütəxəssislər tərəfindən yoxlanılır. 
8.   Open Encyclopedia 
Project 
http://www.open-site.org 
İstifadəçilər arasında “Open-Site” adlanan bu 
ensiklopediya könüllülər tərəfindən zənginləşdirilir. 
9.   
İntellipediya
 
http://www.odni.gov 
Viki texnologiyaları əsasında işləyən, lakin qapalı 
ensiklopediyadır. ABŞ-nın 16 xüsusi xidmət 
orqanlarını birləşdirir. 
10.   
WikiTravel 
http://wikitravel.org 
Turizmə aid azad virtual ensiklopediya. 
11.   
WikiaMapia 
http://wikimapia.org 
Viki texnologiyaları ilə Google Maps-in 
informasiyasını birləşdirən layihə 
 
Cədvəl 1. Viki texnologiyaları ilə işləyən ən populyar ensiklopediyalar 
 
Vikipediyanın imkanları haqqında
 
İnternetdə  Viki  texnologiyaları  ilə  işləyən  ən  nəhəng  layihə  Vikipediya  –  azad  on-
lıne ensiklopediyasıdır. 
Vikipediya (ingiliscə, Wikipedia) – ümumi İnternet vasitəsilə azad yayımlanan virtual 
ensiklopediyadır  və  dünyanın  bir  çox  dillərində  viki  texnologiyalarının  tətbiq  edilməsi 
nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Vikipediya kollektiv beyindir.  
Vikipediya həm də sosial şəbəkə, biliklər bazası, ilkin informasiya mənbəyidir. 
Layihənin ümumi domen adi: wikipedia.org 
 “Wiki”  havay  dilində  “nə  qədər  mümkünsə  daha  tez”  mənasını  verir.  Məhz  Havay 
adalarında  yerli  sakinlər  aeroportdan  şəhərə  gedən  avtobusları  belə  adlandırırlar.  Viki 
texnologiyaları  əsasında  qurulan  virtual  ensiklopediya  bir  axtarış  sistemi  kimi 
istifadəçilərin  sorğuları  əsasında  tez  bir  zamanda  informasiya  xidməti  göstərmək 
məqsədini daşıyır.  
KitabYurdu.az 
21
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə