Mühazirə Çörək sənayesi haqqında ümumi məlumat Plan Giriş. Fənn haqqında ümumi məlumat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/86
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8895
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   86

223 
 
qarışığından fasiləsiz sutkalıq iş rejimində formalı çörəyin bişirilməsi üçün istifadə 
etmək olur.  
 
Axın xətlərinin yüklənməsinin  istehsal güclərinin 30-40 %-i qədər azalması 
boş  xəmir  kündələri  qoyulmamış  qəliblərin  sobanın  isti  zonasında  görünməsinə 
gətirib  çıxarır.  Belə  şəraitdə  silisium  üzvi  örtüklər  öz  xassələrini  tez  itirir,  hətta, 
qısa  müddətli  boş  gedişlər  və  istilik  təsirləri  onların  xidmət  müddətini  kəskin 
azaldır.  Örtüklərin  təkrar  çəkilməsi  yeni  xərclər  tələb  edir.  Buna  görə  də  belə 
örtüklərə malik qəlib və təbəqələrdən istismar şərtlərinin gözlənilməsinin mümkün 
olduğu  yerlərdə,  məsələn, kekslərin  və kuliçlərin (pasxa çörəyi) dövri  istehsalında 
istifadə edirlər. 
Siloksanlı bloksopolimerlər əsasında yanmaya qarçı örtüklər istiliyə davamlı 
və  daha  uzun  ömürlüdürlər.  Onlardan  intensiv  istilik  rejimində  işləyən  soba 
aqreqatlarının qəliblərinin üzərinə çəkilməsində istifadə olunur.  
Belə  örtüklərin  sayəsində  hazır  məmulatlar  qəliblərdən  asanlıqla,  heç  bir 
mexaniki  güc  sərf  etmədən  çıxarmaq  olur,  lakin  onlarda  deformasiyaların, 
deşiklərin  olması  və  formanın  əyilməsi  istisna  deyil.  İstismar  prosesində  polimer 
örtüklər  qəliblərin  bütün  səthi  boyu  istiliyin  bərabər  paylanmasına  səbəb  olur, 
örtüksüz qəliblər isə yanıqların əmələ gəldiyi yerlərdə həddən artıq qızmağa məruz 
qalırlar.  Qəliblərin  xidmət  müddətinin  artırılması  həmçinin  avadanlığın  istismar 
yararlılığının və metala qənaət edilməsinin amillərindən biridir.  
İstehsalat  təcrübələri  göstərdi  ki,  əsası  modifikasiya  edilmiş  tozşəkilli 
poliofinlər  və  ftoroplastlardan  ibarət  olan,  necə  deyərlər  “üçüncü  nəsil  örtüklər” 
daha perspektivlidir. 
Tozşəkilli, yanmaya qarşı örtüklər istismarın ağır şərtlərinə davamlıdır, yerli 
və xarici analoqları ilə müqayisədə, suzpenziyalı ftoroplast örtüklər daxil olmaqla, 
bir  sıra  texniki-iqtisadi  üstünlüklərə  malikdir.  Mütəxəssislər  müəyyən  etmişlər  ki, 
Rusiyanın  coğrafi  və  iqlim  şəraitində  suzpenziyalı  örtüklərin  istifadəsi 
məqsədəuyğun  deyil,  belə  ki,  dispers  mühitin  45-60  %-ni  istehlakçıya  böyük 
məsafələrlə  çatdırmaq  lazım  gəlir,  suspenziyaların  mənfi  temperaturlarda 
saxlanması və daşınması onların xassələrini kəskin pisləşdirir. 


224 
 
 Modifikasiya  edilmiş  tozşəkilli  ftoroplastlar  əsasında  örtüklər  temperatur 
dəyişkənliyinin  geniş  intervalında  —  dərin  dondurulmadan  yüksək  temperaturda 
bişirilməyə qədər, o cümlədən yüksək turşuluğa və yapışqanlılığa malik çovdar və 
çovdar-buğda  çörəyi  növlərinin  istehsalı  zamanı  qızardılma  pejimlərində 
yapışmaya qarşı (həm də yanmaya qarşı) xüsusiyyətlərini saxlaya bilir. Bu örtüklər 
çoxfunksiyalı  olub,  yalnız  yapışma  əleyhinə  deyil,  həm  də  korroziyaya  qarşı 
xüsusiyyətlərinə, eləcə də biotənəzzülə olan yüksək davamlılığa malikdir. 
Tozşəkilli  poliofinlər  əsasında  örtüklərdən  aşağı  və  orta  temperaturlu 
texnoloji  proseslərdə:  xəmir  yarımfabrikatlarının  dondurulması,  bölünməsi, 
formalanması, saxlanması  və  xəmir  kündələrinin daşınması zamanı avadanlıqların 
qorunması üçün istifadə etmək olar.  
Hal-hazırda  mürəkkəb  oksidlər  əsasında  yapışma  əleyhinə  örtüklər 
yaradılmışdır.  Nestexiometrik  tərkibli  qalay  oksidi  qatının  alınması  prosesini 
aşağıdakı sxemlə ifadə etmək olar:  
 
                       SnCl

+ 2H
2
O → SnO

+ 4HCl; 
                 SnO

+ bərpaedici → SnO + Sn + H

O; 
                            2SnO + O
2
 → 2SnO

                                            
2SnO → Sn + SnO
2         
 
 
Alınan qatlarının qalınlığı 1,0-dən 1,5mkm-ə qədərdir.  
Nestexiometrik  tərkibli  qalay  oksidindən  hazırlanmış  örtüklər  yapışma 
əleyhinə  ən  yaxşı  xüsusiyyətlərə  malikdir  və  zərərsizdirlər.  Qalayın  qida 
sənayesində tətbiq edilməsinə Sanitariya  və Gigiyena Nəzarəti Xidməti tərəfindən 
icazə verilmişdir.  
İri  şəhərlərdə  və  paytaxtda  çörəkbişirmə  sahəsinə  qoyulan  xarici 
avadanlıqlar teflon örtüklərlə təmin olunmuşdur. Bir qayda olaraq bu avadanlıqlar 
bahalıdır  və  nəzarət  xidmətində  yerləşir.  Dağılma  zamanı  tavaları  və  təbəqələri 
yenidən  örtük  çəkilməsi  üçün  istehsalçı  firmaya  göndərirlər.  Lakin  bu  xərclər 


225 
 
özünü  doğruldur,  belə  ki,  bu  ecazkar  materialın  üstünlükləri  ona  çəkilən  xərcləri 
konpensasiya edir. 
Teflon  qəribə  xüsusiyyətlərə  malikdir:  ən  kiçik  sürtünmə  əmsalı;  əla 
yapışmamaq  xüsusiyyəti  (materiala  heç  nə  yapışmır);  çox  yaxşı  dielektrik 
xüsusiyyətlər;  turşulara,  qələvilərə,  üzvi  məhlullara  qarşı  davamlılıq  (“çar 
arağında”  qaynatmaq  mümkündür);  bioloji  davamlıdır  (fermentlər  və  mikroblar 
təsir etmir); mexaniki möhkəmlik (-190)-(+260)ºC aralığında saxlanılır; işığa və su 
buxarına  qarşı  davamlıdır;  suyun  təsirinə  meylli  deyil;  kifayət  qədər  möhkəm  və 
uzunömürlüdür; yanan deyil; asan emal olunur; fizioloji cəhətdən neytraldır, BGA 
(Topdansatış və daxili ticarət üzrə Federal Birliyi), FDA (ABŞ dərman preparatları 
və ərzaq  mahsullarına nəzarət İdarəsi) və Rusya sanitar-epidemioloji nəzarəti  üzrə 
Dövlət Komitəsi tərəfindən qida sənayesində istifadəsinə icazə verilmişdir.  
Təsirsiz  olduğuna  görə  teflon  orqanizm  üçün  təmamilə  zərərsizdir.  Polimer 
örtük qatı zədələnsə və onun qırıntıları qidaya düşərsə, bu zaman narahatçılığa əsas 
yoxdur — onlar dəyişikliyə uğramadan mədə-bağırsaq sistemindən keçərək xaricə 
çxarılır.  Müasir  analiz  metodları,  məsələn,  qaz  xromatoqrafiyası  teflonun 
qızdırılması  zamanı  ayrılan  buxarların  tərkibini  ətraflı  öyrənməyə  imkan  verir. 
Tədqiqatlardan  biri  göstərmişdir  ki,  örtüklər  300ºC-dən  yuxarı  temperaturda 
qızdırıldıqda materialın komponentlərindən birinin tərkibində mövcud olan benzol 
ayrılır.  Lakin  bezolun  ayrılması  çox  deyildir  və  qabın  qızdırılma  dərəcəsindən 
asılıdır.  Çox  qızdırıldıqda  belə,  benzolun  miqdarı  bu  maddə  üçün  qoyulan 
təhlükəsizlik  həddini  aşmır.  Bununla  da,  teflonu  insan  üçün  ən  təhlükəsiz 
materiallara aid etmək olar. 
Teflonun rusiya analoqu ftoroplast-4 hesab olunur.  
Rusiyada  ftoroplastlar  1949-cu  ildən  istehsal  olunur.  Onlar  əsasən  yeyinti 
sənayesində  və  tibbdə  istiliyədavamlı  izolyasiya  materialı  kimi  istifadə  edilir. 
Rusiya  analoqu  əcnəbilərdən  heç  də  geri  qalmır,  qiyməti  isə  xeyli  aşağıdır.  Bu, 
köhnə avadanlıqlarla işləyən istehsalçılar üçün real çıxışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə