Mühazirə Çörək sənayesi haqqında ümumi məlumat Plan Giriş. Fənn haqqında ümumi məlumat


 Çörək - makaron məmulatlarının insanın qidalanmasında rolu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/86
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8895
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   86


 
2. Çörək - makaron məmulatlarının insanın qidalanmasında rolu. 
 
 
Çörək- bulka məmulatları - əsas qida məhsullarından biridir və normal insan 
fəaliyyəti  üçün  gərəkli  olan  qida  maddələri,  o  cümlədən    zülallar,  karbohidratlar, 
lipidlər,  vitaminlər,  mineral  maddələr  və  qida  lifləri  ilə  zəngindir.  Bu  qida 
məhsulları  yüksək  enerji  dəyəri  ilə,  rahat  həzm  olunma  və  yaxşı  mənimsənilməsi 
ilə  xarakterizə  olunur,  xoş  dada  malik  olub,  bir  çox  istehlak  məhsullarından  xeyli 
ucuzdur. 
 
Müasir insanin həyatında çörək mühüm rol oynayır. İnsanın qida rasionunda 
çörək-bulka  məmulatlarının  payı  onun  vərdişlərindən,  eləcə  də  onun  iqtisadi  və 
sosial  vəziyyətindən  asılıdır.  Bir  çox  inkişaf  etmiş  dünya  ölkələrində  çörəyin 
istehlak səviyyəsi qəbul olunan qidanın 20-25 %-ni təşkil edir. 
 250-300  q  çörək  məmulatının  (çörək,  yarma,  makaron)  qəbulu  nəticəsində 
insanın qidaya olan sutkalıq  tələbatının 1/3 hissəsi ödənmiş olur. Enerjisi 30-50 %, 
B  qrup  vitaminləri  50-60  %,  E  vitamini  80%  təmin  olunur.  B1,  B6,  PP,  E  və  fol 
turşusu  buğda  dənəsində,  çovdar  və  digər  kulturalarda  insanın  tələbatına  uyğun 
balanslaşdırılmışdır.  100  q  buğda  bu  vitaminlərdən  hər  birinin  sutkalıq  tələbatını 
20- 30 % ödəyir. 
 
 
                              3. Çörək-bulka məmulatlarının 
                                               əsas növləri. 
 
 
 Azərbaycan əhalinin istehlak etdiyi çörək növlərinin quruluşu və həcmi son 
on il ərzində        
nəzərə  çarpacaq  dərəcədə  dəyişilmişdir:  əla  növ  undan  hazırlanmış  çörək  -  bulka 
məmulatlarında  artım  baş  verdi.  Nəticədə,  insan  orqanizminə  B  qrup  vitaminləri, 
dəmir,  kalsium,  βo0-  karotin,  fol  turşusu  və  mineral  maddələrin  daxil  olması 
məhdudlaşdı . 
 



 
Çörək-  bulka  məmulatlarına  aşagıdakı  xammallar  əsasında  hazırlanmış 
məmulatlar  aiddir:  çovdar  unundan,  çovdar  unu  ilə  buğda  ununun  qarışığından, 
buğda  unundan    çörəklər,  bulkalar,  batonlar,  kömbələr,  hörüklər;  çörəkxanalarda 
forma və təbəqələrdə bişirilmiş çörəklər. 
Tərkibində  şəkər  və  14  %  yağ  olan  reseptura  əsasında  hazırlanmış 
məmulatları  yağlı çörəklər qrupuna aid edirlər; donetsk çörəyi, əla buğda unundan 
şirin  çörəklər,  kökələr,  bulkalar  və  50-200q  –lıq  xırda  məmulatlar;  qat-qat 
pirojnalar. 
Nəmliyi az olan (19 %- ə qədər ) çörək- bulka məmulatlarına aiddir: üzük və 
oval  formalı  barankalar,  bubliklər,  suşkilər,  buğda  unundan  yağlı  suxarılar, 
qızardılmış, xırçıldayan çörəklər və s. 
Milli çörək – bulka məmulatlarına lavaş və qoğallar aiddir. Onlar tərkibində 
əlavə məhsulların olması, xarakter forması və bişirilmə üsulları ilə seçilirlər. 
 
Şəkil 1.1.  Çörək- bulka məmulatlarının çeşidləri.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müxtəlif növ, 
sort unlardan: 
baranki məmulat 
ları(barankalar, 
bubliklər, 
suşkilər) 
suxarı məmulat- 
ları(suxarı,xırçıl-  
dayan çörəklər) 
çubuqlar 
çubuq çörəklər 
Sortlu buğda 
unundan: 
  batonlar 
  bulkalar 
  buruq–buruq 
 uzunsov buruq 
  girdə buğda  
  çörəyi 
  rojkilər 
  buynuzşəkilli 
  kömbələr 
Buğda unundan: 
 buğda 
 ağ 
 krasnoselski vəs. 
Çovdar unundan: 
 taxıl 
 bişmiş çovdar 
 və s. 
Müxtəlif növ unla- 
rın qarışığından: 
 Ukrainskiy  
 Borodinskiy 
 Podmoskovnıy
            
və s

Sortlu buğda 
unundan: 
  gülcüklər 
  nalşəkilli 
  duzlu bulka 
  nalşəkilli 
  daraqşəkilli 
  və s. 
Sortlu buğda 
unundan: 
  moskva bulkası 
  xamalı kökə 
  yağlı çörəklər 
      adi 
      vıborqlu 
   bulkalar 
      vətəndaş 
       yağlı 
    yağlı buruqlar 
    yağlı ağ bulka
 
    və s.    
  Çörək – bulka      məmulatları     
        Çörək 
 Bulka məmu –  
      latları 
Yağlı 
məmulatlar 
Nəmliyi azal- 
dılmış məmulatlar 
Xırda ədədi bulka 
məmulatları 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanın  istehsal  müəssisələrində  hazırlanan  çörək  –  bulka  çeşidləri 
içərisində pəhriz məmulatlarına rast gəlinir ki,  onlar xüsusi qidalanma və müxtəlif 
xəstəliklərin  profilaktikası  üçün  nəzərdə  tutulmuşdur.  Məhsulun  10  –  20  %-ni, 
ayrı- ayrı regionlarda isə 1 – 2 % - ni təşkil edir.  
Çörək  qrupuna  aid  məmulaltların  çeşidləri  unun  müxtəlif  sortlarının 
kombinasiyalarından 
istifadə  olunması  hesabına  genişləndirilir.  Bu  zaman  zülal  -    karbohidrat  nisbəti  
1:5,8–1:10,2  %  arasında  dəyişir,  sellülozanın  kütlə  payı  100q  çörəkdə  0,3-1,0  q 
təşkil edir. Enerji dəyərinin müxtəlifliyinə resepturada şəkər, yağ və patkanın kütlə 
paylarının  dəyişdirilməsi  ilə  nail  olunur.  Çörək  –  bulka  çeşidləri  arasında  buğda 
unundan  olan  məmulatlarda  zülal  –  karbohidrat  nisbəti  1:5,3  –  1:  6,9  arasında 
dəyişir.  Zülal  fərqi  çörəyin  hər  100  q  –  da  0,5  –  0,7  q  təşkil  edir.  Bulka  və  yağlı 
şəkərli  məmulatların  üzlü  süd,  quru  süd,  süd  zərdabı,  yumurta,  kəsmik,  bitki 
zülalları ilə zənginləşdirilməsi hər 100 q məmulatda zülalların kütlə payını 65–8,3 
q artırır. Bu məmulatların tərkibində artıq  miqdarda şəkər və yağ vardır ki, bunun 
da  nəticəsində  onların  enerji  dəyəri  63  kC–dan  84–118  kC–la  qədər  artmış  olur. 
Buğda  ununun    sortu  qalxdıqca  bioloji  aktiv  maddələrin  miqdarı  azalır. 
Pəhriz çörək – bulka məmulatları 
 
Duzsuz 
Turşuluğu azaldılmış 
Karbohidratı azaldılmış 
Zülalı azaldılmış 
Bitki lifləri artırılmış 
Lesitin və ya yulaf unu əlavə edilmiş 
Mikro- və makroelementlər(I, Ca, Fe, P və s.) artırılmış 
Aminturşularla zənginləşdirilmiş 
Vitaminləşdirilmiş 
Mayasız 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə