Mühazirə Çörək sənayesi haqqında ümumi məlumat Plan Giriş. Fənn haqqında ümumi məlumat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/86
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8895
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

220 
 
Yayan maşınların səthlərini 2-4 ºC temperatura qədər soyutduqda yapışmanı 
tamamilə aradan qaldırmaq mümkündür.  
Emal zonasında tikələrin yüksək sürətlə hərəkətinə və işçi orqanların xüsusi 
relyefli səthinə  malik olan  formalayıcı  maşınlara kündələrin  daha az yapışması  və 
daha  etibarlı  iş  xarakterikdir.  Bu,  emal  müddətinin  və  xəmir  kündələrinin  işçi 
orqanlarla təmas sahəsinin azalması ilə izah olunur.  
 
            9.6. Xəmir kündələrinin bişirilməsində tətbiq olunan 
      qəliblər və təbəqələr. Qəlib və təbəqələrin yapışmaya qarşı            
                                 örtükləri. Emulqatorlar. 
 
Çörəyi  qəliblərdə,  təbəqələrdə  və  ya  bilavasitə  sobanın  dibində  bişirirlər, 
buna  görə  də  məmulatların  sayı  və  sobanın  məhsuldarlığı  qəliblərin,  təbəqələrin 
ölçülərindən və məmulatın ölçüsündən asılıdır.  
Formalı çörək QOST  17327-88 standartına uyğun gələn qəliblərdə bişirilir.  
 
                   
9.1.  Çörək bişirilməsi üçün düzbucaqlı qəliblərin öçüləri. 
 
        
          Qəliblər  
          Çörəyin çəkisi, kq 
          Qəlibin ölçüsü, mm 
 
     çovdar 
 
     buğda 
 
    yuxarıdan 
 
   aşağıdan  
 
ŞAQ-3, ÇPQ-3, TAQ-3              1,5                        1,0                       250×140                 
210×100 
ŞAQ-5, ÇPQ-5, TAQ-5              1,0                        0,8                       220×110                 
190×80 
ŞAQ-4, ÇPQ-4, TAQ-4              1,0                        0,8                       235×115                 
205×85 


221 
 
ŞAQ-2, ÇPQ-2, TAQ-2              1,5                        1,3                       265×115                
235×85 
ŞAQ-1, ÇPQ-1, TAQ-1              2,0                         —                       290×150                 
260×120 
 
 
Q  e  y  d  .  Bütün  qəliblərin  hündürlüyü  115  sm-dir.  ŞAQ—    ştamplanmış 
alüminium qəlib, ÇPQ — çoxtikişli polad qəlib, TAQ — tökmə alüminium qəlib. 
Saxlama-soba aqreqatlarında çörək qəlibləri konveyerin rəflərinə bərkidirlər, 
xəmir  kündələrinin  qəliblərə  qoyulması  prosesi  mexanikləşdirilmişdir.  Formalı 
çörəyin  bişirilməsi  zamanı  saxlama  aqreqatı  ilə  ayrı-ayrı  quraşdırılmış  sobalarda, 
üç-üç  pərçimlənmiş  qəlibləri  saxlama  şkafı  və  sobanın  konveyrinin  rəflərinə 
qoyurlar.  
Formasız  məmulatların  böyük  hissəsi  (batonlar,  bulkalar,  dəyirmi  çörək  və 
b.) bilavasitə sobanın dibində bişirilir, məmulatların sobaya endirilməsi həm əl ilə, 
həm  də  mexanikləşdirilmiş  üsulla  həyata  keçirilir.  Kündələrin  mexanikləşdirilmiş 
yığılması lentli sobaların qurulduğu xətlərdə tətbiq edilir. Məmulatların konveyerli 
sobaların  dibində  bişirilməsi  zamanı  saxlanma  üçün  ölçüsü  sobanın  dibinin 
ölçüsünün  yüz  qatına  bərabər  saxlama  lövhələrindən  istifadə  etmək  olar.  Belə  ki, 
FTL-2 tipli sobada bişirilmə zamanı saxlama lövhələrinin ölçüsü 950×350mm-dir. 
Buruq,  girdə  çörəklər,  rojkilər,  xırda  bulkalar,  yağlı  çörəklər  ölçüsü 
620×340mm  olan  metal  təbəqələrdə  bişirilir,  kündələrin  saxlanması  da  elə  bu 
təbəqələrdə  baş  verir.  Sobanın  dibinə  kündələr  müəyyən  qayda  ilə  düzülür. 
Sobanın dibində və ya təbəqələrdə bişirilən kündələr arasında 2-4 sm ara olmalıdır.  
Konveyerli  sobaların  etibarlı  boşalmasını  təmin  etmək  üçün  çörəkbişirmə 
müəssisələrində qəlibləri və təbəqələri əl ilə yağlayırlar. Bu zaman bütün səth boyu 
bərabər  qalınlıqda  sürtməni  təmin  etmək  mümkün  deyildir.  Bu  isə  yalnız  yağın 
israfına  deyil,  həm  də  bişirilən  məmulatda  temperatur  sahələrinin  qeyri-bərabər 
paylanmasına  gətirib  çıxarır.  Göstərilən  əlverişsiz  amillər  öz  növbəsində, 
keyfiyyətsiz məhsulun çıxmasına səbəb olur. 


222 
 
Qəliblərin  və  təbəqələrin  yağlanması  üçün  avtomatlaşdırılmış  qurğuların 
işlənməsi  və  tətbiqi  yenə  də  bir  sıra  ümumi  nöqsanları  aradan  qaldıra  bilmir: 
texniki  sxemlərin  mürəkkəbləşdirilməsi  və  onun  etibarlılığının  azalması,  əlavə 
sərmayə  qoyuluşuna  ehtiyac,  yağların  və  yağ-su  emulsiyalarının  püskürdülməsi 
nəticəsində iş yerlərində yüksək qazlanma, bitki yağlarına qənaət edilməsi və yağ-
su  emulsiyalarından  istifadə  edilməsi  məsələsini  həll  etmək  olmur.  Hətta  daha 
effektiv  hesab  olunan  əks  emulsiya  (yağda  su)  50  %  qatılıqda  olan  emulsiyada 
onun  20-30  %-nə  qənaət  olunmasını  təmin  edir.  Daha  geniş  yayılmış  düzünə 
emulsiyadan  istifadə  zamanı  (suda  yağ)  ondan  hər  yerdə  qəti  imtina  edilməsinə 
səbəb olan nöqsanlar aşkar edilmişdir. 
Yanmaya  qarşı  örtüklərdən  istifadə  zamanı  əldə  edilən  istehsal 
mədəniyyətinin artırılması  və əmək şəraitinin  yaxşılaşdırılmasına  həmişə  vacib  və 
iqtisadi əhəmiyyətli amil kimi baxılmışdır, belə ki, iş  yerlərinin dövlət standartına 
uyğun olmaması təsirli cəza tədbirlərinin aparılmasına gətirib çıxarır. 
Yanmaya  qarşı  polimer  örtüklər  çörəyin  və  çörək-bulka  məmulatlarının 
bişirilmə  zamanı  yanmasının  qarşısını  alır,  avadanlıqların  işsiz  dayanmalarını  və 
xammal  itkisini  azaldır.  Bərkidilmiş  polimer  örtüklər  –  səthi  bir  bərabərdə  örtən 
nazik elastik təbəqə olub, yüksək suya davamlılığa fizioloji və termiki stabilliyə və 
qida  mühitlərinə  qarşı  münasibətdə  yapışmaya qarşı  xüsusiyyətlərə  malikdir. Belə 
örtüklərin  tətbiqi  hesabına  avadanlıq  və  qəliblərin  yağlanmasına  ehtiyac  olmur, 
belə  ki,  bunun  üçün  il  ərzində  on  min  tonlarla  bitki  və  heyvan  yağları  sərf  edilir. 
Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  işçi  səthlərin  yağlanması  üçün  istifadə  olunan 
yağlar  və  piylər  alınan  məhsulların  qida  dəyərini  yaxşılaşdırmır.  Əksinə,  bəzi 
hallarda,  məsələn,  məhsula  yağların  pirolizinin  kömürləşmiş  məhsullarının 
düşməsi və ya hazır məmulatlarda yanmış qabığın əmələ gəlməsi hesabına onların 
keyfiyyəti aşağı düşür.  
 
Silisium üzvi oliqomerlərin əsasında hazırlanmış yanmaya qarşı örtüklər çox 
da  pis  olmayan  yapışma  əleyhinə  xüsusiyyətlərə  malikdir  və  texnoloji  cəhətdən 
sərfəlidir.  Örtüklərin  əsas  qüsurları-  istilik  və  turşuya  davamlılığın  olmamasıdır. 
Buna  baxmayaraq  onlardan  orta  gücə  malik  sobalarda  çovdar  və  buğda  unu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə