Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Mühazirə 8 Akademik yazı qaydaları



Yüklə 262,04 Kb.
səhifə74/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   78
Mühazirələr 2021

Mühazirə 8

Akademik yazı qaydaları

Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və məsuliyyətin göstəricisidir. Hazırda yazı mədəniyyəti ilə bağlı orta və ali təhsil müəssisələrində müəyyən problemlər var; bir sıra obyektiv səbəblərdən bəzi elm adamlarının beynəlxalq akademik yazı qaydaları haqqında təsəvvürləri o qədər də geniş deyil, bəzən isə yetərincə məhduddur. Akademik yazılara məruzə, mühazirə, elmi icmal, monoqrafiya və s. daxildir.



Məruzə - şifahi monoloji nitqin mürəkkəb janrı olub, yazılı mətnə yaxın olan, müəyyən mövzuya (elmi, sosial-siyasi və b.) həsr olunmuş, dinləyicilər qarşısında verilən geniş məlumatdır. Məqsəd - toxunulan məsələlər üzrə dinləyicilərin fikrini formalaşdırmaq, sonrakı əməli fəaliyyətlərin xarakterini müəyyən etməkdir. Məruzənin şərhinin məntiqi mütənasib kompozisiyası, sübutluluğu ilə seçilir, burada danışanın şəxsiyyəti ikinci plana keçir. Bir qayda olaraq, məruzə kağızdan oxunur, improvizələrə və kənaraçıxmalara yol verilmir, bunu həm də əvvəlcədən hazırlanmış plan və tezislər sübut edir. Nitqin mövzusundan kənara çıxılması yalnız auditoriya ilə əks əlaqənin yaradılması üçün gərəkli olur və əvvəlcədən müəyyənləşdirilir. Məruzənin məzmunu mövzu və məruzəçinin qarşısına qoyduğu məqsədi ilə müəyyənləşdirilir. Hər şeydən əvvəl, vəziyyət təhlil edilir, məlumatlar verilir, vəzifələr qoyulur, tövsiyə verilir və qiymətləndirmə aparılır. Bir qayda olaraq, oxunduqdan sonra məruzə müzakirə edilir. Hesabat məruzəsi - bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və nəticələrini qiymətləndirir. Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşıda duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir. Onun məzmunu həm müzakirə edilir, həm də hansısa hissələri təshih edilir, ayn-ayn hissələri bəyənilir və bəzən fəaliyyət üçün proqram kimi qəbul edilir. Hesabat məruzəsi kollektiv yaradıcılığın nəticəsi ola bilər. Belə məruzədə, bir qayda olaraq, gözəl, bəlağətli nitqin başqa növlərində düzgün, yerində, bəzən isə zəruri olan ekspromt, yaxud improvizələr olmur. Məruzə bütün bölmə və müddəalarının düşünülmüş və ciddi dəlillərlə əsaslandırılmış olması, praktik istiqamətliliyi, nəticələrinin aydınlığı və tövsiyələrinin əsaslandırılmış olması ilə fərqlənir. Elmi məruzə elmi konfranslarda (simpozium, seminar, beynəlxalq konqreslərdə) edilir və o, quruluşuna görə mühazirə ilə oxşardır. Lakin mühazirədən fərqli olaraq, xüsusilə təbiət elmləri sahəsində məruzələr konkret sosial və digər tədqiqatlar, axtarışlar üzrə keçirilən eksperimentlərin ümumiləşdirilməsi olur. O, müəyyən bir məsələyə həsr edilir və nadir hallar istisna olmaqla elmi məruzədə elmi kəşf olmalı, yaxud məlum hadisələrə prinsipial cəhətdən yeni yanaşmaları əks etdirməlidir. Belə nitq, mühazirə kimi dəqiq dəlillərlə və sübutlarla əsaslandırılmış olması ilə fərqlənir. Elmi məruzə fərziyyə (hipotetik) xarakterli də ola bilər. Bu şəkildə çıxışda hələlik hər hansı konkret tədqiqatın nəticələri olmur; orada eksperiment yalnız nəzərdə tutulur, deməli ideya, yaxud bu növ açıq çıxışların əsas müddəaları axtarış, ehtimal kimi qəbul edilməlidir. Elmi məruzədə təcrübə üçün, xüsusilə yeni texnologiyanın, idarəetmə metodlarının və s. istehsalata (təhsilə) tətbiqi üçün konkret tövsiyələr ola bilər. Mühazirədən fərqli olaraq, elmi məruzə müzakirə, hətta kəskin diskussiyaların obyektinə çevrilə bilər. Mühazirə - tədris materialının elmi cəhətdən əsaslandırılmış şifahi şərhi olub, sistemli, sübut edilmiş və geniş şəkildə dəlillərlə 127 əsaslandırılmış, dəqiq müəyyən edilmiş məqsədə malikdir və biliklərin geniş yayılması formasıdır. Artıq məlum olan həqiqəti təsdiq etmək, yaxud yenisini kəşf etmək, problemi işıqlandırmaq, fərziyyə irəli sürmək və s. kimi informasiya məqsədindən başqa mühazirə, həm də dinləyicilərdə müzakirə edilən məsələyə maraq oyatmaq vəzifəsi daşıyır. İstənilən mühazirənin üç əsas məqsədi var: təhsil, maarifləndirmə, tərbiyə. Kütləvi auditoriya qarşısında çıxış olan elmi-kütləvi mühazirədən fərqli olaraq, akademik mühazirə daha çox informasiya verir, o, elm və təcrübənin son nailiyyətlərini nəzərə almaqla müəyyən biliklər verir, dinləyicilərə canlı elmi düşüncə, elmi düşüncələrin məntiqi qurulması, mövzunun inkişaf etdirilməsi nümunəsi göstərir. Əgər akademik mühazirə ciddi elmi şərhdirsə, burada mövzunun şərhi üstünlük təşkil edirsə, elmi-kütləvi mühazirə özünün informasiyalı-tərbiyəedici istiqaməti ilə seçilir, burada auditoriyaya təsir göstərilməsi üstünlük təşkil edir. Elmi-kütləvi mühazirə təkcə elmi yox, həm də sosial xarakterli nəticələrlə yekunlaşmalıdır. Bu nəticələr bütün cəmiyyətin və ayrılıqda insanın tələbləri ilə sıx bağlıdırsa, elmin özünün tələblərindən çox kənara çıxa bilər. Mühazirənin kompozisiya quruluşuna verilən əsas tələblər bunlardır: şərhin mütənasib məntiqi, mülahizələrin sistemliliyi, gerçəkliyin hadisələrini əsaslandırarkən isbatlılıq və dəlillərlə əsaslandırılmış olması. Mühazirənin mətni şifahi söz yaradıcılığının qanunlarına əsasən qurulur. Məruzədən fərqli olaraq, mühazirənin dil xüsusiyyətləri: kitab dilinin terminlərlə, mürəkkəb sözlər və ifadələrlə dolu olan fəlsəfi məzmunlu ciddi normalarından danışıq dilinin ünsürlərinə qədər - çox müxtəlifdir. Mühazirə həmişə şərhin müəyyən ətraflılığı, natiqin mülahizə və əqli nəticələrinin dərinliyi və dəlillərlə əsaslandırılması ilə fərqlənir və bir qayda olaraq, hər şeydən əvvəl, öyrədici əhəmiyyətə malikdir, dinləyiciyə müxtəlif, bəzən isə ziddiyyətli məlumatların başa düşülməsində kömək edir. Mühazirə düşüncə, fikir, müəyyən məsələ üzrə mövcud fikirlərin müqayisəsi, dərin nəzəri təhlil xarakterli də ola bilər, mühazirə düşünməyi bacaran auditoriya qarşısında oxunduğu üçün əvvəlcədən proqnozlaşdırılmış, eyni zamanda həmişə yeni və gözlənilməz olmalıdır, deməli, natiq «plan-improvizə» oxunun ətrafında hərəkət edə bilər. Mühazirənin geniş planı, onun məntiqi əsası - əsas suallar, mövzunun əvvəlcədən düşünülmüş şəkildə inkişafı, hazırlanmış dəlillər, bir məsələdən digərinə keçidin məntiqi, əvvəlcədən müəyyənləşdirilmiş, mühazirəni yekunlaşdıran nəticə - bir sözlə, başlanğıcın, məzmunun açılmasının və yekunlaşdınlmasının məzmunlu sxemi vaxt üzrə elə hesablanır ki, mühazirənin sübutla, mövzunun əsaslandırılması ilə bağlanan əsas məzmunu «başlanğıc»la (başlanğıc və məsələnin qoyuluşu) və əvvəlcədən müəyyənləşdirilmiş sonluq - nəticə ilə birlikdə reqlamentin çərçivəsinə yerləşsin. İmprovizə (lat. improvise - «gözlənilmədən») - mühazirənin gedişi zamanı ani, bir anda, əvvəlcədən planlaşdırılmadan baş verən, mühazirəçinin özü üçün də gözlənilməz olan, mühazirənin məntiqi «skelet»ini söz, intonasiya, jestlərlə ətə-qana gətirən yaradıcılıqdır. Belə bir fikir mövcuddur ki, ali məktəb mühazirəsi natiqlik sənətinə yaddır, natiqlər də ali məktəblərdə tribun yox, yalnız pedaqoqlardır. Lektor-pedaqoq üslubunun tərəfdarları qeyd edir ki, mühazirədə ən başlıcası elmilik, ciddi məntiq, faktlar və dəlillərin qüvvəsinin mövcudluğudur. Lakin mühazirə «quru» və hər hansı emosiyadan azad olmamalıdır. Əlbəttə, jannna görə müxtəlif mühazirələr mövcuddur: yalnız təhsilləndirici və maarifləndirici, nəzəri, başlanğıc, təbliği, yaxud tanışlıq, icmal və s. Lakin ciddi elmilik tələblərinə cavab verən istənilən mühazirə yalnız şüura yönəldilərək, dərketmə prosesində duyğulan nəzərə almaya bilməz. Qavrama mexanizmindən psixoloji komponenti çıxarmaq mümkün deyil


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə