Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə72/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   78
Mühazirələr 2021

Fəaliyyətə səsləyən nitq. Fəaliyyətə səsləyən nitqlər də bütün digərləri kimi faktik məlumata malik olur, psixoloji həssaslıq oyadır, razılığa gətirir, bundan başqa, özünəməxsus xüsusiyyətə malik olur, dinləyiciləri natiqin səslədiyi hərəkəti yerinə yetirmək tələbatını duymağa məcbur edirlər. Dinləyiciləri fəaliyyətə - yeni, yaxud əvvəlkinin davam etdirilməsinə, yaxud dayandırılmasına səsləyirlər - deməli onları inandırıblar. Fəaliyyətə çağınş birbaşa və ya dolayısı ilə olur; hərəkət nə zamansa, yaxud həmin anda başlaya bilər. Lakin bu zaman auditoriyada olmayanların yox, yalnız dinləyicilərin hərəkəti nəzərdə tutulur.

Fəaliyyətə çağırış xarakterli nitqə hazırlaşarkən natiq aşağıdakı şərtlərə əməl etməlidir:

1. Mövzunun dinləyicilər üçün aktual olmasını nəzərə almalıdır;

2. Dinləyicilərə təklif edilən fəaliyyət növünü, yaxud çağırışı onların yerinə yetirmək imkanlarını dəyərləndirməlidir;

3. Müxalifətin nə qədər qüvvətli olduğunu müəyyənləşdirməlidir; dinləyiciləri fəal hərəkətə səsləmək mümkündür, yoxsa yalnız onları inandırmaqla kifayətlənməlidir; 4. Dinləyicilərə təklif edilən fəaliyyət proqramını onların tələbatlarının ödənilməsi ilə əlaqələndirməlidir.

Fəaliyyətə səsləyən nitqin yaradılmasının aparıcı prinsipləri aşağıdakılardır:

1. Arzu olunan hərəkətin kompleks motivasiyası prinsipi. Oyadıcı nitqdəki çağırış motivləşdirici olmayan, yaxud kifayət qədər motivləşdirilməyən olduqda (pis hərəkət etmə, özünü yaxşı apar, demokrata səs ver və s . ) bir qayda olaraq, cavab reaksiyası doğurmur, deməli, natiq auditoriyanın xüsusiyyətlərini və ünsiyyət vəziyyətini nəzərə almaqla, fəaliyyətə çağırışı motivlər kompleksi ilə möhkəmləndirməlidir. Bu nitqdə auditoriyanın eyni zamanda bir neçə tələbatına ( fiziki, iqtisadi, sosial, oyun və s .) müraciət olmalıdır. Fəaliyyətə çağırarkən nitqi elə qurmaq mümkündür ki, onun hər bir bölməsində fəaliyyətin xüsusi motivinə göstəriş mövcud olsun. Motivlərin daha tez-tez uyğunlaşması bir tərəfdən məsuliyyəti, yaxud borc hissini və digər tərəfdən şəxsi mənafeyi birləşdirir.

2. Müsbət çağırışların mənfi çağırışlara nisbətən üstünlük təşkil etməsi. Natiqin auditoriyanı səslədiyi fəaliyyət (yaxud fəaliyyət üçün proqram) çox zaman vəsait, səy, vaxt itkisi, bir qisim rahatlıqlardan imtina ilə bağlıdır. Bu səbəbdən də nitqin istiqamətverici bölümlərində təklifinizin xeyrinə olan müsbət hisslər yaratmaq lazımdır. Müsbət motivasiya mütləq mənfidən üstün olmalıdır ki, nitq tələb olunan səmərəni versin. Qeyd edək ki, borc hissinə müraciət edən çağırışlar az həvəsləndirən və çox da xoşagələn olmayan məsuliyyət hissini ön plana çəkməməlidir; belə çağırışlar qürur hissinə, ümumi işə sədaqət hissinə, qüvvə və üstünlük duyğusuna və s. müraciətlə uzlaşmalıdır.

3. Gözlənilən fəaliyyət reaksiyasının maksimum konkretləşdirilməsi prinsipi. Dinləyicilərin arzu olunan fəaliyyət reaksiyasını əldə etmək üçün nitqin əsas hissəsində baş ideyanı təsvir edən konkret nümunələrdən istifadə edilməsi daha məqsədəuyğundur, nəinki çoxsaylı faktlardan istifadə edilməsi. Oyandıncı nitqin yekununda, bir qayda olaraq, həm bilavasitə fəaliyyətə çağırış olur, həm də fəaliyyətin konkret xarakteri göstərilir. Çox zaman əgər kifayət qədər əsaslandırılmış motivasiyadan istifadə edilibsə, hərəkətə keçmək çağırışı bütünlükdə yalnız nitqin yekun hissəsinə daxil olur və onu tam əvəz edir. Bu halda bir-iki ifadə kifayət edir. Həyəcanlı şüarların dalbadal düzülməsi kimi ənənəvi, lakin köhnəlmiş üsuldan mütləq uzaqlaşmaq, əgər bəzən onlardan istifadə etsəniz belə, onları diqqətlə seçmək lazımdır. Bəzi zəruri izahatlann olmaması auditoriyada çaşqınlıq yaradar və onların təklif edilən fəaliyyətdən yayınmasını asanlaşdırar. Çağınş edilən fəaliyyətlər elə bəsit və asan görünməlidir ki, dinləyici onunla sadəcə razılaşsın və ona qarşı çıxmasın. Lakin əgər siz auditoriyanın təklif ediləni yerinə yetirəcəyinə inanmırsınızsa, onda bunu xahiş etmək qətiyyən lazım deyil.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə