Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Nitqin məzmununa görə növləri



Yüklə 262,04 Kb.
səhifə70/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   78
Mühazirələr 2021

Nitqin məzmununa görə növləri

İnformasiya (məlumat) verən nitq. Məlumatlandırcı nitqin məqsədi - yenini dərk etmək və mənimsəməkdə kömək göstərmək, fənn (yaxud obyekt) haqqında anlayış verməkdir. Bu isə yalnız nitq aydın və maraqlı olduqda mümkündür. Məlumatverici nitqin aşağıdakı xüsusiyyətləri vardır:

1. məlumatın aktuallığı;

2. mübahisəli anların olmaması;

3. dinləyicilərin marağını oyadan ünsürlərin mövcudluğu;

4. dinləyicilərin informasiya-intellektual tələblərinin təmin edilməsi (natiqin və auditoriyanın bütün suallarına cavab verilməsi).

Məlumatverici nitq ilk sözündən son sözünə kimi - əvvəlcədən düşünülmüş planın məhsuludur. Əks halda o, dolaşıq və maraqsız olacaqdır. Həm aydın, həm də cəlbedici olması üçün nitq dinləyicinin maraqlan nəzərə alınmaqla, köhnə və yeni ünsürlərin məqsədyönlü şəkildə uzlaşdınlması əsasında qurulmalı, hər hissəsi ayn-aynlıqda və bütünlükdə konkret olmalıdır. Bu funksional yönümlü çıxışlar müasir cəmiyyətin informasiya tələbatlarının sürətli intensivləşməsi şəraitində daha çox gərəkli olur. Elm və ona əsaslanan yüksək texnologiyalar bu gün, ictimai münasibətlərin ötürülməsində əsas amilə çevrilmişdir. Dünyanın aparıcı ölkələri informasiyalı, yəni biliklərə əsaslanan cəmiyyətlərə çevrilmişdir.

Məlumatverici nitqin mühüm janrlarına xronikal və elmi məlumatlar, hesabat və tədqiqat məruzələri, akademik və elmi-kütləvi mühazirə, siyasi icmal və elmi xülasələr aid edilir.

Məlumatverici nitqin yaradılmasının aparıcı prinsiplərini nəzərdən keçirək:

1. Natiqin «ehtiyat bilikləri» prinsipi. Ən qüvvətli təsir bağışlayan nitqlər biliklərin dolğunluğu nəticəsində meydana gəlir. Bunun üçün elə böyük biliklər ehtiyatı olmalıdır ki, onlardan ən lazımlı olanını seçmək mümkün olsun. Öyrənmə ağacının budaqları çoxdur, kökləri dərinə işləyib. Müəllif informasiyaverici nitqə daxil olacağından əhəmiyyətli dərəcədə çox miqdarda material hazırlayır, belə ki, məlumatların bir qismi yalnız məruzəçiyə məsələnin dərindən və hərtərəfli anlaşılması üçün gərəkli ola bilər. Hər hansı məsələnin izahı zamam obyektiv olmaqdan ötrü, yazısı ilə tanış olduğunuz ilk müəlliflə, yaxud ideyaları sizinkilərlə üst-üstə düşən mənbələrlə razılaşmaq lazım deyil. Bəlkə də, ətraflı öyrəndikdən sonra siz şəxsi mövqeyinizi dəyişməli olacaqsınız. Ev tikintisi zamanı çox sayda taxta materialından istifadə edilib, tikinti başa çatandan sonra onlar yığışdırıldığı kimi, yalnız mövzunun işlənilməsi zamanı böyük həcmdə material gərəkli olur, hazırlıq bitdikdən sonra yalnız auditoriyaya veriləcək material qalır.

2. İşıqlandırılan faktların seçilməsi zamanı sərtlik prinsipi onu bildirir ki, gətirilən faktlar, rəqəmlər, adlar, tarixlər, nümunələr, sitatlar yerində, kifayət qədər və yoxlanmış olmalı, əsaslandırılmış, yaxud illüstrasiya edilmiş müddəalara uyğun gəlməlidir. Natiq faktik materialı nümunə göstərərkən dəqiq mənbəyə istinad etməli, yaxud bu zəruri olmadıqda, kiçik bir sitat gətirildikdə, müəllifin, yaxud həm də onun müvafiq məqaləsinin adı çəkilməlidir. Verilən statistik məlumatların mənbənin etibarlılığı və bitərəfliyi baxımından yoxlanması zəruridir.

3. Məlum olanla yeninin qarşılıqlı əlaqəsi prinsipi. Dinləyici və tamaşaçını yeni olan, köhnələrə bənzəməyən, lakin onunla bilavasitə əlaqəsi olan bütün məsələlər maraqlandınr. Məlumatverici nitqin hazırlanması zamanı adi məsələləri maraqlı, yeniləri isə anlaşıqlı etmək zəruridir. Birincisi, əgər mövzu yeni deyilsə, onu yeni faktlarla və ən vacib maraqlarla əlaqədə inkişaf etdirirlər. İkincisi, əgər mövzu yeni və qeyri-adidirsə, onu artıq məlum olan faktlara və həyat təcrübəsinə əsaslanaraq inkişaf etdirirlər. Yeni və köhnəyə aid ünsürlər eyniyyət və ziddiyyətlərin qarşılaşdınlması yolu ilə aydınlaşdırılır. Həqiqətən də, yenini başa düşmək onun köhnə ilə nə qədər oxşar və məlumdan nə qədər fərqli olduğunu görmək deməkdir. Müqayisələr hər şeyi öyrənmək həvəsini oyadır və təmin edir.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə