Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə73/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   78
Mühazirələr 2021

Ruhlandırıcı nitq. Ruhlandırıcı nitq insanların hiss və arzularına yönələrək, ən yaxşı mənəvi duyğuların oyadılması məqsədi daşıyır, dinləyiciləri vətəndaşlıq borcunun şəxsi mənafedən üstün olması fikrinə istiqamətləndirir. Ruhlandırıcı nitqdə yeni məlumat və faktlardan istifadə olunmur. Onun məqsədi - dinləyicilərin diqqətini artıq məlum olan, lakin dərindən dərk edilməmiş məsələlərə cəlb etmək, ilk növbədə, hisslərə təsir etmək, mənəvi həyatı fəallaşdırmaqdır. Ruhlandırıcı nitqin əsas janrları bunlardır: hərbi vətənpərvərlik məzmunlu çıxışlar, salamlama, təbrik və başsağlığı nitqləri, dini natiqlik və s.

Ruhlandırıcı nitqin yaradılmasının aparıcı prinsipləri aşağıdakılardır:

1. Təmkinli coşqunluq prinsipi. Ruhlandıncı nitq insanın hislərinə istiqamətləndiyi üçün, onlann ifadəsində səmimi, təmkinli və ləyaqətli olmalıdır; hədsiz emosionallıq, sentimentallıq nitqin intonasiyasım qeyri-səmimi edir, natiq isə dinləyicilərin gözündə ləyaqətini itirir. Bu səbəbdən, öz emosiyalarına yox, emosiyaları yarada biləcək faktlara müraciət edilməlidir. Əgər natiq dinləyicilərdə müsbət emosiyalar yaratmaq istəyir və müsbət hislərə müraciət edirsə, auditoriyanın həyəcanlılıq səviyyəsini nəzərə almalı, insanları hər şeyi əlvan görməyə məcbur etməməlidir.

2. Nitqin qəlib formalarının qarşısının alınması prinsipi. İnsanlar duyğularına aid olan hər şeyə mərifətli, təmkinli münasibət bəslənməsinə üstünlük verirlər. Səmimiyyət, dərin təsirlilik yalnız nitqin intonasiyasından yox, həm də onun formasından- çıxış edənin seçdiyi söz və ifadələrdən asılıdır. Nitqin bəzəkverici ünsürləri - epitetlər, metaforalar və s. çox ciddi seçimə məruz qalmalıdır; burada qəliblərə, şablonlaşmış metaforalara yer yoxdur. Ruhlandırıcı nitq - həmişə məlum, dinləyicilərə yaxın olan məsələ haqqında yeni, bu səbəbdən də təsirli olan sözdür.

3. Mədhiyyəçilik prinsipi. Bu prinsip tərifedici məzmunlu nitqlər üçün nəzərdə tutulur və səbəbkarın ünvanına tənqidin, mənfi ünsüurlərin nitqdən çıxarılmasını tələb edir. Əyləncəli və şəxsi (ən məxfi) nitq.



Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə