Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə77/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   78
Mühazirələr 2021

Azərbaycan dərsliyi. Azərbaycanda ilk əsaslı dərs vəsaitinin yaranması tarixi 1876-cı ildən fəaliyyət göstərən Qori seminariyası ilə bağlıdır. Qori seminariyası ziyalıların yeni nəslinin yetişməsi, onların şəxsində Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamışdır.

Azərbaycan dilində tədris kitabının yaranması tarixi də həmin dövrlə bağlıdır. Məlumdur ki, Mirzə Şəfi Vazeh Tiflisdə dərs dediyi zaman Moskvada oxumuş, Mirzə Kazım bəyin tələbələsi ilə birlikdə "Kitabi-türki" adlı bir dərslik tərtib etmişdir (1852). Lakin XIX əsrin 60-70-ci illərində həmin dərs vəsaiti bir qədər köhnəldiyinə və təkrar çap olunmadığına görə uzunömürlüyü ilə seçilməmişdir. Beləliklə, həm azərbaycanlı məktəbliləri dərs öyrənmək, həm də azərbaycanlı müəllimləri Ana dilində dərs demək üçün sərəncamlarında dərsliyin olmaması problemi ilə üzləşirdilər.

1881 ilin yanvar ayının 26-da Qafqaz canişini nin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqaz da yaşayan xalqların nümayəndələri dərslərini ilk tədris ilində öz Ana dillərində almalı idilər. Lakin, deyildiyi kimi, Azərbaycan dilində dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı. Bu səbəbdən, dərsliyin tezliklə tərtib tapması artıq dövlət əhəmiyyətli işə çevrilərək həmin illərdə Qori seminariyasının Azərbaycan şöbəsinin ilk inspektoru olmuş Aleksey Osipoviç Çernyayevski yə həvalə olunur. 1882-ci ildə A.O.Çernyayevskinin topladığı material əsasında Vətən dili adlanan dərsliyin birinci hissəsi (Vətən dili, I hissə) işıq üzü görmüşdür.

Qırx ilə (!) yaxın bir müddət ərzində Cənubi Qafqazda аzərbaycanlı uşaqlar və müəllimlər üçün mükəmməl dərs vəsaiti olan "Vətən dili" Üzeyir bəy Hacıbəyov, Müslüm Maqomayev, Nəriman Nərimanov, Süleyman Sani Axundov və başqa yüzlərlə Azərbaycan ziyalısının dərsliyi olmuşdur.

Təhsil sisteminin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır. Onlara passiv müşahidəçi yox, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirə bilən şagird olmaq üçün imkan verir.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə