Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə71/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   78
Mühazirələr 2021

İnandırıcı nitq. İnandırmaq - hər hansı müddəanı məntiqi dəlillərlə sübut, yaxud rədd etməkdir. Bu, sırf məntiqi məsələdir. Təcrübədə belə nitqləri təbliği hesab edirlər, bu zaman natiq istənilən vasitələrlə - istər məntiqi, istərsə də psixoloji üsullarla mübahisəli məsələlərdə razılaşma əldə etməyə çalışır. Belə nitq təfəkkür və davranış tərzini müəyyən etməyə yönəldilmiş olur, lakin bilavasitə hərəkətə çağınş etmir. İnandırıcı nitqin mühüm janrları aşağıdakılardır: siyasi və iqtisadi proqramlar, parlamentdəki çıxışlar, ittiham, yaxud müdafiə və özünümüdafiə nitqi və s. Siyasi nitq günün aktual məsələlərinə həsr edilir və adətən, proqram xarakteri daşıyır. Belə nitq həmin anın tələbini əks etdirir, orada dəlillər inandırıcı, problemlərin qoyuluşu dəqiq olur. Siyasi nitq böyük səfərbəredici qüvvəyə malikdir və bir qayda olaraq, rəhbər, lider tərəfindən söylənir. Nitq oxunur və proqram sənəd olduğu üçün orada məcaziliyə, ikimənalılığa və improvizələrə yol vermək olmaz.

İnandırıcı nitqin qurulması prinsiplərini nəzərdən keçirək:

1. İstənilən növ inandırıcı nitq vahid dəlillər sistemindən ibarətdir ki, onun tərtibi zamam məqsədəuyğun-məntiqi və emosional-ritorik əsaslandırma, mülahizə və təlqinin uzlaşdırılması prinsipi üstünlük təşkil edir.

İnandırıcı nitqə arzuolunan cavab - dinləyicinin məqsədyönlü düşüncəyə və bunun nəticəsi kimi fəaliyyətə yönəlmək istəyidir. İnandırma prosesi həm şüur, həm də duyğular səviyyəsində gedir, yəni bu zaman məntiqi və psixoloji dəlillərdən istifadə olunur. Auditoriyanın nəzər-nöqtəsinə yalnız iki metodla- inandırma və təlqinetmə ilə təsir göstərmək mümkündür. Bu təsir üsulları bir-birindən ayrılıqda mövcud ola bilməz

2. İnandıncı nitqin qurulması zamanı dəlillərin kəmiyyətindən çox, keyfiyyətli seçilməsi prinsipinə üstünlük verilməlidir (klassik yanaşmada «dəlilləri saymır, çəkirlər»). Dəlil - məntiqi sübutdur, onun həqiqiliyi təcrübədə yoxlanıb və isbat edilib


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə