Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə78/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   78
Mühazirələr 2021

Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək və yeni tədris metodlarının inkişafına yardım edir. Ənənəvi öyrənmə formalarını zənginləşdirir.

Elektron dərsliklərin üstünlükləri hansılardır?

- Müxtəlif istifadə formatları – onlayn və ya oflayn rejimdə

- Kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının mövcudluğu

- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər xüsusiyyətlər

- Böyük həcmli məlumatların saxlanması

- Mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü

- Rahat istifadə - axtarış sisteminin mövcudluğu

- Mobillik – hər yerdə və hər zaman.

Annotasiya — Latınca "annotomik" sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. Ədəbi dildə annotasiyanın mənası kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir. Annotasiyanın vasitəsi ilə tələbə hər hansı bir kitabın məzmunu ilə daha yaxın tanış ola bilir.

Annotasiyada aşağıdakılar öz əksini tapmalıdır:

Kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi;

Kitabın müəllifinin adı və soyadı;

Kitabda nələrdən bəhs olunması,

İzahı.

Annotasiyanı, əsasən, əsərin müəllifi yazır və məqsədini bir neçə cümlə ilə şərh edir. Məs.: Azərbaycan dilində vurğu lüğətinə dair annotasiya belə verilir:



Annotasiya – kitabın, əlyazmasının, monoqrafiyanın, məqalənin və ya digər nəşrin qısa məzmunu, eləcə də onun qısa xarakteristikasıdır. Müasir elmi jurnallarda annotasiyanı adətən məqalənin əvvəlində yerləşdirirlər (başlıqdan, müəlliflərdən və açar sözlərindən sonra). İngilisdilli ədəbiyyatda annotasiya çox vaxt “Abstract” başlığı altında verilir.

Tezis. “Tezis”-yunan sözü olub yer, məkan deməkdir. Kurs və ya diplom işlərində, məruzədə qoyulan əsas məsələlər 1-2 səhifə həcmində tezisdə öz əksini tapmalıdır. Qısa və yığcam formada məruzənin, məqalənin və s. məzmunu haqqında məlumat verilməlidir. Tədqiqatın məqsədi, metodları, məqalə müəllifinin gəldiyi nəticə barədə informasiya çatdırılmalıdır. Tezislə tanış olan şəxsdə həmin məruzənin elmi yeniliyi və aktuallığı haqda təəssürat, məlumat yaranmalı, formalaşmalıdır.

Tezislər əvvəlcədən Tələbə elmi- praktik konfraslarının, forumlarının, seminarlarının təşkilatçılarına təqdim edilir. Ya da belə tədbirlərin yekun hesabatı kimi elmi jurnalda dərc olunur.



Elmi məqalə. Məqalə aşağıdakı tələblərə cavab verməlidir:

  1. Hər hansı bir problemin həllinə yönəlməlidir.

  2. Məntqi cəhətdən tamamlanmış olmalıdır.

  3. Məqalədə elmi metoddan istifadə edərək problemi həll etmək lazımdır.

  4. Tədqiqatın aktuallığı, məqsəd və vəzifələri göstəriməlidir.

  5. Elmi məqalədə verilən ideyalarda elmi yenilik olmalıdır.

Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə