Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/46
tarix22.03.2024
ölçüsü0,88 Mb.
#183648
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
documents-5-file en (1)

1.3. Rotasiya 
üsulu ilə seçməni müəyyən edən bəzi amillər
 
Müəyyən müddət ərzində məlumatların yekunlaşdırılması zamanı kəsişməyən 
seçmələr daha səmərəli olur. (Buna görə dövrlər kəsişməyən alt dövrlərə bölürlər). 
Xüsusi qrupların tətbiqi zamanı kəsişən seçmələr üçün də
qiymətləndirmələrin 
dəqiqliyini artırmaq olar. Kəsişən son vahidlər qrupu üçün belə üstünlük bəzən 
əhəmiyyətli ola bilər. Ancaq kəsişən seçmələr üçün dövrdən dövrə dəyişikliklərin 
qiymətləndirilməsi çox əhəmiyyətli olur. Şübhəsiz, ümumi dəyişikliklərin nəzərə 
alınması üçün qrup müayinədə olduğu kimi dövrdən dövrə eyni vahidlər müayinə 
olunmalıdır.
Kəsişmə dərəcəsi, həmçinin rotasiya sxemi dəyişikliklərin nəzərə alındığı dövr 
və ya dövrlərin uzunluğundan da asılıdır. Daha sadə seçmə müayinənin qonşu
dövr
ləri arasında dəyişikliklər qeydiyyatda hesablanmışdır, belə ki, bu dövrlər üçün 
kəsişmə dərəcəsi maksimum olur. Daha mürəkkəb sxemlər bir
-
birindən uzaq olan 
dövrlər üçün seçmələrin daha çox kəsişməsinə aparır.
Rotasiya üsulu ilə seçilmə zamanı, şübhəsiz, maliyyə və təşkilati amillərə 
diqqət etmək lazımdır. Seçmə vahidlərinin əvəz olunması xərclərin artmasına səbəb 
olur. Seçmə üçün materialların hazırlanması xərcləri, sorğu aparanların yerlərinin 
dəyişdirilməsi, yeni respondentlərin aşkar edilməsi və onlarla əlaqə yaradılması 
xərcləri artırır. Göstərilən xərclər ilkin seçmə vahidlərinin və ya seçmənin digər 
yüksək səviyyəsində vahidlərin dəyişdirilməsi (əvəz olunması) zamanı daha çox olur. 
Statistik səmərəlilik və respondentlərin statistik yükünün azaldılması nöqteyi
-
nəzərindən vahidləri daha aşağı səviyyələrdə əvəz etmək məqsədəuyğundur. Bu 
səbəbdən rotasiya, adətən, son vahidlər səviyyəsində daha tez
-
tez olur, ilkin seçmə 
vahidləri səviyyəsində daha az olur və ya heç olmur.
Seçmədə vahidlərin saxlanılması respondentlərin artmasına, cavabların tam 
alınmamasına və məlumatların keyfiyyətinin azalmasına səbəb ola bilir. Müəyyən 


edilmişdir ki, fərq əvvəllər bir və ya bir neçə dəfə istifadə olunmuş alt seçmələrlə 
birinci dəfə istifadə olunan alt seçmələrin müqayisəsi zamanı daha aydın aşkar edilir. 
Respondentlərin məqsədəuyğun təkrar sorğulanma tədbirləri müayinənin 
aparılmasının sosial
-
mədəni şərtlərindən (mühitindən), müayinənin təyinatından və 
məzmunundan, müayinəni aparan təşkilatın xarakterindən və cəlb edilmiş sorğu 
aparanların hazırlığından asılıdır. İnkişaf etməkdə olan ölkələrin çoxunda, xüsusilə 
kənd yerlərində əhali statistik müayinəni aparan rəsmi və ya ictimai təşkilatlarla çox 
vaxt həvəslə əməkdaşlıq edir. Ancaq belə əməkdaşlığı təminatlı hesab etmək olmaz. 
Problemlər dövrdən dövrə alınmış cavabların, hətta eyni şəxsə aid informasiyanın 
dəyişmələri ilə əlaqədar əmələ gələ bilər. Bu, xüsusilə, cavabları “etibarnamə üzrə” 
almağa icazə verilən zaman aydın aşkar olur.
Seçmə vahidlərinin saxlanılması zamanı digər problemlə də, məhz, 
respondentlərin olduğu yeri və oxşarlığını tapmağa (tədqiq etməyə) cəhd edərkən 
meydana çıxan çətinliklərlə də qarşılaşmaq olar. Bir sıra hallarda problemin 
kəskinliyini (gərginliyini) mövcud əhalinin, daha mobil ailələrin və fərdlərin əvəzinə 
daha stabil (sabit) struktur vahidlərinin (yaşayış vahidləri, girişlər və s.) seçilməsi yolu 
ilə bir qədər azaltmaq olar. Bu, dövrlər arasında vahidlərin (fərdlərin və ev 
təsərrüfatlarının) real kəsişməsini azaldır. 
Kənarlaşdırılan vahidlərin əvəz edilməsi. 
Seçmə vahidlərinin dövrdən dövrə 
ərazi vahidlərinin rotasiyası (əvəz edilməsi) baş verən müayinəni nəzərdən keçirək. 
Müəyyən müddətdə kiçik qruplarda bütün ərazi vahidləri ”istifadə edilmiş” olar. Belə 
vəziyyətdə prosesi davam etdirmək
üçün ya a) seçmədə olan ərazi vahidlərini təkrar 
istifadə etmək, ya da b) istifadə olunmuş qrupları əvvəllər müayinə olunmamış 
qruplarla əvəz etmək olar. Birinci variant sadə və ucuzdur, lakin bəzən bu variantı 
eyni respondentlərin dəfələrlə sorğulanması zamanı respondentlərin əlavə yüklənməsi 
və cavabların “kənarlaşması” ilə əlaqədar arzu edilməz hesab edirlər. İkinci variant 
kiçik vahidlərin tədrici kənarlaşdırılması nəticəsində seçmədir (əgər belə 
kənarlaşmaların qarşısını almaq üçün xüsusi əməliyyatlar
tətbiq edilməmişsə).
Təcrübədə çox hallarda “təkrar olunmayan dəyişən ” əsasında qrup və ya ərazi 
seçiminə müraciət edirlər, bu metod isə, eyni məcmuya dəfələrlə tətbiq edilmək üçün 
nəzəri cəhətdən mürəkkəbdir. Daha sadəsi, kiçik qrupları kifayət dərəcədə
böyük 
vahidlər şəklində qruplaşdırmaq, sonra isə bu böyük vahidləri seçmə və rotasiya üçün 
istifadə etməkdir. 
Seçmə həcminə nəzarət. 
Daimi müayinələr üçün seçmə ilə əlaqədar bir məsələ 
seçmənin həcminin həmişə tələb olunan səviyyədə qalmasını təmin etmək
zərurətidir. 
Sxem və qeyd olunmuş seçmə vahidləri uzun dövr ərzində dəyişməz qaldığı zaman 
öyrənilən məcmunun təbii artımı ilə əlaqədar olaraq seçmə həcminin avtomatik 
artırılma meyli müşahidə olunur. Seçmə məcmusunun həcminin sabit qalması üçün 
dövri ola
raq seçimi korrektə etmək lazımdır. Sadə metod müvafiq sabit vuruq 
əsasında və hər dövr və ya dövrlər qrupu üçün yeni seçmə məcmusunun ölçüsünə görə 
ümumi seçmə məcmusunu azaltmaqdır.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə