Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix22.03.2024
ölçüsü0,88 Mb.
#183648
1   ...   5   6   7   8   9   10   11   12   ...   46
documents-5-file en (1)

1.4. 
Seçmənin rotasiya üsuluna dair beynəlxalq təcrübə
 
Seçmə vahidlərinin rotasiyası bir dövrdən digər dövrə keçdikdə seçmə 
məcmunun bəzi vahidlərinin yeni vahidlərlə əvəz edilməsini göstərir. Sosial 


müayinələrdə rotasiyanın üsulu, toplanmış məlumatların “simmetrik”liyini təmin 
edir. Seçmə vahidlərinin yeni çoxluqları seçməyə müntəzəm fasilələr (intervallar) 
vasitəsilə daxil edilir, sonra isə hər çoxluq seçmədə saxlanılır və ya vahid sxem üzrə 
seçmədən çıxarılır. Belə sistem bir dövrdən digərinə keçdikdə və müəyyən zaman 
kəsiyi ilə ayrılmış (bölünmüş) iki dövr arasında kəsişmələrin qeyd olunmuş 
səviyyəsini (dərəcəsini) təmin edir. Bir neçə misalla aydınlaşdıraq.
1.Honkonqda ildə iki dəfə aparılan müayinə üçün seçmə siyahıyaalma 
məlumatları üzrə 10%
-
lik “baş seçmə məcmusu” bazasında yerinə yetirilir. O, 15 
bərabər (eyni) qiymətli alt seçmələrə bölünmüşdür. Hər yarımillik dövrdə iki alt 
seçmə məcmu müayinə edilir: Bu alt seçmə məcmularından biri əvvəlki dövrdə 
müayinə olunmuşlardan götürülür, digəri isə yeni olur. Göründüyü kimi, iki ardıcıl 
dövr arasında kəsişmə 50%
-
ə (alınmamış cavablara, vahidlərin yerdəyişməsinə və 
başqa dəyişikliklərə görə daha az) bərabər olur; altı aylıq dövrlə və daha böyük dövrlə 
ayrılmış iki dövr arasında kəsişmə yoxdur.
2.İspaniyada işçi qüvvəsinin rüblük müayinəsi iki mərhələli (pilləli) seçməyə 
əsaslanır, birinci mərhələdə iqtisadi fəaliyyət sahələri götürülür, ikinci mərhələdə 
ərazi vahidləri götürülür. Sahələr, adətən, rüblük dövrdə dəyişməz qalır. Hər dövrdə 
əvvəlki dövrün ərazi vahidlərinin 5/6 hissəsi saxlanılır və 1/6 hissə isə həmin sahənin 
ərazi vahidlərindən əlavə edilir. Beləliklə, birinci seçmə səviyyəsində faktiki tam 
kəsişmə olur. Son seçmə mərhələsində (pilləsində) iki ardıcıl dövr üçün ümumi 
vahidlərin sayının 5/6 hissəsi kəsişir; rüblə ayrılmış dövrlər üçün 4/6 hissə kəsişir: iki 
rübl
ə ayrılmış dövrlər üçün 3/6 hissə (50%) kəsişir və s.; 15 ay və daha çox müddətlə 
ayrılmış dövrlər üçün kəsişmə olmur. Dövrün əhatəsinin bərabər ölçülü olması üçün 
onun seçməsi üç sərbəst (asılı olmayan) aylıq alt seçmələrə bölünmüşdür, hər alt 
seçmə müəyyən ərazinin öyrənilən əhalisinə aid olur və rüblük seçmənin 1/3 
seksiyasını (bölməsini) əhatə edir. Ondan başqa, nəzarətin təşkili üçün seçmə əlavə 
olaraq, hər həftə ərzində müayinə edilməli olan həftəlik hissələrə bölünmüşdür. 
3. Avropa İttifaqı statistikasında işçi qüvvəsinin fasiləsiz müayinəsi aparılır: 
İspaniyada olduğu kimi, Niderlandda və Böyük Britaniyada həftəlik dövrlər; digər 
ölkələrdə illik (yazda) müayinələr. Müayinələrin əksəriyyətində daimi rotasiya 
sxemlərinə müraciət olunur, ancaq kəsişmə dərəcələri çox fərqli olur. Məsələn, dövlər 
üzrə seçmə vahidlərinin kəsişməsi Almaniyada və Yunanıstanda 75%
-
ə, Danimarka 
və Fransada 2/3 hissəyə, Portuqaliyada 50%
-
ə, İtaliyada (İspaniyada olduğu kimi) 1/2 
hissəyə, İrlandiya və Lüksemburqda 25%
-
ə bərabərdir. Dövlər arasında fasilə 
(interval) artdıqca kəsişmə dərəcəsi xətti azalır. 
Böyük Britaniyada seçmə iki hissədən ibarətdir:
a) dövr daxilində vahidlər haqqında məlumat toplayan daimi rüblük müayinə. 
Seçmədə ünvan beş ardıcıl rüb ərzində qalır, bu bir rübdən digərinə yüksək kəsişmə 
dərəcəsini (80%) göstərir və meylləri daha dəqiq qiymətləndirmək imkanı verir. İllə 
ayrılmış iki dövr arasındakı kəsişmə 20%
-
ə qədər xətti azalır, daha böyük müddət 
üçün isə sıfra qədər azalır.
b) hər il yaz rübündə “əlavə”müayinə aparılır; onun həcmi kifayət qədər böyük 
olur (adi rüblük müayinədən təxminən üç dəfə böyük), hər ilin yazında etibarlı bazis 
qiymətləri (qiymətləndirmələri) almaq üçündür. Seçmənin bu hissəsində ildən 

ilə 
kəsişmə 1/3 həcmə bərabərdir.
4.Kanadada işçi qüvvəsinin müayinəsində seçmə vahidlərinin hissə
-
hissə 


(qismən) əvəz olunması nəzərdə tutulur. Rotasiya çoxmərhələli seçmənin hər 
mərhələsində baş verir. Seçmənin son vahidi 
– 
ev təsərrüfatı hər altı ayda əvəz edilir, 
daha yüksək pillələrdə isə, vahidlər seçmədə daha uzun müddət qalırlar. Bu göstərir 
ki, bir dövrdən növbəti dövrə keçəndə ev təsərrüfatlarının 1/6 hissəsini çıxarırlar 
(kənarlaşdırırlar) və yeni vahidlərlə əvəz edirlər, qalan 5/6 hissəsini isə əvvəlki 
dövrdən götürürlər (saxlayırlar). Növbəti pillədə aydan aya əvəz olunma (növbə) 
vahidlərin daha az hissəsinə toxunur, bu hissə isə daha yüksək pillələrə keçdikdə 
azalır.
5. İnkişaf etməkdə olan ölkələrdən İndoneziyada işçi qüvvəsinin rüblük 
müayinəsini misal göstərmək olar. İstifadə olunan rotasiya sxemi xüsusilə sadədir: hər 
rüb iki alt seçməni müayinə edirlər; növbəti rübdə onlardan birini kənarlaşdırırlar və 
yenisini müayinə edirlər. Başqa sözlə, alt seçmə iki rüb dalbadal müayinəyə məruz 
qalır; bu rüblər arasında kəsişmə 50%
-
ə bərabər olur, sonra isə yox olur. Sistem illik 
deyil, rüblük dəyişikliklərin öyrənilməsi üçün daha münasibdir. 
Göstərilən misallar seçmənin son vahidlərinin nisbətən sadə rotasiya sxemlərini 
nümayiş etdirirlər. Seçmə “n” alt seçmədən ibarət olur; müayinənin hər dövrünün 
əvvəlində yeni alt seçmə daxil edilir, hər alt seçmə isə n dövr müayinəyə məruz qalır. 
Dövrlər arasında kəsişmə dərəcəsi onların arasındakı fasilə (interval) artdıqca xətti 
azalır. “i” sayda dövrlərlə ayrılmış iki seçmə üçün kəsişmə
(n-i)/n-
ə bərabərdir. 
Alınmamış cavablarla, yerdəyişmələrlə və digər dəyişikliklərlə əlaqədar olaraq 
kəsişmə təcrübədə (praktikada) daha aşağı olur. Seçmənin daha yuxarı pillələrində 
(mərhələlərində) vahidlərin kəsişmə dərəcəsi daha çox olur, daha aşağı pillələrə 
(mərhələlərə) keçdikcə kəsişmə dərəcəsi azalır. Çox sayda siyahıyaalmalarda son 
vahidlərin qeyd olunmuş seçməsini daha uzun müddət ərzində saxlayırlar. Seçmənin 
daha normal paylanmasını təmin etmək üçün və əməliyyatlara nəzarəti yaxşılaşdırmaq 
üçün çox vaxt (tez-
tez) dövr alt dövrlərə bölürlər. Bu məqsəd üçün dövrlərin 
seçməsini, adətən, bərabər və kəsişməyən alt seçmələrə bölürlər, bu alt seçmələrdən 
hər biri müəyyən əraziyə aid olur.
Seçmələrin kəsişmə dərəcəsinin variasiyası üçün və dövrlər arasındakı fasilənin 
(intervalın) artması ilə bağlı onun dəyişməsilə əlaqədar daha mürəkkəb rotasiya 
sxemlərinə müraciət edilir.
6. ABŞ
-
da əhalinin aylıq müayinəsi zamanı “4
-8-
4” sxemini tətbiq edirlər. Bu 
göstərir ki, hər ayın əvvəlində müayinəyə yeni alt seçməni qoşurlar; bu alt seçməni 
dörd ay ərzində müayinə edirlər, sonra səkkiz ay müddətinə seçmədən 
kənarlaşdırırlar, sonra daha dörd ay müayinə edirlər və seçmədən tamamilə 
kənarlaşdırırlar. Deməli, 16 aylıq müddət ərzində müəyyən vahidi səkkiz ay ərzində 
müayinə edirlər; aydın olur ki, hər hansı ay ərzində səkkiz belə alt seçməni müayinə 
edirlər, onlardan biri birinci dəfə, digəri ikinci dəfə, növbəti üçüncü dəfə və bu qayda 
ilə biri də səkkizinci dəfə müayinəyə məruz qalır. Aydan aya iki alt seçməni 
d
əyişirlər, birini tamamilə kənarlaşdırırlar, digərini isə səkkiz aydan sonra müayinə 
etmək üçün müvəqqəti kənarlaşdırırlar. Başqa sözlə, aydan aya kəsişmə 75%
-
ə 
bərabərdir. Kəsişmə iki aydan sonra 50%
-
ə qədər, üç aydan sonra 25%
-
ə qədər azalır, 
sonra isə yeni vahidlərin daxil edilməsi ilə yenidən artdığı ana qədər sıfra bərabər 
olur. 
Belə mürəkkəb sxemin tətbiqinin əsas məqsədi illik dəyişikliklərin daha dəqiq 
qiymətləndirilməsi, ildən
-
ilə seçmələrin kəsişmə dərəcəsinin yüksəlməsinə nail 


olmaqdır. Bu zamanı
kəsişmə doqquz aydan sonra sıfırdan fərqli olur və 12 aylıq 
müddətlə ayrılmış səviyyələr üçün 50% təşkil etməklə 16
-
cı aya qədər belə qalır. 
7. Finlandiyada işçi qüvvəsinin müayinəsini rüblük aparırlar, onlardan hər biri 
aylıq alt dövrlərə bölünür. Hər ay yeni alt seçmə cəlb olunmuş, bu alt seçməni 16 
aylıq dövr ərzində beş dəfə müayinə edirlər. Hər ay beş belə alt seçməni müayinə 
edirlər. Əvvəlki misaldan fərqli olaraq alt dövrlər arasında kəsişmə yoxdur: bununla 
aylıq dəyişmələrin (rübdən fərqli olaraq) qeydiyyatının müayinənin əsas məqsədi 
olmadığı başa düşülür. Ancaq bir rübün seçmə vahidləri ilə növbəti rübün seçmə 
vahidlərinin kəsişməsi 80% 
-
ə bərabərdir. Bu əvvəlki misaldakı rüblük 25%
-lik 
kəsişmədən xeyli çoxdur və rüblük dəyişiklikləri daha dəqiq qiymətləndirməyə imkan 
verir. İldən

ilə kəsişmə 40%
-
ə bərabərdir və ABŞ
-
da olduğundan bir qədər aşağıdır.
8.Yaponiyada işçi qüvvəsinin müayinəsinə əhalinin siyahıyaalma məlumatlarına 
əsaslanır, birinci mərhələdə siyahıyaalma məntəqələri seçilir, ikinci mərhələdə isə 
ərazi vahidləri seçilir. Siyahıyaalma məntəqələrinin rotasiyasını “4
-8-
4” sxemi üzrə 
yerinə yetirirlər. Hər seçmə məntəqəsində ərazi vahidlərindən ibarət iki çoxluq 
götürürlər, çoxluqlardan birini iki ay dalbadal müayinə edirlər, əgər bu sahə seçmədə 
qalırsa, növbəti iki ayda digər çoxluqla əvəz edirlər. Məntəqə növbəti ildə dörd ay 
seçmədə təkrar istifadə edilir.
Bu sxem ABŞ
-
da istifadə olunan sxemə oxşasa da ondan fərqlənir. Birinci, “4
-8-
4” sxemi burda ilkin elementlərin rotasiyasına aiddir, ABŞ
-
da bu elementlər dəyişməz 
qalır, rotasiya isə son vahidlərə aid olur. ABŞ
-
da seçmə hər biri böyük investisiyanı 
təmsil edən azsaylı vahidlərə əsaslanır, Yaponiyada isə nisbətən kiçik vahidlər çox
istifadə edilir. İkinci fərq ondan ibarətdir ki, hər ev təsərrüfatı və ya hər vahid 16 ay 
ərzində ancaq dörd dəfə müayinə edilir. Bu respondentlərin yükünü az
altmaq üçün 
edilir. 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə