Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair


  Müəssisələrdə seçmə statistika müşahidələrinin



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə6/46
tarix22.03.2024
ölçüsü0,88 Mb.
#183648
1   2   3   4   5   6   7   8   9   ...   46
documents-5-file en (1)

1.2. 
Müəssisələrdə seçmə statistika müşahidələrinin
 
əlaqələndirilməsi və rotasiyası
 
Tutaq ki, hüquqi və fiziki şəxslərin (müəssisələr) registrindən istifadə etməklə bir 
neçə seçmə müayinəsinin eyni vaxtda keçirilməsi
tələb olunur. Bu zaman seçmə 
müşahidələrin əlaqələndirilməsi və seçmə vahidlərinin rotasiyasını (dövri müayinələr 
zamanı seçmədə müşahidə vahidlərinin tərkibinin dəyişdirilməsini) təmin etmək 
lazımdır. Məsələnin həlli üçün müəssisələrin seçmə müayinələrinin təşkili 
xüsusiyyətlərini nəzərə alan vahidlərin seçilməsi tələb olunur. Koordinasiya və 
rotasiya metodu ilə hazırlanmış seçmə məcmusu əsasında ardıcıl təsadüfi seçmə 
modeli durur. Model aşağıdakı prinsiplərə əsaslanır:
-
bütün seçmələr vahid siyahıdan g
ötürülür; 
-
seçmənin təsadüfliyi təmin olunur;
-
baş məcmudan seçmə vahidləri təsadüfi seçilir;
-
seçmə vahidlərin rotasiyası və müxtəlif planlı seçmələrin koordinasiyası, 
interval üzrə yekunlaşdırılması təmin edilir;
-
göstəricilərin qiymətləndirilməsi metodları eyni olur.
Təkrarlanmayan sadə təsadüfi seçmə
. Vahidlərinin sayı N olan məcmudan n 
sayda vahidi olan təkrarlanmayan sadə təsadüfi seçmənin aparılmasını nəzərdən 
keçirək. Registrdə olan hər bir vahidlə təsadüfi ədədi elə əlaqələndirək ki, (0
,1) 
intervalında paylanma normal olsun. i
-
ci vahidi göstərən təsadüfi ədədi x
i
-
lə işarə 


Seçmə
x o x x x o x x x x


Dövr 1 
 
x + x + x x x x + x x


Dövr 2 
Seçmə
edək. x
i
vahidləri arasında qarşılıqlı asılılıq olmamalıdır. Vahidlərin (ev təsərrüfatları, 
müəssisələrin) məcmusunu x
i
qiymətinin artma qaydasında sıralayaq. İlk n vahid arzu 
olunan seçməni təşkil edəcəkdir. Bu zaman sadə təsadüfi seçmə üsulundan istifadə 
edilir.
Seçmə məcmunun koordinasiya və rotasiyasını təmin etmək üçün təsadüfi 
ədədlər vahidlərlə daim əlaqələndirilməlidir. Hər bir seçmə müayinədə registrin hər 
vahidi üçün eyni təsadüfi ədəd
-
verilmiş sabit təsadüfi ədədlər istifadə olunur. 
Registrə daxil edilən yeni müəssisələr üçün artıq mövcud olan sabit təsadüfi 
ədədlərdən fərqli və sərbəst (asılı olmayan) yeni təsadüfi ədədlər verilir. Registrdən 
çıxarılan (ləvğ edilən) müəssisələr öz sabit təsadüfi ədədləri ilə kənarlaşdırılırlar. 
Seçmə müayinənin hər yeni dövrü üçün sabit təsadüfi ədədlərdən istifadə etməklə
təkrar olunmayan ardıcıl sadə təsadüfi seçmə aparılır. Beləliklə, təkrar olunmayan
ardıcıl sadə təsadüfi seçmə həmişə aktuallaşdırılmış registr üzrə aparılır. Buna 
baxmayaraq, ən son seçmə məcmu ilə xeyli üst
-
üstə düşmələr olur. Ancaq yeni 
seçmədə registrə yenidən daxil edilmiş vahidlərin sayının registrdən kənarlaşdırılmış 
köhnə seçmə vahidlərinin sayından çox olma ehtimalına görə bütün davamlı 
vahidlərin seçmədə qalmasını qətiləşdirmək olmaz. Buna təsadüfi seçmənin özü səbəb 
ola bilər, həqiqətən də məcmuda daxil edilmiş müəssisələr kənarlaşdırılmış 
müəssisələrdən çox ola bilər. Çox vaxt vahidlər yeni seçmədə qalırlar (iştirak edirlər) 
və müşahidə dövrlərində seçmə vahidlərinin müəyyən eyniliyini (
üst-
üstə 
düşmələrini) təmin edirlər:
Ardıcıl seçmələrin üst
-
üstə düşməsi.
X -
vahidlərə verilmiş təsadüfi ədədlər:
0 - 
ikinci dövrdə kənarlaşdırılmış vahidlərə verilmiş təsadüfi ədədlər:
+ - 
yenidən daxil edilmiş vahidlərə verilmiş təsadüfi ədədlər.
Aydındır ki, x
i
-
nin paylanmasından istifadə edərək son n sayda vahidi də 
götürmək olar, çünki (0,1) intervalında hər hansı (istənilən) qeyd olunmuş a 
nöqtəsindən solda və ya sağda olan n sayda vahid təkrar olunmayan ardıcıl sadə 
təsadüfi seçməni təmin edir. Əgər a başlanğıc nöqtəsindən sağda (solda) olan sabit 
təsadüfi ədədlər kifayət etməzsə, onda seçməni 0 nöqtəsindən (1 nöqtəsindən) sağda 
(solda) davam etdirmək olar:
İxtiyari nöqtədən seçmə.
x x x x x x x x 



Seçmə


İki müayinənin n

və n
2
sayda vahidlərinin üst
-
üstə düşmələri azaltmaq 
məqsədilə (0,1) intervalında iki a

və a
2
sabitlərini götürmək lazımdır. Sonra isə, 
birinci seçmə üçün a
1
nöqtəsindən sağda və ya solda n

sayda vahid, ikinci seçmə 
üçün a
2
nöqtəsindən sağda və ya solda n

sayda vahid götürmək olar. Əgər a
1
, a
2
nöqtələri və seçmə istiqamətləri düzgün olarsa, seçmələrin vahidləri kəsişməzlər. 
Əgər baş məcmu kifayət qədər böyük olarsa 
– N 
>>
(n
1
+n
2
), həmişə a

və a
2
nöqtələrini elə götürmək olar ki, seçmələr kəsişməsinlər. Digər tərəfdən, N < (n
1
+n
2

olan zaman seçmələrin üst
-
üstə düşmələrini azaltmaq mümkündür.
Seçmələrin neqativ uzlaşması.
 
Əgər N kifayət qədər böyük olarsa, analoji üsulla istənilən sayda seçmələri
uyğunlaşdırmaq olar. İki seçmə məcmusunun kəsişməsi (qismən üst
-
üstə düşməsi) 
üçün eyni başlanğıc nöqtələrin və seçmə istiqamətinin istifadəsi məsləhət 
görülür. 
Müxtəlif planlı seçmələrin əlaqələndirilməsi (koordinasiyası). 
Seçmə müayinənin 
təşkili zamanı seçmə vahidlərinin baş məcmusu qruplara (təbəqələrə) bölünür. 
Qrupların sayı müəyyənləşdirildikdən sonra onların hər birində təkrar olunmayan 
ardıcıl sadə təsadüfi seçmə aparılır. Hər bir müayinə üçün bütün qruplarda eyni 
başlanğıc a nöqtəsi istifadə olunur.
Əgər iki müayinə üçün eyni baş məcmu üzrə müxtəlif seçmə planları istifadə 
olunarsa, başlanğıc nöqtələr müxtəlif və seçmə istiqaməti lazımi şəkilldə müəyyən 
olunduğu halda belə seçmələr uyğun olmayacaq. Bu, onunla izah olunur ki, bir 
hissədəki “kiçik” təsadüfi ədəd, çox güman ki, digər hissədə də “kiçik” olacaqdır. 
Uyğunluğa nail olma dərəcəsi təbii olaraq qruplarda olan seçmələrin payından asılı 
olur. 
Həmin bu səbəbdən eyni müayinənin, hətta, müxtəlif planlara malik iki seçmə 
məcmusu almaq olar. Bu, göstərir ki, lazım olanda müayinənin planını dəyişmək olar, 
lakin köhnə və yeni seçmələr, əsasən, öz aralarında uyğun olacaqlar.
Eləcə də aydındır ki, qrupa mənsubluğu dəyişən köhnə seçmədəki vahidlər üçün 
(vahidlərin ölçüsünün yaxud fəaliyyət növünün dəyişməsi nəticəsində) yeni seçməyə 
daxil edilmə ehtimalı saxlanılır, çünki bütün qruplarda ardıcıl seçmənin eyni 
parametrləri (göstəriciləri) istifadə olunur

Müxtəlif planlı seçmələrin uzlaşması.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə