Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə17/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

haqlarını  tələb  edirdi.  “Eyni  zamanda bu  hərəkatda başlıca  iki 
cərəyan gözə çarpırdı: yaş etibarı ilə daha böyük nəslə mənsub, 
Rusiyada  ali  təhsil  görən,  əksəriyyətlə  əski  zadəgan  siniflə­
rindən  çıxan  münəvvərlər rus  liberalizmi  ilə bərabər getdikləri 
halda,  daha ziyadə milli tərbiyə görən gənc nəsil Rusiya cəmiy- 
yətçiliyinin  radikal  və  inqilabçı  cərəyanlarına  təmayül  göstə­
rirdi”  (127,  s.  163-164).  Müsəlman  əleyhdarlığı  mahiyyətində 
siyasət yürüdən çarizmin ümumi  sıxıntısı  altında olduqlarından 
Rusiya  müsəlmanları  siyasi  fəaliyyətlərini  eyni  istiqamətə 
yönəldərək  istər  ideoloji,  istərsə  də  təşkilati  baxımdan  sıx 
əlaqədə  fəaliyyət  göstərirdilər.  Bu  ümumrusiya  müsəlman 
hərəkatında Azərbaycan  cəmiyyətinin  nümayəndələri  bu  və ya 
digər şəkildə aparıcı rol oynamışdır.
Azərbaycanın  ictimai-siyasi  və  mədəni  hadisələrlə  çox 
zəngin olan bu dövrü -  XX əsrin əvvəlləri artıq sinfi  mübarizə­
nin  kəskinləşməsi,  milli  azadlıq  hərəkatının  coşması  və  tədri­
cən  yeni  mərhələyə  qədəm  qoyması  ilə  müşayiət  olunurdu. 
Azərbaycan milli burjuaziyası ilə millətçi ziyalıların həmrəyliyi 
və bu birlik ilə mübarizə mövqeyində duran sosializm ideyaları 
tərəfdarlarının çarpışmaları  da bu  dövrün səciyyəvi xüsusiyyət- 
lərindəndir.
XX  əsrin  əvvəlinin böyük istiqlal  hərəkatının  öncə  ədəbiy­
yatda və  mətbuatda,  böyük Azərbaycan  ədəbiyyatının isə milli 
və ideoloji  mübarizənin  səngərində yaranması  kimi  çox mənti­
qi  bir  qənaəti  Y.Qarayev  də  təsdiqləyərək  yazır  ki,  “Molla 
Nəsrəddin”  və  “Füyuzat”,  “Açıq  söz”  və  “Dirilik”,  “İqbal”, 
“Həyat”  və  “İrşad”  -   az  qala  hərəsi  bir  partiya  qədər bədii  və 
ideya-siyasi  iş  görüb.  Və  əslində,  istiqlalın fəlsəfəsi  və  ideolo­
giyası  ədəbi mətbuatda yaranıb, yayılıb,  qalib gəlib.  Milli  quru­
luşun  konsepsiyası,  azadlıq  və  suverenliyin  məfkurə  və  ideya 
təlimi  böyük  Mirzə  Fətəlinin,  Mirzə  Cəlilin  və  Sabirin, 
Ə.B.Hüseynzadənin və Ə.Ağaoğlunun, Məhəmməd Hadinin və 
Üzeyir  bəyin,  M.B.Məmmədzadənin  və  M.Ə.Rəsulzadənin
50


elmi,  ədəbi  və  təşkilati  fəaliyyəti  ilə  hazırlanıb,  bərqərar  olub 
(7,  s.  3).
Deməli,  istiqlal və müstəqillik ideyası,  1918-1920-ci  illərin 
Cümhuriyyət hərəkatı  da əvvəlcə “ideya hərəkatı”  kimi  forma­
laşmışdır.  Bu  mənada  tədqiqatçıların  da  yekdil  fikri  budur  ki, 
mənəvi  birlik  və  həmrəylik  axtarışlarında  olan  Azərbaycan 
ədəbi-ictimai  fikri  bir  neçə  mərhələdən  keçdi,  milli  ideya, 
bəxtini  islamçılıqda,  turançılıqda  sınadıqdan  sonra,  nəhayət, 
özünü  azərbaycançılıqda  tapmış  oldu.  Həmişə  olduğu  kimi, 
yenə də xalq doğma torpaqdan,  milli  yaddaşdan,  gendən  doğu­
lan  ideyanı  öz  “mən”i,  öz  şəxsiyyəti,  öz  əxlaqı  ilə  ifadə  və 
təmsil  edənin  -   Rəsulzadənin  ardınca  getdi.  Simvolikdir  ki, 
məhz  ən  yeni  Azərbaycan  ideologiyasının  öndəri  olan  Rəsul­
zadə  ilk  Azərbaycan  Cümhuriyyətinin  də  banilərindən  biri 
oldu.  Başqa  cür  ola  da  bilməzdi:  “Azərbaycan  ideologiyası” 
yaranmadan  müasir,  azad,  suveren  Azərbaycan  milləti,  dili, 
dövləti yarana bilməzdi (7,  s.  3-4).
Əsrlər boyu yürüdülən farslaşdırma və ruslaşdırma siyasəti­
nin  Azərbaycan  mədəniyyətindəki  mənfi  təzahürlərinə  baxma­
yaraq,  artıq  XX  əsrin  əvvəllərində  milli  özünüdərk,  özünəqa- 
yıdış  prosesi  sürətlənmiş,  milli  mədəniyyətin  qorunması  və 
inkişafı  yolunda  mübarizədə xalqın müqavimət gücü  artmış və 
nəticədə Azərbaycan xalqı  bəşər mədəniyyəti  tarixindəki  möv­
qeyini  mühafizə  etməyə  müvəffəq  olmuşdur.  Əzəldən təməlin­
də demokratik dəyərlərin üstün olduğu Azərbaycan milli mədə­
niyyətinin  XIX  əsrin  II  yarısından  etibarən  Avropa  mədəniy­
yətinə  doğru  meyllənməsi  onun  gələcək  həyat yolunu,  yaşayış 
tərzini  müəyyənləşdirdi.  XX  əsrdə  iqtisadi  qüdrətə,  siyasi 
fəallığa,  mədəni  intibaha  nail  olmuş  Azərbaycan  cəmiyyətində 
görkəmli  şəxsiyyətlərin  yetişməsi  üçün  münbit  mühit  yaran­
mışdı.  Bu  şəxsiyyətlərin  -   milli  ruhlu  zənginlərin  və  demok­
ratik  ziyalıların  həmrəyliyi  nəticəsində  xalq  öz  etibarlı  və 
təminatlı  gələcəyi  üçün  istiqlalın  zərurətini  dərk  etməyə 
başlamışdı.
51


Ömrünü xalqının,  millətinin varlığına,  onun  mədəni  intiba­
hı  yolundakı  mübarizəsinə  həsr  etmiş  Azərbaycan  mütə­
fəkkirləri  məhz belə bir mühitin yetirməsi  idilər.  Qədim tarixə, 
zəngin  varislik  ənənəsinə  malik  Azərbaycan  mədəniyyəti  ilə 
müasir Avropa  mədəniyyətinin  yüksək  nailiyyətlərinin  çulğaş­
dığı yeni mədəni  mühitin yetirməsi  olan bu ziyalılar ölkənin və 
xalqın  gələcək  taleyində  mühüm  rol  oynadılar.  Azərbaycan 
mədəniyyətinin  son  yüzillik  boyu  əldə  etdiyi  nailiyyətlər, 
qabaqcıl  ideyalar  həmin  ziyalıların  ictimai-siyasi  görüşlərinin 
və  kulturoloji  baxışlarının  təşəkkülündə  mühüm  rol  oyna­
mışdır.  Hətta  deyə  bilərik  ki,  XX  əsrin  əvvəllərinin  milli-mə­
dəni  intibahına  öz  töhfələrini  vermiş  bu  şəxsiyyətlər  Azərbay­
can  xalqının  əsrlər  boyu  yaratdığı  böyük  və  zəngin  mədəniy­
yətinin,  onun  humanist  hisslərinin,  qabaqcıl  ideyalarının, 
müqəddəs  ideallarının  məntiqi  sonucu,  qanunauyğun  bəhrəsi 
idilər.  Lakin  onlar,  keçmiş  yolları  təkrar  etmədilər,  mədəni 
irsdən  yaradıcı  şəkildə  istifadə  etməklə  dövrün  tələbindən 
doğan  zəruri,  müasir,  demokratik və  həm  də  orijinal  fikirlərin 
bayraqdan  və  carçısı  oldular.  Bununla  da  təkcə  Azərbaycanın 
deyil, bütün Yaxın Şərq xalqlarının mədəniyyət tarixində örnək 
bir cəmiyyətin qurucuları  səviyyəsinə yüksəldilər.
52


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə