Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə22/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

milli  mədəniyyətlərinin  və  əxlaqi  sağlamlığının  təməli  olduğu 
üçün Qurani-Kərimin bütün müsəlman xalqlarının dilinə tərcü­
mə edilib yayılmasını təqdir edirdi.
Beləliklə,  milli  özünüdərk prosesinə güclü təsirləri  danılmaz 
olan  Ə.Hüseynzadə  XX  əsrin  əvvəllərində  türkçülük  sahəsində 
göstərdiyi  fəaliyyəti  ilə  türk  xalqlarını  “yeni  həyat  məcrasına 
saldı”.  Məhz  onun  kimi  ziyalıların  başlatdıqları  mədəni  tərəqqi 
yolu tezliklə  öz  doğruluğunu təsdiqlədi:  “ruslaşma və  farslaşma 
üzündən türklüyünü  qeyb  edən  Azərbaycanda başladığı  cihadla 
az  bir  zaman  içində  vətənini  bir  fars  əyalətindən  məfkurəli  və 
imanlı bir “türk yurdu”na çevirdi və bu yurdu çar Rusiyasına və 
erməni millətçilərinə qarşı qoydu” (41, s.  7-8).
Bu  illərdə  Azərbaycan  ziyalılarının  millətçilik  yönündə  çap 
etdirdiyi  yazılar  içərisində  Ə.Ağaoğlunun  “Kaspi”  qəzetinin 
1903-cü  il  28  sentyabr  tarixli  sayında  dərc  edilmiş  “Bizim 
millətçilər”  adlı  məqaləsi  çox təbii  olaraq “millətçilik”  anlayışı­
nın  izahı  ilə  başlanır.  Ümumiyyətlə,  hər  hansı  ölkədə  millətin 
meydana  çıxıb  formalaşmasını  o  ölkənin  tarixi  inkişaf qanuna­
uyğunluqları  kontekstində  izah  edən  müəllifə  görə,  “millətçilik 
öz-özlüyündə  çox  hörmətə  layiq  və  hətta  böyük  bir  xüsusiy­
yətdir,  çünki  o,  xalqların  həyatında  labüddür.  Mən  hətta  elə 
düşünürəm  ki,  bəşəriyyətin təkamül tarixində millətçilik insanın 
mənəviyyatında dindən  sonra ikinci  böyük mərhələdir.  O,  tarix­
də çox böyük igidliklərin mənbəyi olmuş və hələ də olacaqdır.  O 
olmasaydı,  bir  çox  xalqlar  hələ  də  yadların  zülmü  altında 
inləməkdə  davam  edəcəkdilər”  (66).  Dünya  tarixində  dindən 
sonra  ikinci  mühüm  fenomen  saydığı  millətin  meydana  gəlmə­
sini  xalqın  inkişafında  yüksək  mərhələ  kimi  səciyyələndirirkən 
Ə.Ağaoğlu  müəllimi  E.Renanın  fikirlərinə  istinadən  yazır  ki, 
millət “mənə həyat verən hər şeydir, nəfəs aldığım havadır, məni 
əhatə edən ideyalar,  etiqadlar,  ənənələr, tərəqqi və əxlaqın bütün 
ali ideallarının yekunudur” (66). Hərçənd ki, bu tərifdə hər hansı 
millətin formalaşması üçün zəruri  şərtlərin ancaq bir qismi,  o da 
mücərrəd  halda  müəyyənləşdirilmişdir:  məhdud  ölçüdə  götürü­
65


lən  coğrafi  şərait;  psixologiya;  adət  və  ənənələr;  tərəqqi  və 
əxlaqın ali  idealları.  Ə.Mirəhmədova görə,  bu izahatda çatışma­
yan başlıca komponent dildir.  Ə.Ağaoğlu milləti ictimai birliyin 
ali,  fövqəltarixi  və  fövqəlsinfi  forması  hesab  edir.  Lakin  o, 
müasiri  və  qələm  yoldaşı  olan  mütəfəkkirlərdən  bir  sıra  məsə­
lədə  müsbət mənada fərqlənir.  Mütəfəkkirə görə,  özünə ehtiram 
tələb  etməklə bərabər, başqalarının milli  duyğu və düşüncələrinə 
də  hörmət  bəsləmək  həqiqi  millətçi  üçün  vacib  şərtdir.  Yalnız 
belə  olduqda  “mədəni  bir  dövlətdə  bir neçə  millət birlikdə yola 
gedə  bilər”,  “tərəqqi  və  əxlaqın  ali  idealları”  onların  arasında 
“bağlayıcı  halqa”  olar;  o  ideallar  ki,  milli  dövlət  quruluşunun 
əsasını təşkil edir.
Ə.Ağaoğlunun  XX  əsrin  ilk  illərində  millət  və  millətçiliyə 
mövzuya  həsr  etdiyi  çoxsaylı  məqalələrlə  çıxış  etməsi,  moder­
nist  nəzəriyyə  tərəfdarlarının  “millətin  formalaşması  prosesi 
məhz  millətçilik  ideologiyasının  meydana  çıxdığı  andan  başla­
yır”  fikrinə  haqq  qazandırmış  olur.  Çünki  millətin  mənşəyi 
haqqında modernist nəzəriyyənin mahiyyətinə uyğun olaraq (15, 
s.  6-7)  Azərbaycanda  millətçilik  ideologiyasının  yaradıcısı 
rolunda intellektuallardan ibarət olan kiçik bir qrup,  əksər hallar­
da  şəhər elitası  çıxış  edirdi.  Həmin  dövrdə ilk növbədə intellek­
tual  ziyalı  mühitində  müzakirə  olunan  və  formalaşdırılan  milli 
maraqlar konsepsiyası və millət obrazı  sonradan xalq kütlələrinə 
translyasiya  olunurdu.  Deməli,  o  zaman  milli  maraqların  ifadə 
forması  olan  “millətçilik  -   intellektuallar  tərəfindən  yaradılmış 
millətin təşəkkülü layihəsidir” fikri də özünü təsdiqləmiş olur.
Qeyd  edək  ki,  Ə.Ağaoğlunu  sonrakı,  xüsusilə  də  Türkiyə 
dövründə  yazdığı  əsərlərdə  millət  məfhumuna  bir  az  fərqli 
yanaşmalar da müşahidə edilir ki,  bu münasibət onu modernist 
nəzəriyyə tərəfdarları ilə daha da yaxınlaşdırır.
1922-ci  ildə  silsilə məqalələr halında yazılmış,  1942-ci ildə 
isə kitab  halında yayınlanmış “İxtilalmı, inqilabmı”  adlı  əsərin­
də  Ə.Ağaoğlunun  millətə  verdiyi  tərif  əvvəlki  şərhlərindən 
müəyyən qədər fərqlənir:  “Nation -  millət ünvanını yalnız hey­
66


siyyət  və  şərəfini  duymuş,  istiqlal  və  hürriyyət  eşqini  dadmış 
və  şərəfi-nəfsibəşər  üçün,  hürriyyət  və  istiqlalı  vücud  üçün 
ölmək  lazım  olduğunu  idrak  etmiş  və  gərək  daxil  və  gərək 
xaricdə  bu  hürriyyət və  istiqlala və  onları  təmin və təyin  edən 
qəvaidə  qarşı  icra  olunan  bir  təcavüzə  təhəmmül  edəməyən 
cəmiyyətlərə  verirlər”  (94,  s.  60).  Modernist  konsepsiyanın 
mahiyyətində  də  belə  bir  ideya  dayanır  ki,  müasir  millətlər 
etnik və mədəni birliklərin inkişafının qabaqcadan müəyyənləş­
miş  kulminasiyası  olmayıb,  sırf  siyasi  mənşəyə  malikdirlər. 
Başqa  sözlə  desək,  etnosun  millətə  çevrilməsi  heç  də  etnik 
zəmində  kortəbii,  öz-özünə  inkişafın  nəticəsində  baş  vermir. 
Millət -   siyasi  çalışmaların,  ilk  növbədə  ayrı-ayrı  intellektual­
ların fəaliyyətinin məhsuludur (15,  s.  7).  Millətin meydana çıx­
masında  siyasi  amilin  mühüm  rolunu  qeyd  edən  E.Qellner  də 
göstərirdi  ki,  “millət  millətçiliyi  deyil,  əksinə,  millətçilik 
milləti yaradır” (151,  s.  104).
Deməli,  millətçilik ideologiyasının yaranması bütün hallar­
da  millətin  təşəkkülü  prosesindən  öndə  gəlir  və  onu  şərtləndi­
rir.  Azərbaycan mühitində  isə  bu  ideologiya  Ə.Hüseynzadə  və 
Ə.Ağaoğlu  kimi  türkçü  ziyalılarla  başladılmış  və  M.Ə.Rəsul- 
zadə başda olmaqla bir qrup  siyasilər tərəfindən praktik həllini 
tapmışdır.  Bu  ziyalıların  mövzuya  dair  ortaq  qənaətləri  əsasən 
budur  ki,  millətin  birlik  və  həmrəyliyi  üçün  onu  təşkil  edən 
fərdlərin  və  zümrələrin  fikirlərdə,  duyğularda  və  qənaətlərdə 
müvazinət  və  sabitlik  halında  olmaları,  təxminən  eyni  şəkildə 
düşünmələri,  eyni  hadisədən  eyni  şəkildə  təsirlənmələri,  eyni 
qənaət  və  etiqadları  bəsləmələri  lazımdır.  Millətin  ortaq 
məfkurə  ətrafında  birləşməsi,  ortaq  iradəsi  və  ortaq  həmlələr 
göstərməsi  bundan  doğacaqdır.  Millətçilik  hərəkatına  ümumi 
qiymət  verən  M.B.Məmmədzadəyə  görə,  fərdin  yalnız  milli 
dövlət içində xoşbəxt ola bilməsi  əsasdır.  Millət isə yaşayan və 
arzu  bəsləyən  ictimai  bir  vücuddur.  Fərd  milli  cəmiyyət 
içərisində  nə  qədər bir  həqiqət və  canlı  bir  amil  isə,  millət  də 
bəşəriyyət  ailəsində  elədir.  Milli  cəmiyyət  həyatında  fərd  nə
67


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə