Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   51   52   53   54   55   56   57   58   59

178 
 
Hotel”-in  burada  olması  xarici  turistlərin  cəlb  olunmasında 
ə
həmiyyətli  rol  oynayır.  Milli  Parkın  yaxınlığında  dünyanın  ən 
ekzotik restoranı fəaliyyət göstərir ki, burada əksər vəhşi heyvanların 
ə
tindən qızardılmış yeməklər və kabablar müştərilərə təklif olunur. 
Asiya-
Barquzin,  Sundarban,  Pribaykal,  Kedrovi  Pad,  Böyük 
Qobi, Silinqol, Volonq, Sinxarac və s.; 
Banqladeşdə  benqal  pələnglərinin  qorunduğu  Sundarban  Milli 
Parkı 
8  min km
2
-dən çox sahəni əhatə edir. Milli Parkın ərazisində 
nəsli  kəsilməkdə  olan  benqal  pələngi,  Cənubi  Asiyanın  səciyyəvi 
olan  müxtəlif  fauna  növləri  qorunur.  Milli  Parkın  ərazisində  safari 
turlar  üçün  təşkil  olunmuş  cığırlar,  müxtəlif  müşahidə  məntəqələri 
mövcuddur.  Burada  turizmin  müxtəlif  növlərinin  təşkili  üçün  onun 
yaxınlığında kiçik həcmli yerləşmə müəssisələri tikilmişdir. 
Çində  pandaların  qorunduğu  Volonq  Milli  Parkı  onun  cənub- 
şə
rqində  musson  meşələrinin  arasında  yerləşir.  Milli  Parkın 
ə
razisində  500-ə  yaxın  panda  qorunur.  Bu  Milli  Park  pandaların 
qorunduğu  yeganə  ərazi  sayılır.  Buraya  gələn  turistlər  pandaların 
qidalanmasını,  həyat  tərzini  müşahidə  edə  bilərlər.  Milli  Parkın 
daxilində  eko  və  safari  turist  marşrutları  təşkil  olunur.  Milli  Park 
Çinə gələn xarici turistlərin daha çox baş çəkdiyi ərazilərdəndir. 
Avropa-
Askaniya Nova, Belovejskaya Puşşa, Valday və s.; 
Lyuberon  Milli  Parkı. 
Lyuberon  Milli  Parkı  Alp  dağlarının 
şə
rqində,  Fransanın  cənub-şərqində  yerləşir.  Fransızlar  buranı 
Provans adlandırırlar. Bənövşəyi-parlaq lavandalar, sıx yaşıl meşələr, 


179 
 
ağappaq  təpələr  bu  milli  parkın  əsas  ekzotik  landşaftıdır.  Parkın 
ümumi sahəsi 1650 km
2
-dir. Parkda bir-birinin əksi olan iki tip iqlim 
var  və  bunun  nəticəsində  burada  çoxçeşidli,  rəngarəng  bitkilər  bitir. 
Lyuberon  parkının  yaxınlığında  Avropada  çox  məşhur  olan  Altay 
sidir  ağaclarının  iri  plantasiyaları  var.Lyuberonun  digər  ekzotik 
landşaftı erozion mənşəli uçurumlardır. Bu uçurumlara baxmaq üçün 
il ərzində minlərlə turist gəlir. Parlaq qırmızı və sarı rəngin çalarları 
uçurumda  olan  oksidin  yaranması  ilə  bağlıdır.  Bu  Milli  Parkın 
coğrafi  mövqeyinin  əlverişli  olması,  əsas  istirahət  və  turizm 
mərkəzlərinin  yaxınlığında  yerləşməsi  ondan  istifadə  edən  yerli  və 
xarici turistlərin sayını artırır. 
Avstraliya- 
Ridcent-River,  Xamersli-Reync,  Tanami-Dezert  və 
s. 
Uluru və Kata-Tyuta Milli Parkları.
Avstraliyanın mərkəzində 
yerləşir. Park 3 səhra ilə əhatələnib: Hibson, Simpson və Viktoriya. 
Ə
trafa  baxdıqda  gözə  sonu  görsənməyən  səhralıqdan  və  orada  olan 
dyunlardan  başqa  heç  nə  görsənmir.  Ümumi  sahəsi  1300  km
2
  olan 
parkın  ərazisi  yerli  aborigenlərə  məxsusdur.  Uluru  və  Kata-Tyuta 
Milli Parkları yerli əhali üçün müqəddəs sayılır. Uluru yer üzündəki 
ə
n  böyük  daşdır.  Onun  hündürlüyü  350m,  uzunluğu  36  km,  eni  isə 
1,6  km-dir.  Daşın  6  km-i  yerin  altındadır.  Uluru  sanki  səhrada 
aysberqi  xatırladır.  Onun  burada  necə  əmələ  gəlməsi  hələ  də 
müəmmalıdır.  Daşın  üstündə  qədim  insanların  müxtəlif  əşyaları, 
heyvan və insanların şəkilləri canlandırılır. Turistləri bura cəlb edən 


180 
 
ə
sas  səbəblərdən  biri  də  daşın  rənginin  dəyişməsidir.  Qısa  vaxt 
ə
rzində  daş  rəngini  qızılı-sarıya,  sonra  tünd-qırmızıya,  bənövşəyiyə 
və nəhayət sonda tamamilə qaraya çevirir.  
 
 


181 
 
Mövzu:15. Azərbaycanın Xəzərsahili rekreasiya – turizm 
təsərrüfatı 
Plan: 
1.
 Sahil zolağının sərhədləri və ehtiyatlarının qiymətləndirilməsi 
üsulları 
2.
 
Xəzərsahili 
bölgədə 
rekreasiya 
ehtiyatlarının 
qiymətləndirilməsi 
3.
  Xəzər  sahilində  rekreasiya  əhəmiyyətinə  görə  seçilən  tarixi 
memarlıq 
    abidələri 
4.
 Xəzərsahili bölgədə turizmin perpektiv inkişafı 
 
1.
  Sahil  zolağı  dedikdə  yalnız  çimərlik  deyil,  ondan  müəyyən 
qədər  kənarda  yerləşən  rekreasiya  əhəmiyyətli  ərazilər  nəzərə 
alınmalıdır.  Bu  baxımdan  biz  bunun  sahil  zolağı  üzrə  müqayisəli 
sərhədini  çəksək  və  sahil  bölgəsində  olan  təbiət,  tarixi-mədəni 
abidələri,  mineral  və  termal  suları,  rekreasiya  landşaftlarını,  o 
cümlədən sosial infrastruktur sahələri də buraya əlavə etsək, bunların 
da sahildən 20-25 km kənarda yerləşdiyini görə bilərik. 
Bununla  belə,  biz  sahildən  20-30  km  uzaqda  yerləşən  əraziləri 
sahil zonası kimi qəbul edə bilərik. Sahil zonası dedikdə, 1 - 5 km - 
lik  ərazilərin  əsas,  5-14  km  daxilə  doğru  olan  ərazilərin  isə  ehtiyat 
ə
razi kimi qəbul olunmasını məqsədə uyğun hesab edirik. Xəzərsahili 
rekreasiya  ehtiyatları  qiymətləndirilərkən  ehtiyat  ərazilərin  də 


182 
 
götürülməsi məqsədə uyğundur. Sahil zolağının sərhədləri isə hər bir 
rekreasiya  rayonunun  özünəməxsus  xüsusiyyətlərini  nəzərə 
alınmaqla müəyyən edilə bilər. 
Rekreasiya 
ehtiyatlarının 
qiymətləndirilməsində 
ə
sas 
problemlərdən  biri  də  ayrı-ayrı  meyarlar  üzrə  bal  sistemi  əsasında 
ş
kalanın tərtibidir. 
Bal qiymətinin meyarları aşağıdakı kimi götürülmüşdür: 
1 bal - əlverişsiz; 
2 bal-nisbətən əlverişli; 
3 bal-orta əlverişli; 
4 bal - əlverişli; 
5 bal çox əlverişli. 
Bu  baxımdan  biz  havanın  temperaturu  18  –  23
0
S  -  ə  çatan 
günlərin  sayı  135-dən  çox  olarsa  (5  bal)  komfort  günlər  –  çox 
ə
lverişli,  100-135  günə  çatarsa  əlverişli  (4  bal),  100  günə  qədər 
olarsa  orta  əlverişli  (3  bal)  götürmüşük  ki,  bu  da  ümumi  iqlim 
göstəricilərinin  rekreasiya  məqsədilə  istfadəyə  yararlı  olduğunu 
göstərir. 
2 bal – rekreasiya məqsədləri ilə istifadə üçün nisbətən əlverişli 
hesab  olunur.  Burada  havanın  temperaturu  18  -23
0
S  olan  günlərin 
sayı  50-70  çatarsa,  həmçinin  havanın  temperaturunun  16
0
S  –  dən 
aşağı  və  28
0
S  –  dən  yuxarı  qeydə  alındığı  günlərin  sayı  tez-tez 
təkrarlanarsa, yağıntıların orta illik miqdarı 800 mm və ya 150 mm – 
dən  aşağıdırsa,  küləyin  orta  sürəti  15m/san  –  dən  çox  qeydə  alınan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə