Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   51   52   53   54   55   56   57   58   59

187 
 
Azərbaycan  sahil  zolağının  dayazlığı,  suyun  şəffaflığı,  duzluluq 
faizinin  aşağı olması (10 – 13%), mövsüm dövründə dənizdə suyun 
hərarətinin 18 – 24
0
S – yə çatması, çimərlik mövsümünün 140 – 160 
gün  davam  etməsi  burada  rekreasiya  təsərrüfatının  inkişafı  üçün 
münasıb şərait yaradır. 
Xəzərsahili  çimərliklərin  temperaturunun  təhlilindən  aydın  olur 
ki,  komfort  günlərdə  suyun  temperaturunun  18  –  21
0
S  -  ə  çatması 
çımərlik mövsümünə mane olan küləkləri, rütubətli günləri də əlavə 
etsək, Xəzərsahili çimərliklərdə çimmək üçün normal temperatur 21 
– 23,5
0
S götürülə bilər. 
Xəzərsahili  çimərliklər  müalicəvi  qumu  və  şəffaf  suyu  ilə  Qara 
dəniz sahili çimərliklərindən geri qalsa da, mövsüm dövründə suyun 
temperaturunun  yüksəkliyi  baxımından  üstündür.  Burada  əlavə 
çimərliklərin  mövsümünün  davamiyyəti  də  Qara  dəniz  sahili 
çimərliklərindən  20  –  30  gün  artıqdır  (Qara  dəniz  sahili  çimərlik 
müddətinin  davamiyyəti  120  –  130  gün,  Xəzərsahili  də  isə  bu 
göstərici müvafiq olaraq 130 – 145 gündür). 
Xəzər dənizində duzluluq dünya okeanının orta duzluluğndan 2-
3 dəfə azdır. Çimərliklərdə bu, daha da azalır. Xəzər sahillərinin 0-20 
m - ə qədər dərinliklərdə duzluluq 10 – 12% - i təşkil edir. Sahilboyu 
çimərliklərdə ən çox duzluluq fevral, avqust aylarında 12,5 – 13,1% 
müşahidə edilir. 
3.
 Mineral sular və müalicəvi palçıqlar. Qeyd etmək lazımdır ki, 
Azərbaycanın  mineral  və  termal  sularına  bir  çıx  hallarda  yüksək 


188 
 
dağlıq, gözəl mənzərəli meşə örtükləri olan ərazidə rast gəlmək olur 
ki,  bu  da  həmin  suların  ətrafında  kurort  təsərrüfatının  inkişafı  üçün 
geniş imkanlar yaradır. 
Kurortoloqlar  mineral  və  termal  sulardan  istifadə  imkanlarını 
müəyyən  edərkən,  onların  müalicəvi  xüsusiyyəti  və  kimyəvi 
tərkibinə görə bir neçə qrupa bölmüşlər. 
A:  karbohatlı  və  hidrokarbonatlı,  tərkibində  ayrıca  karbon  qazı 
və  ionu  olmaqla, orta  temperaturu  10  –  20
0
S  təşkil  edən  mineral  və 
termal  sular.  Buraya  əsasən  Dəvəçi  –  Siyəzən  inzibati  rayonlarında 
yerləşən  mineral  və  termal  sular  (Zeyvə  mineral  bulaqları  –  (debiti 
2300  l/sut.çox),  daxildir.  Karbohatlı  və  hidrokarbonatlı  mineral 
suların ümumi debiti 5,5 min l/sut. – dan çox, orta temperaturu 10 – 
20
0
S – dir. Bu sular uroloji xəstəliklərin müalicəsində istifadə olunur. 
B:  sulfidli  və  hidrogensulfidli,  orta  temperaturu  25  –  37 
0
S  -  ə 
çatan termal sular. Bu mineral və termal suların ümumi debiti 1240 
min l/sut. – dur. 
Ş
übhəsiz ki, yerləşdiyi ərazidən, minerallaşma dərəcəsindən asılı 
olaraq  bu  mineral  və  termal  suların  orta  temperaturu  müxtəlifdir. 
Belə ki,Nabran soyuq bulaqlar qrupunda suyun temperaturu 8 – 20
0
S, 
minerallaşma dərəcəsi isə çoxdur. Abşeronda yerləşən termal suların 
minerallaşma  dərəcəsi  isə  az  olsa  da,  temperatur  16  –  25
0
S  –  yə 
(Şıxovda 71
0
S) çatır. 
Bu sulfidli və hidrogen – sulfidli mineral və termal sularla əsasən 
vanna  müalicəsi  aparılır,  əsəb,  dəri,  qan  –  damar,  dayaq  –  hərəkət 


189 
 
orqanları  və  s.  xəstəliklər  müaslicə  edilir.  Bu  termal  və  mineral 
bulaqların  bazası  əsasında  5000  yerdən  çox  sanatoriya  –  kurort 
təsərrüfatı yaradılmışdır. 
C:  xlor  –  natriumlu  və  tərkibində  ayrıca  hidrogen  –  sulfidli, 
suyunun temperaturu 40 – 45
0
S, minerallaşma dərəcəsi 4 – 7, 0 mlq/l 
olan  termal  sular.  Suyun  temperaturunun  yüksək  olması  termik 
vannaların qəbulu üçün əlverişli şərait yaradır. Hərəkət orqanlarının, 
xroniki  revmatizmin,  əsəb  sistemi  xəstəliklərinin  müalicəsində  bu 
sulardan  istifadə  olunur.  Həmçinin  ürək  –  damar,  giekoloji 
xəstəliklərin müalicəsində də yaxşı səmərə verir 
Lənkərann  zonasında  yayılmış  natrim  –  xloridi  suların  ümumi 
debiti  465  min  l/sut  –  dan  çox,  suyunun  temperaturu  41  –  45
0
S  -  ə 
çatır.  Bu  suların  bazası  əsasında  Lənkəranda  400  yerlik  müalicə 
pansionatı,  “İbadsu”  və  “Qotursu”  da  yerli  əhəmiyyəti  istirahət 
bazaları fəaliyyət göstərir. 
Ç:  yodlu  –  bromlu  və  tərkibinə  üzvi  maddələrin  çoxluğu  ilə 
seçilən  mineral  sular.  Bu  suların  minerallaşma  dərəcəsi  2  –  5  mlq/, 
temperaturu isə 27 – 33
0
S - ə çatır. Sahil zonasında yodlu – bromlu 
sular. Neftçala rayonu əraziində yayılmışdır ki, onların da onların da 
ümumi debiti 1500 l/sut – dan çoxdur. 
Müalicəvi  palçıqlar.  Sahil  bölgəsində  çox  böyük  ehtiyata  malik 
müalicə ocaqlarını təmin etməyə imkan verir. 
Plastiklik  və  yapəşqanlıq,  istilik  tutumunun  çox,  istilik 
keçirmənin  az  olması  palçıqla  müalicənin  səməmrəsini  artıran  fiziki 


190 
 
xassələrdir.  Xəzər  sahilində  masazır,  Böyük  –  şor  gölündəki 
müalicəvi  palçığın  plastikliyinin  çox  olması  onların bəzən  tamamilə 
yapışmasına,  xəstəliyin  səmərəli  müalicəsinə  kömək  edir.  Həmçinin 
bu  palçıqların  istilik  effektinin  yüksək  olması,  onunla  müalicə 
imkanlarını artırır. 
4.
 Rekreasiya  landşaftları.  Sahil  boyunca  26,5  m  –  dən 
başlayaraq  200  m  -  ə  qədər  uzanan  düzənliklər,  çəmən-meşələr, 
yovşanlı-şoranlı  səhralar,  çəmənliklərdən  sonra  ucalan  dağlar 
ə
razinin  estetik  zənginliyini  göstərir.  Həmçinin  burada  mavi  dəniz, 
qumlu  sahil,  təmiz  hava,  açiq  səma,  mülayim  cənub  küləyi  ərazinin 
rekreasiya  əhəmiyyətini  artırır.  Respublikamızın  ərazisində  825  km 
uzanan Xəzər sahilləridə yuxarıda qeyd etdiyimiz təbii zənginliklərlə 
yanaşı, nadir təbiət abidələri də geniş yayılmışdır. 
Burada – təbiətlə dənizin qovuşağında relikt meşəliklər, yaşı min 
ildən  çox  olan  ağaclar,  ekzotik  amillərin  təsiri  ilə  yaranmış  relyef 
formaları,  dəniz  sahillərində  inkişaf  etmiş  müasır  dəniz  çöküntüləri, 
“yanardağ”  kimi  tanınan  təbii  məşəl  bölgənin  çox  cazibədar 
mənzərələrindəndir.  Xəzər  sahillərindəki  zəngin  təbiət  abidələrinin 
ə
razinin  rekreasiya  potensialında  mühüm  rolu  vardır.  Bunlar  əsasən 
aşağıdakı kimi qruplaşdırılır: 
1. Geoloji  –  geomorfoloji  abidələr  və  onların  landşaft 
ekzotikliyində  rolu.  Qobustan  qayalıqları,  Dibrar  tipli  qayalıqlardan 
ibarət  Beşbarmaq,  küləyin  təsiri  ilə  yaranmış  Abşerondakı  relyef 
formaları,  Şollar  və  Lənkəran  ovalığndakı  gətirmə  çöküntüləri  belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə