Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   51   52   53   54   55   56   57   58   59

195 
 
Abşeron yarımadasında sahil boyunca təşkil edilən ekzotik turist 
marşrutlarına  Abşeronda  yerləşən  tarixi  –  mədəni  abidələri  də  daxil 
etmək lazımdır. 
5. Tarixi-mədəni  abidələr.  Azərbaycan  tarixi-mədəni  abidələrlə 
zəngindir.  Respublikamızda  ilk  insan  məskənləri,  orta  əsr  nadir 
memarlıq abidələri ilə diqqəti cəlb edir. 
3.
  Xəzər  sahilində  rekreasiya  əhəmiyyətinə  görə  seçilən  tarixi 
memarlıq  abidələri  təsvirləri  əsasən  Abşeronda  təsadüf  edilir. 
Buradakı  Qobustan  qayaüstü  rəsimlərinə  (e.  ə.  8-ci  minillik),  o 
cümlədən, orta əsr şəhərsalmanın incisi sayılan “İçəri şəhər” abidələr 
kompleksi, Abşeron kəndlərindəki XIII – XIX əsrlərə aid məscidlər, 
karvansaralar,  Mərdəkandakı  dördkünc  qala  (XIV  əsr),  Nabrandakı 
qala  (1301  –  ci  il),  Ramanadakı  qala  (XV  əsr),  Suraxanıdakı  qədim 
atəşpərəstlərin  məbədi  “Atəşgah”  xalqımızın  qədim  tarixini  əks 
etdirir. 
Sahil  zonasında  Xaçmaz  rayonu  Şıxlar  kəndindəki  məscid  (XV 
ə
sr),  Dəyirmantəpə  yaşayış  yeri  (IV  əsr),  Şabran  kəndindəki  şəhər 
xarabalıqları  da  rekreantları  cəlb  edən  tarixi  –  memarlıq 
abidələrindəndir.  Siyəzən  rayonundakı  Beşbarmaq  dağı  dini 
ziyarətgah olaraq yerli əhəmiyyət kəsb edir. 
Lənkəran  –  Astara  mühüm  rekreasiya  əhəmiyyəti  kəsb  edən 
tarixi  –  memarlıq  abidələri  ilə  seçilir.  Bölgədəki  tarixi  –  memarlıq 
abidələri əsasən V – XIX əsrə aiddir. Lənkəranda qalan, Hacı Mirzə 
hamamı,  məscid  (XVIII  əsr),  Balaburd  kəndində  qalan  (XIV  əsr), 


196 
 
Sığın,  Divəlona  kəndlərində  erkən  dəmir  dövrünə  aid  qəbirlər 
rekreasiya əhəmiyyətinə görə diqqəti çəkir. 
Astara rayonunda orta əsrlərə aid zəngin tarixi – mədəni abidələr 
qorunub saxlanılmışdır. Buradakı tarixi – memarlıq abidələrinin yaşı 
800  –  1000  ilə  çatır.  Hacı  Teymur  və  Hacı  Baxış  məscidlərini, 
Məşədi  Abdultalib  hamamı,  Ərçivan  kəndində  olan  Həmid  Abdulla 
məscidi, XIX əsrə aid hamam, Tülü kəndindəki erkən dəmir dövrünə 
aid (e. ə. XI – V əsrlər) qədim qəbiristanlıq turistləri özünə cəlb edən 
maraqlı səyahət yerləridir. 
Qeyd  edək  ki,  Xəzər  sahillərində  yerləşən  tarixi  –  memarlıq 
abidələrin çoxu XII – XV əsrlər aiddir. Digər ölkələrdən fərqli olaraq 
respublikamızda  bu  sahədən  rekreasiya  məqsədləri  üçün  çox  az 
istifadə  edilmişdir.  Bunu  da  qeyd  etmək  lazımdır  ki,  bizim  tarixi  – 
mədəni  abidələr  bir  –  birindən  uzaq  və  pərakəndə  yayılmışdır.  Belə 
vəziyyət onlardan rekreasiya məqsədilə istifadı üçün çətinləşdirir. 
Aralıq  dənizi  sahillərində  özünün  qədimliyi  və  orjinallığı  ilə 
seçilən,  tarixi  –  mədəni  abidələrlə  zəngin  ölkələrdən  İtaliya, 
Yunanıstan,  İspaniya,  Türkiyə  və  s.  qeyd  etmək  olar.  Aralıq  dənizi 
sahillərində  roma  imperiyası  dövründən  qalma,  antik  dövr 
(Yunanıstan), həmçinin orta əsr abidələri təsadüf olunur. Xəzərsahili 
abidələr  isə  Qara  dəniz  və  Aralıq  dənizi  sahilindəki  abidələrinə 
nisbətən  cavan  və  pərakəndəliyilə  seçilir.  Məhz  buna  görə  də 
Xəzərsahili  bölgənin  tarixi  –  mədəni  abidələrindən  digər  rekreasiya 
sərvətləri ilə birgə istifadə etmık daha çox səmərə verərdi. 


197 
 
Sahil  bölgəsindəki  tarixi  –  mədəni  abidələr  əhəmiyyətinə  görə 
aşağıdakı kimi qruplaşdırılır: 
a) Beynəlxalq  əhəmiyyətli  abidələr:  “İçəri  şəhər”  abidələr 
kompleksi, Qobustan qaya təsvirləri; 
b) Respublika  əhəmiyyətli  abidələr:  qədim  yaşayış  məskənləri, 
XV  –  XIX  əsrə  aid  məscid,  karvansara,  qala,  türbələr,  həmçinin 
qədim qəbirlər və s. 
c) Yerli əhəmiyyətli abidələrə rayonun tarixində izi olan tarixi – 
memarlıq abidələri daxildir. 
d) Tarixi  –  mədəni  abidələrə  rayonun  əhəmiyyətinə  görə  dini 
ziyarətgahları da əlavə etmək olar. Beşbarmaq, Şıx burnundakı Bibi-
Heybət  piri,  həmçinin  Abşeron  və  Lənkəran  rayonlarının  bir  çox 
yaşayış  məntəqələrindəki  dini  ziyarətgahlar    sahil  zonasındakı  dini 
abidələrdir. 
6. Nəqliyyat  infrastrukturu.  müasir  dövrdə  dənizsahili  xalq 
təsərrwfatının  inkişafında  şəhər  –  kənd,  kənd  –  rayon  mərkəzləri 
arasında əlaqə mühüm əhəmiyyət kəsb edir. Buna görə də regional və 
şə
hərətrafı  nəqliyyat  sistəmindən  rekreasiya  məqsədləri  üçün  geniş 
istifadə olunur. 
Nəqliyyat  xidmətində  uzaq  və  yaxın  məsafə,  yolxərci  rekreanta 
xidmətində  əsas  rol  oynayır.  Buna  görə  də  hər  hansı  bir  ərazinin 
rekreasiya  potensialından  istifadə  etmək  üçün  onun  əlverişli 
nəqliyyat imkanları əsas götürlür. 


198 
 
Rekreasiya  təsərrüfatı  ilə  nəqliyyat  sistemi  arasındakı  əsas 
ə
laqələr aşağıdakılardır: 
a) Inkişaf  etmiş  nəqliyyat  sistemi  ərazinin  rekreasiya 
potensialından istifadəni genişləndirir. 
b) Nəqliyyat  sistemi  xarici  turizm  baxımından  gəlir  və  valyuta 
gətirən bir sahədir. 
c) Müasır  nəqliyyat  sistemi  insanları  səyahətə  həvəsləndirən 
biridir. 
Rekreasiya  təsərrüfatının  formalaşmasında  avtomobil  nəqliyyatı 
mühüm  rol  oynayır.  Respublikamızda  avtomobil  yollarının  ümumi 
uzunluğu 22,4 min km – dən çoxdur. 
Xəzər sahillərində əsas magistral yolların ümumi uzunluğu 512, 
bərk  örtüklü  yolların  uzunluğu  isə  958  km  –  dən  artıqdır.  Əsas 
magistral  yollarından  olan  Bakı  –  Yalama  (199  km),  Bakı  –  Astara 
ş
ose  yolunun  uzunluğu  isə  avtəməbil  yollarının  texniki  vəziyyəti 
müasır tələblərə tam cavab vermir. 
Avtomobil  nəqliyyatının  rekreasiya  əhəmiyyətini  aşağıdakı 
qaydada qruplaşdırmaq olar: 
a) Avtomobil  nəqliyyatı  rekreantla  moterllərdə  dincəlməyə 
getdiyi yerlərin ərazisi ilə yaxından tanış olmağa imkan verir. 
b) Qrup  halında  turizm  səyahətlərinin  təşkilində  əsas  nəqliyyat 
vasitəsidir. 
c) Motel və kempinqlərin genişlənməsi və inlişafına səbəb olur. 


199 
 
Apardığımız  hesablamalara  görə,  sahil  zonasında  turizm  və 
itirahətin  70%  -  dən  çoxu  avtomobil  nəqliyyatı  vasitəsilə  həyata 
keçirilir. Həmçinin sahil zonasında şəhərətrafı qısamüddətli istirahətə 
gedənlərin  60  –  65%  -  i  bu  nəqliyyat  növündən  istifadə  edir.  Sahil 
zonasında avtomobil yolların orta sıxlığı km
2
 - ə təşkil edir ki, bunu 
da 4 balla qiymətləndirmək olar. 
Dəmiryol nəqliyyatı vaxt itkisinə görə avtəməbil nəqliyyatından 
25 – 45 dəqiqə geri qalsa da, sahil zonasında rekreantların 17 – 20% - 
i  bu  nəqliyyat  vasitəsindən  istifadə  edir.  Abşeronda  magistral  və 
şə
hər  ətrafinda  373  km  elektrik  dəmiryol  xətti  40  dayancaq  üzrə 
sərnişinlər xidmət göstərir. Bu daşımaların 52% - i Bakı – Sabunçu – 
Sumqayıt istiqamətində, 48% - i digər istiqamətlərdə həyata keçirilir. 
Mövsüm dövründə bu daşımaların 23 – 28% - i rekreantlara xidmət 
edir;  istirahət  günlərində  bu  rəqəm  52  –  56%  -  ə  çatır.  Dəmir  yolu 
sürətinə  görə  digər  nəqliyyat  növlərindən  geri  qalsa  da,  tariflərin 
ucuzluğu,  təhlükəsizlik  baxımından  ölkədaxili  turizmdə  mühüm  yer 
tutur. 
Respublikamızda  xarici  turistlərə  “AZAL”  aviokompaniyası 
xidmət  göstərir.  Respublikamızdan  dünyanın  30  –  dan  çox  ölkəsinə 
işgüzar, turizm və digər məqsədlərlə səfərlər təşkil edilir ki, bunların 
da,  demək  olar  ki,  hamısı  binə  hava  limanından  həyata  keçirilir. 
Hazırda Naxçıvan və Gəncədə olan hava limanları yenidən qurularaq 
istifadəyə verilmişdir. Yaxın gələcəkdə Lənkəran və Zaqatalada yeni 


200 
 
müasir tələblərə uyğun hava limanının tikilməsi ölkəyə turist axınının 
artmasında əhəmiyyətli rol oynayacaqdır. 
Rekreasiya  –  turizm  baxımdan  rahatlığı,  göstərilən  xidmətlərin 
növ  tərkibinin  müxtəlifliyi  (əyləncə  və  istirahət  üçün  geniş 
imkanların  olması)  çox  vaxt  dəniz  nəqliyyatını  əvəzsiz  edir. 
Keçmişdə  dövlətlərarası  əsas  nəqliyyat  vasitələrindən  biri  sayılan 
dəniz nəqliyyatı müasir dövrdə kütləvi turizmin “Üzən otel” kimi hər 
cür komfort şəraiti olan, istifadə etdiyi mühüm bir səyahət növüdür. 
Dəniz  nəqliyyatının  turistlərin  tələbatına  uyğun  üstünlükləri 
aşağıdakılardır: 
A) Dəniz səyahəti rahatlıq baxımından digər nəqliyyat növləri ilə 
səyahətdən üstündür; 
B) Dəniz nəqliyyatı ilə səyahət turistlərə əyləncə, müxtəlf uerləri 
görmək,  flimlərə  baxmaq  və  digər  mədəni  –  kütləvi  tədbirlərdə 
iştirak etmək imkanı qazanırlar; 
C) Dəniz səyahətinin istirahət və əyləncə imkanlarını avtomobil 
və  aviasiya  nəqliyyatının  sürətliliyi  ilə  əlaqələndirmək  olar.  Dəniz 
səyahəti daha çox ekzotik gəzintilər üçün əlverişlidir. 
Qədim  İpək  yolunun  bərpası  respublikamızda  bu  marşrut  üzrə 
turistlərin  axınını  gücləndirəcəkdir.  Hazırda  respubilikamıza  gəzinti 
məqsədilə  gələn  xarici  turistlər  İpək  Yolu  üzərində  olan  əraziləri 
görməyə daha çox meyl göstərirlər. Bununla yanaşı, Xəzər regionun 
negt  ehtiyatlarının  dünyaya  aşılması  gələcəkdə  xarici iş  adamlarının 
Xəzərsahili  bölgədə  istirahətini  təşkil  etməyə  imkan  verir.  Bakıdan 


201 
 
başqa  Lənkəranda  müasir  dənia  limanın  tikilməsi  xəzər  dənizində  
kurizlərin yaradılması və genişləndirilməsinə imkan verir. 
7. Suvenir istehsalı. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində 
nadir  sənət  abidələri  yaratmışdır.  Respublikamızda  qədim 
zamanlardan dekorativ sənət növlərinin bir çox sahələri, o cümlədən 
basma  naxışlar,  naxıçlı  tikmələr,  toxuculuq  sənəti,  metal  və  daş 
üzərində  oymalar,  mis  qablar  istehsalı,  duluşculuq,  keramika, 
zərgərlik, dəri üzərində aşılma və s. sənət növləri inlkişaf etmişdir. 
Xalçaçılıq  ölkəmizin  suvenir  istehsalında  mühüm  yer  tutur. 
Respublikamızda xalçaçılıq çox qədim zamanlardan inkişaf etmiş, ev 
şə
raitində  və  kustar  emalatxanalatxanalarda  toxunmuşdur.  Öz 
dekorotivliyi ilə seşilən “keçə”, “xəli”, “gəbə”, “palaz”, “kilim” və s. 
suvenir istehsalında mühüm rolu vardır. Turistlərə hədiyyə kimi kiçik 
xalçalar da toxunur. 
  Parça  üzərində  naxışvurma  sənəti  respublikamızda  geniş 
yayılmışdır.  Içəri  şəhərdə  parça  üzərində  naxışvurma  emalatxanası 
fəaliyyə  göstərir. Bakı  şəhərində  toxuma  və  naxışvurma  sənəti  daha 
çox  inkişaf  edib.  Şəhərimizdə  düzənlənən  bir  çox  beynəlxalq 
sərgilərdə bu incəsənət növü xarici qonaqlarda maraq doğurur. 
  Suvenir  hazırlanmasında  mühüm  rolu  olan  dulusçuluq  və  mis 
qablar  istehsalı  Masallı  və  Astarada  və  habelə  Bakının  bir  çox 
kəndlərində  inkişaf  edib.  Lənkəran  bölgəsində  yayılmış  qamışdan 
hörmələr  öz  dekorativliyi  ilə  seçilir.  Burada  qamışdan  həsir,  hətta 
başgeyimi toxunur. 


202 
 
Qızıl,  gümüş,  mis  üzərində  naxışvurma  sənəti  respublikamızda 
hələ  qədim  zamanlardan  inkişaf  etmişdir.  Zərgərlikdə  əsasən  kəmər 
üzərində  naxışlar,  üzük,  sırğa,  qolbaq,  boyunbağı  və  s.  geniş  çeşidi 
ilə seçilir. Hazırd suvenir istehsalının əsas mərkəzi kimi Bakı, Gəncə, 
Ordubad,  Naxçıvan  şəhərləri  hesb  olunur.  Bundan  əlavə  turistləri 
cəlb edən gəlincəklər, geyi m nümunələri də kustar şəraitda hazırlanır 
və  respublikqamızda  düzənlənən  beynəlxalq  tədbirlərdə  nümayiş 
etdirilir. 
Xarici  turizmin  inkişafında  rolu  olan  milli  mətbəximiz  öz 
zənginliyi  ilə  seçilir.  Xalqımızın  milli  mətbəxində  ətdən  hazırlanan 
məhsullar mühüm yer tutur. Azərbaycan milli mətbəxində piti, toyuq 
ş
orbası, toyuq ləvəngisi və s. milli mətbəximizin ləziz yeməklərindən 
hesab olunur. 
Sahil  zonasında  istər  suvenir  istehsalının,  istərsədə  milli 
mətbəximizin xarici və yerli turizmin inkişafında mühüm rol oynayır. 
Gələcəkdə  suvenirlərimizi  və  milli  mətbəximizi  təbliğ  etmək,onun 
özünəməxsusluğunu  respublikamıza  gələn  qonaqlara  tanıtdırmaq, 
beynəlxalq səviyyədə təbliğ etmək xarici turizmin inkişafına müsbət 
təsir göstərərdi. 
8. Əmək  ehtiyaları  və  məşğulluq.  Xəzərsahili  respublikamızın 
başqa  bölgələrinə  nisbətən  daha  sıx  və  əhalinin  yüksək 
məskunlaşması  ilə  seçilir.  Belə  ki,  respubliki  ərazisinin  3,7%, 
ə
halisinin  30,2%  -  i  (2,4  mln  nəfər,  şəhər  əhalisinin  isə  73,5%  -  i 
sahil rayonlarının payına düşür. 


203 
 
4.
  Respublika  üzrə  əhalinin  orta  sıxlığı  94  nəfərdirsə,  sahil 
bölgəsində  bu  rəqəm  718,  7  –  yə  çatır.  O  cümlədən  Abşeron 
rayonunda hər km
2
 - ə 99 (Bakı və Sumqayıt şəhərləri daxil olmaqla), 
kürdili  rayonunda  78,5  nəfərə  çatır.  Respublikamızın  bazar 
iqtisadiyyatına  keşməsi  ilə  əlaqədar  olaraq  ölkə  əhalisini 
məşğulluğunun  azalması  əmək  ehtiyatlarından  istifadədə  bir  sira 
problemlər  yaratmışdır.  Hazırda  respublukamızın  əmək  bazarlnda 
artıq  işçi  qüvvəsi  mövcud  olduğuna  görə  kəskin  sosial  –  iqtisadi 
vəziyyət yaranmışdır. Buraya xalq təsərrüfatında çalışanların sayının 
azalması,  işçi  qüvvəsi  axının  artması,  işdən  çıxanlarəın  sayının  içə 
girənlərin  sayından  üstün  olması,  müasir  tələblərə  cavab  verən  işçi 
qüvvəsinin çatışmamazığını da əlavə etməık olar. 
Sahil  zonasında  rekreasiya  təsərrüfatının  inkişafı  məşğulluq 
probleminin  həllində  mühüm  rol  oynaya  bilər.  Belə  ki  rekreasiya 
kompleksinin  inkişafı  və  fəaliyyət  prosesinin  geniçlənməsi  həm 
maddi  (tikinti,  təchizat,  ticarət  və  s.),  həm  də  xidmətedici  sahələrə 
xeyli  işçi  qüvvəsinin  cəlb  edilməsinə  səbəb  olardı.apardığımız 
hesablamalar 
göstərdir 
ki, 
müasir 
tipli 
sanatoriya 
və 
mehmanxanalarda üç yerə bir xidmətçi, istirahət vəturist bazakarında 
isə dörd yerə bir xidmətçi tələb olunur ki, bu da sahil zonasında 120 
min  adamın  işlə  təmin  olunması  deməkdir.  Gələcəkdə  tikiləcək 
rekreasiya  müəssələrini  də  nəzərə  alsaq,  bu  rəqəm  150  minə 
çatacaqdır. 


204 
 
1985  –  1990  –  cı  illərdə  respublikamızın  rekreasiya 
müəssələrində  işləyənlərin  sayı  100  min  nəfərdən  çox  olmuşdur. 
Bunların  da  70%  -  i  sahil  zonasında  olan  rekreasiya  müəssələrinin 
payına  düşür.  Rekreasiya  təsərrüfatinin  inkişafi  qadın  əməyindən 
istifadəni  də  səmərələşdirərdi.  Belə  ki,  bu  gün  respublikamızda 
qadınəməyindən  istifadəni  çox  aşağı  səviyyədədir.  Sahil  zonasında 
ə
halinin  məşğulluğunun  artırılması,  əmək  ehtiyatından  səmərəli 
istifadə  etmək  məqsədilə  rekreasiya  müəssələrini  rolunu  aşağıdakı 
kimi müəyyənləşdirmək olar: 
a) Sahil zonasında rekreasiya müəssələrini genişləndirməklə yeni 
iş yerlərinin yaradılması; 
b) Respublikamızda rekreasiya kompleksinin inkişafı ilə əlaqədar 
bir  çox  tədris  müəəsələrində  turizm  işi,  mehmanxana  və  otelçilik 
fəaliyyəti istiqamətində ixtisaslı kadrların hazırlanması. 
Bölgədə  olan  turizm  müəssələri  hüquqi  mənsubiyyətinə  görə 
aşağıdakı kimi qruplaşdırılır: 
1. Həmkarlar  İttifaqının  nəzdində  olan  Nabrandakı  500  yerlik 
Dostluq, 800 yerlik Xəzər istirahət mərkəzi və müxtəlif  müəssələrlə 
məxsus olan 30 – dan çox istirahət mərkəzləri 
2. Kurort  –  sanatoriya  müəssələri.  Kurort  Səhmdar  Cəmiyətinin 
tabeliyində  olan  5680  yerlik  Sanatoriya  və  müalicə  müəssələrindən 
ibarətdir.  Qeyd  olunan  müəssələri  ölkədə  fəaliyyə  göstərən  kurort  – 
müalicə müəssisələrini 75% - dən çoxunu təşkil edir. Bunlarin 46,8% 
- dən çoxunda məcburi köçkünlər yerləşdirilib. 


205 
 
3. Özəl  təşkilatlara  məxsus  olan  yerləşmə  müəssələri  və  digər 
turizm obyektləri ölkədə fəaliyyt göüstərən bu növ turizm obyektləri 
63%  təşkil  edir.  Özəl  təşkilatlara  məxsus  istirahət  və  əyləncə 
müəssələrini əsas hissəsi Abşeron və Yalama, Nabranda cəmlənib ki, 
bunləardaa qeyd olunan istirahət obyektlərinin 2/3 – nə sahibdir. 
Xəzər  sahilində  fəaliyyət  göstərən  özəl  müəssələrə  məxsus 
yerləri  ayrı  –  ayrı  inzibatı  rayonları  üzrə  aşağıdakı  kimi  dəyışır. 
Abşeronda 7856 yerlik istirahət mərkəzi, 5977 yerlik digər yerləşmə 
müəssələri,  Lənkəranda  6212  yerlik  istirahət  mərkəai,  400  yerlik 
sanatoriya,  770  yerlik  yerləşmə  müəssələri  fəaliyyət  göstərir  .  Bu 
göstərici  masallı  rayonunda  348  yerlik  müalicə  müəssəsindən,  2296 
yerlik  istirahət  müəssələrindən  ibarətdir.  Bu  göstərici  Xaçmazda 
4980 yerlik istirahət mərkəzindən, 1330 yerlik əyləncə müəssisəsi və 
digər  yerləşmə  müəssəsindən  ibarətdir.statistik  rəqəmlərdən 
göründüyü  kimi  Xəzərsahili  rayonlardan  ən  şox  mənimsənilmiş 
ə
raziləri Abşeron, Xaçmaz, Lənkəran sahillərindədir. Bu da ərazinin 
turizm ehtiyatı ilə zənginliyi  və sosial – iqtisadı inkişaf səviyyəsinin 
yüksək  olması  ilə  bağlıdır.  Xəzərsahili  bölgədə  əsasən  Bakı  şhəri 
ə
halisinin qısa və uzun müddətli istirahətinin təşkil olunduğuna görə 
bu ölkə daxili turizmdən çox istifadə olunan əraziləırdən sayılır ki, bu 
da Bakı şəhər əhalisinin 45 – 50% - nin tələbatını ödəyir.  
Xəzərsahili bölgədə 5 turizm rayonu ayrılır ki, bunlar da Yalama 
–  Nabran,  Dəvəçi  –  Giləzi,  ,  Kürdili,  Lənkəran  aiddir.  Bölgədə 
turizmin  inkişafı    üçün  perspektivli  olan  sagəılər  əsasən  istirahət, 


206 
 
ekoturizm  və  ekskursiya  məqsədi  turizmin  inkişafı  ilə  bağlıdır. 
Xəzərsahili  bölgədə  turizmin  perpektiv  inkişafı  aşağıdakı  
xüsusiyyəti ilə şərtlənir: 
1. Bölgənin  kurort  turizm  imkanlarından  istifadə  etməklə 
istirahətlə yanaşı, kurort təsərrüfatının inkışaf etdirilməsi; 
2. Turizm təsərrüfatında infrastrukur sahələriin yaradilmasi və bu 
sahəyə kapital qoyuluşunun artirilmasi; 
3. Yerləşmə  müəssələrinin  və  digər  isatirahət  mərkəzlərinin  az 
mənimsənilmiş  Kürdili,  Dəvəçi  –  Giləzi  turizm  rayonlarında 
inkişafının həvəsləndirilməsi 
 
Yerləşmə 
müəssisələrinin adı 
Yerləşmə 
müəssisələrinin sayı 
Yerlərin sayı 
Işçilərin sayı 
Abşeron 
52 
6930 
2430 
Xaçmaz 
28 
3840 
571 
Dəvəçi 

266 
27 
Lənkəran 
12 
867 
143 
Astara 

205 
37 
Masallı 
23 
1032 
137 
 
Cədvəl 1. Xəzərsahili Yerləşmə müəssisələrinin sayı və ümumi yer tutumu 
Regionda yerləşmə müəssəsi və  turizm obyektlərinin dinamikası 
göstərir  ki,  daha  çox  mənimsənilmiş  bölgələr  Abşeron,  Xaçmaz, 
Masallı,  Lənkərandır.  Digər  ərazilərdə  isə  mənimsənilmə  səviyəsi 
aşğı olaraq qalır. Bu daha çox Siyəzən, Dəvəi, Neftçalaya aid etmək 
olar. Qeyd olunan zəif mənimsənilmə bölgələrdə turizm süənayesini 
inkişafı  üçün  geniş  ərazi  kənd  təsərrüfatında  istifadə  olunmayan 


207 
 
torpaq  sahələri,  nisbətən  təmiz  çimərlikləri,  iqlim  elementləri 
perspektiv  inkişafı  şərtləndirən  amillərdən  sayılır.  Qeyd  olunan 
ə
razilərdə  meşə  parkları  salımaqla  turizm  sənayesinin  inkişafa  nail 
olmaq olar. 
Bununla yanaşı Xəzər dənizində su idman növlərindən, dağətəyi 
ə
razidə  ekoturların  təşlkili  mümkündür.  Ölkənin  su  regionunda 
həyata keçirdiyi kənd – yaşıl turizm tədbirləri  ekoloji turizm təşkili 
xəzərsahili  bölgədə  turizmin  uzunmüddətli  inkişafını  şərtləndirən 
amillədən  sayılır.  Xəzər  dənizdininb  Dəvəçi-Giləzi  turizm  rayonun 
ə
razisində  “dağ-dəniz”  turizminin  inkişafı  üçün  Mədəniyyət  və 
Turizm  Nazirliyi  tərəfindən  layihə  hazırlanmışdır.  Bu  proqramda 
uyğun  olaraq    Dəvəçi,  Siyəzən  rayonlarının  ərazisidə  müasir 
tələbələrə  cavab  kompleks  istrahət  –  kurort  kompleksinin  tikintisi 
planlaşdırılır.  Burada  20  min  yerlik  müasir  yerləşmə  kompleksiləri, 
qolf  meydançası,  istirahət,  əyləncə,  biznes  mərləzləri,  ekoloji  turist 
marşurutlarının təşkili və s. nəzərdə tutulmuşdur. 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə