Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   2   3   4   5   6   7   8   9   ...   59


 
vasitə-ekskursiya 
və 
turist 
yürüşlərinin 
sayını 
artırmaqla 
ekoloji 
maarifləndirmənin effektiv üsulla həyata keçirilməsindən ibarət olur. 
  Turizm  ehtiyatlarının  qruplaşdırılmasında  sosial  amillər  aşağıdakı  təsirə 
malikdir: 
  1.  Ərazidə  əhalinin  məskunlaşma  səviyyəsi  –  urbanizasiya,  demoqrafik 
xüsusiyyətlər,  milli-etnik  tərkibi  və  etnoqrafik  amillər.  Əhalinin  sıxlığı  və 
urbanizasiya  səviyyəsinin  yüksəkliyi  turizm-istirahətə  olan  tələbatı  artırır  ki,  bu 
da rekreasiya – turizm ehtiyatlarının mənimsənilməsinə təkan vermiş olur. Digər 
tərəfdən  ərazidə  yaşayan  əhalinin  milli  –  etnoqrafik  xüsusiyyətlərinin  özünə 
məxsusluluğu turizm ehtiyatı kimi istifadə etməyə imkan verir. 
  2. Ərazidə sosial infrastrukturun inkişaf səviyyəsi və digər xidmət sahələri 
ilə təmin olunması.
 Qeyd olunan amillər turizmin turizmin maddi bazasını təşkil 
edir  sosial  infrastrukturun  inkişafı  turizm  sənayesinin  formalaşmasında 
ə
həmiyyətli  rol  oynamaqla  yanaşı  turizm  ehtiyatlarından  səmərəli  istifadəyə, 
tələbatın artmasına, ərazi mənimsənilməsinin genişlənməsinə imkan vermiş olur. 
Bununla  yanaşı  turizm  sənayesində  sosial-iqtisadi  ehtiyatlarda  ayrılır.  Sosial-
iqtisadi turizm ehtiyatları turizm sənayesinin inkişafı üçün vasitə kimi çıxış edir. 
  Sosial  turizm  ehtiyatlarının  qruplaşdırılması  onların  istifadə  dərəcəsinə  və 
ə
razidə yayılmasına görə aparılır. Belə ki, etnoqrafik ehtiyatlardan istifadə coğrafi 
amillə  bağlıdırsa  xalq  sənətkarlığı,  suvenir  istehsalı  birbaşa  turizm  sənayesinin 
inkişafı  ilə  bağlı  olur.  Turizm  sənayesində  istehlakçı  amili  onun  ehtiyatlarından 
istifadənin özəyi sayıla 
  2.  Turizm  resurslarıının  öyrənilməsinin  nəzəri-praktiki  əsasları.  Turizm 
resurslarının öyrənilməsi və ərazi rekreasiya ehtiyatlarına uyğun tədqiqatın daha 
çox  iqtisadi-coğrafi  xarakter  daşıdığına  görə  onun  təsnifatında  olan  təbii 
elementlər  iqtisadi  nöqteyi  nəzərdən  qiymətləndirilir.  Rekreasiya-turizm 
ehtiyatlarının  öyrənilməsində  Rusiya,  Türkiyə,  Polşa,  ABŞ  və  başqa  xarici  ölkə 
alimləri  ilə  yanaşı,  bu  sahədə  xüsusi  xidmətləri  olmuş  Azərbaycan  alimlərinin-
H.Ə.Əliyev,  B.Ə.Budaqov,  A.H.Salmanov,  Ə.C.Əyyubov,  E.B.Mehrəliyev, 



 
A.N.Nadirov,  N.H.Əyyubov,  H.B.Soltanov,  C.Məmmədov,  R.Kasumov  və  s. 
Mütəxəssislərin əsərlərini qeyd etmək olar. Qeyd olunan müəlliflərin əsərlərində 
rekreasiya ehtiyatlarının öyrənilməsi üstünlük təşkil etmişdir.digər tərəfdən xarici 
ölkə  mütəxəssislərinin  tədqiqatlarında  rekreasiya  resurslarının  öyrənilməsi  daha 
çox turizm təsərrüfatının formalaşmasının nəzəri əsaslarına xidmət etmişdir. 
  Apardığımız  tədqiqatlar  göstərir  ki,  turizm  ehtiyatlarının  öyrənilməsi  ən 
çox ətraf mühitlə bağlı olmuşdur. Antropogen turizm ehtiyatların öyrənilməsində 
ölkələrin tarixi – memarlıq abidələrinin milli irsi nümunəsi kimi tədqiq olunması 
üstünlük təşkil etmişdir. 
  Azərbaycanda  təbii  rekreasiya  turizm  ehtiyatlarının  öyrənilməsi  aprılan 
tədqiqatlarda  üstünlük  təşkil  etmişdir.  Belə  ki,  iqlim,  təbii  landşaftların  turizm 
ehtiyatları  baxımından  öyrənilməsi  azərbaycan  MEA  Coğrafi  İnstitutunun 
alimləri  tərəfindən  öyrənilmişdir.  Turizm  ehtiyatlarının  iqtisadi  kateqoriya 
baxımından öyrənilməsi bəzi tədqiqatlarda öz əksini tapmışdır. 
  Turizm resurslarının öyrənilməsinin təhlili göstərir ki, ehtiyatların yayılma 
arealı,  turizm  məqsədilə  istifadə  imkanları,  mənimsənilmə  səviyyəsi  əsas 
götürülmüşdür.  Turizm  ehtiyatlarının  istismar  göstəriciləri  onun  yayıldığı 
ə
razidən və kapital tutumundan asılıdır. 
  Turizm  ehtiyatlarının  ərazi  amilləri  əsas  olduğuna  görə  mövcud  resurs 
potensialı,  turist  cəlb  olunma  imkanı  və  bölgələr  üzrə  yayılmasının  da 
öyrənilməsi vacibdir. Turizm ehtiyatlarının istismar müddəti aşağıdakı amillərdən 
asılıdır: 
 Rekreasiya 
turizm  ehtiyatlarının  qiymətləndirilməsindən  və  onun 
turistlərin cəlb olunma imkanlarından; 
 Bəzi  turizm  ehtiyatlarının  toxunulmazlığı  və  ərazi  üzrə  yayılma 
səviyyəsindən; 
 Turizm  ehtiyyatlarının  yğcam  yerləşməsindən,  həmçinin  müəyyən  ərazi 
vahidi çərçivəsində miqdarından; 



 
 Turizm  ehtiyyatlarına  olan  tələbat  və  mövcud  infrastrukturun  inkişaf 
səviyyəsindən. 
Turizm  ehtiyyatlarının  uzunmüddətli  istifadəsi  onun  yerləşdiyi  ərazinin 
coğrafi  xüsusiyyətlərindən  asılıdır.  Belə  ki,  turizm  ehtiyyatları  müəyyən  bir 
ə
razidə yığcam cəmlənirsə bunlar rekreasiya təsərrüfatın inkişafı ilə yanaşı onun 
uzunmüddətli istifadəsinin də təmin olunmasına xidmət edir. Ərazinin rerkreasion 
dinamikliyi,  ətraf  mühitin  antropogen  təsirə  az  məruz  qalması  turizm 
ehtiyatlarından  istifadənin  səmərəliliyini  artırmış  olur.  Bununla  yanaşı  turizm 
ehtiyatlarından  istifadənin  uzunmüddətliyi  onun  orjinallığından,  yerləşdiyi 
ə
razinin coğrafi mühitindən və ona yönəldilən kapitala birbaşa əlaqəli olur. 
Ə
ksər  tədqiqatçılar  turizm  ehtiyyatlarının  kapital  tutumun  oraya  cəlb 
ediləcək  turistlərin  sayı  ilə  müəyyən  etməklə  yanaşı,  ərazinin  infrastruktur 
baxımdan mənimsənilməsini də əsas götürürlər. Turizm ehtiyyatlarına yönəldilən 
kapital  individual  xarakter  daşıyır.  Yəni  hər  bir  turizm  ehtiyyatı  üçün  kapital 
qoyuluşu  imkanları  öyrənilir.  Bu  baxımdan  kapital  qoyuluşunun  həcmi  turizm 
ehtiyyatlarını  ayrı-ayrı  komponentləri  üzrə  yığcamlığından  və  digər  resurslarla 
birgə istifadə imkanlarından asılıdır. 
Ə
ksər  mütəxəssislər  turizm  ehtiyyatlarının  qiymətləndirilməsində  əsas 
üstünlüyü  investisiyaların  cəlb  olunmasına,  onun  qaytarılması  imkanlarına  və 
müddətinə  əsasən  qısamüddətli  olduğuna  görə,  mövcud  ehtiyyatların  iqtisadi 
qiymətləndirilməsi onun maliyyə dəyəri ilə müəyyənləşir. 
Turizm  ehtiyyatlarının  öyrənilməsində  təbii  mühitin  müxtəlifliyi,  onlardan 
birgə  istrifadə  imkanları  daha  çox  nızırı  çarpır.  Burada  əsas  göstərici  təbii 
müxtəlifliyin turistlər üçün cəlbedici olmasına və estetik komfortluğuna üstünlük 
verilir. 
Burada təbii və antropogen landşaftlar və onun xüsusiyyətlərində mənzərəli 
təbiət abidələri, estetik zövqü oxşayan mühit, binaların memarlıq üslubu ilə ətraf 
landşaftın uyğunlaşması əsas götürülür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə