Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   51   52   53   54   55   56   57   58   59

191 
 
abidələrdəndir. Xəzər sahillərində tərkibində balıqqulağı olan böyük 
daşlara da təsadüf edilir. 
Abşeron  yarımadasında  geomorfoloji  xüsusiyyətlərinə  görə 
seçilən  yarğanlar,  qobular  və  onların  yamaclarında  səthə  yaxın  neft 
layları  turistləri  daha  çox  cəlb  edir.  Abşeronun  Məhəmmədli  və 
Digah  kəndləri  yaxınlığında  üzə  çıxan  metan  qazı  burada  daimi 
yanan  məşəl  yaratmışdır.  Hələ  qədim  zamanlarda  Suraxanı  kəndi 
yaxınlığıda  –  üzə  çıxan  qazın  alovlandığı  yerdə  atəşpərəstlər  özləri 
üçün  məbəd  tikmişlər.  Sahil  bölgəsində  daim  şölələnmiş  qaz  ən 
cəzbedici mənzərə yaradır. 
Xəzər  sahillərində  öz  ekzotikliyi  ilə  seçilən  təbiət  abidələrindən 
biri də Neogendən başlayaraq fəaliyyətdə olan palçıq vulkanlarıdır. 
Burada  fəaliyyətdə  olan  5  palçıq  vulkanı  və  bir  çox  sönmüş 
vulkanlar mövcuddur. Sahil düzənliklərində sönmüş vulkanlar konus, 
təpəcik  formasında  qalmışdır.  Palçıq  vulkanlarının  püskürməsi 
qazların  alovlanması  ilə  müşayiət  olunur  ki,  bu  da  ətrafda  gözəl 
mənzərə yaradır. 
Flora  və  fauna  abidələri,  onların  landşaft  ekzotikliyində  rolu: 
Xəzər  sahilinin  zəngin  iqlimi  burada  özünəməxsus  rekreasiya 
landşaftları  yaratmışdır.  Xəzərin  şimal  sahillərinin  mülayim  iqlimi, 
suların  səthə  yaxın  yerləşməsi  sahilboyu  meşə  sahələrinin 
yayılmasına səbəb olmuşdur. 
Xəzər sahilində yerləşən meşəliklər torpaq və su mühafizəedici, 
tarlaqoruyucu  xassələri  ilə  yanaşı,  kurort  –  istirahət  məqsədilə 


192 
 
istifadə  üçün  də  yararlıdır.  Təəssüf  ki,  Xəzərsahili  meşəliklərdən 
rekreasiya məqsədilə cəmi 5 – 10% istifadə olunur. 
Sahil  zonasında  ümumi  meşəlik  sahəsinin  (838  km
2
)  əsas 
hissəsini meşə - parklar təşkil edir. Sahil zonasında əhalinin sayından 
və yaşıllıqların sahəsindən asılı olaraq adambaşına 0,3-0,4 m
2
 yaşıllıq 
düşür  ki,  bu  da  3  balla  qiymətləndirilə  bilər.bu  yerlərdə  rekreasiya 
müəssələri  yaradılarkən  təbii  resurslardan  istifadə  olunması 
məqsədəuğundur.  Əlavə  onu  da  qeyd  edək  ki,  bu  heyvanların  çoxu 
qorunduğuna  görə  bu  ərazilərdə  ovçuluq  turizmini  inkişaf  etdirmək 
yalnız mövsüm dövründə mümkündür. Bütün bunlar nəzərə alınaraq 
sahil  zonasında  respublikamızda  turizmin  yeni  sahəsi  olan 
fotoovçuluğun inkişafına diqqət yetirilməlidir. 
Sahil zonasının ovçuluq imkanlarından maksimum istifadə üçün 
bu  sahənin  inkişafının  qayğısına  qalmaq  lazımdır.  Müqayisə  üçün 
qeyd  edək  ki,  Türkiyənin  Aralıq  dənizi  sahillərində  istirahətə  gələn 
turistlərə  meşələrdə  tur,  dağ  keşisi,  ceyran  və  s.  heyvanların  ovu 
təklif olunur. 
Respublikamızda  ov  heyvanları  daha  çox  Böyük  və  kiçik 
Qafqazda  və  Talış  dağlarında  yayıldığından  ovçuluğu  məhz  bu 
zonada təşkil etməyi məğbul sayırıq. 
Xəzərsahili  heyvanat  aləmində  rekreasiya  məqsədilə  istifadə  və 
heyvanların qorunması üçün aşağıdakılar zəruri hesab edirik. 
a) Sahil zonasında fotoovçuluğun inkişaf etdirilməsi; 


193 
 
b) Xarici  turistləri  cəlb  etmək  üçün  ov  turizminin  inkişaf 
etdirilməsi; 
c) Sahil zonasında qanunsuz ovçuluğa imkan verilməməsi; 
d) Gələcəkdə  rekreasiya  müəssələrindən  gələn  gəlirin  bir 
hissəsinin sahil zonası heyvanlar aləminin aləminin qorunmasına sərf 
olunması. 
Xəzərsahili  zonanın  zəngin  təbiətinin  qorunması  məqsədilə  113 
min  hektar  sahəni  əhatə  edən  dövlət  qoruğu  (Qobustan,  Şirvan, 
Qızılağac,  Hirkan)  və  3  yasaqlıq  (Abşeron,  Gil  adası,  Bəndovan) 
yaradılmışdır.  Bu  qoruq  və  yasaqlıqlarda  relikt  və  endemik  bitki 
növləri  (dəmirağac,  şabalıdyarpaq  palıd,  azat,  Xəzər  şanagülləsi  və 
s.), o cümlədən, Qobustanda ağac formalı ardıc, qoz, əncir, nar, sahil 
zonası üçün səciyyəvi olan qocaman palıd, vələs və s. yayılmışdır. 
Son  dövrlərdə  respublikamızda  milli  parkların  yaradılması 
təşəbbüsü  geniş  vüsət  almışdır.  1997  –  ci  ilin  iyul  ayında  Sankt  – 
Peterburqda  Tasis  proqramı  üzrə  “Yeni  müstəqil  dövlətlərdə  ətraf 
mühitə  qayğıkeş  münasibətin  yayılması”  mövzusunda  keçirilmiş 
yekun seminarda Azərbaycanda “Şahdağ” milli parkının yaradılması 
proqramı  bəyənilmişdir.  Layihənin  beynəlxalq  maliyyə  orqanları 
tərəfindən  dəstəklənməsini  Britaniya  şirkəti  təmin  edəcəkdir.  Bu 
milli parkən yaradılmasının ümumi dəyəri 350 min ABŞ dolları təşkil 
edir  ki,  bunun  da  280  min  dollarını  beynəlxalq  təşkilatlar 
müəyyənləşəcəkdir.  “Şahdağ”  milli  parkında  ərazinin  ekosistemi  ilə 
yanaşı,  onun  tarixi  –  mədəni  abidələrinin  də  qorunması  nəzərdə 


194 
 
tutulur.  Onu  da  qeyd  edək  ki,  respublika  Prezidentinin  fərmanı  ilə 
Bakının  sahil  bağına  milli  park  statusu  verilmişdir.  Bununla  yanaşı, 
Səbail  qəsrinin  bərpası,  həmçinin  Nargin  adasında  disney  əyləncə 
mərkəzinin yaradılması da nəzərdə tutulmuşdur. 
Sahil  bölgəsində  yerləşən  istirahət  və  turizm  mərkəzlərində 
səyahətlərin  təşkili  işində  rekreasiya  landşaftlarının  mühüm  rolunu 
nəzərə alaraq aşağıdakı turist marşrutlarını daha aktual hesab edirik: 
1. Bakı – Beşbarmaq – Siyəzən – Qalaaltı. 
2. Bakı - Giləzi – Altıağac. 
3. Bakı – Beşbarmaq – Xaçmaz – Xudat. 
4. Bakı – Beşbarmaq – Xudat – Nabran – Yalama. 
Onu  da  qeyd  edək  ki,  əlavə  olaraq  bu  marşrutlara  Şamaxı, 
İ
smayıllı,  Quba,  Qusar  rayonalarındakı  landşaft  ekzotikliyi  ilə 
rekreantları cəlb edən ərazilər də daxil edilə bilər. 
Cənub istiqamətində aşağıdakı ekzotik turist marşrutlarını təşkil 
etmək daha məqsədəuyğundur. 
1. Bakı – Qobustan. 
2. Bakı – Ələt – Salyan – Neftçala. 
3. Bakı – Masallı – Qızılağac. 
4. Bakı – Masallı – Lənkəran – İstisu. 
5. Bakı – Lənkəran – İstisu – Xanbulaqçay. 
6. Bakı – Lənkəran –Astara – Lovani. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə