Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   51   52   53   54   55   56   57   58   59

183 
 
günlərin  sayı  70-80  -  ə  çatarsa,  bu  iqlim  şəraiti  diskomfort  və  ya 
nisbətən əlverişli sayıla bilər. 
Havanın temperaturunun 18 – 23
0
S olan günlərin sayı 30 – 40 – 
a çatarsa, həmçinin temperatur 10 – 14
0
S – dən aşağı və 30
0
S – dən 
yuxarı  olan  günləri  tez  -tez  təkrarlanarsa,  yağıntıların  orta  illik 
miqdarı  1000  mm  və  ya  100  mm  –  dən  aşağı,  günlərin  sayı  çoxluq 
təşkil  edərsə,  15  m/san  sürətlə  əsən  küləkli  günləri  sayı  120  –  ni 
ötərsə,  günəşli  saatların  orta  illik  miqdarı  1600  klvt/  saatdan  az 
olarsa, rekreasiya məqsədilə istifadə üçün əlverişsiz sayılır (1 bal). 
Çimərliklərin  suyunun  temik  rejimini  qiymətləndirərkən  17  – 
25
0
S bizim region üçün komfort sayıldığını əsas götürmüşük (5 bal). 
Çimərliklərdə  suyun  temperaturunun  14  –  27
0
S  –  yə  çatan  günlərin 
təkrarlanmasını  4  bal,  13  –  28
0
S  diskomfort  olduğuna  görə  3  bal, 
13
0
S  –  dən  aşağı  və  28
0
S  –  dən  yuxarı  temperaturun  tez  –  tez 
təkrarlanmasını  2  bal,  12
0
S  –  dən  aşağı  və  29
0
S  –  dən  yuxarı  olan 
günlərin sayının çoxluğunu bizim bölgə üçün əlverişsiz hesab etmək 
olar (1 bal). 
Rekreasiya  bölgəsinin  iqlim  xüsusiyyətləri  qiymətləndirilərkən, 
həmin  ərazi  üçün  komfort  zona  öyrənilir.  Komfort  bölgə  coğrafi 
enliklərdən,  yaşayış  məntəqəsinin  hündürlüyündən,  insanların  həyat 
tərzindən  və  s.  asılıdır.  Bizim  zona  üçün  komfort  şərait  18  –  23
0

arasında  götürülə  bilər.  Küləyin  sürəti  və  nisbi  rütubət  artdıqca 
komfort zonanın hədləri də ona müvafiq olaraq dəyişir. 


184 
 
Bir  nəfərə  düşən  yaşıllıq  zonası  qiymətləndirilərkən    N.  P. 
Ş
elemovun  və  K.  İ.  Lyuomudrovanın  təklif  etdiyi  meşə  parklardan, 
meşə  və  çimərliklərdən  istifadə  norması  əsas  götürülmüş  sahil 
bölgəsi  üçün  yerli  xüsusiyyətlər  nəzərə  alınmışdır.  Burada  yaşıllıq 
zonalarının  orta  yüklənmə  normaları  əsas  götürüldüyündən  biz  də 
rekreasiya məqsədi üçün istifadədə yaşıllıq normasının 0,8 m
2
/adam 
– çox əlverişli (5 bal), 0,52 m
2
/adam  - əlverişli (4 bal), 0,4 m
2
/adam-
orta  əlverişli  (3  bal),  0,3  m
2
/adam-nisbətən  əlverişli  (2  bal),  0,12 
m
2
/adam - əlverişsiz (1bal) kimi qeydə almışıq. 
Adambaşına  düşən  məişət  xidmətinin  həcmi  respublikadakı 
normaları uyğun götürülmüşdür. Burada respublika üzrə adambaşına 
düşən orta məişət xidmətinin həcmi nəzərə alınmışdır. Bu baxımdan 
çox  əlverişli  –  672,4  manat,  əlverişli  528,4  manat,  orta  əlverişli  – 
350,1 manat, nisbətən əlverişli – 218,4 manat, əlverişsiz – 190 manat 
götürülmüşdür. 
Ə
halinin  sıxlığı  qiymətləndirilərkən  ərazinin  turizm  və 
rekreasiya baxımından mənimsənilməsində rolu nəzərə alınmış, N.P. 
Ş
elomovun  təklif  etdiyi  metodikaya  uyğun  olaraq  hər  km
2
-ə  düşən 
ə
halinin  sayı  əsas  götürülmüşdür.  Buna  görə  də  əhalinin  daha  sıx 
məskunlaşdığı ərazilər (hər km
2
 - ə 500 nəfərdən çox) (5 bal), 300 – 
450  nəfər  əlverişli  (4  bal),  150  –  290  nəfər  orta  əlverişli,  80  –  140 
nəfər nisbətən əlverişli, 45 – 70 nəfər əlverişsiz kimi qiymətləndirilə 
bilər. 


185 
 
Il ərzində 100 min rekreantın ərzaq tələbatı respublikamızda olan 
fizioloji  normalar,  həmçinin  istirahət  və  kurort  müəssələrinin 
gündəlik ərzaq tələbatının orta kütləsi əsasında hesablanmış, orta bal 
göstəriciləri  F.N.  Əsgərovun  tövsiyə  etdiyi  normaya  uyğun 
qiymətləndirilmişdir. 
2.
  Yuxarıda  qeyd  etdiyimiz  bal  sistemini  saxlamaqla  rekreasiya 
ehtiyatlarının  qiymətləndirilməsinin  aşağıdakı  komponentlər  üzrə 
aparılmasının daha məqsədə uyğun hesab edirik. 
1.
 Əlverişli iqlim. Tədqiq etdiyimiz ərazidə bol günəş ənərjisi ilə 
təmin  olunan  dörd  iqlim  tipi  müşahidə  olunur.  Iqlimin  quru  olması, 
günəşli  saatların  illik  miqdarının  çoxluğu,  açıq  havaların  mövsüm 
dövründə  tez-tez  təkrarlanması  burada  istirahət  və  turizm 
müəssələrinin yaradılması üçün əlverişlidir. 
Xəzər sahilində ilin soyuq və mülayim dövründə (oktyabr, aprel) 
bütün  meteroloji  məntəqələr  üzrə  havanın  orta  temperaturu  3-7
0

müşahidə olunmuşdur. Ilin soyuq və mülayim dövründə rütubətli və 
mülayim  havaların  təkrarlanması  -  57%  (IV,  VI,  VII,  VIII  sinif),  o 
cümlədən yağışlı havalar – 37%, havanın temperaturu 7-10
0
S arsında 
dəyişən  və  yuxarı  olan  günəşli  havaların  təkrarlanması  32%  (II,  III, 
V,  IX  sinif)  təşkil  edir.  Müalicə  və  istirahət  üçün  oktyabr  ayının 
ə
vvəlləri  daha  əlverişlidir.  Yanvar  fevral  aylarında  isə  Altiağacda, 
Ş
ahdağda qış idman oyunlarını təşkil etmək mümkündür. 
Havanın  temperaturu  sahilboyu  düzənliklərdə  və  çimərlik 
zonasında 20 - 25
0
S, dağətəyi zonalarda isə 17 -23
0
S arasında dəyişir. 


186 
 
O cümlədən dağətəyi və dağlıq zonada açıq və qismən açıq havaların 
təkrarlanması 69 – 72% təşkil edir ki, bu da yay aylarında dağlıq və 
dağətəyi zonalarda istirahətin təşkili üçün əlverişli şərait yaradır. 
Xəzər sahilinin iqlim göstəriciləri Qara dəniz sahillərinə nisbətən 
üstünlüyü ilə seçilir. Tədqiqat prosesində Qara dəniz və Aralıq dənizi 
sahillərinin Xəzər sahilləri ilə müqayisəsini aparmışıq. 
Qara  dəniz,  Aralıq  dənizi  və  Xəzər  dənizi  sahilləri  iqlim 
göstəricilərinin  müqayisəsindən  aydın  olur  ki,  Xəzərsahili  zona 
günəşli  saatların  miqdarı  və  komfort  günlərin  sayına  görə  Aralıq 
dənizi  sahillərindən  geri  qalır.  Bununla  yanaşı  iqlim  göstəricilərinin 
mühüm  elementi  olan  günəş  radiasiyasının  bolluğuna  görə  Xəzər 
sahilləri  Aralıq  dənizi  sahillərindən  üstündür.  Deməli,  Xəzər 
sahillərində iqlimlə müalicə imkanları daha genişdir. Bununla yanaşı, 
Xəzər  sahilləri  qısa  və  uzunmüddətli  istirahətin  təşkili  baxımından 
müqayisə etdimiz digər regionlardan üstünlüyü ilə fərqlənir. 
Dənizsahili  bölgədə  komfort  hədlərin  təkrarlanması  mövsüm 
dövründə  yerləşdiyi  ərazidən  asılı  olaraq  69  –  75%  çatır.  Çimərlik 
mövsümünün  müddəti  isə  110  –  125  gün  davam  edir.  Ərazidə 
mikroiqlim  komfortluluğunun  dəyişməsi  Abşeronda  küləkli  havanın 
təkrarlanmaı  ilə  əlaqədar  olaraq  57%  -  ə  düşür.  Çimərlik 
mövsümünün  uzunluğu  isə  ən  çox  Abşeron  və  Neftçalanın  dəniz 
sahilləri üçün səciyyəvidir ki, bu da 135 günə qədər davam edir. 
2.
 Narın  qumlu  çimərliklər.  Xəzərsahilinin  mühüm  rekreasiya 
sərvətlərindən  biri  də  narın  qumlu  çimərliklərdir.  Xəzər  dənizinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə