Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   51   52   53   54   55   56   57   58   59

174 
 
davam  edən  püskürmə  getdikcə  sakitləşir.  Parkda  3000-ə  yaxın 
qeyzer var. Ən məşhur qeyzer İlujkadır-qeyzer 50-70 dəqiqə arasında 
42 m hündürlüyündə isti su püskürür. 
Denali  Milli  Parkı. 
Milli  park  Mak-Kinli  dağının  yaxınlığında 
yerləşir. Onun sahəsi 24000 kv.km-dir. Denali milli  parkının bəzəyi 
onun  Mak-Kinlinin  zirvəsində  olmasıdır.  Denali  dünyada  ən  böyük 
parklardan biridir.  
Böyük  Kolorado  Kanyonu. 
Milli  Parkda  ən  böyük  Qrand-
Kanyon və ya Böyük Kolorado Kanyonu adlandırılan ərazinin sahəsi 
320 km
2
-dir. Kanyonun bəzi yerlərinin eni 25 km-dir, bəzi yerlərinin 
eni  isə  120  m-ə  çatır.  Qırmızı  rəngdə  olan  qayalar  atmosferin 
təsirindən rəngini dəyişə bilər. Hərdən qayalar yaşıl, hərdən isə mavi 
çalarlar əks etdirir. 
Böyük Kanyon 60 milyon il bundan qabaq əmələ gəlmişdi, hansı 
ki yer kürəsi hələ təzə formalaşırdı. Kanyonda küknar ağacları, ardıc 
kolları var.Burada yüksək dağlardan tutmuş daş shralarına qədər rast 
gəlmək  mümkündür.  Burada  1500  bitki  növü  mövcuddur.  Onlardan 
11-i  nadir  və  tükənən  növlərdəndir.  Qrand-Kanyon  Milli  Parkı  həm 
də  76  növ  məməlinin,  50  növ  amfibiyaların  və  sürünənlərin  və  300 
növ  quşların  məskənidir.Qrand-Kanyon  milli  parkının  əsas  məqsədi 
təkcə  təbiəti  yox,  həm  də  tarixi  obyektləri  qorumaqdır.  Arxeoloqlar 
burada  qədim  insan  sümükləri  tapmışdılar.  Buradan  da  məlum  olur 
ki,  park  keçmişdə  insanların  yaşayış  yeri  olmuşdur.  Milli  Parkın 
yaxınığında turist bazaları fəaliyyət göstərir.  


175 
 
Kanadanın  Vud-Valtalo
  Milli  Parkında  Amerikanın  səciyyəvi 
heyvanları,  həmçinin  bizon,  müşk  öküzü  və  s.  qorunur.  Parkın 
yaxınlığında 5000 yerdən çox istirahət turizm mərkəzi yaradılıb. 
Tikal Milli Parkı 
Qvatemalanın rütubətli sıx tropik meşələrində 
yerləşir.  Rütubətli  tropik  meşələrin  arasından  kəsik  daş  piramidalar 
ucalır.  Bu,  qədim  maya  hindlilərinin  məskənləridir.  Mayalar  burada 
15  əsr  yaşayıblar,  lakin  onların  bu  ərazidən  getmələri  müəmmalı 
olmuşdur.  Tikal  Milli  Parkı  576  km
2
  ərazini  əhatə  edir.  Tikal  Milli 
Parkı  54  növ  məməli  heyvanların  məskənidir.  Burada  ağquyruqlu 
marallar, 
pumalar, 
yaquarlar, 
tapirlər, 
böyük 
və 
kiçik 
qarışqayeyənlər,  üçpəncəli  tənbəllərə  və  s.  rast  gəlinir.  Həmçinin 
burada  ulayan  meymunlar  və  hörümçəyəbənzər  meymunlar  da 
yaşayır.  
Milli Parka ildə milyona yaxın yerli və xarici turistlər gəlir. Buna 
görə də parkın yaxınlığında geniş istirahət mərkəzləri, turist bazaları 
fəaliyyət göstərir. 
Cənubi 
Amerika-
Araukarias,  Kanayma,  Şinqu  və  s. 
Venesuelada  yerləşən  Kanayma  Milli  Parkı  2000  hündürlüyə  qədər 
olan dağ meşələrini əhatə edir.Milli Parkda 30 min km
2
 sahədə geniş 
təbiət əraziləri, 12 min növdən çox heyvan növləri, şəlalələr və digər 
təbiət  abidələri  qorunur.  Dünyada  məşhur  olan  Anhel,  Orayma 
şə
lalələri Milli Parkın ərazisindədir. Milli Parkın ərazisində safari və 
ekoloji  turlar  təşkil  olunur.  Venesuelaya  gələn  xarici  turistlərin 
ə
ksəriyyəti  bu  Milli  Parka  baş  çəkirlər.  Toxunulmaz  ərazilər  və 


176 
 
landşaftın sakitliyi vəhşi təbiəti sevənləri valeh edir. Sapo şəlaləsinin 
divarları Pemon tayfasının ərazisinə gedən cığırı gizlədir. Bu tayfanın 
sakinləri aborigenlərdir. Onlar daima parkın ərazisində yaşayırlar. Bu 
da xarici turistləri daha çox cəlb edən vasitələrdəndir. 
Parakas  Milli  Parkı. 
Parakas  milli  parkı  Sakit  okean  sahilində 
Peru şəhərində yerləşir. Bu ərazidə daim güclü küləklər əsir. Peruda 
bu küləkləri Parakas küləkləri adlandırırlar. Burada okeanın dibində 
rəngarəng  həyat  mövcuddur.  Soyuq  Peru  cərəyanı  dəniz  sularını 
oksigen  və  qidalandırıcı  maddələrlə  zənginləşdirib  okean  suları  ilə 
qarışdırır.  Mikroorqanizmlərin  çoxluğu  buraya  balıq  axınını  cəlb 
edib.  Okeanın  parka  yaxın  hissəsi  heyvanlarla  zəngindir.  Onların 
arasında delfin, dəniz tısbağaları, tülen,xırda onurğasızlar və ən əsası 
nəhəng balıq sürüləri var. 
Milli  Parkın  ərazisində  qədim  mədəniyyət  mərkəzlərinin 
mövcudluğu  onun  turizm  əhəmiyyətini  artırmış  olur.  Buna  görə  də 
Milli  Parka  gələn  turistlərin  sayı  ilbəil  artır.  Peru  hökumətinin 
gördüyü  tədbirlər  nəticəsində  Milli  Parkın  ərazisində  turist  cığırları 
müəyyən  edilmiş,  yeni  istirahət  və  turizm  mərkəzləri  istifadəyə 
verilmişdir. 
Pantanal  Parkı.
  Pantanal  parkı  Braziliyanın  cənub-qərbində 
yerləşir.  Onu  rəngarəng  bioloji  xüsusiyyətləri,  çoxsaylı  göl  və 
çayları,  rütubətli  sıx  tropik  meşələri,  savannaların  olması  flora  və 
faunanın  tükənən  növlərinin  qorunmasına  əlverişli  şərait  yaradır. 
Pantanal  meşələrində  yaquar,  varan,  tapir,  alligator  və  bataqlıq 


177 
 
quşları  yaşayırlar.  Meşələrdə  hündürlüyü  10-18  m-ə  çatan  palma  və 
sıx ot bitkiləri vardır. Milli Parkın daha çox elmi-təcrübi əhəmiyyəti 
vardır. 
İquasu  Milli  Parkı.
  Park  Argentina  və  Braziliya  ərazisində 
yerləşir.  Parkın  ümumi  sahəsi  1000  km
2
-dir.  Şəlalə  275  ayrı 
şə
lalələrdən,  yəni  kaskadlardan  ibarətdir.  Şəlalənin  aşağı  hissəsi 
Argentinaya  gedən  körpü  üstündə  yerləşib.  Şəlaləyə  Argentina 
hissəsindən baxmaq və hətta əl vurmaq çox asandı. Şəlalənin aşağı və 
yuxarı  hissəsinə  qayıqla  getmək  olar.  Amma  ən  maraqlısı  şəlaləyə 
tropik meşələrdən keçərək piyada getməkdir. Şəlalədən başqa burada 
geniş cəngəlliklərə baxmaq olar. Milli parkın ərazisi ilboyu turistlərlə 
dolu  olur.  Buna  görə  də  Milli  Parkın  yaxınlığında  6000  yerdən  çox 
istirahət və turizm mərkəzləri yaradılmışdır.  
Afrika-
  Serengeti,  Kabareqa,  Ruvenzori,  Kröqera,  Tassila  və  s. 
Tanzaniyada  olan  Serengeti  Milli  Parkı  5  min  km
2
-ə  qədər  ərazini 
ə
hatə edir. Milli Parkda Afrika üçün səciyyəvi olan 60-dan çox fauna 
növü yayılıb. Milli Parkdan dərketmə, safari və ekoturizm məqsədilə 
geniş istifadə olunur. Tanzaniyaya gələn xarici turistlərin 2/3 hissəsi 
bu  Milli  parkın  xidmətlərindən  istifadə  edir.  Milli  Parkın 
yaxınlığında  qeyri-adiliyi  ilə  seçilən  mehmanxananın  olması  onun 
turim əhəmiyyətini daha da artırır. 
Bununla  yanaşı  Keniyada  öz  təbii  zənginliyi  ilə  seçilən  Masai-
Mava  Milli  Parkıdır. 
Milli  Parkın  yaxınlığında  yerləşən  və 
dünyanın ən möcüzəli mehmanxanalarından hesab edilən “Tree Tors 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə